Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1167/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə əsasında nümayəndə və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX Bakı şəhər ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsində yol verilmiş formal xəta aradan qaldırılaraq cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi kimi dəqiqləşdirilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, "İcarəyə verən" Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə "İcarəçi" İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixdə "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqları qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 2 ünvanındakı Çörək sexinin yerləşdiyi 1243.3 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 124 nömrəli sərəncamına əsasən iddiaçıların müraciətləri və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2059 saylı razılıq məktubu nəzərə alınaraq, vətəndaş İddiaçı3, İddiaçı1 və İddiaçı2 (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* saylı və xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışı) ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində supenmarket binasının tikintisinə icazə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26A ünvanda yerləşən ümumi sahəsi 319,6 kv.metr olan qeyri-yaşayış binası, xüsusi mülkiyyətdə olmaqla 0.04698 ha torpaq sahəsi iddiaçıların hər birinin 1/3 payı olmaqla İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına rəsmiləşdirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışına əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 789.6 kv.metr olan qeyri-yaşayış binası, dövlət istifadəsində olmaqla 0.09306 ha torpaq sahəsi iddiaçıların hər birinin 1/3 payı olmaqla İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına rəsmiləşdirilmişdir. İddiaçı1 tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 28 01.2021-ci il tarixdə müraciət edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən **********64 nömrəli, xx.xx.2021-ci il tarixli göndərilmiş məktuba əsasən, müraciətin imtina edilməsindən aşağıdakı səbəblərə görə imtina edilmişdir. İmtinanın qeyd edilən bu və digər əsasları ilə bağlı qeyd edilir ki, bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1316/2013 nömrəli, 19 mart 2013-cü il tarixli qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarı vardır. Həmin qərara əsasən ünvan 5 ünvanda X6 (əvvəlki mülkiyyətçi) məxsus ümumilikdə 38 sot torpaq sahəsində yerləşən yöndəmsiz tikililərin sökülərək eskiz layihəyəyə uyğun olaraq şəxsi vəsaitinin hesabına ticarət və iş mərkəzi inşa olunması üçün eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq Bakı şəhəri, ünvan 6 ünvanda tikiləcək super market binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 18/03-8/2059, 04 sentyabr 2013-cü il tarixdə təsdiq edilmişdir. Qeyd edilən bu xüsusatlar, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 15/4485 nömrəli, 05 dekabr 2014-cü il tarixli məktubunda da əksini tapmışdır. Məktubda qeyd edilir ki, Tikinti işləri ünvan 8 ünvanlarda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli və RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışları əsasında qeyri- yaşayış binalarının yerləşdiyi, Əmlak Məsələləri Dövlət Komitəsindən icarəyə götürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş № 2inz (81)- 1316/2013 nömrəli Qərarı ilə rəsmiləşdirilmiş, ümumi sahəsi 0,38 ha olan ərazinin bir hissəsində həyata keçiriləcəkdir. Ərazi əvvəllər qeyri-yaşayış məqsədlər üçün istifadə olunmuş, sahədə sökülməsi nəzərdə tutulmuş tikililər mövcuddur. Ərazinin qeyd olunan məqsədlə istifadə olunması Bakı şəhərinin aidiyyəti icra orqanları ilə razılaşdırılmışdır. Ərazidə nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri İddiaçı1 layihə tapşırığı əsasında "xxxx" MMC tərəfindən hazırlanmış və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Saş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2059 nömrəli məktubu ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə sənədlərinə əsasən ərazidə planda kənar oxlarının ölçüləri 66,2m x 59,2m olan 1-2 mərtəbəli super market binası inşa olunacaq, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaqdır. Azərbaycan Respublikası FHN X18 tərəfindən "ünvan 4 ünvanında inşa olunmuş İddiaçı2 məxsus bir və iki mərtəbəli supermarket binasının yanğın təhlükəsizliyi cavab verməsi haqqında" istismarına 30 sentyabr 2016-cı il tarixli, YTNƏŞ-0955 nömrəli akta əsasən, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın texniki müayinədən qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» AzDTN-nın, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 «Su təchizatı. Xarici xətlər və qurğular» AzDTN-nın 2.04.09-84 «Bina və qurğuların yanğın avtomatikası» TNvəQ-nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» TNvəQ-nın, «Elektrik qurğularının quraşdırılması Qaydaları»nın Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası FHN TTNDA-nın Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən tərtib edilmiş Ö/000850 nömrəli, 31 oktyabr 2016-cı il tarixli istismara hazırlıq aktından da görünür ki, tikinti obyektinin sifarişçisi İddiaçı1, İddiaçı2 və İddiaçı3, onların nümayəndəsi isə Kənan Həsənovdur və ünvan 9 ünvanda inşa edilmiş 4072.69 kv.metr ümumi sahəsi, 24440.08 kv.metr həcmi, 3489.3 kv.metr olan supermarket binası istismara hazır vəziyyətdədir. Həmçinin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 06 dekabr 2016-cı il tarixdə ünvan 3 ünvanda 4072.69 kv.metr ümumi sahəsi, 24440.08 kv.metr həcmi, 3489.3 kv.metr olmaqla "supermarket" tikintisinə icazə verilmişdir. Tikinti obyektinin sifarişçisi qismində "Kənan Həsənov" adının qeyd edilməsi isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsas kimi qəbul edilə bilməz. Çünki həmin şəxs tikinti obyektinin inşası ilə bağlı olan nümayəndə qismində olan şəxsdir. Qeyd olunanlara əsasən hesab edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi **********64 nömrəli, xx.xx.2021-ci il tarixli imtinası əsassızdır və iddiaçıların müraciəti təmin olunmalıdır. «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şəhərsalma (şəhərsalma fəaliyyəti) - istehsal qüvvələrinin səmərəli yerləşdirilməsi şərti ilə məskunlaşma sisteminin ərazi-məkan təşkilində Milli, tarixi-mədəni irsin xüsusiyyətləri, ekoloji, hidroekoloji, seysmik tələblər nəzərə alınmaqla şəhərsalma planlaşdırılmasmda, layihələndirilməsində, tikintisində və yenidən qurulmasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi və yerli icra hikimiyyətləri orqanları öz səlahiyyətləri hədlərində) hüqüqi və fiziki şəxslərin fəaliyyəti kimi göstərilmişdir. Həmin Qanunun 8-ci maddəsinin ikinci abzasına əsasən dövlət şəhərsalma norma və qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi öz səlahiyyətləri hədlərində) tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada qəbul edilir, dəyişdirilir və ya ləğv edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyətinin həyata keçirən hüquqi və fiziki şəxslərin vəzifəlrinə daxildir. -Mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurnma , konstruktiv dəyişiklikləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirilir. Həmin Qanuna uyğun olaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi 30 dekabr 1999-cu il tarixli, 7 №-li qərarı ilə «Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları» haqqında Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarını (AzDTN 1.6-1) və 12 oktyabr 2001-ci il tarixli Kollegiya iclasının qərarı ilə «Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd, yaşayış məskənlərinin planlaşdırılması və tikilib araşdırılması» haqqında Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının (AzDTN 2.6-1) təsdiq etmişdir. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən müvafiq icazələr alınmaqla qanunla müəyyən edilmiş qaydada inşa edilmiş və istismarına icazə verilmişdir.
3. Daşınmaz əmlakın dövlət qeydiyyatından imtina onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binası sökülmüş, yerində 1 və 2 mərtəbəli tikili inşa edilmişdir. Bundan əlavə, 28 May küçəsi “26d” ünvanda olan qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin elektron kadastr məlumatına əsasən qeyd edilən ərazidə inşa edilmiş qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla yanaşı, təqdim edilən tikinti obyektinin istismarına icazə sənədində sifarişçi fərqli şəxsdir, həmçinin tikintiyə icazə verilməsi barədə qərar tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Əlavə olaraq, qeyri-yaşayış binası paylı mülkiyyət olduğundan məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi və yeni inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4 18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memaiiıq udməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma böln əsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyə! ərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyi sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən, ünvan 5 ünvanda X6 məxsus ümumilikdə 38 sot torpaq sahəsində yerləşən yöndəmsiz tikililərin sökülərək eskiz layihəyəyə uyğun olaraq şəxsi vəsaitinin hesabına ticarət və iş mərkəzi inşa olunması üçün eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.
5. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küçəsi 26A ünvanında yerləşən ümumi sahəsi 319,6 kv.m. olan qeyri-yaşayış binası və altındakı mülkiyyətdə olan 0,04698 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X8 tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissədə satılmışdır.
6. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küçəsi 26A ünvanında yerləşən ümumi sahəsi 789,6 kv.m. olan qeyri-yaşayış binası (çörək sexi) xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X8 tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissədə satılmışdır.
7. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küçəsi 26A ünvanında yerləşən ümumi sahəsi 319,6 kv.m. olan qeyri-yaşayış binası üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissələrlə paylı mülkiyyət hüquqları (altındakı torpaq sahəsinin ölçüsü 0,04698 ha olmaqla mülkiyyətdə) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
8. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 789,6 kv.m. olan qeyri-yaşayış binası (çörək sexi) üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 bərabər hissələrlə paylı mülkiyyət hüquqları (altındakı torpaq sahəsinin ölçüsü 0,09306 ha olmaqla istifadədə) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
9. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqlan qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında iddiaçılar və Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2646 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanındakı Çörək sexinin yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi icarəyə verilmişdir.
10. Super-market binasının tikintisinə icazə verilməsi barədə Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 124 nömrəli Sərəncamına əsasən, vətəndaş İddiaçı3, İddiaçı1 və İddiaçı2 müraciətlərini və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2059 saylı razılıq məktubunu nəzərə alaraq Vətəndaş İddiaçı3, İddiaçı1 və İddiaçı2 (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* saylı və xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışı) ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində supermarket binasının tikintisinə icazə verilmiş, obyektin tikintisinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş (xx.xx.2013-cü il tarixli №18/03-8/2059) layihə əsasında aparılmasına sərəncam verilmişdir.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidməti tərəfindən ünvan 11 ünvanında inşa olunmuş bir və iki mərtəbəli supermarket binasının «Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt» iddiaçılardan İddiaçı2 təqdim edilmişdir. ünvan 11 ünvanında inşa olunmuş İddiaçı2 məxsus bir və iki mərtəbəli supermarket binasının yanğın təhlükəsizliyi cavab verməsi haqqında xx.xx.2016-cı cı il tarixli akta əsasən, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın texniki müayinədən qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» AzDTN-nın, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 «Su təchizatı. Xarici xətlər və qurğular» AzDTN-nın 2.04.09-84 «Bina və qurğuların yanğın avtomatikası» TNvəQ-nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» TNvəQ-nın, «Elektrik qurğularının quraşdırılması Qaydaları»nın Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər sakini İddiaçı1 tərəfindən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tikintisi nəzərdə tutulmuş ticarət obyekti binasının Dövlət ekoloji ekspertizasına təqdim olunmuş layihə sənədlərini nəzərdən keçirərək bildirmişdir ki, tikinti işləri ünvan 8 ünvanlarda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli və RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışları əsasında qeyri-yaşayış binalarının yerləşdiyi, Əmlak Məsələləri Dövlət Komitəsindən icarəyə götürülmüş və 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş № 2inz (81)-1316/2013 nömrəli Qərarı ilə rəsmiləşdirilmiş, ümumi sahəsi 0,38 ha olan ərazinin bir hissəsində həyata keçiriləcəkdir. Ərazi əvvəllər qeyri-yaşayış məqsədlər üçün istifadə olunmuş, sahədə sökülməsi nəzərdə tutulmuş tikililər mövcuddur. Ərazinin qeyd olunan məqsədlə istifadə olunması Bakı şəhərinin adiyyəti icra orqanları ilə razılaşdırılmışdır. Ərazidə nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri İddiaçı1 layihə tapşırığı əsasında "xxxx" MMC tərəfindən hazırlanmış və Bakı şəhər İcra Llakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2059 nömrəli məktubu ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə sənədlərinə əsasən ərazidə planda kənar oxlarının ölçüləri 66,2m x 59,2m olan 1-2 mərtəbəli super market binası inşa olunacaq, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaqdır. Ərazidə təsdiq edilmiş layihə əsasında tikinti işlərinin aparılmasına Bakı şəhəri Əaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 124 nömrəli Sərəncamı ilə icazə verilmişdir. Tikinti işləri yerli inşaat materiallarından istifadə olunmaqla monolit dəmir- beton və quraşdırma konstruksiya əsasında yerinə yetiriləcəkdir. Obyektin fasadı hissəsi müasir tikinti materialları ilə xüsusi qaydada üzlənəcəkdir. İnşaat işləri zamanı ətraf mühitə olan təsirlər mövcud tikililərin sökülməsi, bünövrə qazıntısı və tikintinin davametmə müddətində baş verməklə, qısa müddətli və lokal xarakterli olacaqdır. İnşaat işləri müddətində atmosferin əsasən qeyri-üzvi tozlarla və nəqliyyat vasitələri tullantıları ilə çirkləndirilməsi baş verəcəkdir. Ərazidə mühəndisi-geoloji axtarış işləri "xxxx" MMC tərəfindən aparılmışdır. Sahənin geoloji şəraiti öyrənilmək məqsədilə ərazidə sütun qazma üsulu ilə dərinlikləri 6,Om olan 8 ədəd geoloji quyular qazılmışdır. Sahənin əsas MGE mexaniki-fiziki xassələrinə görə İİ sinfə aiddir. Hesabat “Azərdövlətlayihə” İnstitutu Mühəndisi-Geoloji Mərkəzinin xx.xx.2013-cü il tarixli 06-6066 nömrəli rəyi əsasında məqbul hesab olunmuşdur. Zəlzələ təhlükəsizliyinə görə sahənin hesabı seysmikliyi 8 bal qəbul edilmişdir. Obyektin su təchizatı və əmələ gələcək məişət-təsərrüfat çirkab sularının axıdılması müqavilə əsasında ərazi üzrə mövcud şəbəkələrə birləşdirməklə yerinə yetiriləcəkdir. Obyektin gələcəkdə super market məqsədilə istifadə olunması nəzərdə tutulmuş, təyinatı üzrə istismarı müddətində ətraf mühitə ciddi təsirləri gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlərə ekoloji baxımdan müəyyən şərtlər daxilində etirazının olmadığını bildirmişdir.
13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X5 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26A və 26D ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək yerində super-market binasının tikintisi “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 26A və 26D ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək yerində süper-marl binasının tikintisi” üzrə işçi layihəsi, bu rəyin 4-cü bölməsinin tələbini yerinə yet məklə bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.
14. Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi təhlil qrupu tərəfindən verilmiş xx.xx.2016cı il tarixli rəyə əsasən fiziki şəxslər İddiaçı2, İddiaçı3 Sadıq oğlu və İddiaçı1 məxsus ünvan 12 ünvanlarında yerləşən 1-2 mərtəbəli super-market binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.
15. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2013-cü il tarixli 18/03-8/2059 nömrəli məktubda bildirilmişdir ki, vət. İddiaçı3, İddiaçı1 və İddiaçı2 məxsus (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrtindən xx.xx.2013-cü il tarixli, ******* saylı və xx.xx.2013-cü il tarixli, ******* saylı saylı çıxarışları) ünvan 14 ünvanlarda yerləşən qeyri-yaşayış obyektlərinin sökülərək, yerində super-market binasının tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi (Ayan-A Yaradıcılıq İstehsalat» MMC-nin işi, memar R.Quliyev) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.
16. ünvan 14 ünvanlarda tikiləcək super market binasının eskiz layihəsi xx.xx.2013-cü il tarixdə 18/03-8/2059 nömrə ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır.
17. Ümumi sahəsi 4072,69 kv.m., tikinti sahəsi 3489,3 kv.m. olan ünvan 12 ünvanlarında inşa edilmiş super market binasına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agenliyinin, eləcə də sifarişçinin, podratçının, layihəçinin nümayəndələri tərəfindən xx.xx.2016-cı il tarixli ö/000850 nömrəli istismara hazırlıq aktı təsdiq edilmişdir.
18. Tikinti obyektinin istismarına xx.xx.2016-cı il tarixli 8 nömrəli icazəyə əsasən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısı tərəfindən ümumi sahəsi 4072,69 kv.m., tikinti sahəsi 3489,3 kv.m. olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində super market binasının istismarına icazə verilmişdir.
19. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binası sökülmüş, yerində 1 və 2 mərtəbəli tikili inşa edilmişdir. Bundan əlavə, 28 May küçəsi “26d” ünvanda olan qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Bununla yanaşı, təqdim edilən tikinti obyektinin istismarına icazə sənədində sifarişçi fərqli şəxsdir, həmçinin tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Əlavə olaraq, qeyri-yaşayış binası paylı mülkiyyət olduğundan məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi və yeni inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10 1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. Bu barədə iddiaçılara **********64 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan respublikası qanunun 8.0.10.1-ci maddəsinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üşün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilməlidir.
20. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - ünvan 15 ünvanda inşa edilmiş qeyri-yaşayış binasının məsuliyyət səviyyəsinin (İ, İİ və ya İİİ) müəyyən edilməsi barədə; - elektron kadastr məlumatlarına əsasən, ünvan 15 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hər hansı digər şəxsin adına qeydiyyatının (mülkiyyət, istifadə və ya icarə) mövcudluğu barədə.
21. "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahısələndirilən əraziyə baxış keçirilib, naturada koordınarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). -ünvan 16 ünvanında inşa edilmiş qeyri-yaşayış binasının məsuliyyət səviyyəsinin (İ. İİ və ya İİİ) müəyyən edilməsi Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nın mütəxəssisinin səlahiyyətlərinə aid deyildir. -1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya verilmiş cavaba əsasən mövcud vəziyyətdə koordinatları verilmiş 0,3689 ha ərazinin şimal tərəfdən 0.470 ha hissəsi və üzərindəki yaşayış binası xx.xx.2013-cü ildə, **********08-06301 reyestr nömrəsi ilə X9 (3/1 hissə), İddiaçı2 (3/1 hissə), İddiaçı1 (3/1 hissə) olmaqla paylı şəkildə xüsusi mülkiyyət üzrə dövlət qeydiyyatına alınmışdır. Ərazinin bir hissəsi isə 0,1243 ha dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən **********06-6301 reyestr nömrəli qeyri-yaşayış binası eynilə yuxarıda qeyd olunan şəxslərin adına 3/1 hissəli olmaqla paylı şəkildə dövlət qeydiyyatına alınmışdır Ümumi ərazidən qalan hissə ilə bağlı digər şəxsin (X2) 58,0 kv.m hissəyə dair müraciəti olsada dövlət qeydiyyatı aparılmamışdır.
22. Verilmiş rəylə əlaqədar məhkəmədə dindirilmiş idarənin mütəxəssisi X12 izahat verərək bildirdi ki, ərazidə 469,8 kv.m. torpaq sahəsi **********08-06301 reyestr nömrə ilə özəlləşdirilmişdir. “A” tikilisinin tikintialtı torpaq sahəsindən (3678,8 kv.m.) özəlləşən torpaq sahəsinin bir hissəsi çıxılaraq (3678,8-426,8=3252,0) qalan tikintialtı sahəsi təsnifata daxil edilmişdir. Ərazinin ümumi torpaq sahəsinə daxil edilmiş 1243,3 kv.m. torpaq sahəsi üzərində olan qeyri-yaşayış binası **********06-06301 reyestr və ********** qeydiyyat nömrəsi ilə özəlləşdirilmişdir (torpaq sahəsi istifadədə). Özəl tikili sökülərək bir bə iki mərtəbəli qeyri-yaşayış binasına qatılmışdır. Ümumi torpaq sahəsinə daxil edilmiş 2008,7 kv.m. torpaq sahəsinə aid heç bir sənəd təqdim edilməmişdir. Həmin torpaq sahəsi özəlləşdirilmiş sahənin bir hissəsi və A tikilisinin tikintialtı sahəsinin bir hissəsidir. Mütəxəssis tərəfindən rəyə əlavə olaraq təqdim edilmiş plan iş materiallarına əlavə edilmişdir.
23. xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, ünvan 17 ünvanda yerləşən qeyri- yaşayış obyektinin (tikintinin) istismara icazə sənədinə münasibət bildirməklə həmin sənədin etibarlı olub-olmaması barədə” məlumatın təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1316/2013 saylı xx.xx.2013-cü il tarixli Qərarına əsasən eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsi Bakı Şəhər icra Hakimiyyətinə həvalə edilmişdir, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi arasında obyektin yerləşdiyi torpaq sahəsinə dair 2646 nömrəli xx.xx.2013-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2059 nömrəli xx.xx.2013-cü il tarixli Razılaşdırma sənədinə əsasən eskiz layihə razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/2059 nömrəli xx.xx.2013-cü ıl tarixli sənədi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 124 nömrəli Sərəncamına əsasän tikintiyə icazə verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Ö/000850 nömrəli 31,10.2016-cı il tarixli İstismara hazırlıq aktına istinad edilməklə, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 8 nömrəli xx.xx.2016-cı il tarixli Tikinti obyektinin istismarına icazə sənədi hazırlanmışdır.
24. ünvan 18 ünvanında yerləşən qeyri-yaşayış obyektinin (tikintinin) istismarına icazə sənədinə münasibət bildirməklə həmin sənədin etibarlı olub-olmamasına dair məlumatın verilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.
25. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
28. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
29. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
30. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
31. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
32. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
33. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
34. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X4 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
35. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
37. Beləliklə, qeyd edilən super market binası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə aid olmaqla həmin binaya dair hüquqların qeydə alınması üçün səlahiyyətli qurum tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməli idi.
38. Torpaq sahəsinə münasibətdə məhkəmə qeyd edir ki, tikilinin yerləşdiyi 0,04698 ha torpaq sahəsi iddiaçıların birgə mülkiyyətində, ünvan 4 ünvanındakı çörək sexinin yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi icarəsindədir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən tikintialtı sahə 3678,8 kv.m. təşkil edir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına istinad edərək ünvan 5 ünvanda ümumilikdə 0,38 ha torpaq sahəsinə hüququn tanındığını bildirsə də, məhkəmə hesab edir ki, qeyd edilən qərar həmin ərazidə yerləşən yöndəmsiz tikililərin sökülərək eskiz layihəyəyə uyğun olaraq ticarət və iş mərkəzi inşa olunması üçün eskiz layihənin razılaşdırılaraq təsdiq edilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi ilə bağlıdır (nəticədə müvafiq eskiz layihəsi təsdiq edilmişdir). Mütəxəssis tərəfindən təqdim edilmiş plana əsasən 2008,7 kv.m. torpaq sahəsinə dair heç bir sənəd təqdim edilməmişdir. Odur ki, həmin ərazidə icarəyə götülən ünvan 4 ünvanındakı çörək sexinin yerləşdiyi 1243,3 kv.m torpaq sahəsi kimi qalan sahəyə münasibətdə də “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə (icarə, istifadə) bağlanmalı və ya torpaq sahəsinə dair digər hüquqmüəyyenidici sənəd təqdim edilməlidir. Qeyd edilən Fərmanın 8.1-ci bəndinə əsasən, daşınmaz dövlət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə Dövlət Xidməti daşınmaz dövlət əmlakının müntəzəm inventarlaşdırılmasını təşkil edir, qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət əmlakının Registrini aparır; qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz dövlət əmlakı obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir;
39. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Qeyd edilən təsnifata uyğun olaraq iddianın obyekti olan super market binası İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular kateqoriyasına, yəni İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir.
40. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir.
41. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir.
42. Təqdim edilən sənədlərə əsasən ünvan 18 ünvanında yerləşən qeyri-yaşayış obyektinin yalnız eskiz layihəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməsi iş materalları ilə müəyyən olunmur.
43. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" səlahiyyətli qurum tərəfindən təsdiq edikdə etibarlıdır, səlahiyyəti olmayan qurum tərəfindən tərtib olunmuş inzibati akta münasbətdə maraqlı şəxs etimadının qorunması hüququna istinad edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, İİ normal məsuliyyət səviyyəli bina və qurğulara münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə həmin səlahiyyət şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməmiş, eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar tikintilərin Dövlət reyestrinə daxil edilməmişdir.
44. İnzibati icraat haqqında qanundan: 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva