Məhkəmə qərarları › İş №2-1(112)-11692/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11692/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11692/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xəstəliyi ilə əlaqədar olaraq dərman vasitələri ilə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dərman preparatları ilə təmin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2014, 2017 və 2019-cu illərdə ürək tutması ilə xüsusi etapla o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Tibb İdarəsinin Müalicə Müəssisəsinə daxil olmuşdur. Hər dəfə 20 gün intensiv terapiya müalicə aldıqdan sonra müalicənin davamı olaraq iki ay terapiya şöbəsində müalicə almışdır. 2014 və 2019-cu ildə Müalicə Müəssisəsində ona bildirilmişdir ki, infakt keçirmişdir.Onun infakt keçirməsi barədə rəsmi qaydada Qobustan həbsxanasında saxlanılan tibb kitabçasında rəsmi qaydada qeydiyyata alınmışdır. Bundan əlavə həbsxanada dişlərini müalicə etdirən zaman həbsxananın diş həkimi onu hepatit “c” virusuna yoluxdurmuşdur. Bu barədə də məlumat tibb kitabçasında da qeydiyyata alınmışdır. Artıq 8 (səkkiz) aydır ki, hər iki xəstəliyi ilə əlaqədar olaraq heç bir dərman preparatı ilə təmin olunmur, bu barədə həbsxananın baş həkiminə müraciət etmişdir. Müraciətlərindən sonra Tibb Baş İdarəsindən həbsxanaya ünvanlanmış məktubda bildirilmişdir ki, guya o, bütün dərman vasitələri ilə təmin olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Eyni zamanda İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə, tərəfindən iddiaçıya cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasına 13 iyul 2023-cü il tarixli 2-1(112)-11692/2023 saylı məktub ünvanlayaraq, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman yol verilmiş formal xətaların aradan qaldırılmasını təklif etmişdir. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.5; 120.2.7; 120.2.7 və 217.1-ci maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilmiş (cəzanı əvvəli: xx.xx.2006) 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-cı ildə 1 saylı istintaq təcridxanasına daxil olmuş, xx.xx.2007-ci il tarixdə Həbsxanaya köçürülmüşdür. Penitensiar müəssisəyə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və səhhəti ilə bağlı ciddi şikayət bildirməmişdir. Anamnezdə əvvəllər nəşə çəkdiyini bildirmişdir. Məhkəmə tərəfindən barəsində narkotik maddələrdən məcburi müalicə təyin edildiyi üçün həkim psixiatrnarkoloq tərəfindən nəzarətə götürülmüşdür. Məhkum 2014-cü il ilə qədər arabir baş ağrılarından şikayət etmişdir. Məhkumu tibbi nəzarətdə saxlayan həkimlərin qeydlərində və tibbi sənədlərdən bəlli olur ki, istər istintaq təcridxanasında saxlanılan zaman, istərsə də Həbsxanada cəza çəkdiyi dövrdə tibbi xidmət İddiaçı daim əlçatan olmuş, hər bir müraciəti zamanı şikayətinə uyğun olaraq ona müxtəlif tibbi yardım göstərilmişdir. Cəza çəkdiyi illər ərzində Tibb-sanitar hissəsində (TSH) ambulator və müxtəlif vaxtlarda 6 dəfə (2014, 2016, 2017-ci ildə 2 dəfə, 2019, 2020 və 2021-ci illərdə) Müalicə müəssisəsində (MM) stasionar şəraitdə tibbi tədbirlərə cəlb olunmuş bununla yanaşı Həbsxanada müxtəlif ixtisaslı həkim briqadasının həyata keçirdiyi kütləvi müayinələr zamanı da İddiaçı baxışlar keçirilmişdir. 2014-cü ilin iyun ayında baş vermiş kəskin miokard infarktı zamanı da məhkuma TSH-də təxirə salınmaz yardım göstərilmiş, ərazi üzrə təcili tibbi yardım briqadası çağırılaraq təcili qaydada MM-ə köçürülmüşdür. Adekvat tibbi yardım sayəsində onun həyatı xilas edilmiş, müalicə tədbirləri nəticəsində sağalmış və səhhəti bərpa olunaraq Həbsxanaya köçürülmüşdür. Sonrakı müddət ərzində İddiaçı ürək-qan dövranı xəstəlikləri, miokardın qan təchizatına nəzarət edilməsi və dəstəkləyici müalicənin aparılması tibbi kitabçada olan qeydlərdən, çəkilmiş çoxsaylı EKQ lentləri və laborator müayinələrlə öz təsdiqini tapır. 2016-cı ilin may-iyun və 2017-ci ilin aprel aylarında babasil xəstəliyinin kəskinləşməsi ilə əlaqədar MM-də tibbi tədbirlərə cəlb olunan zaman da, İddiaçı ürək fəaliyyəti ixtisaslı həkim-kardioloq tərəfindən yoxlanılmış və ağırlaşma izlənilməmişdir. 2019-cu ilin noyabr ayında MM-də keçdiyi növbəti tibbi tədbirlər zamanı məhkumun ürəyinin ön divarında təkrari işemik ocaq qeyd olunmuş və vaxtında görülmüş tibbi tədbirlər nəticəsində prosesin dərinləşməsinin qarşısı alınmışdır. Sonraki müddətdə və hal-hazırda da İddiaçı ürək-qan dövranı fəaliyyətində ciddi ağırlaşma izlənilmir. Xəstəliyi ilə bağlı əlillik verilməməsi barədə müxtəlif rəhbər dövlət qurumlarına müraciəti əsasında MM-də və X1 kardioloqların İddiaçı keçirilmiş birgə baxışlarında da məhkumun ürək-qan dövranı ilə bağlı xəstəliyinin stabil qaldığı öz təsdiqini tapmışdır. İddiaçı uzun müddətdir ki, müxtəlif dövlət qurumlarına tibbi xidmətlə tam təmin edilməməsi, hüquqlarının pozulması kimi çoxsaylı ərizələrlə müraciət etməklə özünü diqqətdə saxlamaq, imtiyazlı güzəştlər əldə etmək üçün məqsədli təsir vasitəsi kimi istifadə edir. Onun bir çox ərizələri Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin tabe qurumları tərəfindən, o cümlədən Tibb baş idarəsi ilə birgə araşdırılmış və hər bir halda əsassız olması öz təsdiqini tapmışdır. İddiaçı ərizələrindən biri Nazirliyin rəhbərliyinin nəzarəti altında aidiyyəti qurumlar tərəfində araşdırılmışdır. Ümumiyyətlə son 5 ildə məhkum daim həkimlərdən təyinatdan kənar dərman preparatları tələb edir və bunu əldə etmək üçün ərizə yazmaqla təsir göstərməyə çalışır. Belə faktlardan biri 2018-ci ildə ona təyin edilmiş riboxin və predizin preparatlarından imtina etməsi və təkidlə preduktal MR preparatını tələb etməsi, preparat verilmədikdə isə dövlət qurumlarına çoxsaylı müraciət etməsini nümunə kimi göstərmək olar. Belə hallar İddiaçı tərəfindən dəfələrlə təkrarlanır, halbuki, istər TSH-da, istərsə də MM-də olduğu dövr ərzində məhkumun müalicələri büdcə hesabına alınmış dərmanlarla təmin edildiyi xəstəlik tarixi və təyinatın icra vərəqində aparılmış qeydlərlə təsdiq olunur. Ümumiyyətlə İddiaçı əksər hallarda həkimlərin təyin etdiyi və dövlət tərəfindən ayrılmış dərmanlarla deyil, özünün istədiyi dərmanlarla müalicə olunmasını tələb edir. Məhkumun ərizəsində qeyd etdiyi stomatoloq tərəfindən hepatit C virusuna (HCV) yoluxdurulması barədə qeyd etdiyi iddialar əsassızdır. Ona məhkəmə hökmü ilə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. HCV-nin yoluxma yollarından ən əsası narkomanların eyni şprisdən narkotik maddəni vena daxili istifadə edərək ötürməsidir. HCV 2014-cü ildə ilk dəfə MM-də olarkən aparılan laborator müayinə zamanı aşkar edilmişdir. İddiaçı əvvəlki dövrlərdə stomatoloq tərəfindən HCV-yə yoluxdurulması barədə də şikayət ərizələri ilə müraciətlər etmiş, araşdırılmış, lakin heç bir halda o bunu tutarlı faktlarla əsaslandıra bilməmişdir. 2014-cü ildən sonraki müddətdə və hal-hazırda aparılan kliniki, laborator və instrumental müayinələr zamanı məhkumda xroniki HCV-nin subklinik formada olduğu və qaraciyərin funksiyasına zədələyici təsir göstərmədiyi müəyyən olunmuşdur. Bu hal onun dövrü olaraq hepatoprotektorlar və vitaminlərlə dəstəkləyici müalicə aldığını təsdiq edir. Hazırki iddia ərizəsində də tələb etdiyi 4 dərmandan 2-si eyni təsirli hepatoprotektordur (Heptral, essensial), hansı ki, bu dərmanlarla o, dəfələrlə kurs müalicələri almışdır. Həmin dərmanları İddiaçı müalicə kurslarından əlavə bir daha tələb edir. Ərizədə qeyd edilən dərmanlar müalicə kursundan əlavə olsa da, məhkumun məmnunluğu naminə ona təhvil verilmişdir. İddiaçı xəstəliyi ilə bağlı əlillik dərəcəsinin təyin edilməsi üçün barəsindəki tibbi məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspert və Reabilitasiya Agentlinə təqdim olunmuş, lakin, əlillik təzahürləri olmadığından əlillik təyin edilməmişdir. Bundan narazı qalan məhkum Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, şikayətinin təmin olunmadığı barədə qərar qəbul edildiyi üçün apelyasiya şikayəti vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim etdikləri yzılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Cavabdeh tərəfindən məhkum İddiaçı elan edilməsi üçün Həbsxananın rəisi Tahir Yusifova ünvanlanmış 3-16-20/2-Q-954-6/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, penitensiar müəssisələrdə cəza çəkdiyi müddət ərzində tibbi xidmətlə təmin edilməyi barədə müraciətləri nəzərə alınmış, səhhətində yaranmış narahatlıqla bağlı Tibbi-sanitar hissəsində (TSH) və Müalicə müəssisəsində dəfələrlə müayinə və müalicə olunmuşdur. Müalicələrdən sonra səhəti stabilləşmiş, bəzi hallarda təyin edilmiş ambulator müalicə TSH-də davam etdirilmişdir. Sonuncu müraciətində qeyd etdiyi xüsusatlar TBİ-də araşdırılan zaman tibbi kitabçasında və saxlandığı rejim korpusuna təhkim edilmiş həkimin ambulator təyinatların icrası jurnalına baxış keçirilmişdir. Son 1 il ərzində ümumilikdə 14 dəfə olmaqla ürək, qaraciyər və mədə-bağırsaqla bağlı şikayətləri ilə əlaqədar ambulator təyinatların icra edildiyi müəyyən edilmişdir. Əlavə olaraq ona təklif edilmiş EKQ və qan analizindən imtina etmişdir. Xroniki xəstəliklərlə əlaqədar təyin edilmiş müalicə rejiminə etmədiyi və dinamik müşahidənin aparılması məqsədi ilə təkilf edilən müayinədən keçməyi tövsiyyə olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Hazırki iddia ərizəsi azadlıqdan məhrumetmə cəzası çəkən məkum İddiaçı adından verilsə də, iddia məhkəməyə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu ilə göndərilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, məkum İddiaçı ilə aparılan söhbət zamanı sonuncu hazırki iddia ərizəsinin onun adından verilsə də, iddianın məhkəməyə cəzaçəkmə müəssisəsindən göndərilmədiyini bildirmişdir. İPM-nin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş İddiaçı adından verilmiş iddia ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu ilə verilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, məhkum İddiaçı TBİ-nin tövsiyyəsi əsasında Heptral 400 mq 5*5amp (2 qutu); Karmetadin 35 mq № 60 (2 qutu); Essensial forte № 30 tab (2 qutu); Bisoqamma 5 mq № 30 (1qutu) dərman peraparatları TSH-nin rəisi-həkim t/x mayoru Ərəstun Şamilov tərəfindən müvafiq saya uyğun olaraq təqdim olunmuşdur. X6 və təhvil alan İddiaçı tərəfindən imzalanmışdır. Beləliklə cavabdeh faktiki olaraq iddiaçının sözügedən ərizəsində irəli sürdüyü xahişlə razılaşmış və iddiaçını dərman peraparatı ilə təmin etmişdir. Belə olan halda iddiaçının adıçəkilən xahişi ilə bağlı artıq hüquqi marağı qalmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının həmin ərizəsi mümkün sayılmamalıdır. Bununla belə məhkəmə qeyd edir ki, əgər hazırkı inzibati mübahisə öz həllini tam tapanadək cavabdeh tərəfindən iddiaçının dərman peraparatı ilə təmin olunmaması halı baş verərsə, iddiaçının yenidən eyni məzmunlu ərizə ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ qalmaqdadır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPMnin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xəstəliyi ilə əlaqədar olaraq dərman vasitələri ilə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar