Məhkəmə qərarları › İş №2-1(112)-11662/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11662/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11662/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı əlilliyin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi, əlilliyinin düzgün müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1994ci ildə hərbi xidmətə çağrılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 1994-cii ilin aprel ayında yaralanmışdır. xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaraların nəticələri – diaqnoz: Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində səpələnmiş halda üç ədəd, sol saidin aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ saidin aşağı 1/3 -nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İV barmağının orta və dırnaq falanqalararası oynağın ankilozu və açıcı kontrakturası (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2016-cı il tarixli 2293 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 501 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2016-cı il tarixli 11 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Növbəti müayinəyə göndərilmiş lakin, cavabdeh idarə əlilliyini müvafiq qaydada müəyyənləşdirməmişdir. Nəticədə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Xəstəlik üzrə alınan stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmamışdır. Əsas xəstəliyin ağırlaşmaları instrumental müayinə ilə öz təsdiqini tapmır. Bu səbəblə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində əlillik verilməsindən imtina edilməsi cavabı verilmişdir. Bu imtina qanuni hesab edilə bilməz. Ona görə ki, cavabdehin dəlilləri əsaslı deyildir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının ilkin əlillik təyinatı xx.xx.2017-ci il tarixli müayinə aktı əsasında aparılmış və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə növbəti dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və şəxsin əlilliyi barədə yekun qərar qəbul etmək mümkün olmadığına görə X3 əsası ilə tibb müəssisəsinə natarnam məlumatların yenilənməsi məqsədilə geri göndərilmişdir. Daha sonra vətəndaş tərəfindən Agentliyə heç bir formada müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasTmn və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddianın mümkün hesab edilməməsi xahiş edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 87 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı RHK tərəfindən 1994ci ildə hərbi xidmətə çağrılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 1994-cii ilin aprel ayında yaralanmışdır. xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaraların nəticələri – diaqnoz: Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində səpələnmiş halda üç ədəd, sol saidin aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ saidin aşağı 1/3 -nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İV barmağının orta və dırnaq falanqalararası oynağın ankilozu və açıcı kontrakturası (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2016-cı il tarixli 2293 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 501 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2016-cı il tarixli 11 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı dair ambulator kitabçadan çıxarış, epikrizlər və digər xəstəlik vərəqləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı dair H3 seriyalı ******* saylı xx.xx.1992-ci il tarixli hərbi biletin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-2236/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə müayinə edilərək “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Posttravmatik ensefalopatiya,tez-tez təkrarlanan gıcolma tutmaları (ayda 8-9 dəfə) Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ,İV risk faktoru ilə.Hipertonik ensefalopatiya. Digər neqativ pozuntular, Asteno-nevrotik sindrom. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Gəlpo yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində səpələnmiş halda üç ədəd, sol saidin aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ saidin aşağı 1/3- nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin bayır səthində bir ədəd,sol baldırın orta 1/3 -nin ön səthində bir ədəd ,sol çənəaltı nahiyyədə bir ədəd köhnə çapıq toxumalar,sağ əlin İV barmağının orta və dırnaq falangaarası oynağın ankilozu və açıcı kontrakturası.(Aprel 1994 il döyüş zonasında)” diaqnozu ilə qiymətləndirilmiş və ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Digər kəllədaxili travmalar, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Dərinin hipertrofik dəyişiklikləri, Qəlpə yaralanmasından sonra başın arxa, ənsə nahiyəsində , sol saidin aşaği 1/3 də , sağ saidin aşağı 1/3 də, sol baldırın orta 1/3 də sağ baldırın yuxarı 1/3-də ağrılı dartıcı çapıq toxumaları” diaqnozu ilə qiymətləndirilmiş və ona “Göndərişin natamam doldurulması - Səbəb: 1994-2016-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən təqdim edilmiş E00053665RGX saylı xx.xx.2022-ci il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1994-cü ildir (orta, ağır). Əsas diaqnoz: S06.8 Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya, Qabariq asteno-nevrotik sindrom . İ67.2 Serebral ateroskleroz, Mnestik funksiyalarin zəifləməsi. H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli sağ İV, sol lll-İV dərəcəli neyrosensor tipli ağır eşitmə. İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ L91 Dərinin hipertrofik dəyişiklikləri, Qəlpə yaralanmasindan sonra başın arxa , ənsə nahiyəsində, sol 1.91 saidin aşağı 1/3 də, sağ saidin aşağı 1/3 də, sol baldırın orta 1/3 də sağ baldırın yuxarı 1/3-də ağrılı dartıcı çapıq toxumaları. M24.5 Oynaqların kontrakturası, Sağ əlin İV barmağin orta və dırnaq falanqarası oynağın açıcı kontrakturası. Hər iki diz oynağının bükücü kontrakturası (Bükmə 100 dərəcə) M17 Qonartroz [diz oynağının artrozu], Hər iki diz oynağının deformasiyaedici artrozu M24.6 Oynağın ankilozu, Sağ əlin İV barmağının orta və dırnaq falanqarası oynağın ankilozu M84.0 Sümük sınığının pis bitişməsi, Sol əlin V daraq sümüyünün başının qeyridüzgün bitişmiş sınığı. R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi ağri sindromu R26.0 Ataktik yeriş, Ataktik yeriş . Ağırlaşmalar: G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez təkrar olunan, generalizə Agrı aşma olunmuş, epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) T90.5 Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddia tələbindən görünür ki, iddiaçının tələbi sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən ona əlilliyin təyin edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, çəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Hazırki iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X5rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlilliyin təyinatından imtina edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş alt-sistemdən çıxarışdan görünür ki, imtina barədə cavabdeh qurum tərəfindən xx.xx.2023cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı bu barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi əlilliyin təyin edilməsindən imtina barədə qərarın mübahisələndirilməsi üçün prosessual müddətin ötürülməməsini qeyd etsə də, uzun müddət ərzində cavabdeh qurumun hərəkətsizliyi və ya imtinasının hansı səbəbdən məhkəmədə mübahisələndirilməməsinə dair hər hansı bir dəlil təqdim edə bilməmişdir. Odur ki, məhkəmə iclasın təxirə salınmasını, buraxılmış müddətin səbəbləri barədə əlavə məlumatın verilməsini zəruri hesab etmir. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar