Məhkəmə qərarları › İş №2-1(112)-11711/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11711/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11711/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin nümayəndəsi X1, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzil-kirayə müqaviləsinin bağlanması vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət 90 saylı mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət 90 saylı mənzilə dair xx.xx.2004-cü ildə 0233 saylı order verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə müvafiq olaraq balanssaxlayıcıya, yəni cavabdeh quruma ərizə ilə müraciət edərək onunla mənzil-kirayə müqaviləsi bağlanmasını xahiş edib. Cavabdeh onunla mənzil-kirayə müqaviləsi bağlamaqdan imtina edərək xx.xx.2004-cü ildə ona verilmiş 0233 saylı orderin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı yataqxana binasının 1 saylı otqğına istifadə hüququnun itirilməsinə dair ərizə ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. Xətai rayon məhkəməsi tərəfindən iddia tələbi təmin olunmasina baxmayaraq, yuxarı məhkəmələr həmin tələbi rədd etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə müraciət edərək onunla mənzil-kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin ərizəsinə münasibət bildirilməmişdir. Odur ki, müvafiq öhdəlik cavabdeh qurumun üzərinə qoyulmalıdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrıayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul aylarında köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Müəyyən edilmişdir ki, 4 saylı yataqxana binasının 90 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün ailəsi məskunlaşmış, həmin ailə 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün satılmış şəhərciyə köçürülmüşdür. İddiaçı qeyd edilən binanın 90 saylı otağından məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağın qapısını bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneəçilik törədir, həmin mənzildə yaşamır. Ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı iştirak etmir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazıl etirazın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, eyni tərəflər arasında eyni predmetlı iddia Bakı İnzibati Məhkəməsinin icraatında vardır.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

10. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni tələblə bağlı məhkəmədə daha əvvəl qeydə alınmış 2-1(112)-86/2021 nömrəli iş mövcuddur (hakim Fərid Mədətli). Həmin iş üzrə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə müəyyən olunur ki: -İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 90 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-813/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair iş üzrə icraat Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi haqqında iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından hazırki iş üzrə icraat təzələnməli və sonrakı prosessual hərəkətlər edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 02 noyabr 2021-ci il tarixli, 2(011)- 5773/2019 saylı məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5773/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 90 saylı otağına dair cavabdeh İddiaçı verilmiş xx.xx.2004-cü il tarixli, 0233 saylı orderi etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5773/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4144/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5773/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - iş üzrə icraat təzələnmiş və hazırlıq icraatı mərhələsində məhkəmə iclası 10 yanvar 2022-ci il tarixə saat 11:15-ə təyin edilmişdir.

11. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia hazırki mübahisənin qaldırıldığı xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatında artıq mövcud olduğu üçün hazırki iddia mümkün sayılmamalıdır və məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar