Məhkəmə qərarları › İş №2-1(112)-1168/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1168/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1168/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məharət dərəcəsinin bərpa edilməsi”nə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məharət dərəcəsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2020-ci il tarixli müraciətinin cavablandırılmaması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2-ci məharət dərəcəsinin bir pillə aşağı salınması barədə əmrin ona aid hissədə ləğv edilməsi və 2-ci məharət dərəcəsinin bərpa edilməsi haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci il tarixdən-1992-ci ilin iyun ayınadək keçmiş Sovet Ordusunda, 1992-ci il tarixdən xx.xx.2018-ci il tarixədək AR Müdafiə Nazirliyində müxtəlif hərbi hissələrdə zabit kimi xidmət etmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissədə hərbi hissə komandiri vəzifəsində xidmət etmişdir. N saylı hərbi hissədə xidmət edərkən N saylı hərbi hissə komandirinin müvafiq əmri ilə ona 2-ci məharət dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə o, N saylı hərbi hissənin komandiri vəzifəsindən azad edilərək xidmətini davam etdirmək üçün Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəyə qərargah rəisi vəzifəsinə keçirilmiş və bu hərbi hissədə xx.xx.2017-ci il tarixədək xidmət etmişdir. N saylı hərbi hissədə xidmət edərkən 2016-cı ilin sonunda o, üzürlü səbəblərdən 2-ci məharət dərəcəsinin təsdiqlənməsi üçün sınaq imtahanlarında iştirak edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin Naxçıvan Muxtar Respublikasına 2016-cı ilin sonlarında gözlənilən gəlişi ilə əlaqədar olaraq onun xidmət etdiyi N saylı hərbi hissənin tabe olduğu N saylı hərbi hissədə-X1 Ordusunda 2016-cı ilin sonlarında hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi üçün nəzərdə tutulan sınaq imtahanları keçirilməmişdir. N saylı hərbi hissədə-X1 Ordusunda 2016-cı ilin sonunda (adətən noyabr-dekabr aylarında) keçirilməli olan sınaq imtahanları 2017-ci ilin fevral ayında keçirilmişdir. Lakin o, bu sınaq imtahanlarında da üzürlü səbəbdən iştirak edə bilməmişdir. Belə ki, o, müvafiq əmrlə N saylı hərbi hissədən xx.xx.2017-ci il tarixdə N saylı hərbi hissə komandirinin sərəncamına çıxarılmış və xx.xx.2018-ci il tarixdə AR Müdafiə Nazirinin 080 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (“öz arzusu ilə”) ehtiyata buraxılmışdır. Beləliklə, o, özündən asılı olmayan üzürlü səbəblərə görə 2-ci məharət dərəcəsini təsdiqləyə bilməmişdir. Həmçinin 2-ci məharət dərəcəsinin 1 pillə aşağı salınması haqqında müvafiq əmr də ona elan olunmamış və çatdırılmamışdır, həmin əmrin nömrəsi və tarixi ona məlum deyildir. Onun iştirakı ilə ərizəsində göstərilən faktlara dair müvafiq inzibati araşdırma aparılması, 2-ci məharət dərəcəsinin bir pillə aşağı salınması haqqında əmrin ona verilməsi, həmin əmrin ona aid olan hissəsində ləğv olunması və 2-ci məharət dərəcəsinin bərpa olunması haqqında qərar qəbul edilməsi xahişi ilə o, xx.xx.2020-ci il tarixdə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ərizəsi baxılması üçün cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissəyə göndərilmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəməyə təqdim olunmuş iddiaya dair etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiniə qarşı 2-ci məharət dərəcəsinin bir pillə aşağı salınması haqqında əmrinin ona aid hissəsinin ləğv edilməsi və 2-ci məharət dərəcəsinin bərpa olunmasına tələbinə dair iddia ərizəsinə baxılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prossessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib ki, məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bununla əlaqədar bildirilir ki, İddiaçı müdafiə nazirinin müavinin-Hərbi HavaQüvvələri komandanının xx xxxxxx 2015-ci il tarixli 0214 nömrəli əmri ilə 2-ci məharət dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx xxx 2016-cı il tarixli 02 nömrəli qərarın tələblərinə əsasən polkovnik İddiaçı 2016-ci ilin dekabr ayında malik olduğu 2-ci məharət dərəcəsi müvafiq qaydada təsdiq etməli idi. İddiaçının ərizəsində Azərbaycan Respublikası Prezidentinin qeyd olunan vaxtda yəni 2016-cı ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasına gözlənilən səfəri barədə Müdafiə Nazirliyində heç bir məlumat olmamışdır. X3 Komandanının xx xxxxxx 2016-cı il tarixli müvafiq əmrilə 16-xx xxxxxx 2017-ci il tarixlərində məharət dərəcəsinin keçrilməsi ilə bağlı tədbirlər planlaşdırılmış və keçirmişdir, İddiaçı uzun müddət hərbi hissənin qərərgah rəisi və hərbi hissə komandiri vəzifəsində xidmət etdiyindən məlumatlı olmalı idi ki, sınaq imtahanlarına cəlb olunması üçün hərbi hissə komandirinə raportla müraciət etməli idi, lakin bununla bağlı olaraq müraciət etməmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 080 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2-ci məharət dərəcəsinin bir pillə aşağı salınması haqqında əmrinin ona aid hissəsinin əmrin ləğv edilməsi və 2-ci məharət dərəcəsinin bərpa olunmasına tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Buradan görünür ki, 2 il 4 ay artıq müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqeylərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda barəsində inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir.Ona görə də iddanın mümkünsüz hesab edilərək rədd edilməsini xahiş edilmişdir. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayədəsinin məhkəmə clasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəmyə heç bir məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan məhkəmənin müvafiq sorğularına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 11/3884 №li məktubu ilə məhkəməyə təqdim olunmuş; - Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun xx.xx.2018-ci il tarixli təqdimatından görünür ki, İddiaçı Silahlı Qüvvələrdə xidməti: təqvimlə 32 il 04 ay 26 gün, güzəştlə 04 il 09 ay 29 gün, ümumi 37 il 02 ay 25 gün təşkil edir. Polkovnik İddiaçı xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. Öz arzusu ilə ehtiyata buraxılması barədə raportla müraciət etmişdir. Onunla aparılmış söhbətlər zamanı ehtiyata buraxılmaq istədiyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir və “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı qəbul edilmişdir (xx xxxxxx 2017-ci il tarixli 1181 saylı arayış). Xidmət etdiyi müddətdə daimi yaşayış sahəsi ilə təmin edilməmişdir. Ehtiyyata buraxıldıqdan sonra qeydiyyat üçün SHXÇDX-nın Xəzər rayon İdarəsinə göndərilməlidir. Dövlət sirrinini qorumağı bacarır. Nəticə: Hərbi geyim formasını daşımaq hüququ verilməklə öz arzusu ilə ehtiyyata buraxılması üçün vəsatət qaldırılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli 080 saylı əmrindən çıxarışdan görünür ki, polkovnik İddiaçı, müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının sərəncamında olan (N nömrəli hərbi hissə komandirinin sabir birinci müavini-qərargah rəisi) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 11/5823 saylı məktubdan və həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 4031 №li məktubun surətindən müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 0137 nömrəli əmri ilə İddiaçı 1-ci məharət dərəcəsi verilmişdir. Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli müvafiq nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “d” bəndinə əsasən aşağı vəzifəyə- N nömrəli hərbi hissə komandirinin birinci müavini - qərargah rəisi vəzifəsinə təyin olunmuş iddiaçı xx.xx.2016-cı il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. İddiaçı malik olduğu məharət dərəcəsi N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi müddət ərzində (xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək) endirilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli müvafiq nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 1-ci məharət dərəcəsi 2 il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. 2017-ci il üçün X5 və onun tabeliyində olan birliklərin (o cümlədən N nömrəli hərbi hissənin) hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) sınaq imtahanları Müdafiə nazirinin müavini - X6 komandanının xx.xx.2016-cı il tarixli müvafiq nömrəli əmri ilə 16xx.xx.2017-ci il tarixlərdə keçirilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 16-cı bəndinə əsasən hərbi qulluqçu (o cümlədən 15-ci bənddə qeyd olunan və sərəncamda olan hərbi qulluqçular) məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün, bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla müraciət etməlidir. İddiaçının malik olduğu məharət dərəcəsinin təsdiq edilməsi üçün müəyyən edilmiş qaydaya uyğun hərbi hissə komandirinə müraciət etməməsi və sınaqlarda üzürlü səbəbdən iştirak edə bilməməsi barədə müraciətin olmaması, onun 2017-ci il üçün keçirilmiş məharət dərəcəsi üzrə sınaqlarda iştirak etməməsi ilə nəticələnmişdir. Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli müvafiq nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilmiş İddiaçı Müdafiə nazirinin xx.xx.2018-ci il tarixli müvafiq nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının nə 2017ci ildə malik olduğu məharət dərəcəsinin təsdiq edilməsi üçün, nə də xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində məharət dərəcəsinin verilməsi üçün hərbi hissə komandirlərinə raportla müraciət etməməsi malik olduğu məharət dərəcəsinin təsdiq olunmamasına səbəb olmuşdur. İddiaçının hazırki tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı müraciətinə cavab olaraq sonuncu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda müraciətçiyə bildirlmişdir ki, onun şikayət məktubu aidiyyatı üzrə baxılması üçün xidmət etdiyi N №li hərbi hissəyə göndərilmişdir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 67 saylı qərarı ilə Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrinə hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etmələri həvalə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxx 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 14-cü bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 1-ci məharət dərəcəsi 2 il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. Əsasnamənin 16-cı maddəsində göstərilmişdir ki, hərbi qulluqçu məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla müraciət etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı məharət dərəcəsini təsdiq etdirmək və ya artırmaq (almaq) üçün təyin olunmuş qaydalara əsasən raportla xidmət etdiyi hərbi hissə komandirinə müraciət etmədiyindən sınaqlarda iştirak etməmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 79 və 81-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar