Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11708/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4×3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla icra edilməsini və Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq, pensiya hüququ yarandığı vaxtdan, 2012-ci ilin iyun ayından etibarən birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, gömrük orqanlarında uzun müddət xidmət eldikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 23 iyul 2015-ci il tarixli 126 nömrəli məlumat vərəqinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq ona 24 il 6 ay 17 gün xidmət müddəti üçün təminat xərcliyinə daxil olan vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payına görə verilən pul kompensasiyasından, büdcədənkənar fonddan vəzifə maaşına əlavə edilmiş 25 faiz əlavədən formalaşan ümumi əmək haqqından, Mərkəzi Filial tərəfindən 13 iyun 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanına sonradan 2 dəfə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2016 tarixli 810 nömrəli Fərmanı ilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50%-i və 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60 %-i Dövlət Gömrük Komitəsinin xüsusu rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Beləliklə, Gömrük əməkdaşlarının vəzifə maaşına edilmiş yuxarıda qeyd edilmiş əlavələr (25%-in 60%-lə əvəz edilməsi) nəticəsində gömrük əməkdaşlarının əməkhaqqı (təminat xərcliyi) artmış, lakin gömrük əməkdaşlarının təminat xərcliyinin artmasına baxmayaraq onun büdcədənkənar inkişaf fondundan 25% əlavə ilə pensiyayaya çıxmasına baxmayaraq, pensiyasında artım baş verməyib. O, bu tələbi məhkəmədə mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(81)- 3114/2018 saylı qərarı ilə iddia tələbi tam təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə təqdim edilməsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar olaraq, Komitə tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli yeni məlumat vərəqəsi xx.xx.2019-cu il tarixli 1000- 180/0xx-xx/024338 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Yeni məlumat vərəqəsinin digər növ əlavələr qrafasında büdcədənkənar fonddan daxil olmuş 60 faiz əlavəyə dair məlumatın cəmi məbləği 498.31 manat qeyd edilmişdir. Beləliklə, məhkəmə qərarı düzgün icra edilməmişdir. O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(81 )-3114/2018-ci il saylı qərarının izah olunması barədə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-1(112)-11/2020 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(81)-3114/2018-ci il saylı qərarının qərara aldı hissəsinə “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) sonrakı artım kimi (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1207 saylı Fərmanını qüvvəyə mindiyi tarixdən) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin” kimi başa düşülsün” məzmununda izah verilmişdir. 18 iyul 2018-ci il tarixli 2-1(81)-3114/2018-ci il saylı məhkəmə qərarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2022-ci il tarixdə icra edərək 31/2022 nömrəli yeni məlumat vərəqəsini təqdim etməklə, cəmi 1883 manat 73 qəpik pul təminatına əsasən pensiyası yenidən hesablanmaqla 1154. 46 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. O, pensiyasının necə hesablanması barədə Mərkəzi Filiala ərizə yazmış, ərizəsinə cavab məktubundə bildirilmişdir ki, onun 13 may 2022-ci il tarixli **********4 saylı məktubunda qeyd edilənlərə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq pensiyası yenidən hesablanmış, 1154.46 manat məbləğində müəyyən edilmiş, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edilməklə, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmani ilə təstiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə istinad edilməklə əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyinin faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli saxılan hissəsi ilə birlikdə hər il (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla, 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4×2) təminat xərcliyinin 8 faizi, natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi, cəmi 59 faiz hesablanaraq əmək pensiyasına əlavə edilmişdir. O, pensiyasının yuxarıda qeyd edilən şəkildə yenidən hesablanması ilə razılaşmayaraq yenidən xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmiş və Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli. 31/2022 nömrəli yeni məlumat vərəqəsini Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4x3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla icra edilməsini və Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq, pensiya hüququ yarandığı vaxtdan, 2012-ci ilin iyun ayından hesablayaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixdə imtina məktubu almışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehin imtina məktubunu (inzibati akti) məhkəmədə mtibahisələndirir. Cavabdeh cavab məktubunda bildirir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 11836.67 manat fərq məbləği 959.73 manat hissəsi ona ödənilmiş, qalan 10876.94 manat hissəsinin isə Mərkəzi Filiala müraciətini nəzərə alaraq cari ilin iyul və avqust aylarında hissə-hissə (hər ay 51438.47 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş" 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad edilməklə əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyinin faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinin 8 faizi, natamam ildəki iş stajı aylarının sayına (6) mütənasib olaraq təminat xərcliyinin 1 faizi, cəmi 59 faiz hesablanraq əmək pensiyasına əlavə edilmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin yuxarıda qeyd edilən şəkildə Qanunun hazırda qüvvədə olan maddələrinə uyğun olaraq icra olunmasına etiraz edir. Onun təminat xərcliyinə əlavə Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə edilmişdir. Həmin vaxt "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsi aşağıda qeyd edilən məzmunda qüvvədə idi: 20.14.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alnımaqla) hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla. Həmin maddəyə 3 may 2017-ci il tarixli qanunu ilə aşağıdakı dəyişiklik edilmişdir. 20.14.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyini – 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üçün isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Həmin vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsi aşağıdakı qeyd edilən məzmunda idi: - 37.7. keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 03 may 2017-ci il tarixli qanun ilə Qanuna aşağıdakı məzmunlu 32.1-1-ci maddə və 26 dekabr 2018-ci il tarixli Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunlu ikinci cümlə əlavə edilmişdir –“Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” 03 may 2017-ci il tarixli Qanun ilə Qanunun 37.7-ci maddəsi aşağıdakı məzmunda dəyişilmişdir: 37.7. Keçmiş müddət üçün alınamamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 03 may 2017-ci il tarixli Qanun ilə Qanunun 37.3-cü maddəsinin sonuna yeni məzmunda “qeyd” hissəsi əlavə olunmuşdur. Qeyd. 2017-ci ilin iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stjaına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 2017-ci ilin yanvar ayında təminat xərcliyində artım olmasına baxmayaraq pensiyasında artım baş verməyib. Onun hüququ 2017-ci ilin yanvar ayında pozulub. xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı əlavə 2017-ci ilin yanvar ayında edilmiş əlavədir. Yəni əslində həmin məlumat vərəqi 2017-ci ilin yanvar ayında təqdim edilməli və həmin vaxt qüvvədə olan Qanunun müddəaları tətbiq edilməli idi. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məktubla müraciət edərək, Qanunun yuxarıda qeyd edilən tələblərinə uyğun pensiyasının yenidən heasblanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi üçün gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar inkişaf fondundan daxil olmuş 60% əlavəyə dair məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş idarəsinə göndərilməsi barədə qərar verilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsində həmin ərizəyə baxılaraq imtina verilmişdir. O, xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2-1(81)-3114/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. 2017-ci ilin yanvar ayında təminat xərcliyinə edilmiş əlavəyə dair məhkəmə qərarının icra olunması gecikdirilmiş, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu dəyişilmiş, nəhayət xx.xx.2022-ci il tarixdə. 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasına 2017-ci ilin yanvar ayına aid olan 974.23 manat digər növ əlavə yazılmaqla təqdim edilmişdir. “ 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası" Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təstiq edilmişdir. Bu "Qaydaların 2.5-ci bəndi 25 iyun 2018-ci ildən sonrakı dövrə tətbiq edilməlidir. Əslində, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanı veriləndən dərhal sonra təminat xərcliyinə edilmiş əlavəni, (yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı digər növ əlavənin, 974.23 manatı məlumat vərəqinə yazmaqla göndərsəydi, onda Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı xidmət müddətinin (4) hər ili üçün 3 faizi tətbiq edilməklə (4×3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla icra olunmalı və Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilməli idi. Lakin, həmin vaxt Dövlət Gömrük Komitəsi müraciətinə imtina cavabı vermiş, o, məcbur olub məhkəməyə müraciət etmiş və pozulmuş hüququ bərpa edilmişdir. Lakin, Dövlət Gömrük komitəsi məhkəmə qərarını uzun müddət icra etməyərək 2017-ci ilin yanvar ayında təminat xərcliyinə edilmiş əlavəyə dair məlumatı, nəhayət xx.xx.2022-ci il tarixdə, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı digər növ əlavənin, 974.23 manatı yeni məlumat vərəqinə yazılmaqla təqdim edilmişdir. İstər Qanunun 32.1-1-ci və 37.7-ci maddələri, istərsə də, “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı, Qanuna edilmiş dəyişikliklərdən və Fərmandan sonrakı dövrdə təminat xərcliyinə edilmiş əlavələrə tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixdə, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5ci qrafasındakı digər növ əlavənin, 974.23 manat məlumatın Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə təminat xərcliyinə daxil edildiyindən həmin vaxt qüvvədə olan qanunlar tətbiq edilməklə icra edilməlidir. Oxşar xarakterli mübahisəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 20 yanvar 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanlmasına dair” 23 sentyabr 2021-ci il tarixli qərarı vardır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4 × 3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faizi hesablamaqla, Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən sərəncama əsasən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda 23 iyul 2015 tarixli 126 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyqun olaraq 24 il 6 ay 17 gün xidmət müddəti üçün Mərkəzi Filial tərəfindən 13 iyun 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edildiyi, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanaraq 1154,46 manat məbləğində müəyyən edildiyi, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablandığı bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli 31/2022 nömrəli yeni məlumat vərəqəsinə Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsini tətbiq etməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin hər ili üçün 3 faiz tətbiq etməklə təminat xərcliyinin 63,5 faiz hesablanmaqla icra edilməsini və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğin müddətdən aslı olmayaraq pensiya hüququ yarandığı vaxtdan hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyini cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci və 37.7- ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. İddiaçı iddia edir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin 3 may 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyası tətbiq olunmalıdır. Lakin, Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı məxsus məlumat vərəqəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə tTəyinat üzrə Mərkəzi Filialına 2022-ci ildə göndərilmişdir, eyni zamanda İddiaçı iddia ərizəsində göstərir ki, yeni məlumat vərəqəsinin göndərilməsi üçün Dövlət Gömrük Komitəsinə xx.xx.2018-ci ildə müraciət etmişdir. Yəni hər bir halda 3 may 2017-ci il tarixindən sonra müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1 -ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinin 8 faizi; -natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. İddiaçı təminat xərcliyinə əlavənin Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli Fərman ilə əlavə edildiyini və ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasının tətbiq edilməli olduğunu iddia etsə də, İddiaçı pensiyasının yenidən hesablanması üçün əsas Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən 15 fevral 2022-ci il tarixli 31/2022 nömrəli məlumat vərəqəsi olmuşdur və həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiya yenidən hesablanmışdır. Göründüyü kimi, iddiaçının əvvəlki dövrdə qüvvədə olan qanunvericiliyə istinad edərək pensiyasının yenidən hesablanması tələbi əsassızdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaçının əvvəlki dövrdə qüvvədə olan qanunvericiliyə istinad edərək pensiyasının yenidən hesablanması tələbi qanunvericiliyə uyğun hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq verilmiş 13 may 2022ci il tarixli, **********4 nömrəli və 19 iyul 2022-ci il tarixli, **********2 nömrəli “pensiyanın hesablanması haqqında” məktubların surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 23 iyul 2015 tarixli 126 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun olaraq 24 il 6 ay 17 gün xidmət müddəti üçün ona Mərkəzi Filial tərəfindən 13 iyun 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq 1154,46 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 11836,67 manat fərq məbləği 959,73 manat hissəsi ona ödənilmiş, qalan 10876,94 manat hissəsinin isə Mərkəzi Filiala müraciəti nəzərə alaraq cari ilin iyul və avqust aylarında hissə-hissə (hər ay 5438,47 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim 15 fevral 2022-ci il tarixli 31/2022 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası aşağıda göstərilən qaydada hesablanmışdır. 1 mart 2019-cu il tarixindən təminat xərcliyi 1480,73 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikas Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinin 8 faizi; -natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2019-cu il tarixinədək olan təminat xərcliyi (1461,23 manat) ilə 1 mart 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1480,73 manat) arasındakı fərq məbləğinin (19,50 manat) 59 faizi-11,51 manat 1 mart 2019-cu il tarixinədək olan pensiyasının (905,18 manat) üzərinə əlavə olunmaqla 916,69 manat məbləğində əmək pensiyası ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən təminat xərcliyi 1584,73 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (1480,73 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1584,73 manat) arasındakı fərq məbləğinin (104,00 manat) 59 faizi-61,36 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (916,69 manat) üzərinə əlavə olunmaqla 978,05 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2020-ci il tarixindən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 525.00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-202,50 manat, digər növ əlavə 974,23 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 1883,73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək olan təminat xərcliyi (1584,73 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı təminat xərcliyi (1883,73 manat) arasındakı fərq məbləğinin (299,00 manat) 59 faizi-176,41 manat 1 yanvar 2020-ci il tarixinədək olan pensiyasının (978,05 manat) üzərinə əlavə olunmaqla 1154,46 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləği 10 faizi-115,45 manat maddi yardım ödənilir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı və bir qrup gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi barədə müvafiq Fərmanlarının onlara şamil edilməsi xahiş edilmişdir. Müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə ilk öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2017-ci il tarixli iddia ərizəsi ilə müraciət edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı müvafiq iddia ərizəsi ilə müraciət edilmişdir. İşdə olan məhkəmə qərarlarının surətlərindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2277/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixi qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2277/2018 saylı iş üzrə 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 17 noyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubla İddiaçı məxsus pensiya işinə dair materialların təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məlumat vərəqəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş məlumat vərəqəsinə əsasən, iddiaçının xidmət illəri cəmi 24 il 06 ay 17 gün olmaqla, “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən, xidmət illərinə görə xx.xx.2015-ci il tarixdən ehtiyata buraxılmışdır. Məlumat vərəqəsinin 14.5-ci bəndində - digər növ əlavələr bölməsində məbləğ 974.23 manat qeyd edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Pensiyanın hesablanması haqqında” 13 may 2022-ci il tarixli, **********4 nömrəli və 19 iyul 2022-ci il tarixli, ********** imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən, 24 il 6 ay 17 gün xidmət illərinə görə xx.xx.2015-ci il tarixdən ehtiyata buraxılmışdır. xx.xx.2015-ci il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məlumat vərəqəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı və bir qrup gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi barədə müvafiq Fərmanlarının onlara şamil edilməsi xahiş edilmişdir. Müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə ilk öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2017-ci il tarixli iddia ərizəsi ilə müraciət edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı müvafiq iddia ərizəsi ilə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2277/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3114/2018 saylı, 18 iyul 2018-ci il tarixi qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2277/2018 saylı iş üzrə 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq, sonuncu dəfə Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məlumat vərəqəsi tərtib edilmişdir. Məlumat vərəqəsinin 14.5-ci bəndində - digər növ əlavələr bölməsində məbləğ 974.23 manat qeyd edilmişdir. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə ərizə ilə müraciət edərək, onun pensiya hüqunun xx.xx.2017-ci il tarixədək yaranmasına, həmin tarixdən hal-hazıradək mütəmadi olaraq əmək pensiyası məbləğinin düzgün hesablanması barədə müraciətlər etməsini nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan redaksiyasının 20.14.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanmasını və “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 37.1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən onun əmək pensiyasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli, 31/2022 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hesablanması, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bədinə əsasən təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hisəssi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanması bildirilmişdir: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4×2) təminat xərcliyinin 8 faizi; - natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faiz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gndən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1836,67 manat fərq məbləği cari ilin aprel ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 319,91 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunuz və əsassız olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının pensiya hüququ xx.xx.2015-ci il tarixdə yaranaraq, ona həmin tarixdən pensiya təyin edilməsinə baxmayaraq, onun 2017-ci ilin əvvəllərindən etibarən aidiyyəti inzibati orqanlara etdiyi müraciətlərindən imtina edilməsi, həmin imtinalardan sonra məhkəmədə qaldırdığı iddianın təmin edilməsi nəticəsində məhkəmə qərarının icrasına əsasən Dövlət Gömrük Komitəsi tərəfindən təminat xərcliyi yenidən hesablanmış və düzgün tərtib olunmuş məlumat vərəqəsi son olaraq 15 fevral 2022-ci il tarixdə cavabdeh orqana təqdim edilmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə, ona əvvəlki üç il üçün ödənilməmiş pensiya hesablanmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 20.14.1 hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının ümumi məbləği müəyyən olunmuş təminat xərcliyinin 63.5 % həcmində (20 il üçün təminat xərcliyinin 50%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla - 1,5 %) hesablanmalı idi. Lakin, cavabdeh tərəfindən iddiaçının təminat xərcliyinin artım hisəssinə tətbiq olunan faiz dərəcəsi cəmi 59 faiz təşkil etmişdir. Məhkəmə eləcə də, iddiaçının iddia tələbinin digər hissəsi olan xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də, əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin Maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Hazırkı halda şəxs artıq təyin olunmuş pensiyanın yenidən hesablanması üçün 2 may 2017ci il tarixindən öncə, yəni 2019-cu il 1 yanvar tarixindən əvvəl inzibati orqana müraciətlər etdiyindən, yenidən hesablanmış pensiya məbləği ötən bütün müddət üçün ödənilməlidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir. Bu hüquq bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4 × 3) təmina xərcliyinin 12 faizi, il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla - 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla, Qanunun həmin vaxt qüvvədə olan 37.7ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11708/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11708/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver