Məhkəmə qərarları › İş №2-1(112)-1172/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1172/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1172/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15 saylı qərarı ilə Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsində, 3/419 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan cizgisinin) veriməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov Rayon X1 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) xx.xx.1990-cı il tarixli, 15 № li qərarı ilə Şüvəlan qəsəbəsi 41A №li evdə yaşayan respublika topdansatış-pərakəndə birliyində işləyən ona yəni, İddiaçı Mərdəkan qəsəbəsində 3/419 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv. m. torpaq sahəsi ayrılması və ümumi sahəsi 97.8 kv. m., yaşayış sahəsi 54.7 kv. m. olan təsdiq edilmiş 185-000-İİİc seriyalı layihə əsasında hündürlüyü 2.2 m. kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. Sözügedən torpaq sahəsi qanuni əsaslarla ona yerində təhvil verilmişdir. Lakin torpaq sahəsinin verildiyi zaman onun yerləşmə sxemi (plan cizgisi) sənədlərə əlavə edilməmişdir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. 30 ildən artıq müddətdir ki, sözügedən torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsindədir. Hal-hazırda sözügedən torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) verilməsi zərurəti yaranmışdır. Bununla bağlı, tərəfindən Cavabdehnə ərizə ilə müraciət olunaraq İddiaçı məxsus Mərdəkan qəsəbəsində. 3/419 saylı sahədə yerləşən 750 kv. metr torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) təqdim olunması xahiş olunsa da, cavabdeh inzibati orqan tərəfindən sözügedən ərizəyə xx.xx.2023-cü il tarixli 5- 13/2-B-27-091 saylı imtina məktubu ilə cavab verilərək bildirilmişdir ki, torpaq sahələrinin yerləşmə sxeminin hazırlanması ilə bağlı müraciətləri Xəzər RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmış və nümayəndəlikdən verilən məlumatda, istifadəsində olan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan sözügedən torpaq sahələrinin yerləşmə sxeminin verilməsi məqsədəmüvafıq sayılmır. Əzizbəyov Rayon X1 İcraiyyə Komitəsinin 15 nömrəli, xx.xx.1990-ci il tarixli qərarı ilə sözügedən torpaq sahəsi iddiaçıya qanuni şəkildə ayrılmışdır və hal-hazırda onun istifadəsindədir, buna görə də inzibati orqanın bu hərəkəti tamamilə qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 11 may 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı Cavabdehnə müraciəti əsasında Xəzər RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə təqdim etdiyi rəsmi sənəddə (qərarda) qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Bununla əlaqədar olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin sənəd ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan sözügedən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən- təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.Bununla əlaqədar olaraq, hazırki inzibati iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan və iddiaçı müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin məhkəmədən kənar həll olunduğunun nəzərə alınmaqla, tərəflərindən verilmiş iddia ərizəsi üzrə məhkəmə icraatına xitam verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, İddiaçı, Cavabdehnə qarşı “Əzizbəyov rayon X1 icraiyyə komitəsinin xx.xx.1990 cı il tarixli 15 saylı qərarı ilə Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsində, 3/419 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan cizgisinin) verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasına dair iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Həmin inzibati iş məhkəmənin icraatında olduğu müddət ərzində, cavabdeh Xəzər RİH-nin əməkdaşları tərəfindən müraciət olunaraq, mübahisənin məhkəmədən kənar qaydada həlli təklif olunmuş və iddia ərizələrində qeyd olunan “Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15 saylı qərarı ilə Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsində, 3/419 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış torpaq sahəsinə dair yerləşmə sxemi (plan cizgisi) tərtib edilərək 18 noyabr2024 cü il tarixli , 5-12/2-B-99-091/2024 saylı məktubla onlara təqdim edilmişdir. Hal hazırda icraatda olan 1(112)-1172/2024 saylı inzibati iş üzrə iddia tələblərində qeyd olunan mübahisə aradan qalxmış və tələbləri məhkəmədən kənar qaydada inzibati orqan tərəfindən təmin edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, icraatlarında olan 1(112)-1172/2024 saylı inzibati işə məhkəmədə baxılması zərurəti aradan qalxmışdır. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar