Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11702/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının ehtiyata buraxılmasına dair Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrində dəyişiklik edilərək ehtiyata buraxılmanın səbəbi kimi, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan zabitidir, Vətən Müharibəsinin iştirakçısıdır. 2001-2022-ci illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 31 yanvar 2022-ci il tarixində Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmət zamanı uzun müddət müxtəlif xəstəliklərdən, o cümlədən podaqra, vegetativ damar distoniyası xəstəliklərindən əziyyət çəkmişdir. Vətən Müharibəsi zamanı, xx.xx.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı yaralanaraq qəlpə yarasından travma almışdır. Həmin xəstəlik və travmalarla bağlı İsmayıllı rayon Mərkəzi Xəstəxənasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək stasionar müalicələrdə olmuşdur. Həqiqi hərbi xidmət zamanı aldığı xəstəlik və travmalarla bağlı xx.xx.2023-cü il tarixli 1395 nömrəli şəhadətnamə ilə hərbi xidmətə yararlılığı şəhadətləndirilmiş, ona “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyi verilərək “podaqra xəstəliyi, sağ diz oynağının podaqralı monoartriti, oynaq funksiyasının 1-ci dərəcəli pozulması ilə vegetativ damar distoniyası, partlayış yaralanması (xx.xx.2020-ci il) nəticəsində sol sait nahiyəsinin kor qəlpə yaralanmasına görə aparmış yaraların birincili-cərrahi işlənməsindən, yad cismin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu qoyulmuş və yekun olaraq Komissiya “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qərarını vermişdir. Hərbi xidmətinin son aylarında xəstəliklər və travmaları narahat etdiyinə görə iddiaçı Komandanlığa müraciət edərək ehtiyata buraxılmasını xahiş etmiş, lakin xəstəliklə deyil, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılmışdır. Bununla baglı əmrin dəyişdirilməsini xahiş etsə də, cavabdeh müraciətinə münasibət bildirməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yazılı etirazında gösərilmişdir ki, iddiaçının tələbinin mahiyyəti Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrində dəyişiklik edilərək iddiaçının ehtiyata buraxılmanın səbəbi kimi, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin V bəndi (xəstəliyə görə) yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia verilərkən iddianın mümkünlüyünün zəruri şərtlərindən olan müddət şərtinə riayət edilmədiyindən və müddət ötürüldüyündən iddia tələbi mümkün sayıla bilməz. 3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. İddiaçı bu hüquqdan istifadə etməmiş, əmr onun mübahisələndirilməsi üçün inzibati-prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə N (on yeddi) ay 4 (dörd) gün sonra mübahisələndirilmişdir. Belə ki, iddiaçı 31 yanvar 2022-ci il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında’’ Əsanamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Lakin, iddiaçı inzibati orqanın 31 yanvar 2022-ci il tarixli əmrini N (on yeddi) ay 4 (dörd) gün sonra 4 iyul 2023-cü il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Bununla da, İddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir. Belə ki, müddətin bərpasına dair üzrlü səbəb anlayışına elə hallar aiddir ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verilməsinə yönələn hərəkətləri yerinə yetirməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3, 48.2-ci maddələrini rəhbər tutaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçının cavabdeh inzibati orqanın inzibati aktının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməməsinə, eləcə də ona müddətin üzürlü səbəbdən buraxılması barədə təsdiqedici sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında mübahisələndirilən əmrdən 2022-ci ilin avqust ayında məzuniyyətdən gələndən sonra məlumatlı oldugunu, bundan sonra dəfələrlə əmrin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətlər etdiyini və onların nəticələrinin gözlədiyini, lakin müraciətlərə cavab verilmədiyini nəzərə alaraq müddətin buraxılmadıgını və iddianı müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbindən göründüyü kimi iddiaçı ehtiyata buraxılmasına dair Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrində dəyişiklik edilərək ehtiyata buraxılmanın səbəbi kimi, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materiallarına əlavə edilmiş: -İddiaçının təqdim etdiyi EZ nömrəli, ******* nömrəli hərbi biletində edilmiş qeydə əsasən o, N nömrəli hərbi hissənin bölük komandirinin xx.xx.2022-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. - Cavabdeh orqandan tələb edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0111 nömrəli, 31 yanvar 2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, kapitan İddiaçı Nürəddin oğlu N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün komandiri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - 4-cü taborunun 10-cu bölüyünün komandiri İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə verdiyi raporta əsasən onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzuzu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına sərəncam verilməsini xahiş etmişdir. - iddiaçı ilə aparılmış xx.xx.2021-ci il tarixli söhbət vərəqəsindən görünür ki, iddiaçı birinci söhbət zamanı 20 ildən artıq xidmət etdiyi üçün onun ehtiyyata getməsinə köməklik göstərilməsini xahiş etmişdir. - iddiaçı ilə aparılmış xx.xx.2021-ci il tarixli söhbət vərəqəsindən görünür ki, iddiaçı ikinci söhbət zamanı tez bir zamanda ehtiyyata buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir. -N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təqdimatda iddiaçının öz arzusu ilə ehtiyyata buraxılması barədə vəsatət qaldırılmışdır. İddiaçı hazırki tələbində ehtiyata buraxılmasına dair Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrində dəyişiklik edilərək ehtiyata buraxılmanın səbəbi kimi, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v" bəndi (xəstəliyə görə) yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədən qərar qəbul etməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). İddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. İddiaçı bu hüquqdan istifadə etməmiş, əmr onun mübahisələndirilməsi üçün inzibati-prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə N (on yeddi) ay 4 (dörd) gün sonra mübahisələndirilmişdir. Belə ki, iddiaçı 31 yanvar 2022-ci il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında’’ Əsanamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu il) ehtiyata buraxılmışdır. Lakin, iddiaçı inzibati orqanın 31 yanvar 2022-ci il tarixli əmrini 1 ildən artıq müddət keçdikdən sonra 5 iyul 2023-cü il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11702/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11702/2023
10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver