Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11743/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək haqqında qəbul edilmiş qərarın ləğv edilməsini, müvafiq tibbi ekspertizalar təyin edilməklə əlilliyinin bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-X6 və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə iddia tələbi “əlilliyinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin avqust ayında Kəlbəcər-Vəng əməliyyatı, Hoças dağı uğrunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində ağır yaralanmışdır. xx.xx.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Qəlpə yaralanmasından sonra qarının ön səthində göbəkdən yuxarı başlamış, orta xətt üzrə, göbəyi sol tərəfdən keçməklə qasıq bitişməsində qurtaran bir ədəd, qarının sağ ön səthində orta xəttdən bir qədər sağda bir ədəd, qarının sağ ön yan səthində, sol baldırın orta 1/3-nin ön səthində 2 ədəd, sağ baldırın orta 1/3-nin ön səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin arxa səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon bölməsinin xx.xx.2015 tarixli 530 saylı göndərişi, xx.xx.2015-ci tarixli 439 nömrəli arayışı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 179 nömrəli məhkəmə tibbi müayinəsi aktı, 2 nəfər keçmiş hərbi qulluqçunun şəhid ifadəsi, MN MHHK-nm həkim mütəxəssizi-cərrahın rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır", kimi qiymətləndirilmişdir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında əsasnamə"-nin 7.2 bəndinin a yarımbəndinə uyğun olaraq tərtib olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 642 nömrəli xx.xx.2015 tarixli protokolu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 nömrə 136 qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatı"-na əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında "Dövlət Tibbi-Sosial Ekspertiza xidməti", onun Tibbi-Sosial Ekspertiza komissiyaları inzibati orqanıdır. Məhz bu orqanın onunla bağlı verdiyi qərara qarşı iddianı əsaslandıraraq, bildirmək istəyir ki, xx.xx.2023 tarixdə ona verilən bildirişə görə əlilliyi ləğv edilmişdir. İddiaçı müvafiq qurumun tərtib etdiyi qərarı qanunsuz hesab edir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Periton bitişmələri, Qarnın ön divarının çoxsaylı qəlpə yaralanması (1992), laporotomiya nazik və yoğun bağırsaqların rezeksiyasi (1992), laporotomiya qarnın ön divarının əməliyyatdan sonrakı ventral yırtığına görə alloplastika (2014). Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Hər iki aşağı ətrafların Varikoz xəstəliyi. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 706 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmasından sonra qarının sağ ön səthində orta xətdən bir qədər sağda bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki adət, sağ baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthində iki ədəd, saq budun yuxarı 1/3-nin arxa səthində bir ədəd, saq budun yuxarı 1/3-nin bayır səthində bir ədəd çapıq toxumaları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. M.A.Topçubaşov adına X3 xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz “Ateroskleroz: Hər iki aşağı ətrafın stenozu. Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. Diabetik anqiopatiya" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 xx.xx.2022-ci il tarixli Mədəduodenum müayinəsinin nəticəsi “Hipersekretor qastrit, Pilorospazm, Qastroduodenit, Xroniki kolit, Bağırsaqların bitişmə xəstəliyi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Məlikov adına X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Qarının ön divarını deşib keçən qüllə yaralanmasından sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməzliyi. Xroniki kolit. Ürəyin işemik xəstəliyi. Hipertoniya İİ dərəcə, stabil stenokardiya ətraf arteriyaların aterosklerozu İİ dərəcə, xroniki venoz çatmazlığı. Diabetik neyropatiya. Astenonevrotik sindrom" olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Təkrar storakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq qenişlənib (4,2 sm,. So/ mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya azalmayıb. LVEF-62%, Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Min-MR, Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik Təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müyafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərdən əlavə, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, xx.xx.2023-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
5. TSEK-in müayinələrə dair məlumatlara əsasən: xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada əlavə müayinə və müalicə qərar verildi. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşların müraciətləri əsasında əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 706 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qəlpə yaralanmasından sonra qarının sağ ön səthində orta xətdən bir qədər sağda bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki ədəd, saq baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthində iki ədəd, saq budun yuxarı 1/3-nin arxa səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı çoxsaylı somatik şikayətlər bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan Amaril, Metparin, “Ekvador” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ qarın nahiyəsində çapıq toxuma, keçirilmiş əməliyyata müvafiq (total laparotomiya) çapıq toxuma izlənilmişdir. Palpasiya zamanı qarnı yumşaq, ağrısız qeydə alınmış, boyu 172 sm, çəkisi 85 kq, BKİ=28.3 müəyyənləşdirilmişdir. M.A.Topçubaşov adına X3 xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz “Ateroskleroz: Hər iki aşağı ətrafın stenozu. Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. Diabetik angiopatiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 xx.xx.2022-ci il tarixli Mədə-duodenum müayinəsinin nəticəsi "Hipersekretor qastrit. Pilorospazm. Qastroduodenit. Xroniki kolit. Bağırsaqların bitişmə xəstəliyi" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Məlikov adına X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Qarının ön divarını deşib keçən qüllə yaralanmasından sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməzliyi. Xroniki kolit. Ürəyin işemik xəstəliyi Hipertoniya İİ dərəcə, stabil stenokardiya ətraf arteriyaların aterosklerozu İİ dərəcə xroniki venoz çatmazlığı. Diabetik neyropatiya. Astenonevrotik sindrom kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol gulaqcıg genişlənib (4,2 sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya azalmayıb. LVEF-62%, Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Min-MR, Min TİR Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində qeyd olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barədə komissiyanın qərarı “Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların zəifləməsi ilə F07.0; F06.7” olmuşdur.
8. İddiaçı tərəfindən əlavə sübut qismində - ƏƏSMN Respublika Əlillərinin Bərpa Mərkəzinin 1374, 1115, 530 və 310 nömrəli xəstəlik tarixindən çıxarışlar və müvafiq səhiyyə mərkəzlərinin müxtəlif tarixli epikrizləri məhkəməyə təqdim edilmişdir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir: 1. xx.xx.1966-cı il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirmi? 3. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirsə, iddiaçıya neçənci dərəcə (qrup) əlillik təyin edilməlidir?
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 649/2023 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:
1. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “K66-periton bitişmələri, qarının ön divarının çoxsaylı qəlpə yaralanması (1992), laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992), laporatomiya, qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığına görə alloplastika (2014). Ağırlaşma: Qəbizlik, mədə-bağırsaq traktının tranzitor funksiyasının pozulması, xroniki qəbizlik, Z90.4-həzm traktının digər şöbələrinin qazanılma olmaması, laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992) və laporatomiya, qarının ön divarının əməliyyatlarından sonrakı vəziyyəti (2014). Yanaşı xəstəliklər: El 1.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının poğunluğu ilə, şəkərli diabet İİ tip, orta ağır forma, diabetik angiopatiya, E74.1-fruktoza mübadiləsinin pozğunluqları, qlükoza 6 fosfat dehidrogenaza çatmamazlığı, İ70.2-ətraf arteriyalarının aterosklerozu, ateroskleroz, hər iki aşağı ətrafın baldır arteriyasının stenozu, aşağı ətrafların İİİ dərəcəli xroniki işemiyası, İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafların varikoz xəstəliyi, BDV ikincili varikozu, ətrafların İİ dərəcəli xroniki venoz çatmamazlığı” diaqnozdakı xəstəliklərdən, “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə; sol İV dərəcə, sağ İİİ dərəcə” və “Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların zəifləməsi ilə F07.0; F06.7” xəstəliklərindən hazırda əziyyət çəkir. 2,3. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
11. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
14. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı bildirir ki, əvvəllər əlilliyi olduğundan, əlilliyin təyin olunmasından imtinadan məlumatsız olub, pensiya almadığından uzun müddət sonra ona məlum olub ki, səbəb əlilliyin təyin olunmasından imtinadır.
15. Əlillik altsistemindən görünür ki, iddiaçıya xx.xx.2014-cü ildə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik (diaqnoz: qarının ön divarının əmaliyyatdan sonrakı yırtığı, nazik və yoğun bağırsaqların rezeksiyasında s/v bitişmə xəstəliyi. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəiflənməsi ilə) 1 il müddətinə təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il olaraq müəyyən edilmiş, xx.xx.2015-ci il tarixdə təkrar 1 il müddətinə əlillik müəyyən olunmuşdur. İddiaçıya xx.xx.2015-ci ildə təyin edilmiş Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddəti (diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğunu və hər iki aşağı ətrafı dəlib-keçən qəlpə yarasından sonrakı vəziyyət. Nazik və yoğun bağırsağın rezeksiyası. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Laporotomiya, nazik və yoğun bağırsaqların rezeksiyası. Qarnın ön divarının əmaliyyatdan sonrakı yırtığına görə inlay üsulu ilə alloplastikadan sonrakı vəziyyət. Vetebro bazilyar çatmamazlıq. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varrikoz genəlməsi. Hər iki aşağı ətraf vena damarlarının varikozu) 1 il müddətinə, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il olaraq müəyyən edilmişdir. iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. Həmin tarixdən sonra növbəti müayinə zamanı (xx.xx.2021-ci il tarixdə 0033003AAEA2 nömrəli göndəriş) əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə, xx.xx.2022-ci il tarixli müayinə zamanı (A00052544YBQ nömrəli göndəriş) diaqnozun əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmiş, təkrar olaraq 15 mart 2023-cü il tarixdə aparılmış əyani müayinə zamanı diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
20. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
21. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2014-cü ildə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik (diaqnoz: qarının ön divarının əmaliyyatdan sonrakı yırtığı, nazik və yoğun bağırsaqların rezeksiyasında s/v bitişmə xəstəliyi. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəiflənməsi ilə) 1 il müddətinə təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il olaraq müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixdə təkrar 1 il müddətinə əlillik müəyyən olunmuşdur. - xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik (diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğunu və hər iki aşağı ətrafı dəlib-keçən qəlpə yarasından sonrakı vəziyyət. Nazik və yoğun bağırsağın rezeksiyası. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Laporotomiya, nazik və yoğun bağırsaqların rezeksiyası. Qarnın ön divarının əmaliyyatdan sonrakı yırtığına görə inlay üsulu ilə alloplastikadan sonrakı vəziyyət. Vetebro bazilyar çatmamazlıq. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varrikoz genəlməsi. Hər iki aşağı ətraf vena damarlarının varikozu) 1 il müddətinə təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il olaraq müəyyən edilmişdir. - xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı (0033003AAEA2 nömrəli göndəriş) əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə diaqnozun əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. - xx.xx.2022-ci il tarixli müayinə zamanı (A00052544YBQ nömrəli göndəriş) diaqnozun əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir.
25. İddiaçının 15 mart 2023-cü il tarixdə əyani müayinəsi zamanı təqdim olunmuş epiqrizlərdəki diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır qeyd edilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması barədə məlumat qeyd edilməmişdir.
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 649/2023 saylı ekspert rəyində göstərilmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “K66-periton bitişmələri, qarının ön divarının çoxsaylı qəlpə yaralanması (1992), laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992), laporatomiya, qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığına görə alloplastika (2014). Ağırlaşma: Qəbizlik, mədə-bağırsaq traktının tranzitor funksiyasının pozulması, xroniki qəbizlik, Z90.4-həzm traktının digər şöbələrinin qazanılma olmaması, laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992) və laporatomiya, qarının ön divarının əməliyyatlarından sonrakı vəziyyəti (2014). Yanaşı xəstəliklər: El 1.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının poğunluğu ilə, şəkərli diabet İİ tip, orta ağır forma, diabetik angiopatiya, E74.1-fruktoza mübadiləsinin pozğunluqları, qlükoza 6 fosfat dehidrogenaza çatmamazlığı, İ70.2-ətraf arteriyalarının aterosklerozu, ateroskleroz, hər iki aşağı ətrafın baldır arteriyasının stenozu, aşağı ətrafların İİİ dərəcəli xroniki işemiyası, İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafların varikoz xəstəliyi, BDV ikincili varikozu, ətrafların İİ dərəcəli xroniki venoz çatmamazlığı” diaqnozdakı xəstəliklərdən, “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə; sol İV dərəcə, sağ İİİ dərəcə” və “Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların zəifləməsi ilə F07.0; F06.7” xəstəliklərindən hazırda əziyyət çəkir.
27. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.
28. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 3-cü bənd - Həzm sistemi orqanlarının xəstəlikləri – 3.4 Bağırsağın digər xəstəlikləri K66 periton bitişmələri, Z90.4 həzm traktının digər şöbələrinin qazanılma olmaması; 11-cı bənd Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları E11 insulindən asılı olmayan şəkərli diabet; 2-ci bənd Qan dövranı sisteminin xəstəlikləri i70 ateroskleroz; 7-ci bənd Psixi və davranış pozuntuları 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular F07 üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
29. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.
30. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva