Məhkəmə qərarları › İş №2-1(112)-1168/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1168/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1168/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın azaldılması nəticəsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın azaldılması nəticəsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi və s” barədə qarşılıqlı iddia ərizəsinə dair inzibati işə 12 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə Cavabdeh ilkin iddia tələb üzrə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsini və inzibati aktlar hesab edilən, cavabdehin ona 2023-cü ilin oktyabr ayının pensiyasının ödənilməməsi, 2023-cü ilin noyabr ayından pensiyasının məbləğinin azadılması, ödənilmiş pensiya məbləğindən 16126,93 manat məbləğində vəsaitin büdcəyə qaytarılması barədə tələblə bağlı qərarların ləğv edilməsi, 2018-ci ildə təyin olumuş 2145,51 manat məbləğində əmək pensiyası əsas götürülərək, həmin məbləğdən “Əmək pensiyasına qulluq stajına dörə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixdən aylıq pensiya məbləğinin 10 faizi miqdarında artımı, prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artması ilə əlaqədar 01 dekabr 2022-ci il tarixdən və ideksləşdirilmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixdən əmək pensiyasının artımı hesablanaraq 2023-cü ilin oktyabr ayının pensiyasının ödənilməsi, pensiyasının azaldılması nəticəsində 2023-cü ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının qərardadı ilə qarşılıqlı iddia tələbi “İlkin iddia tələbinin təmin edilməməsini və inzibati aktlar hesab edilən, pensiya məbləğinin azaldılması, 2023-cü ilin oktyabr ayının pensiyasının ödənilməməsi, ödənilmiş pensiya məbləğindən 16125.93 manat vəsaitin büdcəyə qaytarılmasına dair iddiaçının qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsini, 2018-ci ildən cavabdehə təyin olunmuş 2145.51 manat məbləğində əmək pensiyası əsas götürülərək, “Əmək pensiyasına qulluq stajına dörə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixdən aylıq pensiya məbləğinin 10 faizi miqdarında, 01 dekabr 2022-ci il tarixdən prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının 30 faizi miqdarında, daha sonra ideksləşdirilmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixdən 14.7 faiz, 01 yanvar 2024-cü il tarixdən 11.2 faiz artımla bağlı 01 yanvar 2025-ci il tarixdən 8.1 faiz miqdarında əmək pensiyası artımlarının hesablanması, 2023-cü ilin oktyabr ayının pensiyasının ödənilməsi və cavabdehin pensiyasının azaldılması nəticəsində 2025-ci ilin aprel ayınadək verilmiş pensiya məbləğində yaranmış 16740.19 manat məbləğində fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul olunması” formasında icraata qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 prokurorluq orqanlarında qulluq etdikdən sonra 2017-ci ildə təqaüdə çıxmış, 2018-ci ilin iyun ayında vəfat etmiş və ailə başçısını itirməyə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 08 iyul 2018-ci il tarixdən X1 2145,51 manat məbləğində əmək pensiyası təyin olumuşdur. Lakin 2021-ci ilin oktyabr ayının pensiyası verilməmiş, 2021-ci ilin avqust ayından isə pensiya 306,27 manat azaldılaraq, hər ay 1839,24 manat məbləğində pensiya ödənilməyə başlanmışdir. Yalnız müraciətlərindən sonra bu qərarları qəbul etmiş Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən bildirilmişdir ki, pensiya məbləği artıq hesablanmış, nəticədə xx.xx.2018xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə cəmi 12092,98 manat artıq ödənilmiş, lakin 2021-ci ilin oktyabr ayının pensiyası ödənilməyərək borcun bağlanmasına yönəldilməklə borcunun qalığı 10253,74 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8670/2022 nömrəli qərarı ilə həmin qanunsuz inzibati qərarlar ləğv edilmiş, pensiyanın 2145,51 manat məbləğində bərpa olunması, 01 yanvar 2022-ci il tarixdən pensiya artımının həmin məbləğdən hesablanaraq, pensiyanın azaldılması nəticəsində pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi cavabdehdən tələb olunmuşdur. Qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən xx.xx.2023-cül tarixdə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin Məhkəmə qərarları uzun müddət icra olunmamış və icra olunmadığı ücün zəruri məhkəmə tədbirlərinin görülməsi barədə müraciəti əsasında yalnız Bakı İnzibati Məhkəməsi tərəfindən işə baxılması başlayandan sonra 2023-cü ilin dekabr ayında tam icra olunaraq, ümumilikdə 9970,34 manat məbləğində vəsait cavabdeh tərəfindən hesabına ödənilmişdir. Lakin müraciətlərindən sonra qarşılıqlı iddia üzrə cavabdehin göndərdiyi 17 yanvar 2024cü il tarixli 3-17-1/2-F-10575/2024 nömrəli və 17 aprel 2024-cü il tarixli 3-17-1/2-F- 87621/2024 nömrəli məktublarlan məlum olmuşdur ki, hələ məhkəmə qərarı icra edilmədən, artıq 2023-cü ilin oktyabr ayında yenidən inzibati icraata başlanılmış, həmin ayın pulu ümumiyyətlə verilməmiş, məhkəmə qərarı qüvvədə olmasına baxmayaq, 2023cü ilin noyabr ayından azaldılmış şəkildə aylıq pensiya məbləğinin verilməsi davam edilmiş, həmin məbləğ də əsas götürülərək prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixdən hesablanaraq pensiyam 2304,74 manat məbləğində, indeksləşmə ilə əlaqədar isə 1 yanvar 2023-cü il tarixdən 2907,89 manat məbləğində müəyyən edilmişdir. Halbuki, Məhkəmə qərarı əsasında pensiya 2145,51 manat məbləğində bərpa edilərək, “Əmək pensiyasına qulluq stajına dörə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixdən aylıq pensiya məbləğinin 10 faiz miqdarında artımın 2145,51 manat məbləğindən hesablanması cavabdehə həvalə edilmişdir. Bu hesablamadan sonra pensiya Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 dekabr 2022-ci il tarixdən, indeksləşmə ilə əlaqədar isə 01 yanvar 2023-cü il tarixdən, daha sonra 01 yanvar 2024-cü il tarixdən müvafiq həcmdə artmalı idi. Həmin məktublarla bu dəfə 16126,93 manat məbləğində artıq ödəmə olduğu bildirilərək, pensiyadan həmin məbləğinin tutulması ücün razılıq istənmişdir. Hazırda qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 16126,93 manat məbləğində artıq ödənilmiş vəsaitin tutulmasını və onun hesabına qaytarılmasını xahiş edir. Hesab edilir ki, aşağıdakı səbəblərə görə ilkin iddia əsassızdır və qanunvericiliyə ziddir. Mərhum əri Nəsir Fəzliyevin pensiyası 2478,50 manat məbləğində olmuş (qanunvericiliyin tələblərinə müvafiq olaraq işlədiyi son 2 ilin ümumilikdə 74 354,89 manat məbləğində aldığı əmək haqqindan hesablanmış orta aylıq əmək haqqının 80 faizi miqdarında), vəfatından sonra isə ailə başçısını itirməyinə görə (cavabdeh işləmir, təhsil alan iki qızı var) Fondun Nəsimi rayon şöbəsi tərəfindən 1982,77 manat məbləğində (yəni ərinin pensiyasının 80 faizi miqdarında), prokurorluq işçilərinin əmək haqqının artırıldıqda isə - 2145,51 manat məbləğində əmək pensiyası təyin olumuşdur. Beləliklə, Fondun Nəsimi rayon şöbəsi tərəfindən ilkin hesablama düzgün aparılmış və ilkin təyin olumuş pensiya məbləği qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati orqan tərəfindən pensiya azaldılandan sonra cavabdeh həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət edərək, Nəsimi rayon şöbəsi tərəfindən pensiyasının ilkin hesablanması zamanı nəzərə alınmış, hazırda isə nəzərə alınmayan məqamlar barədə məlumat verilməsini xahiş etm işdir. Lakin hər hansı cavab verilməmişdir. Həmin fakt Bakı İnzibati Məhkəməsinin qərarında da öz əksini tapmışdır. İddiaçının özü tərəfindən qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlvənin artıq ödənilmiş məbləği son üç il ücün tutulur. Lakin artıq ödənilmiş məbləğ kimi 16126,93 manat göstərilmiş, halbuki bu məbləğ son üç ili əhatə etmir. Belə ki, qeyd olunduğu kimi, aldığı pensiya məbləği 2021-ci ilin avqust ayında inzibati orqan tərəfindən 306,27 manat məbləğində azaldılmışdır. Belə olan halda, hazırkı vaxtdan geriyə son üç ilə görə (2021-ci ilin aprel ayından - artıq hesab edilən ödəniş dayandırıldığı 2021 -ci ilin avqust ayınadək) cavabdehdən 16126,93 manat yox, cəmi 918,91 manat (306,27 manat x 3 aya) tələb oluna bilərdi. Bundan başqa, 2023-cü ilin noyabr-dekabr aylarında Bakı İnzibati Məhkəməsinin qərarı əsasında ödənilmiş cəmi 9970,34 manat nəzərə alınsa belə, ümumilikdə 16126,93 manat təşkil etmir. Halbuki ödənilmiş 9970,34 manat hec bir halda nəzərə alına bilməz ona görə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində səhv hesablama nəticəsində verilmiş artıq ödəmələr nəzərdə tutulur, məhkəmə qərarı əsasında ödənilmiş vəsaiti yox, məhkəmə qərarı qüvvədə olduğudan həmin qərar əsasında verilmiş məbləğ inzibati icraatın müzakirə predmeti ola bilməz. Məhkəmə qərarı ilə pensiyanın 2145,51 manat məbləğində bərpa edilməsi və 01 yanvar 2022-ci il tarixdən pensiyanın 10 faiz miqdarında artımının həmin məbləğdən aparılması tələb olunsa da, 2023-cü ilin oktyabr ayından orqan tərəfindən yenidən pensiya qanunsuz olaraq azaldılmış və 01 yanvar 2022-ci il tarixdən 10 faiz miqdarında olan artım 1839,24 manata tətbiq edilməklə, daha sonra 01 dekabr 2022-ci il tarixdən və 01 yanvar 2023- cü il tarixdən olan artırımlar hesablanaraq pensiyam 2907,89 manat məbləğində müəyyən edilmişdir, halbuki həmin artırımlar 2145,51 manata tətbiq olumalı idi. Beləliklə, məhkəmə qərarının icrası məcburi olduğu halda 2023-cü ildən sonra icra ediməmiş, 2023-cü ilin noyabr və dekabr aylarında pensiya daha az - 2643,54 manat məbləğində verilmiş və sonda 01 yanvar 2024-cü il tarixdən indeksləşdirmə ilə bağlı olan artım 2907,89 manata tətbiq edilməklə hazırda pensiya cəmi 3233,58 manat təşkil etmişdir. Göstərilənlərə əsasən tələbin təmin olunması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qarşılıqlı iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıya Fondun Nəsimi rayon şöbəsi tərəfindən 8 iyun 2018-ci il tarixindən prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. İnzibati orqan tərəfindən aparılan araşdırma zamanı iddiaçının əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 2021-ci ilin iyul ayında 2145,51 manatdan 1839,24 manata azaldılıb, həmçinin ötən dövr ərzində ona 10253,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bu barədə iddiaçıya 4 fevral 2022-ci il tarixli **********3 nömrəli və 8 aprel 2022-ci il tarixli **********1 nömrəli məktublarla ətraflı izah verilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən hesablanaraq iddiaçının əmək pensiyası 2304,74 manat məbləğində, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar isə 1 yanvar 2023-cü il tarixindən 2907,89 manat məbləğində müəyyən edilib. Eyni zamanda bildirilir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanaraq əvvəlki hesablamaya uyğun artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2-1(102)-1417/2023 nömrəli qərarı ilə iddiaçının iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, iddiaçının əmək pensiyası 2023-cü ilin sentyabr ayında yenidən hesablanaraq 3405,58 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə iddiaçıya ödənilməli olan 9970,34 manat fərq məbləği hesablanıb. Həmin vəsaitin 159,12 manat hissəsi 2023-cü ilin sentyabr ayında, 9811,22 manat hissəsi isə 2023-cü ilin dekabr ayında iddiaçıya ödənilib. Əlavə olaraq bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati orqan tərəfindən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında onun mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 17 oktyabr 2023-cü il tarixində iddiaçıya məktub göndərilməklə 27 oktyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi bildirilib. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Sonra isə sözügedən Qanunun tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Həmin maddənin tələbləri də nəzərə alınmaqla, iddiaçıya ümumilikdə 16126,93 manat artıqödəmə müəyyən edilib. Həmin 16126,93 manat artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi bildirilib. Cavabdeh yazılı razılığı olmadığı üçün Mərkəzi Filial tərəfindən Bakı İnzibati Məhkəməsinə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələbi ilə 22 aprel 2024-cü il tarixində müraciət olunmuşdur. Eyni zamanda bildirilir ki, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 376,38 manat artıq pul vəsaiti ödənilib. Həmçinin iddiada qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1- 1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Əmək pensiyalarının 01 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 3233,58 manata artırılıb. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək qarşılıqlı iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikrini dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı tələbinin mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi tələbin mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin əsaslandığı sübutlar: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı inzibati orqan tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş pensiya işinə əlavə edilmiş 091312 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, AR Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8670/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, həmin iş üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati aktlar hesab edilən - cavabdehin iddiaçıya 2021 -ci ilin oktyabr ayının 2145,51 manat məbləğində pensiyasının ödənilməməsi, 2021 -ci ilin avqust ayından onun aylıq pensiyasının 306,27 manat məbləğində azadılması, xx.xx.2018 - xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə ona ödənilmiş pensiya məbləğindən 12.092,98 manat vəsaitin büdcəyə qaytarılması barədə tələblə bağlı qərarlarının ləğv edilməsi, 2021-ci ilin oktyabr ayının ödənilməmiş 2145,51 manat məbləğində pensiyasının ödənilməsi, 2021-ci ilin avqust ayından aylıq pensiyasının 2145,51 manat məbləğində bərpa edilməsi, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022- ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixindən aylıq pensiyaya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması, pensiyanın azaldılmasi nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” dair iddia tələbi təmin edilmi, həmin qərar üzrə gəlinmiş nəticə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-959/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1417/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 14345/2023 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh pensiyasının məbləği 2699.20 manat (əvvəlki pensiya məbləği 2907.89 manat) müəyyən edilmişdir. Qərarın 9-cu bəndində hüququnun yarandığı tarix və səbəbi “məhkəmə qərarı (İİ)” qeyd aparılmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: -1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. -53.1-ci maddəsinə əsasən, ilkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. -53.2 Qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Hazırkı halda qarşılıqlı iddia üzrə tələb 2 hissədən ibarət olmaqla aşağıdakıları ehtiva edir:

1. İddiaçının pensiya məbləğinin azaldılması, 2023-cü ilin oktyabr ayının pensiyasının ödənilməməsi, ödənilmiş pensiya məbləğindən 16125.93 manat vəsaitin büdcəyə qaytarılmasına dair cavabdeh pensiya qurumunun qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsini, 2018-ci ildən iddiaçıya təyin olunmuş 2145.51 manat məbləğində əmək pensiyası əsas götürülərək, “Əmək pensiyasına qulluq stajına dörə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixdən aylıq pensiya məbləğinin 10 faizi miqdarında, 01 dekabr 2022-ci il tarixdən prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının 30 faizi miqdarında, daha sonra ideksləşdirilmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixdən 14.7 faiz, 01 yanvar 2024-cü il tarixdən 11.2 faiz artımla bağlı 01 yanvar 2025-ci il tarixdən 8.1 faiz miqdarında əmək pensiyası artımlarının hesablanması, 2023-cü ilin oktyabr ayının pensiyasının ödənilməsi;

2. İddiaçı Cavabdeh pensiyasının azaldılması nəticəsində 2025-ci ilin aprel ayınadək verilmiş pensiya məbləğində yaranmış 16740,19 manat məbləğində fərqin ona birdəfəlik ödənilməsi. Məhkəmə hesab edir ki, iddia tələbləri mümkünlük şərtini ödəmir. İlk növbədə tələbin birinci hissəsinə münasibətdə qeyd edilir ki, iş materiallarından müəyyən edilir ki, göstərilən tələb mahiyyət etibarilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8670/2022 saylı qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlıdır. Belə ki, həmin qərarla iddiaçı Cavabdeh pensiyasının bərpa edilməsi, artımların tətbiqi və yaranmış fərqin ödənilməsi məsələlərinə artıq hüquqi qiymət verilmiş, qərar icra edilməsi üçün cavabdeh pensiya qurumuna göndərilmişdir. İndiki halda iddiaçının narazılığı qərarın icrası zamanı cavabdeh inzibati orqan tərəfindən qərarın tələblərinə və qanunvericiliyə əməl edilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq öz məqsədinə nail olmaq üçün əlverişli hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, mübahisə iddiaçı barəsində qəbul edilmiş məhkəmə qərarının icrası ilə bağlı olduğundan və bu mübahisəyə həmin qərarın icrasında hüquqi qiymət verilməli olduğundan hazırkı işə iddia icraatı qaydasında deyil, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra icraatı qaydasında baxılmalıdır. Tələbin ikinci hissəsi iddiaçı Cavabdeh pensiyasının azaldılması nəticəsində 2025-ci ilin aprel ayınadək verilmiş pensiya məbləğində yaranmış 16740,19 manat məbləğində fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh pensiya qurumuna həvalə edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının eyni tələb ilə bağlı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinin olması müəyyən edilməmiş, iddiaçı özü də məhkəmə iclaslarında verdiyi izahatlarında hazırkı tələbi üzrə cavabdehə müraciət etmədiyini təsdiq etmişdir. Halbuki, iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi şərtinə tabedir. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğu əsaslandıra bilməmişdir. İstinad olunan Plenumun qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İstinad olunan Plenum Qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, həm iş üzrə keçirilmiş məhkəmə iclasında, həm də hazırkı qərardadın əsaslandırma hissəsində müvafiq hüquq təkliflər verilməklə iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan, qarşılıqlı iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Qarşılıqlı iddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar