Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11661/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının tibbi müayinələrdən keçdiyi müddət ərzində və əlilliyi bərpa edildikdən sonrakı dövrdə qərar verilənədək ortada olan dövr üçün ona müavinətin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, DSMF tərəfindən ona əlilliyə görə ödənilən müavinət əlillik müddəti bitdiyi üçün dayandırılmış, yenidən tibbi müayinələrdən və komissiyadan keçdikdən sonra TSEK-in qərarına əsasən, yenidən əlilliyi bərpa edilmiş, ömürlük əlillik müəyyən edilmiş və əlilliyə görə müavinətin ödənilməsi davam etdirilmişdir. Lakin tibbi müayinələrdən keçdiyi müddət ərzində və əlilliyi bərpa edildikdən sonrakı dövrdə qərar verilənədək ortada olan dövr üçün ona müavinət ödənilməmişdir. Həmin dövr üçün əlilliyə görə müavinətin hesablanması və ödənilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, ötürülmüş müddətə görə müavinətin ödənilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Arada ödənişlərin həyata keçirilmədiyi müddət iddiaçının günahı və ya səhlənkarlığı üzündən baş verməmişdir. Bütün bu müddət ərzində əlilliyinin olması faktı cavabdeh tərəfindən mübahisələndirilməyən haldır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2011-ci ildə “ümumi xəstəlik” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. İddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə dövlət tibb müəssisəsi tərəfindən üç göndəriş daxil olmuşdur:
1. X1 1 nömrəli Şəhər Poliklinikasının 2709003AACVU nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və stasionar müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.
2. X1 1 nömrəli Şəhər Poliklinikasının 2709003AAC7P nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və diaqnozun ağırlaşmaları ətraflı qeyd edilmədiyindən göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır.
3. Sonuncu dəfə X1 1 nömrəli Şəhər Poliklinikasının 2709003AADL8 nömrəli göndəriş əsasında İddiaçı əlillik vəziyyəti Agentlikdə təkrar qiymətləndirilmiş və xx.xx.2022-ci ildə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona xx.xx.2021-xx.xx.2022-ci illər arasındakı dövr ərzində əlilliyə görə ödənilməyən müavinətin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0-cü maddəsinə əsasən həmin Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.3. əlilliyə görə müavinət. Qanunun 7.0-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə. İstinad olunan normalardan görünür ki, əlilliyə görə müavinət əlillik müddətində ödənilir. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, həmin tarixdən o, əlilliyi olmayan şəxs olmuş, buna görə də yuxarıda istinad olunan normalara əsasən ona ödənilən əlilliyə görə müavinət dayandırılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli qərar əsasında o, həmin tarixdən təkrar əlilliyi olan şəxs hesab olunduğundan əlilliyə görə müavinət də həmin tarixdən ödənilməyə başlanmışdır. Deməli, hazırda iddiaçının tələbinin təmin olunması, yəni xx.xx.2021-xx.xx.2022-ci illər üzrə ona əlilliyə görə müavinət ödənilməsi üçün ilk əvvəl onun həmin tarixlərdə əlilliyi olan şəxs olması müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Belə olan halda, göstərilənlərə əsasən aydın olur ki, iddiaçının hazırda arzuladığı nəticəyə nail olması üçün onun xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində əlilliyi olan şəxs hesab olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq qərarı olmalıdır. Buna görə də iddiaçı ilk əvvəl müvafiq tələblə həmin orqana, müraciəti təmin olunmadıqda isə məhkəməyə müraciət etməlidir. Yalnız bu barədə müsbət qərar qəbul edildikdən sonra onun hazırkı iddia ilə çıxış etmək hüququ yaranacaqdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırkı halda çatmaq istədiyi məqsədə nail olmaq üçün düzgün müdafiə vasitəsindən istifadə etmədiyindən iddia mümkün sayılmamalıdır. O da qeyd olunmalıdır ki, iddianın mümkün sayılmaması barədə hazırkı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova