Məhkəmə qərarları › İş №2-1(112)-1173/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1173/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1173/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Allahverdiyev Yusif Asif oğlunun üçüncü şəxslər X1, “X13” MTK-nın nümayəndəsi X11 oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2, X4, X6, “X13” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməkləBakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, ünvanda yerləşən “X13” MTK tərəfindən inşa edilmiş qeyri yaşayış binasının 1 və 2-ci mərtəbəsində yerləşən 230 kv.m sahədən ibarət olan mağazasına mövcud vəziyyətdə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 2 MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, ünvanda yerləşən “X13” MTK tərəfindən inşa edilmiş qeyri yaşayış binasının 1 və 2-ci mərtəbəsində yerləşən 230 kv.m sahədən ibarət olan mağazasına mövcud vəziyyətdə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-306/2019 saylı, 09 aprel 2019cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, ünvanda yerləşən “X13” MTK tərəfindən inşa edilmiş qeyri yaşayış binasının 1 və 2-ci mərtəbəsində yerləşən 230 kv.m sahədən ibarət olan mağazasına mövcud vəziyyətdə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1481/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 306/2019 saylı, 09 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş 21 avqust 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş və baxılması üçün xx.xx.2019-cu il tarixə saat 15:00-a təyin edilmiş, sonradan məhkəmənin hazırlıq icraatı üzrə iclasları təxirə salınmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə qeyd olunan inzibati iş 2-1(112)-1173/2020 nömrəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş icraatıma götürülərək baxılması üçün hazırlıq iclasına təyin edilmişdir. Məhkəmənin 2-1(112)-1173/2020 saylı xx.xx.2020-cu il tarixli qərardadı ilə X2, X4 və X6, 2-1(112)-1173/2020 saylı xx.xx.2020-cu il tarixli qərardadı ilə “X13” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi və vəkili Allahverdiyev Yusif Asif oğlu xx.xx.2020-cu il tarixli məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)-1173/2020 nömrəli iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Üçüncü şəxslərin nümayəndələri ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilməsinə etiraz etmədiyini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, digər tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil (Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). Odur ki, məhkəmə iddiaçının bu iradə ifadəsini qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Çünki şəxsə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2, X4, X6, “X13” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, ünvanda yerləşən “X13” MTK tərəfindən inşa edilmiş qeyri yaşayış binasının 1 və 2-ci mərtəbəsində yerləşən 230 kv.m sahədən ibarət olan mağazasına mövcud vəziyyətdə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddiası geri götürülmüş hesab edilsin və bu əsasla iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar