Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11661/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xəstəliyi ilə əlaqədar olaraq müvafiq dərman vasitəsiləri ilə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xəstəliyi ilə əlaqədar olaraq müvafiq dərman vasitəsiləri ilə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq müvafiq dərman vasitəsiləri ilə təmin olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014 və 2019-cu illərdə infakt keçirmişdir. Bundan əlavə şəkərli diabet və hepatit “C” xəstəliyindən əziyyət çəkir. Qeyd etdiyi xəstəliklər rəsmi qaydada tibb kitabçasında qeydiyyata alınmışdır. Xəstəliklə əlaqədar olaraq gündəlik dərman içməyə məcburdur. Lakin 2024-cü ilin fevral ayından bu günə kimi Tibb Baş İdarəsi onu heç bir dərmanla təmin etmir. O cavabdehə dərman vasitələri ilə təmin olunması məqsədi ilə müraciət etsə, müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2024-cü il tarixli, № 3-16-20-01/2-1542/2024 saylı məktubu ilə iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.5; 120.2.7; 120.2.7 və 217.1-ci maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilmiş (cəzanı əvvəli: xx.xx.2006) 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-cı ildə 1 saylı istintaq təcridxanasına daxil olmuş, xx.xx.2007-ci il tarixdə Həbsxanaya köçürülmüşdür. Penitensiar müəssisəyə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və səhhəti ilə bağlı ciddi şikayət bildirməmişdir. Anamnezdə əvvəllər nəşə çəkdiyini bildirmişdir. Məhkəmə tərəfindən barəsində narkotik maddələrdən məcburi müalicə təyin edildiyi üçün həkim psixiatr-narkoloq tərəfindən nəzarətə götürülmüşdür. Məhkum 2014-cü il ilə qədər arabir baş ağrılarından şikayət etmişdir. Məhkumu tibbi nəzarətdə saxlayan həkimlərin qeydlərində və tibbi sənədlərdən bəlli olur ki, istər istintaq təcridxanasında saxlanılan zaman, istərsə də Həbsxanada cəza çəkdiyi dövrdə tibbi xidmət İddiaçı daim əlçatan olmuş, hər bir müraciəti zamanı şikayətinə uyğun olaraq ona müxtəlif tibbi yardım göstərilmişdir. Cəza çəkdiyi illər ərzində Tibb-sanitar hissəsində (TSH) ambulator və müxtəlif vaxtlarda 6 dəfə (2014, 2016, 2017-ci ildə 2 dəfə, 2019, 2020 və 2023-ci illərdə 3 dəfə) Müalicə müəssisəsində (MM) stasionar şəraitdə tibbi tədbirlərə cəlb olunmuş (bax məhkumun tibbi kitabçası № 176), bununla yanaşı Həbsxanada müxtəlif ixtisaslı həkim briqadasının həyata keçirdiyi kütləvi müayinələr zamanı da İddiaçı baxışlar keçirilmişdir (bax məhkumun tibbi kitabçası № 176). 2014-cü ilin iyun ayında baş vermiş kəskin miokard infarktı zamanı da məhkuma TSH-də təxirə salınmaz yardım göstərilmiş, ərazi üzrə təcili tibbi yardım briqadası çağırılaraq təcili qaydada MM-ə köçürülmüşdür. Adekvat tibbi yardım sayəsində onun həyatı xilas edilmiş, müalicə tədbirləri nəticəsində sağalmış və səhhəti bərpa olunaraq Həbsxanaya köçürülmüşdür. Sonrakı müddət ərzində İddiaçı ürək-qan dövranı xəstəlikləri, miokardın qan təchizatına nəzarət edilməsi və dəstəkləyici müalicənin aparılması tibbi kitabçada olan qeydlərdən, çəkilmiş çoxsaylı EKQ lentləri və laborator müayinələrlə öz təsdiqini tapır. 2016-cı ilin may-iyun və 2017-ci ilin aprel aylarında babasil xəstəliyinin kəskinləşməsi ilə əlaqədar MM-də tibbi tədbirlərə cəlb olunan zaman da, İddiaçı ürək fəaliyyəti ixtisaslı həkim-kardioloq tərəfindən yoxlanılmış və ağırlaşma izlənilməmişdir. 2019-cu ilin noyabr ayında MM-də keçdiyi növbəti tibbi tədbirlər zamanı məhkumun ürəyinin ön divarında təkrari işemik ocaq qeyd olunmuş və vaxtında görülmüş tibbi tədbirlər nəticəsində prosesin dərinləşməsinin qarşısı alınmışdır. Sonraki müddətdə və hal-hazırda da İddiaçı ürək-qan dövranı fəaliyyətində ciddi ağırlaşma izlənilmir. İddiaçının xəstəliyi ilə bağlı əlillik verilməməsi barədə müxtəlif rəhbər dövlət qurumlarına müraciəti əsasında MM-də və X1 kardioloqların İddiaçı keçirilmiş birgə baxışlarında da məhkumun ürək-qan dövranı ilə bağlı xəstəliyinin stabil qaldığı öz təsdiqini tapmışdır (bax stasionar xəstənin tibbi kartası N2İ290/20). İddiaçı uzun müddətdir ki, müxtəlif dövlət qurumlarına tibbi xidmətlə tam təmin edilməməsi, hüquqlarının pozulması kimi çoxsaylı ərizələrlə müraciət etməklə özünü diqqətdə saxlamaq, imtiyazlı güzəştlər əldə etmək üçün məqsədli təsir vasitəsi kimi istifadə edir. Onun bir çox ərizələri Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin tabe qurumları tərəfindən, o cümlədən Tibb baş idarəsi ilə birgə araşdırılmış və hər bir halda əsassız olması öz təsdiqini tapmışdır. İddiaçı ərizələrindən biri Nazirliyin rəhbərliyinin nəzarəti altında aidiyyəti qurumlar tərəfində araşdırılmışdır. Ümumiyyətlə son 6 ildə məhkum daim həkimlərdən təyinatdan kənar dərman preparatları tələb edir və bunu əldə etmək üçün ərizə yazmaqla təsir göstərməyə çalışır. Belə faktlardan biri 2018-ci ildə ona təyin edilmiş riboxin və predizin preparatlarından imtina etməsi və təkidlə preduktal MR preparatını tələb etməsi, preparat verilmədikdə isə dövlət qurumlarına çoxsaylı müraciət etməsini nümunə kimi göstərmək olar. Belə hallar İddiaçı tərəfindən dəfələrlə təkrarlanır, halbuki, istər TSH-da, istərsə də MM-də olduğu dövr ərzində məhkumun müalicələri büdcə hesabına alınmış dərmanlarla təmin edildiyi xəstəlik tarixi və təyinatın icra vərəqində aparılmış qeydlərlə təsdiq olunur. Ərizədə qeyd etdiyinin əksinə olaraq Tibb baş idarəsinə ünvanladığı bütün məktublara sonunucusu xx.xx.2024-cü il tarixli məktubla da cavab verilmişdir (surəti əlavə olunur). Hazırki ərizəsində qeyd etdiyi preparatlar da ona verilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuş və özü də dərmanları təhvil aldığını imzası ilə təsdiq etmişdir (surəti əlavə olunur). Ümumiyyətlə İddiaçı əksər hallarda həkimlərin təyin etdiyi və dövlət tərəfindən ayrılmış dərmanlarla deyil, özünün istədiyi dərmanlarla müalicə olunmasını tələb edir. Məhkum əvvəllər də müxtəlif şikayətlərlə məhkəmələrə müraciətlər etmişdir. Sonuncu oxşar məzmunlu ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmış və xx.xx.2023cü il tarixli İş Na 2-1 (112)-11692/2023 saylı Qərardadla tələb əsassız sayılmışdır (surəti əlavə olunur). Bu hal onun dövrü olaraq hepatoprotektorlar və vitaminlərlə dəstəkləyici müalicə aldığını təsdiq edir. Hazırki iddia ərizəsində də tələb etdiyi 4 dərmandan 2-si eyni təsirli hepatoprotektordur (Heptral, essensial), hansı ki, bu dərmanlarla o, dəfələrlə kurs müalicələri almışdır. Həmin dərmanları İddiaçı müalicə kurslarından əlavə bir daha tələb edir. Ərizədə qeyd edilən dərmanlar müalicə kursundan əlavə olsa da, məhkumun məmnunluğu naminə ona təhvil verilmişdir (bax xx.xx.2024-cü il tarixli akt). Qeyd olunanlarla yanaşı bildiririk ki, İddiaçı xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsi üçün barəsindəki tibbi məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspert və Reabilitasiya Agentlinə təqdim olunmuş, lakin, əlillik təzahürləri olmadığından əlillik təyin edilməmişdir. Bundan narazı qalan məhkum Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, şikayətinin təmin olunmadığı barədə qərar qəbul edildiyi üçün Apelyasiya şikayəti vermişdir. Yuxarıda qeyd edilənlərdən aşkar şəkildə görünür ki, məhkum İddiaçı tibb xidməti əlçatan olmuş, zərurət yarandığı hər bir halda tibbi yardımlar göstərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ. Tətbiq edilən hüquq. İnzibati Prosessual Məcəllə. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Hazırki iddia ərizəsi azadlıqdan məhrumetmə cəzası çəkən məkum İddiaçı adından verilsə də, iddia məhkəməyə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu ilə göndərilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, məkum İddiaçı ilə aparılan söhbət zamanı sonuncu hazırki iddia ərizəsinin onun adından verilsə də, iddianın məhkəməyə cəzaçəkmə müəssisəsindən göndərilmədiyini bildirmişdir. İPM-nin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarında həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş İddiaçı adından verilmiş iddia ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu ilə verilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, məhkum İddiaçı TBİ-nin tövsiyyəsi əsasında Heptral 400mg, Essensiale H 250mg/5ml, Essensiale forte 300mg, Karmetadin 35mg, Diabeton MR 60mg, Karlon 10mg, Kardiomaqnil 75mg, Prenessa 4mg, Qutalaks 7.5mg, Omeprazol 20mg və Senadeksin dərman peraparatları müvafiq saya uyğun olaraq təqdim olunmuşdur. Akt Umbakı PM-nin TSH-nin şüa-diaqnostika həkimi t/x baş- leytenantı Kənan Həsənli, Umbakı PM TSH-nin həkim-terapevti t/x baş leytenantı Nurlan Həsənov, Umbakı PM feldşeri t/x kiçik çavuşu Şamil Vahabzadə tərəfindən imzalanmışdır. Beləliklə cavabdeh faktiki olaraq iddiaçının sözügedən ərizəsində irəli sürdüyü xahişlə razılaşmış və iddiaçını dərman peraparatı ilə təmin etmişdir. Belə olan halda iddiaçının adıçəkilən xahişi ilə bağlı artıq hüquqi marağı qalmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının həmin ərizəsi mümkün sayılmamalıdır. Bununla belə məhkəmə qeyd edir ki, əgər hazırkı inzibati mübahisə öz həllini tam tapanadək cavabdeh tərəfindən iddiaçının dərman peraparatı ilə təmin olunmaması halı baş verərsə, iddiaçının yenidən eyni məzmunlu ərizə ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ qalmaqdadır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xəstəliyi ilə əlaqədar olaraq müvafiq dərman vasitəsiləri ilə təmin olunma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev