Məhkəmə qərarları › İş №2-1(112)-11736/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11736/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11736/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Yusif oğlunun iştirakı ilə, İddiaçı İmran İandarovun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı İmran İandarov cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin İQ-39/1 nömrəli xx.xx.2023-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçı İmran İandarovun 09 mart 2023-cü il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzəyinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiyada icbari hərbi xidmət keçmədiyini, əvvəllər 3-cü qrup əlil olduğunu, lakin bu statusun dayandırıldığını bildirib. Onun sözlərinə görə, Rusiyada əlillik statusunun uzadılması üçün pul ödəmək adi məsələ olduğundan, əlillik statusuna xitam verilməsinə səbəb ailənin artan rüşvəti ödəyə bilməməsi olub. Ərizəçi ölkədə gedən müharibə ilə əlaqədar hərbi xidmətə çağırılmaqdan qorxduğunu və buna görə də ölkəsini tərk edərək 2022-ci il noyabrın 7-də Azərbaycan Respublikasına gəldiyini və ölkəsindən qaçdığını bildirib. O, hərbi xidmətə çağırılaraq Ukraynaya göndərilmək istəmir, həmçinin Ukraynaya qarşı cinayətkar müharibədə iştirak etmək istəmir. Ərizəçi subaydır, valideynləri, 2 qardaşı və 1 bacısı ilə birlikdə Azərbaycana gəlmişlər. 1 qardaşı xəstə olduğu və ölkəsində sığorta ödənişi olaraq əməliyyata girəcəyinə görə, sonradan anası ilə birlikdə Rusiyaya geri dönmək məcburiyyətində qalmışdır. Ərizəçi 07 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasına gəlmişdir. 09 mart 2023-cü ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 29-2023 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, Rusiyada gedən müharibə səbəbindən ölkəsinə qayıtmaq istəmədiyini və Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. Ərizəçinin vəsatəti 1951-ci il Konvensiyası ilə əlaqəsinin və əsaslı təqib qorxusunun olmaması səbəbindən rədd edilmişdir. 30 may 2023-ci ildə DMX İQ-39/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli JQ-39/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarına əsasən Rusiya Federasiyasının vətəndaşı (Pasport: № 5********), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1998-ci il təvəllüdlü İmran İandarov 9 mart 2023-cü ii tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 29-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İmran İandarov qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Rusiya Federasiyasının Çeçenistan Respublikasının Nateroçnoye kəndində anadan olduğunu, müliyyətcə çeçen, dini etiqadına görə sünni təriqətinə mənsub müsəlman olduğunu, Nateroçnoye kəndində orta məktəbdə 11 illik orta təhsil aldığını, 2015-ci ildə "Politexnik” kollecinə mühasib ixtisası üzrə daxil olduğunu, 3 il oxuduqdan sonra həmin kolleci bitirdiyini, 2018-ci ildə Rusiya Federasiyasının Pensiya Fondunda mühafizəçi kimi işə düzəldiyini, 2 il orada işlədikdən sonra işdən əmək haqqı az olduğu üçün orada işləmək istəmədiyini, işini tərk etdiyini bildirmişdir. O, ölkədə gedən müharibə səbəbindən hərbi xidmətə cəlb olunacağından ehtiyat etdiyini, bu səbəbdən də ölkəsini tərk edərək 7 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, valideynlərinin, 2 qardaş və 1 bacısının onunla birlikdə Azərbaycan Respublikasına gəldiklərini, 1 qardaşının ailə üzvləri ilə birlikdə sonradan Rusiyaya geri döndüyünü bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin Rusiya Federasiyasını ölkədə gedən müharibə səbəbindən hərbi xidmətə cəlb oluna biləcəyindən ehtiyat etdiyi üçün tərk etdiyini bildirsə də, ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı dediklərindən hərbi xidmətə çağırılmadığı, ölkəni tərk edərkən heç bir maneə ilə üzləşmədiyi məlum olmuşdur. Bundan əlavə ərizəçi ölkəsində heç bir təhdid və təzyiqə məruz qalmadığını bildirmişdir. İmran İandarovun müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İmran İandarovun şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmişdir. Qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaç-qın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş '“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidməti etirazını onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan İmran iandarov 09 mart 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 29-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İmran İandarov qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Rusiya Federasiyasının Çeçenistan Respublikasının Nateroçnoye kəndində anadan olduğunu, milliyyətcə çeçen, dini etiqadına görə sünni təriqətinə mənsub müsəlman olduğunu, Nateroçnoye kəndində orta məktəbdə 11 illik orta təhsil aldığını, 2015 -ci ildə “Politexnik” kollecinə mühasib ixtisası üzrə daxil olduğunu, 3 il oxuduqdan sonra həmin kolleci bitirdiyini, 2018-ci ildə Rusiya Federasiyasının Pensiya Fondunda mühafizəçi kimi işə düzəldiyini, 2 il orada işlədikdən sonra işdən əmək haqqı az olduğu üçün orada işləmək İstəmədiyini, işini tərk etdiyini bildirmişdir. O, ölkədə gedən müharibə səbəbindən hərbi xidmətə cəlb olunacağından ehtiyat etdiyini, bu səbəbdən də ölkəsini tərk edərək-7 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, valideynlərinin, 2 qardaş və 1 bacısının onunla birlikdə Azərbaycan Respublikasına gəldiklərini, 1 qardaşının ailə üzvləri İlə birlikdə sonradan Rusiyaya geri döndüyünü bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin Rusiya Federasiyasını ölkədə gedən müharibə səbəbindən hərbi xidmətə cəlb oluna biləcəyindən ehtiyat etdiyi üçün tərk etdiyini bildirsə də, ərizəanketinin qeydiyyatı və müsahibə zamanı dediklərindən hərbi xidmətə çağırılmadığı, ölkəni tərk edərkən heç bir maneə ilə üzləşmədiyi məlum olmuşdur. Bundan əlavə ərizəçi ölkəsində heç bir təhdid və təzyiqə məruz qalmadığını bildirmişdir. İmran İandarovun müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra imran iandarovun şəxsi işi Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999- cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7- ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir ("Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanin 30 may 2023-cü il tarixli, 10 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.

İİ. İddianın növü və mümkünlüyü

7. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

8. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

9. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

10. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

İİİ. Məhkəmənin mövqeyi

11. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023cü il tarixli İQ-39/1 saylı qərarının surətindən görünür ki, Rusiya Fedrasiyasının vətəndaşı İmran İandarova qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının Çeçenistan Respublikasının Nateroçnoye kəndində anadan olduğunu, müliyyətcə çeçen, dini etiqadına görə sünni təriqətinə mənsub müsəlman olduğunu, Nateroçnoye kəndində orta məktəbdə 11 illik orta təhsil aldığını, 2015-ci ildə "Politexnik” kollecinə mühasib ixtisası üzrə daxil olduğunu, 3 il oxuduqdan sonra həmin kolleci bitirdiyini, 2018-ci ildə Rusiya Federasiyasının Pensiya Fondunda mühafizəçi kimi işə düzəldiyini, 2 il orada işlədikdən sonra işdən əmək haqqı az olduğu üçün orada işləmək istəmədiyini, işini tərk etdiyini bildirmişdir. O, ölkədə gedən müharibə səbəbindən hərbi xidmətə cəlb olunacağından ehtiyat etdiyini, bu səbəbdən də Rusiya Federasiyasını tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək, keçirilmiş müsahibə nəticəsində cavabdehin qəbul etdiyi imtina qərarı ilə razılaşmayaraq, qərarın qanunsuz hesab edilərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.

13. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

3. “Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.

7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

14. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

15. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir.

16. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş İQ-09/1 nömrəli xx.xx.2022ci il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir.

17. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

18. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və təmin edilə bilməz.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar