Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1170/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi(vəkili) Vəkil, Cavabbdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "istismara icazənin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsi 63, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən faktiki 103.48 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi və həmin aktı Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsi 63, yeni qaydalarla: ünvan 2 ünvandan yerləşən 44.40 kv.m olan qeyri-yaşayış obyektin qeydiyyata alınmayan faktiki istifadədə olan 59,08 kv. m. AR Prezidentinin "Qeyri-yaşayış təyinath bazi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2023-cü il tarixli 2181 nömrəli fərmanı əsasında iddiaçının adına qeydiyyata alınması ilə bağlı müvafiq inzibati orqana müraciət edilmişdir. Müraciət əsasında qeyri-yaşayış sahəsi fərman əsasında bütün inzibati orqanlardan yoxlanılaraq müsbət rəy almışdır.İddiaçının müraciəti əsasında fərmanı rəhbər tutaraq qeyd olunan qeyri-yaşayış obyekti Əmlak Məsələləri Dövlət Xidməti, Socar "Azəriqaz” İstehsalat Birliyi. "xxxx" ASC, "xxxx" ASC. FHN-nin Tikintidə X3 Agentliyi. FHN X10 Xidməti, FHN X5 Görülməsi və Dağ-mədən Nəzərəti Xidmətin və digər orqanların müsbət rəyi alınmışdır və cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan təqdim edilən sənədlər əsasında əsasız olaraq qeyri-yaşayış obyektin istismara qəbul edilməsi barədə aktı verilməsində imtina etmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş yerqurluşu planına əsasən magistral boru kəmərlərinin (yeraltı ortatəzyiqli qaz xətti) mühafizə zolağına, həmçinın vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə yerləşir. xx.xx.2024-cü il tarixində Bakı Regional Qaz İsitismarı Departamentinin rəisi cənab Rauf Əhmədov tərəfindən FHN-nin Tikintidə X3 Agentliyinə məktub yollayaraq bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ərazisində X2 Bakı Regional Qaz İstismarı Departamentinə məxsus RE110 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin yeri dəyişdirilərək mühafizə zonasından kənarlaşdırılmışdır. Cavabdeh orqan rəy qəbul edən zaman X1 Bakı Regional Qaz İstismarı Departamentinə qeyd olunan məktubu elektron sistemdə vardır. Cavabdeh orqan işin materiallarında olan sənədləri tam araşdırmayaraq mənfi rəy qəbul etmişdir. İddiaçının paylı mülkiyyətində olan ünvan 3, yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən 44.40kv.m qeyri-yaşayış obyektinin qeydiyyata alınmayan faktiki istifadədə olan 59.08 kv.m İddiaçı adına qeydiyyata alınması ilə bağlı digər payçı X8 notarial qaydada razılığı vardır. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3, yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 103.48 kv.m olan qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş,eyni tarixdə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən məhkəmə dəftərxanası vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş etiraz məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdaresinə (bundan sonra idarə) qarşı "ünvan 3 yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən faktiki 103.48 kv.m. olan qeyri-yaşayış sahəsinə dair istismara qabul aktının verilməsi və hamin aktın Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbinə dair 2- 1(112)-8881/2024 nömrəli inzibati iş məhkəmənin icraatındadır.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3, yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 181 nömrəli Fərmanına uyğun olaraq Baş İdarə tərəfindən sözügedən qeyri-yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı müraciət edilmişdir. Baş İdarə tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinə istinad edilərək qeyri-yaşayış obyektinin istismarına icazə verilməmişdir. Buna görə də, ünvan 3 yeni qaydalarla: ünvan 7 ünvandan yerləşən faktiki 103.48 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair istismara qəbul aktının verilməsi və həmin aktın Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən İddiaçı iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı Baş İdarə tərəfindən verilən cavab məktubu imtina məktubu deyil, məhz məlumat xarakterli məktubdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinə əsasən qeyri-yaşayış binasının qeyri-yaşayış binasının magistral boru kəmərlərinin istifadəsində olan torpaqlarında yerləşib-yerləşmədiyi barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müvafiq aidiyyəti dövlət orqanlarına göndərir. Göründüyü kimi, qeyriyaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin magistral boru kəmərlərinin mühafizə zonasında yerləşməsi ilə bağlı məlumatı təmin edən qurum Xidmət olduğundan Baş İdarə tərəfindən iddiaçıya verilən cavab məktubu imtina məktubu deyil məhz məlumat xarakterlidir. Sözügedən Fərmana əsasən qeyri-yaşayış binasının magistral boru kəmərlərinin yerləşdiyi torpaq sahəsində inşa olunduğu halda birmənalı olaraq həmin tikilinin istismarına icazə verilmədiyi qeyd edilmişdir. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.2-ci bəndinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş Qeyri-yaşayış binasının X7 Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu Planından göstərilir ki, torpağın mülkiyyətçisi dövlətdir və həmin torpaq sahəsi hansı ki, üzərində qeyri-yaşayış obyekti tikilmişdir magistral boru kəmərlərinin (yeraltı ortatəzyiqli qaz xətti) mühafizə zolağında, həmçinin ümumi istifadə üçün nəzərdə tutulan ərazidə (yaşayış binasına bitişik) yerləşir. Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2023-cu il tarixdi 2181 nömrəli Formaninin 1.1.4-cu bandina uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Səhərsalma və Arxitektura Komitasi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məlumatında qeyd olunur ki, homin torpaq sahesi Ümumi istifadədə yerləşir. Obyekt vətəndaşların ümumi istifadəsi (yaşayış binasına bitişik nezerdo tutulan ərazidə inşa edilmişdir. O cümlədən, tikili ərazinin (mahallanin) planlaşdırma hollina uyğun deyildir. Habelə məlumatda tikilinin magistral boru kəmərlərinin mühafizə zonasında (orta təzyiqli yeraltı qaz xətti) yerləşdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli 2181 nömrəli Fərmaninin 1.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi vo bu Fermana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilerin Dövlət reyestrinda uçota alınması, habela istismarına icazə verilməsi üçün osas hesab edilen müraciətin daxil olduğu tarixdən 1 (bir) iş gunü müddətində qeyri-yaşayış binasının ve onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlarinin, suların və digər mühafizə zonalarında, neft va qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra -Xidmət) göndərir. Hamin Fərmanının 1.1.5-ci yarımbəndinin 1-ci abzasına əsasən Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyriyaşayış binasının istismarina icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir. Göründüyü kimi, Fərmana əsasən qeyri-yaşayış binasının istismarına icazə Komitə tərəfindən o zaman verilir ki, həmin qeyri-yaşayış binası magistral boru kəmərlərinin üzərində olan topaqlarda yerləşməsin. Hər bir halda müəyyən qeyri-yaşayış obyektinin fəaliyyəti ərazinin məqsədli istifadəsinə uyğun olmalı və ahangdar fəaliyyətinə mane törətməməklə yanaşı, hər hansı magistral boru kamarinin yerləşdiyi torpaq sahəsində inşa edilməməlidir. Sözügedən Fərmanın tələblərindən məlum olur ki, 2026-cı il iyunun 1-dək istismarına icazə verilməmiş qeyri-yaşayış binaları ilə bağlı münasibətlərin tənzimlənməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təşkil etməlidir. Bununla da, həmin tikinti obyektinin müqəddəratının 2026-cı il iyunun 1dən sonra həll edilməsi qanunvericilikdə təsbit edilmişdir ki, mübahisə predmeti olan məsələ məhkəmə icraatının predmeti ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Regional Qaz İstismarı Departamentinin xx.xx.2024-cü il tarixli 14-2-2-3/2-206/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikili obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-ci 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyindən elektron qaydada (xx.xx.2023-cü il 3-18- 2/1-C-5573-8/2023) daxil olmuş müraciətlə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 63 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ərazisində (koordinatlar 40.4074xx-xx.86831) X1 Bakı Regional Qaz İstismarı Departamentinə məxsus RE110 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin yeri dəyişdirilərək mühafizə zonasından kənarlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktur və Texnoloji İnstitutunun xx.xx.2023-cü il tarixli “ünvan 9 ünvanında İddiaçı Hadi oğluna məxsus birmərtəbəli qeyri-yaşayış binasının texniki vəziyyəti haqqında rəyində göstərilmişdir ki, ünvan 10 ünvanında İddiaçı Hadi oğluna məxsus birmərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış obyekti hal-hazırda istismar edilir. Obyektdə texniki baxış işləri təqdim edilmiş eskiz layihəsi əsasında və mövcud vəziyyətə uyğun aparılmışdır. Texniki baxış işləri zamanı yükdaşıyan konstruksiyalarda çat deformasiya və zədələrə rast gəlinməmişdir. ünvan 10 ünvanında İddiaçı Hadi oğluna məxsus birmərtəbəli qeyri-yaşayış təqdim edilmiş eskiz layihəsi uyğun inşa edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3, yeni qaydalarla AZ1052, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 44.40 kv.m olan qeyri-yaşayış sahəsinin 39.8 kv.m olan payı İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və 4.6 kv.m olan payı X8 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş X11 göstərilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu barədə məlumatlara əsasən torpaq sahəsinin ölçüsü-0.0104 ha; kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növüdövlət, mülkiyyətçi barədə məlumat-dövlət, tikintialtı sahə-103.48 kv.m-dir. Kommunikasiya xətləri və mühafizə zonaları barədə məlumata əsasən magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir(elektron kadastr məlumat bazasına əsasən sahənin 58.48 kv.m hissəsi yeraltı(orta təzyiqli) qaz xəttinin mühafizə zolağında yerləşir). Torpaq sahəsinin ümumi istifadədə yerləşibyerləşməməmsi barədə xüsusi qeydə əsasən ümumi istifadədə yerləşir(yaşayış binasına bitişikdir). Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********58 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 153 nömrəli sərəncamına əsasən Ağa Neymətulla 63 saylı evin vətəndaş Ş.F.Quliyevanın mülkiyyətində olan 1 va 2 nömrəli mənzillərin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilməsi,göstərilən mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə olunması zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunmasının vətəndaş Ş.F.Quliyevaya tapşırılması, Ağa Neymətulla 63 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş Ş.F.Quliyevaya tövsiyə olunması, Sərəncamın surətlərinin RMKTB-yǝ, RPİ-nə və digər aidiyyatı ünvanlara göndərilməsi aparatın Ümumi şöbəsinə həvalə edilməsi və Sərəncamın icrasına nəzarətın RİH-nin təsərrüfat şöbəsinə tapşırılması qərara alınmışdır. -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 123 nömrəli Sərəncamına əsasən, Nərimanov RİH-in Mənzil məsələləri üzrə ictimai komissiyasının A.Neymətulla küçəsi, 63 №-li evin, 1-ci və 2-ci mənzillərinə dair xx.xx.2011-ci il tarixli aktı təsdiq edilməsi, A.Neymətulla küçəsi, 63 №-li evin, 1-ci və 2-ci mənzili, ümumi sahə 177,56 kv.m, yaşayış sahəsi 151,59 kv.m., köməkçi sahə isə 25,97 kv.m. olmaqla 4 otaqlı hesab edilməsi, Sərəncamın 2-ci bəndinə uyğun olaraq, vət. Ş.F.Quliyevanın adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (ARƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunması, Sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılması 20 №-li MKİS-ə tapşırılsın. Sərəncamın surətlərinin hüquq şöbəsinə, 20 №-li MKİS-2, ARƏMDK-ya və vətəndaş Ş.F.Quliyevaya göndərilməsinin ümumi şöbəyə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********52 nömrəli məktubu ilə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 211C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsü təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2-1754/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-7107/24 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, -Tikintidə Təhlüksizliyə X9nin xx.xx.2023-cü il tarixli 1313/14/QYF-748 nömrəli Texniki müayinə rəyinə əsasən, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 63 ünvanında yerləşən, fiziki şəxs İddiaçı məxsus 1 mərtəbəli qeyri-yaşayış binasının "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 07 iyul 2023-cu il tarixli, 034 saylı əmrinə uyğun olaraq yoxlanılmış və qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlılığının təmin olunduğu qəbul edilə bilər. -Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli 00883 nömrəli “Qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə” rəyinə əsasən obyektin təyinatı-qeyriyaşayış(ticarətdir; obyektin tikinti sahəsi 103.48, obyektin ümumi sahəsi 88.9, obyektin tikinti həcmi 343.62, obyektin mərtəbəliliyi 1, obyektin divar hündürlüyü 3.3 m-dir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********27 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış binası yaşayış binasına bitişik ümumi istifadədə olan ərazidə yerləşir. Elektron kadastr məlumat bazasına əsasən 58.48 kv.m hissəsi yeraltı orta təzyiqli qaz xəttinin mühafizəsindədir. Qeyri-yaşayış binasının yerləşdiyi 0.0332 ha torpaq sahəsinin mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir (mühafizə zonasında yerləşdiyindən xüsusi qeyd hissəsi boş saxlanılmışdır). Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-7107/24 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı ünvan 11 ünvanında İddiaçı məxsus olan qeyri- yaşayış sahəsinə istismarına hazır olması haqında rəyin verilməsi barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız 17 avqust 2024-cü il tarixli, 2-1(112)-8881/2024 nömrəli sorğunuza Nazirliyinin Tikintidə X3 Agentliyində baxılmışdır. Bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli yerquruluşu planında ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin magistral qaz xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Lakin Bakı Regional Qaz İstismarı Departamentinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə ünvanlandığı 18 yanvar 2024-cü il tarixli, 14-2-2-3/2-206/2024 nömrəli məktubda RE110 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilərək mühafizə zonasından kənarlaşdırılması bildirmişdir. Qeyd olanları nəzərə alaraq Fərmanın 1.9-cu bəndinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən ünvan 11 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyektinin istismara hazır olması barədə 22 yanvar 2024-cü il tarixli, 00883 nömrəli rəy verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********90 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli yerquruluşu planında göstərilən qeyri-yaşayış obyekti çoxmərtəbəlili yaşayış binalarının yaxınlığında ümumi istifadədə olan ərazidə yerləşir. Elektron kadastr məlumat bazasına əsaəsn 58.48 kv.m hissəsi yeraltı orta təzyiqli qaz xəttinin mühafizə zolağına düşür. Həmin məktubla təqdim edilən xx.xx.2023-cü il tarixli “Qeyri-yaşayış binasının texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, ünvan 13 ünvanında yerləşən 0.010348 ha sahəsi olan torpaq sahəsinin elektron kadastr bazasına əsasən 58.48 kv.m hissəsi yeraltı (orta təzyiqli) qaz xəttinin mühafizə zolağında yerləşir. Qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsinin bu ərazidə olub-olmaması ilə bağlı elektron kadastr bazasında məlumat yoxdur. Yaxınlıqdan 259 mm və 280 mm-lik orta təzyiqli qaz xəttləri keçir. Yaşayış binasının qarşısında ümumi istifadədə olan yaşıllıq sahədə yerləşir. Torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3934/2025 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış binası çoxmərtəbəlli yaşayış binalarının yaxınlığında ümumi istifadədə olan ərazidə yerləşir. Yeraltı qaz xəttinin yerinin müəyyənləşdirilməsi idarənin mütəxəssislərinin fəaliyyət istiqamətlərinə aid deyil. Bakı Regional Qaz İstismarı Departamentinin xx.xx.2024-cü il tarixli 14-2-2-3/2- 206/2024 nömrəli məktubuna əsasən qeyri-yaşayış binası yeraltı orta təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşmir. Qeyd edilənləri nəzərə alaraq yerquruluşu planının mühafizə zonası hissəsində dəyişiklik edilərək xx.xx.2025-ci il tarixində elektron qaydada yenidən təsdiq edilməsi təmin edilmişdir. Sözügedən obyektin Əmlak Məsələləri Dövlət Xidmətindən mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli **********17 nömrəli məktubundan görünür ki, Bakı Regional Qaz İstismarı Departamentinin xx.xx.2024-cü il tarixli, 14-2-2-3/2-206/2024 nömrəli məktubuna əsasən yeraltı orta təzyiqli qaz xəttinin yeri dəyişdirilmişdir və qeyri-yaşayış binası mühafizə zonasında yerləşmir. Qeyd edilənləri nəzərə alaraq yerquruluşu planının mühafizə zonası hissəsində dəyişiklik edilərək xx.xx.2025-ci il tarixində elektron qaydada yenidən təsdiq edilməsi təmin edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən elektron qaydada Komitəyə göndərilən xx.xx.2023-cü il tarixli müraciətinizlə əlaqədar bildiririk ki, ünvan 14 ünvanında inşa edilmiş 1 mərətəbəli qeyri-yaşayış obyekti Fərmanı 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüuqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023cü il tarixdə tərtib edilmiş yerquruluşu planına əsasən magistral boru kəmərlərinin(yeraltı ortatəzyiqli qaz xətti) mühafizə zolağında, həmçinin vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə (yaşayış binasına bitişik) yerləşir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məcburetmə haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl tikintiyə icazə verilməsi ilə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, ünvan 15 ünvanda yerləşən 44.40 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı paylı mülkiyyət mülkiyyətindədir. İddiaçı binanın birinci mərtəbəsində yerləşən həmin qeyri-yaşayış sahəsinə bitişik əlavə 59.08 kv.m ölçüdə tikili inşa etmiş və ümumi sahə 103.48 kv.m -ə çatdırılmışdır. İddiaçı həmin əlavə sahə də daxil ümumilikdə qeyri-yaşayış sahəsinin istismarına icazə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan qeyri-yaşayış sahəsinin yerquruluşu planına əsasən sahənin magistral –yeraltı ortatəzyiqli qaz xəttinin mühafizə zolağında, həmçinin, əlavə dəlil olaraq vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə yerləşdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsinin: -101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.3-cü maddəsinə əsasən bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. -102.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşibyerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3. Nazirlik:
1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:
1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;
3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir. İşin hallarıından müəyyən olunur ki, iddiaçının müraciəti əsasında Fövqəladə hallar Nazirliyi qeyd edilən 2181 nömrəli Fərmanın tələbinə uyğun olaraq iddiaçının müraciətini qeydə almış, müraciət əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, Xidmətin təqdim etdiyi xx.xx.2023-cü il tarixli yerquruluşu planında ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin magistral qaz xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Lakin Bakı Regional Qaz İstismarı Departamentinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə ünvanlandığı 18 yanvar 2024-cü il tarixli, 14-2-2-3/2- 206/2024 nömrəli məktubda RE110 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilərək mühafizə zonasından kənarlaşdırılması bildirilmiş, bundan sonra Fərmanın 1.9-cu bəndinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən qeyri-yaşayış obyektinin istismara hazır olması barədə 22 yanvar 2024-cü il tarixli, 00883 nömrəli yekun rəy verilmiş və rəy Xidmətin təqdim etdiyi planla birlikdə Komitəyə göndərilmişdir. Qeyd edilməlidir ki, ilkin olaraq tərtib edilmiş yerquruluşu planında və məhkəmə sorğularına cavablarda da yerquruluşu planını tərtib edən ƏMDX tərəfindən qeyri-yaşayış sahəsinin yeraltı orta təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilsə də lakin Bakı Regional Qaz İstismarı Departamentinin xx.xx.2024-cü il tarixli, 14-2-2-3/2- 206/2024 nömrəli məktubu ilə (hələ cavabdeh tərəfindən Fərmanın tələbinə uyğun olaraq iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubuna qədər) yeraltı orta təzyiqli qaz xəttinin yerinin dəyişdirildiyi müvafiq olaaq Fərmanın tələbinə uyğun olaraq FHN-nə bildirilmiş, yalnız bundan sonra sonuncu tərəfindən obyektin istismarına hazırlığı ilə bağlı yekun rəy tərtib edilmişdir. Məhkəmə icratı gedişində ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsislərinin iştirakı ilə keçirilmiş yerli müayinə nəticəsində də qeyd edilən hal öz təsdiqini tapmış, qeyri-yaşayış binasının mühafizə zonasında yerləşmədiyi müəyyən edilmiş və nəticə etibarı ilə yerquruluşu planına müvafiq dəyişiklik edilməklə elektron sistemə yenilənmiş yeruquluşu planı yerləşdirilmişdir. Cavabdeh orqan isə Fərmanın 1.1.1-ci yarımbəndinin tələblərinin yoxlanılması istiqamətində hər hansı tədbir görməmiş, hətta FHN-nin qaz xəttinin mühafizə zonasında yerləşməməsi şərti olduğu təqdirdə istismara hazırlıqla bağlı yekun rəy verə biləcəyini müəyyən etdiyi halda və bu halla bağlı müvafiq dəqiqləşmələri aparmaq imkanı olduğu halda bunu etməmiş və yekun olaraq ona müraciətinin müsbət həllini tapmadığı cavabıxx.xx.2024-cü il tarixli imtina məktubunu təqdim etmişdir. İddia olunan qeyri-yaşayış obyektinin ümumi istifadə üçün nəzərdə tutulan ərazidəyaşayış binasına bitişik yerləşməsi ilə bağlı dəlil də hazırkı iş üzrə müraciətin təmin edilməsindən imtinaya bilavasitə əsas vermir. Yuxarıda adıçəkilən Fərmanın 1.7-ci bəndində göstərilmişdir ki, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Göründüyü kimi qanunvericilik ümumi istifadədə olan torpaqlarda inşa olunan qeyri-yaşayış obyektinin istisarına icazə verilməsini bilavasitə qadağan etmir. Yalnız belə sahələrdə yerləşən obyektlərin istismarına icazə o halda verilməyə bilir ki, həmin sahə yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmiş olsun. Hazırkı işdən də müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsi yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, əlavə inşa olunan sahə isə həmin hissəyə-binaya bitişik olaraq inşa olunmuşdur. Təqdim edilmiş obyektin görüntüsündə qeyri-yaşayış obyektinin binaya bitişik olsa da binanın sakinləri üçün ümumi giriş-çıxışa mane olmamaqla yola ayrıca giriş-çıxışının olduğu adi gözlə müşahidə olunur. Cavabdeh orqan hazırkı halda iddiaçının iddia etdiyi qeyri-yaşayış obyektinin yerləşdiyi ərazinin məqsədli istifadəsinə uyğun gəlmədiyi və sahənin ahəngdar fəaliyyətinə maneə törətməsini sübut edən halların nələrdən ibarət olduğunu bildirməmiş, bu istiqamətdə hər hansı araşdırma aparmamış, imtinada xüsusən diqqəti ümumi istifadə ilə bağlı deyil, qaz xəttinin mühafizə zonasında yerləşməsinə çəkmişdir. Başqa sözlə, hazırkı iş üzrə iddia olunan qeyri-yaşayış binasının ümumi istifadədə olan ərazidə yerləşməsi və bu yerləşmənin həmin ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə yaratması ilə bağlı sübutlar təqdim edilmədiyindən məhkəmə cavabdehin bu hissədə əlavə dəlilini müraciətin təminindən imtinaya dair formal mülahizə qismində qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur (maddə 5.1). İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər (maddə 5.1-1). Eyni Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun: -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Sadalanan normalardan görünür ki, qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd olunanları işin faktiki halları ilə müqayisə etdikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun, eləcə də Şəhərsalmma və Tikinti Məcəlləsinin və Fərmanın yuxarıda sadalanan tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. ünvan 3, yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 103.48 kv.m olan qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova