Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11669/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 oktyabr 2020-ci il tarixli **********141145 nömrəli qərarına əsasən iddiaçı “Çaşıoğlu Elm-İstehsalat" MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 1 sentyabr 2017-ci il tarixdən 1 sentyabr 2020-ci il tarixədək olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin olunmuş və yoxlama 12 noyabr 2020-ci il tarixdən başlanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2 noyabr 2020-ci il tarixli **********141234 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməsi “Çaşıoğlu Elm-İstehsalat" MMC-yə təqdim olunmuş və MMC tərəfindən tələbnamədə qeyd edilən bütün sənədlər vergi orqanına vaxtında təqdim edilmişdir. Yoxlamanın 12 noyabr 2020-ci il tarixdə başlamasından sonra Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarlar çıxarılaraq yoxlama 7 dəfə – 223 gün müddətinə və Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarlar çıxarılaraq yoxlama 2 dəfə – 46 gün müddətinə, ümumilikdə isə 9 dəfə – 269 gün müddətinə dayandırılmışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 23 və 38-ci maddələrinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması" haqqında qərarlar çıxarılaraq yoxlama 2 dəfə, ümumilikdə 60 iş günü müddətinə artırılmışdır. Bundan başqa, Vergi Məcəlləsinin 23 və 38-ci maddələrinə əsasən “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərarla keçirilən yoxlamanın nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günü uzadılmışdır. Eyni zamanda, yoxlama dövründə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərara əlavələr (dəyişikliklər) edilməsi barədə qərarlar çıxarılaraq 4 dəfə yoxlayıcılar dəyişdirilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması), yoxlamanın keçirilməsi müddətinin artırılması, yoxlamanın nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında, eyni zamanda, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında qərarlar çıxarılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışlar müəsissəyə təqdim olunmamışdır. Sonuncu yoxlayıcı isə, cəmi bir dəfə təkrar təyin olunmuş "xxxx" MMC-nin eksperti ilə birlikdə müəsissəyə gələrək, bir neçə saat ərzində müəsissədə olmuş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Ekspertizanın təyin edilməsi" haqqında 22 noyabr 2021-ci il tarixli qərarla tanış olunmuş və imzalanmış, lakin yoxlayıcı olduğunu təsdiq edən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərara əlavələr (dəyişikliklər) edilməsi barədə qərarı müəsissəyə təqdim etməmiş, poçt və ya elektron qaydada göndərməmişdir. Yoxlamanın başlamasından 11 ay keçdikdən sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 30 sentyabr 2021-ci il tarixdə Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən “Mütəxəssisin təyin edilməsi” və Vergi Məcəlləsinin 23 və 44-cü maddələrinə əsasən “Ekspertizanın təyin edilməsi” haqqında qərarlar çıxararaq, yoxlanılan dövr üzrə real istehsal həcminin və real icarə haqqının müəyyən edilməsi barədə "xxxx" MMC ilə müqavilə bağlamışdır. Yuxarıda qeyd olunan qərarlar üzrə ekspert və mütəxəssis rəyləri müəsissəyə təqdim olunmadan, yenidən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 22 noyabr 2021-ci il tarixdə Vergi Məcəlləsinin 23 və 44-cü maddələrinə əsasən “Ekspertizanın təyin edilməsi” haqqında qərar çıxarmış, yoxlanılan dövr üzrə real istehsal və satış həcminin müəyyən edilməsi barədə bu dəfə "xxxx" MMC ilə müqavilə bağlamışdır. Burada bir maraqlı yanaşma da real istehsal həcminin müəyyən olunması 1-ci dəfə mütəxəssisə, 2-ci dəfə isə ekspertə həvalə olunmasıdır. Qanunvericilikdə səyyar vergi yoxlaması zamanı real istehsal həcmi müəyyənləşdirmək mütəxəssis tərəfindən müəyyən olunur. Yekun olaraq müəsissəyə ekspert və mütəxəssis rəyləri təqdim olunmamışdır. Yoxlayıcı tərəfindən tərtib olunmuş aktın 1.9.1-ci bəndində “tələbnamə üzrə tələb olunan sənədlər yoxlamaya tam təqdim olunduğu üçün 3 dekabr 2020-ci il tarixli sənədlərin təqdim olunması barədə aktla rəsmiləşdirilmişdir" yazılsa da, yoxlayıcı aktın 1.9.4-cü bəndində yoxlamaya sənədlərin sonradan təqdim olunduğunu və yoxlama sənədlər əsasında aparıldığını əsas gətirərək ekspert və mütəxəssis rəylərinin alınmasına zərurət yaranmadığını göstərmişdir. Halbuki, bütün sənədlərin yoxlamaya 3 dekabr 2020-ci il tarixdə ekspert və mütəxəssis qərarlarından 300 gün, yəni 10 ay əvvəl tam təqdim olunduğunu və aktla rəsmləşdirildiyini bildirmişdir. Beləliklə, yoxlayıcı aktda dürüst olmayan nöqsanlara yol vermişdir. Onlayn kargüzarlıq vasitəsilə “Çaşıoğlu Elm-İstehsalat" MMC-yə təqdim olunan **********411300 nömrəli 27 yanvar 2022-ci il tarixli məktubda səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli **********141749 nömrəli 1-ci “Səyyar vergi yoxlaması" aktının 19 yanvar 2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilməsi, lakin poçt tərəfindən "ünvan natamamdır" qeydi aparılaraq geri qaytarılması bildirilmişdir. Xüsusilə vurğulanmalıdır ki, “Çaşıoğlu Elm-İstehsalat" MMC tərəfindən müəyyən edilmişdir ki. həmin məktubun qoşmasına əlavə edilmiş 175403 saylı poçt qaiməsi “Atlas Ekspress" poçt xidmətinə məxsusdur. “Çaşıoğlu Elm-İstehsalat" MMC-nin "xxxx" poçt xidmətinə ünvanlanmış 10 fevral 2022-ci il tarixli məktubuna həmin qurum tərəfindən 14 fevral 2022ci il tarixdə cavab verilmişdir. Cavab məktubunda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə “175043 saylı qaimə ilə heç bir məktub göndərilməmişdir" yazılmışdır. Buradan belə nəticəyə gəlmək olar ki, yoxlayıcı poçt qəbzini saxtalaşdıraraq vergi orqanına saxta poçt qəbzi təqdim edərək yalan məlumat vermiş və Vergi Məcəlləsinin 39.4-cu maddəsinin tələblərini pozmuş, "vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir" normasının tələblərini pozmuşdur. Bununla da, vergi orqanının əməkdaşının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətləri yaranmış, o, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaq və ya qanunsuz hazırlamaqla cinayət törətmişdir. Bundan başqa, 14 yanvar 2022-ci il tarixdə tərtib edilmiş 1-ci “Səyyar vergi yoxlaması” aktının 40-cı səhifəsində aktı imzalamaqdan və bir nüsxəsinin alınmasından müəssisənin rəhbərinin imtina etməsi barədə yazılmışdır. Yoxlayıcı tərəfindən 1-ci "Səyyar vergi yoxlaması" aktı “Çaşıoğlu Elm-İstehsalat" MMC-yə hər hansı formada təqdim edilməmiş, yəni müəssisənin ünvanına gətirilməmiş, müəssisənin rəhbərini vergi orqanına aktla tanış etmək məqsədilə dəvət etməmişdir. Beləliklə, yoxlayıcı tərəfindən 14 yanvar 2022-ci il tarixdə tərtib edilmiş 1-ci "Səyyar vergi yoxlaması" aktı ilə müəssisənin rəhbərini tanış etmək əvəzinə aktın 40-cı səhifəsində aktı imzalamaqdan və bir nüsxəsinin alınmasından müəssisənin rəhbərinin imtina etməsi barədə doğru olmayan qeydlər aparılmışdır. Yoxlayıcı tərəfindən yoxlama aparmadan, yoxlamaya təqdim olunmuş sənədləri araşdırmadan 14 yanvar 2022-ci il tarixdə tərtib edilmiş 1-ci aktda mənfəət vergisi üzrə 206.149,55 manat, əlavə dəyər vergisi üzrə 82.615,49 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 320.742,36 manat, cəmi 930.249,76 manat vergilərin və vergilərə hesablanmış 465.124.88 manat maliyyə sanksiyaları, eyni zamanda torpaq vergisi üzrə hesablanmış 120 manat maliyyə sanksiyasının hesablanması təklif olunmuşdur. 14 yanvar 2022-ci il tarixdə tərtib edilmiş 1ci akt barədə şikayət ərizəsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMCnin nümayəndələri ilə müzakirə olunan zaman mənfəət vergisi üzrə 206.149,55 manat, əlavə dəyər vergisi üzrə 82.615,49 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 227.651,89 manat, cəmi 516.416,93 vergilərin və vergilərə hesablanmış 258.208,47 manat maliyyə sanksiyaları, eyni zamanda torpaq vergisi üzrə hesablanmış 120 manat maliyyə sanksiyasının düzgün yazılmadığı vergi orqanının məsul şəxsləri tərəfindən qəbul olunduqdan sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" 14 mart 2022-cil tarixli **********155395 nömrəli qərar çıxarılmışdır. Həmin “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarda 14 yanvar 2022-ci il tarixli **********141749 nömrəli 1-ci “Səyyar vergi yoxlaması" aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün yenidən araşdırılması tapşırılmışdır. Tərtib olunmuş 14 yanvar 2022-ci il tarixli **********141749 nömrəli 1-ci “Səyyar vergi yoxlaması” aktından sonra, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin aktda qeyd olunan əlavə hesablanmış vergilərin araşdırılması barədə 4 mart 2022-ci il tarixli “səyyar vergi yoxlaması aktına baxılma haqqında” protokol tərtib edilmiş və həmin protokol vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Belə ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarda ancaq səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün araşdırılması tapşırılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 23 iyun 2022-ci il tarixli **********141749 nömrəli 2-ci aktda yenidən yoxlamaya təqdim olunmuş sənədlər vergi orqanı tərəfindən aşadırılmadan aşağıdakı vergi və maliyyə sanksiyalarının hesablanması təklif olunmuşdur: (mənfəət vergisi üzrə) 2-ci səyyar vergi yoxlaması aktının 8-ci səhifəsində 2017-ci il üzrə 372.607,92 manat, 2019-cu il üzrə 118.300,06 manat, cəmi 490.907,98 manat mənfəət vergisinin azaldılması və 245.453,99 manat maliyyə sanksiyası, eyni zamanda 2018-ci il üzrə 13.387 manat mənfəət vergisinin artıq hesablanması təklif olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 23 iyun 2022-ci il tarixli 2-ci aktda əvvəlki aktda qeyd olunmayan istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərə çəkilmiş xərcləri Vergi Məcəlləsinin 114.3.6 və 118.2-ci maddələrinə istinad edərək çəkilmiş xərclərin birbaşa xərcə salınması ilə razılaşmayaraq xərcləri azaltmış və amortizasiya ayırmaları şəklində xərclərə aid etmişdir. Birincisi, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarda ancaq səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün araşdırılması tapşırılsa da, yoxlayıcı tərəfindən qərarda nəzərdə tutulmayan məsələləri öz səlahiyyətlərindən kənara çıxaraq qanunsuz olaraq əlavə yoxlama aparılıb. Belə ki, 14 yanvar 2022-ci il tarixli 1-ci aktda istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərə çəkilmiş xərclər barədə heç nə yazılmamışdır. İkincisi, aktın 11-ci səhifəsində qeyd olunan rəqəmlər həqiqətə uyğun deyildir və təhrif olunmuşdur. Belə ki, 2017-ci il üzrə istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərə çəkilmiş xərclər cəmi 147.000 manatdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 118.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktivlərə aiddir. Həmin Məcəllənin 118.2-ci maddəsinə əsasən qeyri-maddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Həmin Məcəllənin 118.3-cü maddəsinə əsasən qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyrimaddi aktivlərin dəyərinə aid edilmir. Müəsissə Təhsil Nazirliyinə iş görmüşdür. Təhsil Nazirliyi büdcədən maliyyələşən qurum olduğundan və müqavilədə də nəzərdə tutulduğu kimi işlər il ərzində başa çatdırılmışdır. Yəni, Vergi Məcəlləsinin 118.1-ci maddəsinə əsasən bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdilmədiyi üçün çəkilən xərclər qeyri-maddi aktivlərə aid edilə bilməz. Eyni zamanda, Vergi Məcəlləsinin 118.3-cü maddəsində qeyd olunur ki, qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri- maddi aktivlərin dəyərinə aid edilmir. Belə ki, qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxıla bilər. Beləliklə, müəsissə Vergi Məcəlləsinin 118.3-cü maddəsinə uyğun olaraq 147.000 manatı qeyri-maddi aktivlərə çəkilmiş xərclər kimi xərclərə aid etmişdir. 2018 – 2019-cu illərdə isə, ümumiyyətlə istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərə xərc çəkilməmişdir. Üçüncüsü, aktda qeyd olunan 2017-ci ildə 1.923.044,00 (2.070.044 – 147.000) manat, 2018-ci ildə 132.962 manat və 2019-cu ildə 842.136 manat, cəmi 2.898.142 manat məbləğlər qanunvericiliyə uyğun olaraq vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmış və müqavilə əsasında işləyən fiziki şəxslərlə göstərilmiş xidmətlərə (işlərə) görə hesablanmışdır və bu xərclər bir başa malların təqdim olunması ilə bağlı olduğu üçün xərclərə aid olunmuşdur. Belə ki, müəsissənin faktiki fəaliyyəti poliqrafiya olduğundan müxtəlif növ orta məktəb dərsliklərinin, jurnal, atlas və sair dərsliklərin hazırlanmasından ibarətdir. Şirkət tərəfindən təhsil sistemi üçün hazırlanmış orta məktəb tədris vəsaitləri dərslik və ya dərs vəsaiti statusu alırsa, Təhsil Nazirliyi tərəfindən qrif şəklində verilir, yəni həmin dərslik və ya dərs vəsaitlərinin bütün hüquqları dövlətə məxsus olur. Bu məsələ 2013-cü ildən bu şəkildə həyata keçirilir. Ona görə şirkətin hazırladığı dərslik və ya dərs vəsaiti satınalma predmeti kimi o biri illərdə satınalmada qalib gəlmiş başqa şirkətlər də nəşr edə bilər. Belə dərslik və ya dərs vəsaiti təkrar nəşrə getməmişdən əvvəl, hər 3 ildən bir təkmilləşdiyi üçün Təhsil Nazirliyi dərslik və ya dərs vəsaitlərini hazırlamış şirkətlə onun təkmilləşməsi (redaktə, korrektə, mətn yığımı, rəsm işi, dizayn işləri, tərcümə, yenidən səhifələnmə) üçün şirkətlə müqavilə bağlayır və ona bu işləri görmək üçün vəsait ödəyir. Xidməti müqavilə ilə görülən bu təkmilləşmə işləri şirkət tərəfindən xərclərə salınır yerdə nə qalırsa şirkətin mənfəətinə çevrilir, şirkətdə öz növbəsində bu məbləğdən mənfəət vergisi ödəyir. Dərslik və dərs vəsaiti statusu almış hər bir orta məktəb tədris vəsaitlərinin sahibi dövlətdir və dövlətin əmlakı sayılır. Məhz ona görə bu sahədə görülən işlər ancaq xərclərə salınmalıdır. Əks halda dövlətin əmlakını necə kapitallaşdırıb ondan amortizasiya ayırmaları şəklində xərclərə aid etmək olar. Buna görə də təkmilləşdirilməsi və işlənib hazırlanması vacib olan dərslik və dərs vəsaitlərinin müəlliflik hüququ dövlətə məxsus olduğu üçün kapitallaşdırıla bilməz. Dövlət külli miqdarda vəsait ayırır ki, yüz minlərlə nəşr edilən dərsliklər oxucuya qüsursuz çatsın. “Çaşıoğlu Elm-İstehsalat" MMC də öz növbəsində müəlliflərlə ölkənin bu sahədə işləyən mütəxəssisləri ilə xidməti müqavilələr bağlayıb və bu işləri başa çatdırır. “Çaşıoğlu Elm-İstehsalat" MMC bu barədə görüşlərdə vergi orqanının məsul şəxslərinə təsdiqedici bütün sənədləri təqdim edərək izah edir, onlar məsələnin aydın olduğunu bildirsələr də, sonradan aktda rəqəmlər təhrif olunmuş şəkildə yazılmışdır. Yekun olaraq, səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 114.3.6 və 118.2-ci maddələrinə istinad edərək hesablanmış 490.907,98 manat mənfəət vergisi və 245.453,99 manat maliyyə sanksiyası əsassızdır və ləğv olunmalıdır; (ödəmə mənbəyində tutulan vergi üzrə) 2-ci səyyar vergi yoxlaması aktının 20-ci səhifəsində Vergi Məcəlləsinin 110 və 123-cü maddələrinə əsaslanaraq banklararası orta kredit faizləri tətbiq etməklə, yoxlanılan dövr üzrə ümumilikdə təsisçiyə 961.454,54 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyində 10 faiz dərəcə ilə 96.145,45 manat vergi və 48.072,74 manat maliyyə sanksiyası təklif olunmuşdur. Təsisçi təsis etdiyi şirkətin yüksək maliyyə göstəricilərində maraqlı şəxsdir. Belə ki, müəssisənin inkişafı, maliyyə durumunun yaxşı olması, son nəticədə yüksək maliyyə göstəricilərinə, mənfəətlə işləməsinə, dövlət büdcəsinə daha çox mənfəətdən vergi ödəməsinə və özünün yüksək dividend əldə etməsinə birbaşa təsir edir. Buna görə də təsisçi müəssisəyə hər hansı faizlə borc verməkdə maraqlı deyildir. Yoxlanılan dövr ərzində müəssisənin fəaliyyət göstərməsi üçün, yəni xammal və materialların alınması, işçilərə əmək haqqının verilməsi, vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisi üzrə cari ödəmələrin və vergi borclarının, eyni zamanda digər səbəblərdən təsisçi tərəfindən faizsiz borc müqavilələri əsasında müəssisənin bank hesabına təsisçi payı daxil olmuş və bununla bağlı bütün sənədlər yoxlamaya təqdim olunmuşdur. Vergi Məcəlləsinin 110-cu maddəsi “Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması” ilə bağlıdır. Belə ki, qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Vergi Məcəlləsinin 123-cü maddəsi isə “ödəmə mənbəyində faizlərdən vergi tutulması ilə” bağlıdır. Bu maddədə faktiki ödənilən faizlərdən ödəmə mənbəyində verginin tutulması qeyd olunmuşdur. Müəssissə ilə təsisçi arasında bağlanmış borc müqavilələrində alınmış borca görə heç bir faiz nəzərdə tutulmamış və müəssisənin bank, kassa və digər hesablarından təsisçidən alınmış borca görə heç bir faiz ödənilməmişdir. Əlavə faiz ödənilməmişdirsə ödəmə mənbəyində vergi hesablana bilməz. Yoxlayıcı əgər təsisçiyə 961.454,54 manat faiz gəliri hesablayırsa, həmin məbləği Vergi Məcəlləsinin 110-cu maddəsinə əsasən xərcə aid etməlidir, lakin xərcə aid edilməmişdir. Bu səbəbdən səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 110 və 123-cü maddələrinə istinad edərək hesablanmış vergi məbləği əsassızdır və ləğv olunmalıdır. Yoxlanılan dövr üzrə təsisçi tərəfindən müəsissəyə cəmi 2.833.803,83 manat faizsiz borc verilmişdir və bu barədə vergi orqanına təsdiqedici bank çıxarışları və digər sənədlər təqdim olunmuşdur. Yoxlayıcı tərəfindən rüblər üzrə aktda istifadə olunan rəqəmlər müəsissəyə aid rəqəmlər deyildir və bu barədə vergi orqanının məsul şəxslərinə dəfələrlə bildirilmişdir. Yoxlama dövründə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məsul şəxsləri ilə keçirilən görüşlərdə qanunsuz tərtib edilmiş yoxlama aktındakı rəqəmlərlə bağlı müəssisənin təklifinin hansı məbləğdən ibarət olduğu soruşulmuş, eyni zamanda 2-ci yoxlama aktından sonra növbəti dəfə müəssisə ilə vergi orqanı arasında görüş keçirilən zaman Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məsul əməkldaşı bldirmişdir kı, əgər müəssisə müvafiq məbləğdə vergi ödənişi ödərsə, aktda qeyd olunan vergi və maliyyə sanksiyasının məbləğlərinin azaldılması mümkündür. Bu məqamda “Çaşıoğlu Elm-İstehsalat" MMC-nin mövqeyi ondan ibarət olmuşdur ki, vergi və maliyyə sanksiyası qanunsuz və əsassız olduğundan, həmçinin dövlət büdcəsinə hesablanmalı olan məbləği vergi orqanın öz mülahizəsi ilə azaltmaq və ya artırmaq səlahiyyəti olmadığından, bu təklif açıq aşkar təhdid məqsədi daşıyır və vergi orqanının heç bir vəzifəli şəxsi dövlətin büdcəsinə çatası vergiləri azaltmaq səlahiyyətində deyildir, bu halda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Vergi orqanın əməkdaşları ilə müəssisənin nümayəndələri arasında olan bütün görüşlərin audio və video yazısının aparıldığı bəyan edilmişdir Bu halda məhkəmənin sorğusu əsasında audio və video yazılar götürülsə, qeyd olunanların həqiqəti əks etdirdiyi sübuta yetiriləcək. Vergi orqanı Vergi Məcəlləsinə zidd hərəkətlər edərək, müəssisəyə qarşı qərəzli mövqe nümayiş etdirmiş, nəyin bahasına olursa olsun müəssisəyə əlavə vergilər hesablamışdır. Vergilərin hesablanması vergi qanunvericiliyinə və Vergi Məcəlləsinə zidd və əsassız olduğundan, eyni zamanda sənədlərlə təsdiqini tapmadığından, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə, İPM-nin 32.1 və digər maddələrinə əsaslanaraq məhkəmədən cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərarının ləğv olunması barədə qərar çıxarılması xahiş edilir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış 26 sentyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaya etiraz olunur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 oktyabr 2020-ci il tarixli **********141145 nömrəli qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: sentyabr 2017 – avqust 2020) təyin edilmiş, yoxlamaya 12 noyabr 2020-ci il tarixdə başlanılmış və yoxlama 20 iyun 2022-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi 23 iyun 2022-ci il tarixli **********141749 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi 2017-ci il və 2019-cu illər üzrə mənfəət vergisinin ödəyicisi olmuş və mənfəət vergisi bəyannamələrini vergi orqanına vaxtında təqdim etmişdir. Səyyar vergi yoxlaması ilə 2017 – 2019-cu illər üzrə mənfəət vergisi yoxlanılmışdır. 2017-ci ci il mənfəət vergisi üzrə: Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri malların təqdim edilməsindən 6.071.103,01 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 1.470 manat, amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən 22.250 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqindən 116.382,39 manat olmaqla 6.211.205,40 manat olduğu, eyni zamanda xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərqin 46.665,11 manat olmaqla ümumi gəliri 6.164.540,29 manat olmuşdur. 2017-ci il üzrə xərcləri isə, əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 169.256,46 manat, sosial sığorta haqları üzrə 37.236,41 manat, xammal və materiallar üzrə 1.506.261,14 manat, malın dəyəri 64.214,89 manat, icarə haqqı üzrə 53.232,19 manat, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri 3.140,01 manat, enerji xərcləri 38.303,40 manat, qaz xərcləri 313,22 manat, su və kanalizasiya xərcləri 4.718,80 manat, rabitə xərcləri 3.880,10 manat, mühafizə xərcləri 49.000 manat, bank xidməti üzrə xərcləri 40.604,55 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 2.070.044 manat, royalti xərcləri 43.020,45 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərcləri 1.003.071,03 manat (o cümlədən, binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya xərcləri 15.631,29 manat, maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya üzrə 29.507,43 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə 19.385,59 manat, qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya üzrə 629.634,57 manat (o cümlədən istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya 629.560,43 manat, istifadə müddəti məlum olan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya 74,14 manat), digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 2.508,29 manat, təqdim edilmiş əsas vəsaitlərin dəyəri 12.054,88 manat, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya 294.348,98 manat) təmir xərcləri 4.333,67 manat (o cümlədən, binalar, tikililər və qurğular üzrə hesablanmış təmin xərcləri 3.445,67 manat, maşınlar və abadanlıq üzrə hesablanmış təmir xərcləri 888 manat), nəqliyyat xərcləri 8.355,04 manat, sığorta üzrə xərclər 2.293,72 manat, digər xərclər 26.122,49 manat, gəlirdən çıxılan vergilər və yığımlar üzrə 7.725,97 manat (o cümlədən, əmlak vergisi üzrə 7.725,97 manat) olmaqla, ümumilikdə 5.135.127,54 manat olmuşdur. 2018-ci il mənfəət vergisi üzrə: Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri malların təqdim edilməsindən 4.970.492,65 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 4.200,13 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqindən 26.093,93 manat olmaqla, 5.000.786,71 manat olduğu, eyni zamanda xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərqin 9.237,60 manat olmaqla, ümumi gəliri 4.991.549,11 manat olmuşdur. 2018-ci il üzrə xərcləri isə, əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 410.474,28 manat, Sosial sığorta haqları üzrə 42.918,93 manat, xammal və materiallar üzrə 1.745.652,80 manat, malın dəyəri 83.599,10 manat, icarə haqqı üzrə 185.626,50 manat, enerji xərcləri 41.135,34 manat, qaz xərcləri 653,53 manat, yanacaq xərcləri 1.863,30 manat, su və kanalizasiya xərcləri 9.710,03 manat, rabitə xərcləri 2.773,66 manat, mühafizə xərcləri 32.130 manat, bank xidməti üzrə xərcləri 29.270,42 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərc ər 306.300,86 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərcləri 918.493,50 manat (o cümlədən, binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya xərcləri 14.537,10 manat, maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya üzrə 99.974,31 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə 14.539,19 manat, qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya üzrə 566.674,40 manat (o cümlədən, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya 566.604,40 manat, istifadə müddəti məlum olan qeyrimaddi aktivlər üzrə hesablanmış amortizasiya 70 manat), digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 2.006,80 manat, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya 220.761,70 manat), digər xərclər 785.021,94 manat, gəlirdən çıxılan vergilər və yığımlar üzrə 12.113,76 manat (o cümlədən, əmlak vergisi üzrə 12.113 manat) olmaqla, ümumilikdə 4.607.737,95 manat olmuşdur. 2019-cu il mənfəət vergisi üzrə: Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri mallarıh təqdim edilməsindən 8.372.359,42 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 703,39 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqindən 724,12 manat olmaqla 8.373.786,93 manat olduğu, eyni zamanda, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərqin 8.741,11 manat olmaqla, ümumi gəliri 8.365.045,82 manat olmuşdur. 2019-cu il üzrə xərcləri isə əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 576.311,82 manat, sosial sığorta haqları üzrə 98.862,53 manat, xammal və materiallar üzrə 2.943.804,39 manat, malın dəyəri 59.306,14 manat, icarə haqqı üzrə 221.088,73 manat, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri 7.637,84 manat, enerji xərcləri 35.213,36 manat, qaz xərcləri 1.112,05 manat, yanacaq xərcləri 2.285,24 manat, su və kanalizasiya xərcləri 5.182,58 manat, rabitə xərcləri 4.158,29 manat, mühafizə xərcləri 42.000 manat, bank xidməti üzrə xərcləri 38.430,17 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 1.328.437,99 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərcləri 821.041,81 manat (o cümlədən, binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya xərcləri 13.519,50 manat, maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya üzrə 83.834,63 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə 45.195,47 manat, qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya üzrə 51.0073,46 manat (o cümlədən, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya 509.943,96 manat, istifadə müddəti məlum olan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya 129,50 manat), digər əsas vəsaitlər üzrə hesablanmış amortizasiya 1.605,44 manat, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya 166.813,31 manat), sığorta üzrə xərclər 4.868,88 manat, digər xərclər 1.425.879,28 manat, gəlirdən çıxılan vergilər və yığımlar üzrə 12.217,04 manat (o cümlədən, əmlak vergisi üzrə 12.217,04 manat) olmaqla ümumilikdə 7.627.838,14 manat olmuşdur. Səyyar vergi yoxlaması ilə müəssisə tərəfindən 2017-ci il üzrə 372607,92 manat verginin azaldıldığı, 2018-ci il üzrə 13387,00 manat verginin artıq hesablandığı və 2019-cu üzrə isə 118.300,06 manat verginin azaldıldığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən mənfəət vergisinin azaldılmasının səbəbi istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərə çəkilmiş xərclərin Vergi Məcəlləsinin 114.3.6 və 118.2-ci maddələrinin tələbləri gözlənilmədən birbaşa mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində 221.15-ci sətirdə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər maddələrinə əlavə olunaraq 2017-ci il üzrə 2.070.044 manat, 2018-ci il üzrə 132.962 manat və 2019-cu il üzrə isə 855.690 manat olmaqla gəlirdən çıxılmışdır. Vergi ödəyicisi tərəfindən birbaşa xərcə salınmış istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərə çəkilmiş xərclər yoxlama ilə Vergi Məcəlləsinin 114.3.6 və 118.2-ci maddələrinə əsasən mənfəət vergisinin xərc maddələrindən çıxarılaraq illər üzrə amortizasiya ayırmaları şəklində 2017-ci ildə 207.004,40 manat, 2018-ci ildə 199.600,15 manat və 2019-cu ildə isə 265.209,14 manat olmaqla mənfəət vergisinin 227.6.1-ci sətrində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya xərc maddələrinə salındı. Nəticədə, 2017-ci il üzrə müəssisə tərəfindən 1.863.039,60 manat (2.070.044 – 207.004,40) qeyri-maddi aktivlərə çəkilmiş xərclərin mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində 234-ci sətirdə cəmi xərclər maddəsinə artıq salındığı, 2018-ci il üzrə 66.638,15 manat (132.962 – 199.600,15) az salındığı və 2019-cu il üzrə isə 590.480,86 manat (855.690 – 265.209,14) artıq salındığı müəyyən olunaraq müvafiq düzəlişlər aparılmışdır. Eyni zamanda, 2018-ci il mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclər üzrə mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində 233.2-ci sətrində əmlak vergisinin 12.410,64 manat göstərilməli olduğu halda 12.113,76 manat göstərildiyi müəyyən olunaraq 296,88 manat xərc mənfəət vergisi bəyannaməsinin müvafiq sətrinə əlavə olunaraq müvafiq düzəliş aparılmışdır. Bundan başqa, 2019-cu il mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində 221.2-ci sətrindəki sosial siğorta haqları üzrə xərclərin 98.634,28 manat olmalı olduğu halda 98.862,53 manat, gəlirdən çıxılan vergilərdən 233.2-ci sətrində – əmlak vergisi üzrə 11.425,81 manat göstərilməli olduğu halda isə 12.217,04 manat göstərilməsi nəticəsində 1.019,48 manat (98.634,28 + 11.425,81 – 98.862,53 – 12.217,04) xərcin artıq hesablandığı müəyyən olunaraq müvafiq düzəlişlər aparılmışdır. Yoxlamanın nəticəsi olaraq 2017-ci ildə mənfəət vergisi üzrə yuxarıda qeyd olunmuş xərclərin artıq salınması səbəbindən 372.607,92 manat ((2.070.044 – 207.004,40) x 20%) verginin azaldıldığı, 2018-ci il üzrə 13.387 manat ((132.962 – 199.600,15 – 296,88) x 20%) verginin artıq hesablandığı və 2019-cu ildə 118.300,06 manat ((855.690 – 265.209,14 + 1.019,48) verginin azaldıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2017 və 2019-cu illər üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış ümumilikdə 490907,98 manat vergi məbləğinin 50% miqdarında, yəni 245453,99 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə olunan vergi dövrü üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələrin düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq aylar üzrə əvəzləşmələrin düzgün qeyd edilməməsi və Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələblərinin pozulması səbəbindən ümumilikdə 8.658,68 manat əlavə dəyər vergisinin artıq hesablandığı, ayrı-ayrı aylarda isə 337,53 manat azaldıldığı müəyyən olunmuşdur. Azaldılmış vergi məbləği nəzərə alınmaqla ümumilikdə 8.349,63 manat verginin artıq hesablandığı müəyyən olunmuşdur. Azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 168,77 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Kameral vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə 2018-ci ilin dekabr ayı üçün Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Səbail Rayon Mühafizə İdarəsi tərəfindən təqdim olunmuş HU seriyalı 840066 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyük olduğu, həmin İdarə tərəfindən təqdim olunmuş HT seriyalı 530069 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyük olduğu 1.260,09 manat, 2019-cu ilin mart ayı üçün "xxxx" MMC tərəfindən təqdim olunmuş HX seriyalı 768244 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyük olduğu 61,20 manat, iyul ayı üçün əvəzləşmə, üçün təqdim edilmiş **********4006 nömrəli yük gömrük bəyannaməsi AR Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadığı üçün 2,64 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində 1.286,26 manat əlavə vergi məbləği hesablanmışdır. Səyyar vergi yoxlaması ilə kameral qaydada hesablanmış məbləğlər araşdırılmış və hesablanmış kameral vergi məbləğləri öz təsdiqini tapmışdır. Əmlak vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2017 – 2019-cu illər üzrə əmlak vergisi yoxlanılmışdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 201-ci maddələrinin tələbləri pozularaq əmlak vergisi üzrə 2018-ci il üzrə 124,96 manat (12.410,64 – 12.285,68) azaldıldığı, 2019-cu il üzrə isə 448,17 manat artıq hesablanması müəyyən edilmişdir. Azalmanın və artıq hesablamanın səbəbi əmlakın qalıq dəyərinin düzgün göstərilməməsi olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 124,96 manat vergi məbləğinin 50% miqdarında, yəni 62,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Təsisçi tərəfindən müəssisəyə verilmiş borc məbləğlərinin müəyyən hissəsi yoxlanılan dövr ərzində (müxtəlif dövrlərdə) təsisçiyə qaytarılmış, eyni zamanda, yeni borc məbləğlərinin verildiyi müəyyən olunmuşdur. ÖMV üzrə yoxlanılan dövrün əvvəlinə yəni, 1 iyul 2017-ci il tarixə təsisçinin müəssisəyə verdiyi borcun məbləği 5.965.586,98 manat olmuşdur. Yoxlanılan dövr ərzində təsisçi tərəfindən müəssisəyə ümumilikdə 2.485.917,83 manat borc verilmiş, eyni zamanda 7.672.115,28 manat müəssisə tərəfindən borc təsisçiyə qaytarılmışdır. ÖMV üzrə yoxlanılan dövrün sonuna, yəni 30 iyun 2020-ci il tarixə müəssisənin təsisçiyə 779.389,53 manat borcu qalmışdır. Vergi Məcəlləsinin 110 və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirimdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, 2017-ci ilin 3-cü rübü üzrə 141.627,13 manat, 2017-ci ilin 4-cü rübü 97.791,22 manat, 2018-ci ilin 1-ci rübü üzrə 122.763,70 manat, 2-ci rübü üzrə 130.877,53 manat, 3-cü rübü üzrə 106.608,59 manat, 4-cü rübü üzrə 70.827,20 manat, 2019-cu ilin 1-ci rübü üzrə 67.041,73 manat, 2-ci rübü üzrə 69.835,47 manat, 3-cü rübü üzrə 59.865,80 manat, 4-cü rübü üzrə 48.781,28 manat, 2020-ci ilin 1-ci rübü üzrə 25.509,16 manat, 2-ci rübü üzrə 19.925,73 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə təsisçiyə 961.454,54 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyinə 10% dərəcə ilə 96.145,45 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 48.072,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları üzrə: Səyyar vergi yoxlaması zamanı muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 2020-ci ilin 1-ci rübündə 0,02 manat, 2-ci rübündə isə 0,14 manat artıq hesablandığı müəyyən olunmuşdur. İddia ərizəsində yoxlamanın dayandırılması və uzadılması ilə bağlı müddətlərə toxunulmuşdur. Prosessual müddətlər ötürülməmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması Məcəllədə qeyd edilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır. Eyni zamanda, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Ümumiyyətlə, vergi orqanı tərəfindən hesablama ekspert və ya mütəxəssis rəyi ilə bağlı olmamışdır. Digər tərəfdən, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Odur ki, hesablamanın əsası ekspert və ya mütəxəssis rəyi ilə bağlı olmadığından çıxarılmış məsuliyyət qərarı etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məsuliyyət qərarı 23 iyun 2022-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən tərtib edilmişdir və sözügedən aktla bağlı iddia ərizəsində hər hansı bir prosessual pozuntu qeyd edilməmişdir və eyni zamanda prosessual müddətlər gözlənilməklə vergi ödəyicisinə təqdim edilmişdir. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarda 1-ci səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktın düzgünlüyünün yenidən araşdırılması tapşırılmışdır. Qeyd edilən məlumat tam absurddur. Belə ki əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********155395 nömrəli 14 mart 2022ci il tarixli qərarda daxil olmuş sənədlər əsasında yoxlamanın düzgünlüyünün müəyyən edilməsi qeyd edilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 23-cü maddəsinə, İPM-in 58.7-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsaslanaraq, iddiaçı “Çaşıoğlu Elm-İstehsalat" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərarının 490.907,98 manat mənfəət vergisi və 96.145.45 manat ödəmə mənbəyində tutulan vergi məbləğlərinin hesablanması və həmin məbləğlərə maliyyə sanksiyaları tətbiq edilməsi hissəsində ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh inzibati orqanın 28 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin 1 sentyabr 2017-ci il tarixdən 1 sentyabr 2020-ci il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 12 noyabr 2020-ci il tarixdə başlanmış, 20 iyun 2022-ci il tarixdə başa çatdırılmış və 23 iyun 2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2017-ci il üzrə 372.607,92 manat mənfəət vergisi və (İİİ – İV rüblər) 23.941,83 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üzrə 43.107,70 manat ödəmə mənbəyində tutulan vergi, 28,48 manat ƏDV, 124,96 manat əmlak vergisi, 2019-cu il üzrə 118.300,06 manat mənfəət vergisi, 24.552,43 manat ödəmə mənbəyində tutulan vergi, 288,90 manat ƏDV, 2020-ci ilin İ – İİ rübləri üzrə 4.543,49 manat ödəmə mənbəyində tutulan vergi, 20,15 manat ƏDV məbləğləri hesablanmış, eləcə də Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq müvafiq məbləğlərdə maliyyə sanksiyaları tətbiq edilmişdir. Qərarla həmçinin, iddiaçının fəaliyyəti üzrə 2018-ci il üçün 13.387 manat mənfəət vergisi, 2019-cu il üçün 7.961,62 manat ƏDV və 448,17 manat əmlak vergisi, 2020-ci il üçün 697,06 manat ƏDV və 0,16 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məbləğlərinin artıq hesablandığı müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərarını “490.907,98 manat mənfəət vergisinin və 96.145,45 manat ödəmə mənbəyində tutulan verginin hesablanması və bu vergi məbləğlərinə müvafiq (50% miqdarında) maliyyə sanksiyalarının tətbiqi” hissəsində mübahisələndirir. İddiaçının dəlilləri: 1) Vergi orqanı növbəti vergi yoxlamasını yoxlamanın dayandırılması, müddətinin artırılması, yoxlamanın nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması barədə formal qərarlar qəbul edərək Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət kriteriyalarına riayət etmədən keçirmişdir, sadalanan qərarların qeydiyyatı barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlar vergi ödəyicisi kimi müəssisəyə təqdim edilməmişdir; 2) Yoxlamanın gedişində müvafiq qərarlarla cəlb edilmiş ekspert və mütəxəssisin rəylərinə sonda yoxlama aktında və məsuliyyətə cəlbetmə barədə qərarda istinad olunmamış və bu hal əsaslandırılmamışdır; 3) Yoxlamanın nəticələrinə dair 14 yanvar 2022-ci il tarixdə ilkin akt tərtib edilsə də, sonradan inzibati orqanın 14 mart 2022-ci il tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarda 14 yanvar 2022-ci il tarixli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması nəzərdə tutulmuşdur. Lakin 14 yanvar 2022-ci il tarixli yoxlama aktı iddiaçıya vaxtında təqdim edilməmiş (bu barədə müvafiq poçt xidmətinin məktubu da mövcuddur), eləcə də həmin aktda əks olunmamış mənfəət vergisi üzrə sonrakı yoxlama tədbirləri çərçivəsində hesablamalar aparılmışdır; 4) Vergi orqanı tərəfindən 3.045.142 manat məbləğində vəsait qeyri-maddi aktivlərə çəkilən xərc kimi nəzərə alınaraq Vergi Məcəlləsinin 114.3.6 və 118.2-ci maddələrinə istinadən amortizasiya ayırmaları şəklində xərclərə aid etmişdir. Halbuki, yoxlanılan dövr üzrə qeyri-maddi aktivlərə çəkilmiş xərclər cəmi 147.000 manat olmuşdur və bu məbləğ sözügedən Məcəllənin 118.3-cü maddəsinə uyğun olaraq xərclərə aid olunmalıdır. Qalan 2.898.142 manat məbləğ isə, vergi ödəyicisi olan fiziki şəxslərə göstərdikləri xidmətlərə görə ödənilən vəsaitlərdir; 5) Vergi orqanı Vergi Məcəlləsinin 110 və 123-cü maddələrinə istinadən, banklararası orta kredit faizləri tətbiq etməklə iddiaçı ”Çaşıoğlu Elm-İstehsalat” MMC-yə təsisçisi tərəfindən verilmiş və sonradan təsisçisiyə qaytarılmış məbləğə 10% dərəcəsi ilə 96.145,45 manat ödəmə mənbəyində vergi hesablamışdır. Lakin bu vəsait təsisiçisi tərəfindən müəssisəyə faizsiz və qaytarılmaq şərtilə verildiyindən, bu əməliyyat Vergi Məcəlləsinin həmin müddəalarının təsiri altına düşə bilməz. Cavabdeh 22 avqust 2022-ci il tarixli qərarın mübahisələndirilən hissədə qəbulunu belə əsaslandırır: 1) Yoxlamanın aparılması və aktın təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlər pozulmamışdır; 2) Vergi ödəyicisi tərəfindən qeyri-maddi aktivlərə çəkilmiş xərclər Vergi Məcəlləsinin 114.3.6 və 118.2-ci maddələrinin tələbləri gözlənilmədən birbaşa mənfəət vergisi bəyannaməsində gəlirin əldə olunması ilə bağlı xərclərə aid edilmişdir; 3) Vergi ödəyicisinə onun təsisçisi tərəfindən verilmiş borc məbləğlərinə Vergi Məcəlləsinin 110 və 123-cü maddələrinə əsasən banklararası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərdən ödəmə mənbəyində 10% dərəcəsi ilə 96.145,45 manat vergi hesablamışdır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 23 avqust 2022-ci il tarixdə, yəni qərarın qəbulundan 1 gün sonra daxil olduğundan, iddia tələbi üzrə iddia müddəti buraxılmamış qiymətləndirilir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsi) tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 39.4-cü maddəsinə görə vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslərdən alınmış borclar üzrə əməliyyatlara bu Məcəllənin 14-1-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasənm amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: - (114.3.6) qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktivlərə aiddir. Həmin Məcəllənin 118.2-ci maddəsinə əsasən qeyri-maddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Həmin Məcəllənin 118.3-cü maddəsinə əsasən qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir. Həmin Məcəllənin 123.1-ci maddəsinə görə rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən faizlərin faktiki sahibi fiziki şəxsdirsə, bu Məcəllənin 123.1-ci və 123.4-cü maddələrinə uyğun olaraq vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Əsasnamənin 5.2-ci bəndinə görə yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə növbəti səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlamanın aparıldığı dövrün bir hissəsində qüvvədə olan tələbləri səyyar vergi yoxlamasının 30 gündən (təqvim günündən) artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 19 aydan artıq vaxt davam etmiş, bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” və 9 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 22 avqust 2022-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Vergi yoxlamasının nəticələri üzrə 23 iyun 2022-ci il tarixli aktda ekspertiza təyin edildiyi, lakin ekspertin rəyinə zərurət yaranmadığı qeyd olunmuşdur. Bundan başqa, hazırkı işin hallarından görünür ki, inzibati orqan yoxlama keçirərkən 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, bununla da yoxlamanın müddətini əsassız olaraq 40 gün uzatmışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin müddəalarında səyyar vergi yoxlamasının müddətinin “iş günü” ilə hesablanması barədə müvafiq dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, yoxlamanın keçirildiyi müddətin 1 il 2 aydan artıq hissəsi həmin tarixdən əvvəlki dövrə təsadüf edir. Bundan başqa, yoxlama müddətinin dayandırılması barədə (ümumilikdə 7 dəfə – 223 gün) qərarlarda Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə istinad olunsa da, həmin qərarlar vergi ödəyicisi kimi hüquqi şəxsin rəhbərinin hansı dövr ərzində əmək qabiliyyətli olmaması barədə tibb müəssisəsinin müvafiq təsdiqedici sənədi olmadan qəbul edilmişdir. Bu hal, həmin qərarların formallığına olan şübhələri aradan qaldırır. Bütün göstərilənlər, səyyar vergi yoxlamasının aparılmasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət meyarlarının kobud pozuntusu qismində qiymətləndirilir. - Yoxlamanın gedişində vergi orqanının müvafiq qərarları ilə 1 dəfə mütəxəssis və 2 dəfə ekspert cəlb edilməsi əsası ilə yoxlamanın müddəti 2 dəfə (46 gün müddətinə) dayandırılsa da, yekunda vergilərin mütəxəssis və ekspert rəyləri nəzərə alınmadan hesablanmasının səbəbi kimi formal olaraq “sənədlər yoxlamaya təqdim edilmişdir” göstərilmişdir. Halbuki, yekun nəticələri üzrə 23 iyun 2022-ci il akta (aktın 1.9-cu bəndi) əsasən vergi ödəyicisi kimi müəssisəyə (iddiaçıya) müvafiq tələbnamə 2 noyabr 2020-ci il tarixdə verilmiş və 3 dekabr 2020-ci il tarixdə zəruri sənədlər müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş, həmçinin həmin sənədlərin yoxlamaya təqdim edilməsi 3 dekabr 2020-ci il tarixli ayrıca aktla rəsmiləşdirilmişdir. Mütəxəssis və ekspertin yoxlamaya cəlbi barədə qərarlar isə, vergi orqanı tərəfindən sözügedən aktın tərtib olunmasından 10 ay sonra qəbul edilmişdir. Bu isə, yoxlama müddətinin formal olaraq uzadılmasını (dayandırılmasını) təsdiqləyən tutarlı sübutdur. - Vergi orqanı tərəfindən yoxlamanın dayandırılması və müddətinin uzadılması barədə qərarlar qəbul edilsə də, həmin qərarların «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»nə daxil edilməsi barədə çıxarışların vergi ödəyicisi kimi müəssisəyə (iddiaçıya) təqdim edilməsi təmin olunmamışdır. Bununla da Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 5.2-ci bəndinin tələbləri pozulmuşdur. - Vergi orqanı yoxlamanın nəticələrinə dair ilkin olaraq tərtib etdiyi 14 yanvar 2022-ci il tarixli aktın vergi ödəyicisinə – iddiaçıya vaxtında təqdim edilməsinə dair hazırkı məhkəmə icraatında mötəbər sübut təqdim etməmişdir. Vergi orqanının həmin aktın ünvana çatdırılması ilə bağlı poşt qəbzinə gəldikdə isə, iddiaçı tərəfin məhkəmə icraatında təqdim etdiyi "xxxx" MMC-dən alınmış 14 fevral 2022-ci il tarixli məktubla müvafiq qaimə ilə sənədlərin çatdırılması faktı təkzib olunur. Bu isə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələblərin riayət edilməməsi nəticəsini yaradır. - Vergi orqanı tərəfindən yoxlamanın gedişində müəssisənin fəaliyyəti çərçivəsində 3.045.142 manat məbləğində vəsait qeyri-maddi aktivlərə çəkilən xərc kimi nəzərə alınaraq Vergi Məcəlləsinin 114.3.6 və 118.2-ci maddələrinə istinadən amortizasiya ayırmaları şəklində xərclərə aid edilmişdir. Lakin məhkəmə vergi orqanının bu yanaşması ilə razılaşmır və qeyd edir ki, sözügedən məbləğin tərkibi iki hissədən ibarədir: 1) 147.000 manat məbləğində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərə çəkilən xərclər; 2) müəssisə ilə xidmət müqaviləsi bağlamış fiziki şəxslərə göstərdikləri xidmətlərə görə 2.898.142 manat məbləğində hesablamalar. Qeyd olunmalıdır ki, qeyri-maddi aktivlərə çəkilən xərclər Vergi Məcəlləsinin 118.3-cü maddəsinə görə vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, amortizasiya olunmalı qeyrimaddi aktivlərin dəyərinə aid edilmir. Odur ki, iddiaçının 147.000 manat məbləğində qeyrimaddi aktivlərə çəkilən xərci amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə daxil deyil və Vergi Məcəlləsinin 118.2-ci maddəsinin təsiri altına düşmür. Fiziki şəxslərə göstərdikləri xidmətə görə ödənilən 2.898.142 manat vəsait hesablanmasına gəldikdə isə, həmin məbləğdə vəsait birbaşa malların təqdim olunması ilə bağlı olduğundan, çəkilən xərclərə aid edilməlidir. Nəzərə alınmalıdır ki, müəssisə faktiki olaraq poliqrafiya fəaliyyəti ilə məşğuldur və onun nəşr etdiyi dərslik və ya dərs vəsaitlərinə redaktə, korrektə, tərcümə, mətn yığımı, rəsm və dizayn işləri və bu qəbildən olan digər xidmətlərə görə xərclərin çəkilməsi məntiqi və ağlabatandır. - iddiaçı "xxxx" MMC-yə təsisçisi tərəfindən qurumun fəaliyyətinin təşkili məqsədilə verilmiş və sonradan ona qaytarılmış məbləğ Vergi Məcəlləsinin 110 və 123-cü maddələrində müəyyən edilmiş ödəmə mənbəyində tutulan vergisinin vergituma obyekti kimi çıxış edə bilməz. Çünki, həmin vəsait müəssisəyə təsisiçisi tərəfindən faizsiz və qaytarılma şərti ilə verilmişdir. Vergi Məcəlləsinin qeyd olunan maddələri isə, tərəflər arasında faizlə qaytarılan pul vəsaitlərinə münasibətdə məhdudiyyət və vergitutmanı təmzimləyir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin 22 avqust 2022ci il tarixli **********161316 nömrəli qərarı qismən, yəni “490.907,98 manat mənfəət vergisinin və 96.145,45 manat ödəmə mənbəyində tutulan verginin hesablanması və bu vergi məbləğlərinə müvafiq (50% miqdarında) maliyyə sanksiyalarının tətbiqi” hissəsində qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərarı “490.907,98 manat mənfəət vergisinin və 96.145,45 manat ödəmə mənbəyində tutulan verginin hesablanması və bu vergi məbləğlərinə müvafiq (50% miqdarında) maliyyə sanksiyalarının tətbiqi” hissəsində ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 avqust 2022-ci il tarixli **********161316 nömrəli qərarı “490.907,98 manat mənfəət vergisinin və 96.145,45 manat ödəmə mənbəyində tutulan verginin hesablanması və bu vergi məbləğlərinə müvafiq (50% miqdarında) maliyyə sanksiyalarının tətbiqi” hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11669/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11669/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver