Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11721/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı “hüquq pozuntularının müəyyən edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsində onun qutuya ərizə atmasının müşahidə kamerası vasitəsilə qeydə alınan görüntüsünün əldə olunmasına və hər 2 ərizənin kargüzarlıqda qəbulu zamanı aparılan ilkin qeydiyyatlarının üzə çıxarılaraq, bu müraciətin qanuna zidd olaraq imtina edilməsi/gizli saxlanılması faktının aşkarlanmasına və eyni zamanda müraciətlərinə verilən qeyri-adekvat məzmunlu cavabların inzibati qaydada araşdırılaraq hüquq pozuntusunun təsbit edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, sığorta stajına uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ barədə məlumat almaq üçün xx.xx.2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsində əmək münasibətlərinə dair sorğuları cavablandıran əməkdaşın qəbulunda olmuş, icraçı əməkdaş Babaşova Vüsalə Ulduz qızı onun sualını yazılı şəkildə ƏƏSMN tabeliyində X3 sədrinə ünvanlamağı məsləhət görmüşdür. Bundan sonra, təxminən xx.xx.2022-ci il tarixində o, X3 (DMA) sədrinə ünvanlanan, işsizlikdən sığorta ödənişinin təyini ilə bağlı ərizə yazmış, qəbul şöbəsində müşahidə kamerası önündə qutuya atmışdır. Həmin ərizə ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata düşsə də, müraciətinə cavab almamışdır. Hətta eyni gündə sədrin adına ünvanlanan 2 fərqli məzmunlu ərizə yazıb qutuya atmışdır. Ərizənin biri sığorta ödənişi ilə, digəri isə 2022 ci ildə cəlb olunduğu peşə kursunun müddətinin əmək kitabçasında qeyd olunması barədə olmuşdur. Əmək kitabçası ilə bağlı ərizəsinə cavab olaraq, ona 1 həftə içində əlaqədar şöbədən əməkdaş tərəfindən zəng olunmuş və 1 ay içində yaşadığı Həsənbəy ünvan 1 ünvanına poçtla məktub göndərilmişdir. Lakin hazırda 2022-ci il sentyabr ayında DMA sədrinə ünvanladığı hər iki - cavablanan və cavablanmayan ərizə müraciətləri ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron sistemində yoxdur. Sözü gedən 2 ərizənin qeydiyyatı mövcud qaydalara zidd olaraq sistemdən qərəzli silinmişdir. İşsizlikdən sığorta ödənişi almaq müraciətini qutuya atdığı əl yazma ərizəsi ilə yanaşı, birbaşa Agentliyin Sığorta şöbəsinə yönəltmək məqsədilə xx.xx.2022-ci il tarixində ƏƏSMN-nin DOST mərkəzi vasitəsi ilə də etmişdir. Cavab qanunvericiliyə və reallığa uyğun olmadığı üçün xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Bakı Regional Məşğulluq filialına şəxsən getmişdir. Filialın əlaqədar əməkdaşları məsələni müdiriyyətlə məsləhətləşdikdən sonra ona müraciəti yenidən yazıb filialın müdirinin adına ünvanlamağı bildirmişlər. Təkrar verdiyi bu müraciətə elektron sistemdə yerləşdirilən bəhanə xarakterli cavab da Azərbaycan Respublikasının işsizlikdən sığorta haqqında qanununa uyğun olmadığı üçün yenidən filiala gedib etirazını bildirdikdə əməkdaşlar bu alt sistemlə bağlı texniki məsələnin Əmək Müfəttişliyindən qaynaqlandığını şifahi bildirmişlər. İddiaçı Əmək Müfəttişliyində vətəndaş qəbulu olmadığından idarə ilə telefon bağlantısı yaradıb əmək müqaviləsinin alt sistemdə olmamasının səbəbini öyrənməyə çalışmışdır. Müfəttişliyin telefonla verdiyi məlumatı isə yenidən Bakı Məşğulluq filialına xx.xx.2022-ci il tarixində əl yazma ərizəsi ilə bildirmişdir. Beləliklə, etdiyi rəsmi müraciətllərə qarşı ƏƏSMN-nin qurumlarının hərəkətsizliyindən 2022-ci ilin dekabr ayında Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. ƏƏSMN-nin qurumlarında vəzifə tutan məmurlar onun bir əl yazma ərizəsini gizlətməklə cavablandırmaqdan yayınaraq, digər elektron ərizəsini isə araşdırmadan cavablandıraraq iddiaçını bu günə qədər 10 ay süründürməçiliyə məruz qoymuşlar. Verilən cavabda göstərilən 24 ayla bağlı arqument iddiaçının sığorta hadisəsinin şərtləri ilə əlaqəli olmadığı üçün qanunvericiliyə uyğun deyil. Reallığa uymayan cavaba düzəliş olunması üçün Bakı Regional Məşğulluq filialının operatorunun təklifi ilə etdiyi sonrakı - xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələrində verilən sorğuyla bağlı heç bir araşdırılma aparılmadan verilən hər iki cavabda “Vətəndaşların müraciətləri haqqında” qanununun 7.7; 7.8; 7.9; 7.10; 13.3.2; 13.3.3 saylı maddələrinə riayət olunmamışdır. 2022-ci il sentyabr ayından bu günə qədər işsizlikdən sığorta ödənişinin təyini ilə bağlı etdiyi 6 yazılı müraciətin heç birinin cavabın qanunvericiliyə uyğun olaraq rəsmi məktub şəklində poçtla almamışdır. Cavab yazıları Mərkəzləşdirilmiş elektron sistemdən çıxarışdır. 2022-ci ilin sentyabr ayında ƏƏSMN-nin qəbul şöbəsində qutuya atdığı DMA sədrinin adına ünvanlı ərizəsi vaxtında cavablanmış olsaydı, məsələ bu qədər uzanmazdı. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlüyünü yoxlayaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü bəndində göstərilən 36 təqvim ayı sığorta stajı nəzərə alınaraq, hazırkı işsizlik vəziyyətində qanunvericiliyə uyğun olaraq ona işsizlikdən sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının bu müarciətini cavablandıraraq xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubda göstərmişdir ki, “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə (“Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) əmək müqaviləsinə xitam verilmiş, və ya əmək müqaviləsinin müddəti qurtardıqda (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) eyni zamanda "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər sığorta ödənişi almaq hüququna malikdirlər. Belə ki, iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" altsistemində olan məlumatlara əsasən sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqları tam ödənmədiyi üçün sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. İşdən görünür ki, iddiaçı bu cavabla razılaşmayaraq, xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək, verilən cavab qanunamüvafiq olmadığından məsələnin yenidən araşdırılıb ona qanunvericiliyə əsasən rəsmi cavab verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının bu müraciətini əvvəlki cavab məktubu ilə eyni məzmunda məktubla cavablandırmışdır. İşdən görünür ki, iddiaçı cavabdehin imtinaları ilə razılaşmayaraq cavabdeh X3 Bakı X2rşı “sığorta ödənişinin təyin edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4836/2023 saylı qərarı ilə iddiaçının tələbi təmin edilmiş, İddiaçı işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdeh X3 Bakı Regional Məşğulluq Filialına həvalə edilmişdir. Göründüyü kimi, iddiaçı artıq cavabdehə müraciət edərkən mövcud olan hüquqi marağına uyğun, yəni cavabdehlə arasında yaranmış işsizlikdən sığorta ödənişinin verilməsi ilə bağlı mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin müraciəti təmin edilərək iş üzrə müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavabların inzibati qaydada araşdırılaraq hüquq pozuntusunun təsbit edilməsi isə məhz həmin məhkəmənin araşdırma obyekti olmuş, məhkəmə həmin imtinalar qiymətləndirilməklə iddiaçının tələbinə hüquqi qiymət vermişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4836/2023 saylı qərarında göstərmişdir ki, “...İşin faktiki hallarından da göründüyü kimi cavabdehin sığorta ödənişinin təyin edilməsindən imtina əsası sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqqlarının ödənilməməsi ilə bağlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdeh sığorta haqqlarının ödənilməsi anlayışı ilə, sığorta haqqlarının ödənilməsinin elekton informasiya sistemində qeyd edilməsi anlayışlarını eyniləşdirməklə iddiaçının sığorta ödənişini almaq hüququna müdaxilə etmişdir. Belə ki, iddiaçı sığorta ödənişini almaq hüququna əmək müqaviləsinə xitam əsasına uyğun olmaqla malik şəxsdir və işəgötürən tərəfindən sığorta ödənişləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Həmin sığorta haqqları barədə məlumatın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq elektron informasiya sistemində yerləşdirilməməsi isə məhkəmə hesab edir ki, iddiaçının təqsirindən asılı olmayan hal hesab edilməlidir.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırda araşdırılmasını xahiş etdiyi cavabdehin sığorta ödənişinin verilməsindən imtina məktublarına məhkəmə tərəfindən baxılmaqla iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin mahiyyətinə yekun qiymət verildiyindən hazırkı məzmunda iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3 Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11721/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11721/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver