Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1172/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra DSMF Xətai rayon şöbəsi) qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək X2 Baş Bakı Tikinti BSTR-trestində texniki istehsalat şöbəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərbaycan satış materialları” T/B 1 saylı mağazasında, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Qapalı Səhmdar Cəmiyyət”-in 18 saylı çörək zavodunda (mətnə uyğun), xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “X5 İndustries LTD” MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. O, xx.xx.1977-ci ildə 11 saylı X2 Baş Bakı Tikinti BSTR-trestində texniki istehsalat şöbəsinə texnik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.1980-cı ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1980-cı il tarixdə 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında ekspeditor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1986-cı ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə “Azərbaycan satış materialları" T/B 1 saylı mağazasında baş satıcı vəzifəsinə işə qəbul olmuş, xx.xx.1989-cu il tarixdə həmin mağazaya müdir vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdə '‘Qapalı Səhmdar Cəmiyyət”-in 18 saylı Çörək zavodunda təchizat üzrə mühəndis vəzifəsinə işə qəbul olmuş (mətnə uyğun) və xx.xx.2007-ci il tarixdə X3 Məcəlləsinin 1-ci fəslinin 77-ci maddəsinin 3-cü yarımbəndinə əsasən öz ərizəsi ilə işdən azad olmuşdur. xx.xx.2010-cu il tarixdə “X5 İndustries LTD” MMC-də anbardar vəzifəsinə işə qəbul olmuş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə əsasən öz ərizəsi ilə işdən azad olunmuş, xx.xx.2011-ci il tarixdə “X5 İndustries LTD” MMC-də operator vəzifəsinə işə qəbul olmuş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə əsasən öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə “Ram But LTD” MMM-də zaypress nəzarətçi vəzifəsinə işə qəbul olmuş, hal-hazıradək (xx.xx.2018-ci il) orada işləyir. İddiaçı ona əmək pensiyasının təyin olunması barədə ərizə ilə DSMF-nin Xətai rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. İddiaçıya ünvanlanmış 19/4875/01 saylı, xx.xx.2018-ci il tarixli bildirişdə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu, pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iş stajı 28 il 6 ay 2 gün (xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 3 il 4 ay 13 gün, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 6 il 4 ay 22 gün, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 11 il 7 ay 19 gün, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 1 il 14 gün, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 6 il) təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X2 Baş Bakı Tikinti BSTRtrestində texniki istehsalat şöbəsində, xx.xx.1980- ci il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərbaycan satış materialları” T/B 1 saylı mağazasında, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Qapalı Səhmdar Cəmiyyət”-in 18 saylı Çörək zavodunda, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “X5 İndustries LTD” MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-304/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, DSMF Xətai rayon şöbəsinin 19/4875-01 saylı xx.xx.2018-ci il tarixli imtinası əsassız hesab edilmiş, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X2 Baş Bakı Tikinti BSTR-trestində texniki istehsalat şöbəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərbaycan satış materialları” T/B 1 saylı mağazasında, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Qapalı Səhmdar Cəmiyyət”-in 18 saylı Çörək zavodunda, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “X5 İndustries LTD” MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh DSMF Xətai rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-304/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1508/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF Xətai rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-304/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, inzibati işin təkrar baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1508/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadında göstərilmişdir ki, iş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçının əmək kitabçasındakı 4-cü və 5-ci qeydlərdə düzəliş olunduğundan və bu düzəlişin etibarlı olması barədə təsdiqedici möhür olmadığından həmin dövr cavabdeh orqan tərəfindən sığorta stajına daxil edilməmiş və nəticədə tələb olunan iş stajı və pensiya kapitalı yaranmadığı qeyd edilmişdir. Yəni ərizənin təmin edilməməsinin əsas səbəbi kimi xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında işləməsi ilə bağlı qeydlərdə düzəliş edilməsi olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən hazırkı iş üzrə yalnız əmək kitabçasındakı 4 və 5-ci qeydlər, yəni iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək X2 Baş Bakı Tikinti BSTR-trestində texniki istehsalat şöbəsində; xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərbaycan satış materialları” T/B 1 saylı mağazasında; xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Qapalı Səhmdar Cəmiyyət”-in 18 saylı Çörək zavodunda; xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “X5 İndustries LTD” MMCdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etsə də, həmin dövrlərin cavabdeh tərəfindən mübahisələndirildiyi, pensiya təyinatı zamanı nəzərə alınmadığı müəyyən olunmur. İddianın mümkünlük şərtlərindən biri isə iddiaçının subyektiv hüququnun pozulmasının müəyyən edilməsidir. Odur ki, bu hissədə təkrar araşdırma aparılmalı və qeyd edilən dövrlərə aid tərəflər arasında inzibati mübahisənin olub-olmadığı müəyyən edildikdən sonra iddianın həmin hissədə mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2007-ci il tarixdə '‘Qapalı Səhmdar Cəmiyyət”-in 18 saylı Çörək zavodunda təchizat üzrə mühəndis vəzifəsinə işə qəbul olunduğunu və xx.xx.2007-ci il tarixdə X3 Məcəlləsinin 1-ci fəslinin 77-ci maddəsinin 3-cü yarımbəndinə əsasən öz ərizəsi ilə işdən azad olunduğu qeyd etmiş, 2 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-304/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarının nəticə hissəsində xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Qapalı Səhmdar Cəmiyyət”in 18 saylı Çörək zavodunda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Xətai rayon şöbəsinə həvalə edilməsi qeyd edilmişdir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasının təsdiqlənmiş surətinə və iddia ərizəsinə əsasən iddiaçı xx.xx.2012-ci il tarixdə “Ram ButLTD” MMM-də zaypress nəzarətçi vəzifəsinə işə qəbul olmuş (Əmr № 42,xx.xx.2012-ci il), hal-hazırda da orada işləyir. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən “X5 İndustriesLTD” MMC-də işdən azad edilməsinə baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-304/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarının nəticə hissəsində xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə həvalə edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı-İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.1980-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç birməlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş DSMF-nin Xətai rayon şöbəsinin nümayəndəsi-X1 iddianı qəbul etməyərək, iddiaçıya xx.xx.2019-cu il tarixdə əmək pensiyası təyin olunduğunu, xx.xx.2006-cı ilə qədər 25 il əmək stajı və xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilə qədər fərdi hesabının sığorta hissəsində 4.045,93 manat pensiya kapitalının toplandığı nəzərə alınmaqla ona 160 manat məbləğində əmək pensiyası təyin edildiyini, hal-hazırda İddiaçı pensiyasının məbləğinin 200 manat təşkil etdiyini göstərərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Xətai RPİ tərəfindən xx.xx.2008-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 mənzil 4 ünvanında qeydiyyatdadır - İddiaçıya məxsus əmək kitabçasının təsdiqlənmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildə 11 saylı X2 Baş Bakı Tikinti BSTR trestində texniki istehsalat şöbəsinə texnik vəzifəsinə işə qəbul edilmiş (Əmr № 13c, xx.xx.1977-ci il) xx.xx.1977-ci il tarixdə tikinti ustası vəzifəsinə keçirilmiş (Əmr № 69, xx.xx.1977-ci il), xx.xx.1980-ci ildə işdən azad olunmuş (Əmr № 29c, xx.xx.1980-ci il), xx.xx.1980-ci il tarixdə 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında ekspeditor vəzifəsinə işə qəbul olunmuş (Əmr № 19, xx.xx.1980-ci il), xx.xx.1986-cı ildə işdən azad edilmiş (Əmr № 38ok, xx.xx.1986-cı il), xx.xx.1986-cı il tarixdə “Azərbaycan satış materialları" T/B 1 saylı mağazasında baş satıcı vəzifəsinə işə qəbul olmuş (Əmr № 101 l/s, xx.xx.1986-cı il), xx.xx.1989-cu il tarixdə həmin mağazaya müdir vəzifəsinə keçirilmiş (Əmr №42 l/s, xx.xx.1989-cu il), xx.xx.1992-ci il tarixdə 1 saylı Təsərrüfat mağazasına direktor vəzifəsinə keçirilmiş (Əmr № 125, xx.xx.1992-ci il), xx.xx.1997-ci il tarixdə işdən azad olunmuş (Əmr № 1 ş/k, xx.xx.1997-ci il), xx.xx.2007-ci il tarixdə '‘Qapalı Səhmdar Cəmiyyət”-in 18 saylı Çörək zavodunda (Moskva şəhəri) təchizat üzrə mühəndis vəzifəsinə işə qəbul olmuş (Əmr № 43/k, xx.xx.2007-ci il), xx.xx.2007-ci il tarixdə işdən azad edilmiş (Əmr № 233,xx.xx.2007-ci il), xx.xx.2010-cu il tarixdə “X5 İndustriesLTD” MMC-də anbardar vəzifəsinə işə qəbul olmuş (Əmr № 18, xx.xx.2010-cu il), xx.xx.2011-ci il tarixdə işdən azad olunmuş (Əmr № 7, xx.xx.2011-ci il), xx.xx.2011-ci il tarixdə “X5 İndustries LTD” MMC-də operator vəzifəsinə işə qəbul olmuş (Əmr № 16, xx.xx.2011-ci il), xx.xx.2011-ci il tarixdə işdən azad olunmuş (Əmr № 18, xx.xx.2011-ci il). xx.xx.2012-ci il tarixdə “Ram ButLTD” MMM-də zaypress nəzarətçi vəzifəsinə işə qəbul olmuş (Əmr № 42,xx.xx.2012-ci il), hal-hazırda da orada işləyir. - DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli 19/4875-01 saylı məktubunda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu, pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək kitabçasındakı 4-cü və 5-ci qeydlərdə düzəliş olunduğundan və bu düzəlişin etibarlı olması barədə təsdiqedici möhür olmadığından həmin dövr cavabdeh orqan tərəfindən sığorta stajına daxil edilməmişdir və nəticədə tələb olunan iş stajı və pensiya kapitalı yaranmadığından ərizəni təmin etmək mümkün olmamışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3179 nömrəli cavab məktubunda vət. Bağırzadə Aydın Böyük Ağa oğlunun xx.xx.1980-xx.xx.1986-cı il dövründə işlədiyi “26 Bakı Komisarları adına” Universamın və 1 saylı Mağazanın arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********32 saylı xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, arxivdə İddiaçı əmək fəaliyyətinə dair, o cümlədən xx.xx.1980-ci ildən xx.xx.1986-cı ilədək dövr üzrə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********23 saylı xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Komitənin arxivində 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasına aid mövcud olan materiallar arasında İddiaçı əmək fəaliyyətinə dair heç bir arxiv sənədi yoxdur. - “Ram But LTD”-nin 23 saylı xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən hal-hazıradək “RAM BNT LTD” MMM-də presçi vəzifəsində işləyir, onun hazırkı aylıq əmək haqqı 465 manat təşkil edir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçının əmək kitabçasındakı 4-cü və 5-ci qeydlərdə düzəliş olunduğundan və bu düzəlişin etibarlı olması barədə təsdiqedici möhür olmadığından həmin dövr cavabdeh orqan tərəfindən sığorta stajına daxil edilməmiş və nəticədə tələb olunan iş stajı və pensiya kapitalı yaranmadığı qeyd edilmişdir. Yəni ərizənin təmin edilməməsinin əsas səbəbi kimi xx.xx.1980-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında işləməsi ilə bağlı qeydlərdə düzəliş edilməsi olmuşdur. İşə yenidən birinci instansiya qaydasında baxılarkən məhkəmənin müvafiq sorğularına əsasən daxil olmuş; Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli, 5/17 nömrəli cavab məktubunda “26 Bakı komissarları adına Universam 1 saylı Mağaza”nın arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 №li cavab məktubunda vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2006-cı ilə qədər 25 il əmək stajı və xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilə qədər fərdi hesabının sığorta hissəsində 4.045,93 manat pensiya kapitalı toplandığı nəzərə alınmaqla ona 160 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Hal-hazırda İddiaçı pensiyasının məbləği 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminathüququna malikdir. İşin hallarına görə iddiaçıya əmək pensiyası təyinedilmiş, lakin müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, həmin dövr nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. İddiaçının sığorta stajının 1980-1986-cı illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçihaqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında- işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası,günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-cimaddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı Komissarları adına Universamın 1 saylı mağazasında işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, birnövündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə -sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd); “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiqedən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 1980-1986-cı illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinəvə hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-Bağır-ZadəAydın Böyük Ağa oğlunun xx.xx.1980-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 26 Bakı komissarları adına Universamın 1 saylı mağazasında işlədiyi dövrlər sığorta stajına daxil edilərək, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1172/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1172/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver