Məhkəmə qərarları › İş №2-1(112)-11747/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11747/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11747/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdeh Azərbaycan Respublikasının Milli Elmlər X1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Milli X4 İnstitutuna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “kotirovka sorğusu üzrə müsabiqənin və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e tdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Milli X4 İnstitutuna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin imtinasını qanunusuz hesab etməklə X2 İnstitutunun “Laboratoriya dolablarının satınalınması" məqsədi ilə 44368 nömrəli kotirovka sorğusu üzrə müsabiqənin və onun nəticələrinin ləgv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Milli Elmlər X1 elan etdiyi 44368 nömrəli "Laboratoriya dolablarının satınalınması" məqsədi ilə keçirilən kotirovka sorğusunda iştirak edərək ən aşağı qiymətlə (17679.24 manat) 1-ci yerə çıxaraq sorğunun qalibi olmuşdur. Bu barədə Azərbaycan Milli Elmlər X1 “Laboratoriya dolablarının satınalınması" məqsədi ilə kotirovka sorğusu prosedurunda zərflərin açılması üzrə xx.xx.2022-ci il tarixdə iclas protokolu qəbul edilmişdir. Həmin protokolla açılış ilə bağlı məlumatların iddiaçılara elektron qaydada təqdim edilməsi və komissiya 1 bank günü ərzində təklifi qiymətləndirirək qərarın qəbul edilməsi qərar alınmışdır. Kotirovka sorğusunun qalibi olduğu halda cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti heç bir hüquqi əsas olmadan qanunsuz şəkildə iddiaçını qalib olduğu kotirovka sorğusundan uzaqlaşdırmışdır. Tərəfindən cavabdehə şikayət göndərilərək onun kotirovka sorğusundan 1-ci yerə çıxmasını əsas gətirərək kotirovkada qalib olduğunun təsdiq olunması xahiş olunmuşdur. Cavabdeh orqan iddiaçının qanuni qalibiyyətini qəbul etməyərək onu kotirovka qalibi nəticəsindən qanunsuz olaraq kənarlaşdırmışdır. Hesab edir ki, imtina qanunsuz hesab edilməklə 44368 №li kotirovka sorğusu üzrə müsabiqə və onun nəticələri ləğv olunmalıdır. Cavabdeh orqan qanunun tələbinə məhəl qoymadan iddiaçının müsabiqədən kənarlaşdırması barədə qanunsuz qərarı qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Milli Elmlər X1 yazılı etirazında göstərilmişdir ki, 01 iyul 2022-ci ildə AMEA Zoologiya İnstitutu tərəfindən elan verilmiş “Laboratoriya dolablarının satınalınması” üzrə kotirovka sorğusunun nəticələri qiymətləndirilən zaman fiziki şəxs (VÖEN: **********) İddiaçı təqdim etdiyi təklif birinci yeri tutduğundan Tender komissiyası tərəfindən qalib elan edilmiş və Yekun Protokolu müvafiq qaydada təsdiqləndikdən sonra qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Sözügedən qurum tərəfindən Yekun Protokol qeydə alınmamış və müsabiqənin nəticələrinin ləğv edilərək yenidən keçirilməsinin məqsədəuyğun olması barədə məktubla İnstituta müraciət edilmişdir. Buna görə də İnstitutun Tender komissiyası adı çəkilən müsabiqənin ləğv edilərək yenidən keçirilməsini təmin etmişdir. Təkrar keçirilən müsabiqədə digər təşkilat qalib seçilmiş, Yekun Protokol isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qeydə alınmış və qalib təşkilat ilə müqavilə imzalanaraq, icrası həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən kotirovka sorğusunun “Dövlət satınalmaları haqqında’’ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirildiyini və 2022-ci ilin dövlət büdcəsindən İnstituta ayrılmış smeta üzrə həyata keçirildiyini nəzərə alaraq, İddiaçı iddiasını qanunsuz və əsassız hesab edərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçının cavabdeh inzibati orqanın inzibati aktının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməməsinə, eləcə də iddiaçı tərəfindən müddətin üzürlü səbəbdən buraxılması barədə təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətininin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbində iddiaçı cavabdeh AMEA Zoologiya İnstitutunun “Laboratoriya dolablarının satınalınması" məqsədi ilə 44368 nömrəli kotirovka sorğusu üzrə müsabiqənin və onun nəticələrinin ləgv edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Milli X2 İnstitutu “Laboratoriya dolablarının satınalınması” satın alınması məqsədi ilə kotirovka sorğusu prosedurunda zərflərin açılması üzrə xx.xx.2022-ci il tarixli iclas protokolunda görünür ki, “X2 İnstitutu” X3 İnternet Portalında dərc etdiyi “Laboratoriya dolablarının satınalınması” adlı 44368 nömrəli müsabiqə üzrə qiymət təkliflərinə baxılmışdır. Müsabiqədə toplam 4 iddiaçı iştirak etmişdir. İddiaçıların təqdim etdiyi qiymətlər: 1. "xxxx" MMC – 19951.44 AZN; 2. "xxxx" MMC – 20972.97 AZN; 3. TURAL ELMAN OĞLU MUSTAFAYEV – 28907.17 AZN; İLHAM TURAB OĞLU ABİŞOV – 17679.24 AZN. Müzakirələrdən sonra Tender Komissiyası açılış ilə bağlı məlumatların iddiaçılara elektron qaydada təqdim edilməsi və Komissiyanın 1 bank günü ərzində təklifi qiymətləndirərək qərar qəbul edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən AMEA Zoologiya İnstitutu tərəfindən elan verilmiş “Laboratoriya dolablarının satınalınması” üzrə kotirovka sorğusunun nəticələri qiymətləndirilən zaman fiziki şəxs (VÖEN: **********) İddiaçı təqdim etdiyi təklif birinci yeri tutduğundan Tender komissiyası tərəfindən qalib elan edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Milli X4 İnstitutuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, AİBNDX–11/11-5/5421P nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri müəyyən meyarlara uyğun gəlməlidir. Lakin, Zoologiya İnstitutu tərəfindən hər iki müsabiqə üzrə dövlət satınalmaların vahid internet portalında yerləşdirilmiş kotirovka sorğusu şərtlərində ixtisas uyğunluğuna dair sənədlər tələb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 445-1.4.1-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən tender elanının (dəvətin) məzmununun və tenderin əsas şərtlər toplusunun “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 30.2-ci maddəsinə əsasən satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin əsas şərtlər toplusuna hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Lakin, ümumi və texniki təyinatlı predmetlərin satın alınması məqsədilə keçirilmiş müsabiqədə Zoologiya İnstitutunun tender komissiyası X3 internet portalında öz təşəbbüsü ilə kotırovka sorğusu şərtlərinə düzəliş etmişdir. Dövlət Xidməti yuxarıda qeyd olunanları nəzərə alaraq bu müsabiqələrin nəticələrinin ləğv olunmasını və satınalmaların Qanunun tələblərinə uyğun yenidən keçirilməsini məqsədəmüvafiq hesab edir. xx.xx.2022-ci il tarixli Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən AMEA Zoologiya İnstitutu tərəfindən elan verilmiş “Laboratoriya dolablarının satınalınması” üzrə kotirovka sorğusunun nəticələri qiymətləndirilən zaman "xxxx" MMC-nin təqdim etdiyi təklif birinci yeri tutduğundan Tender komissiyası tərəfindən qalib elan edilmişdir. 43/22Zi nömrəli, xx.xx.2022-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin surətinə əsasən AMEA Zoologiya İnstitutu ilə müsabiqələrin nəticələrinin qalibi olan "xxxx" MMC arasında baglanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Milli X4 İnstitutuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, AİBNDX-11/01-5/9264P nömrəli məktubunda bildirilmişdir ki, kotirovka sorğusu metodu ilə keçirilmiş müsabiqədən fiziki şəxslər X6 və İddiaçı tərəfindən təqdim olunan qiymət kotirovkalarının ehtimal olunan qiymətdən yüksək olması səbəbindən kənarlaşdırılması barədə tender komissiyasının qərarına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq etiraz edilmir. Eyni zamanda bildirilmişdir ki, Zoologiya İnstitutu tərəfindən təqim olunmuş 34 631,82 (otuz dörd min altı yüz otuz bir manat səksən iki qəpik) manat məbləğində laboratoriya dolablarının satın alınması məqsədilə "xxxx" MMC ilə müqavilənin bağlanmasına əsas verən kotirovka sorğusu metodu ilə keçirilmiş müsabiqənin nəticəsi barədə yekun protokol Dövlət Xidmətində 24 noyabr 2022-ci il tarixində 5p/8165 nömrəsi ilə qeydə alınmışdır. İddiaçı hazırki iddia tələbində cavabdehin xx.xx.2022-ci il tarixli Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunu və onun nəticəsində baglanmış 43/22Zi nömrəli, xx.xx.2022-ci il tarixli satınalma müqaviləsini mübahisələndirmişdir. "Dövlət satınalmaları haqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 2. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır: satınalma - malların (işlərin və xidmətlərin) bu Qanunla müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsi;... tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağızdaşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə;... tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd; satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;... Maddə 8. Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı 8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Maddə 36. Tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi 36.1. Tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir. 36.5. Satınalan təşkilat aşağıdakı hallarda tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir: 36.5.1. tender təklifi vermiş malgöndərən (podratçı) ixtisas tələblərinə uyğun gəlmirsə; 36.5.2. tender təklifi vermiş malgöndərən (podratçı) bu Qanunun 36.2-ci maddəsinə uyğun hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa; 36.5.3. tender təklifi formal tələblərə uyğun gəlmirsə; 36.5.4. Bu Qanunun 12-ci və 13-cü maddələrində nəzərdə tutulan hallar mövcuddursa. 36.5-1. Təklifin kənarlaşdırılması barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir. Maddə 37. Tender komissiyasının qərarı 37.1. Tender komissiyası müstəqildir və bu qərarını bu Qanuna uyğun tam sərbəst qəbul edir. 37.2. Tender prosedurları zamanı və tenderin nəticələrinə dair qərar çıxarılarkən tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Qərar tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır. 37.3. Tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında aşağıdakı qərarlardan birini qəbul edir: 37.3.1. iddiaçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında; 37.3.2. təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, tenderin müddətinin uzadılması haqqında; 37.3.3. heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi haqqında; 37.3.4. tender təkliflərindən heç birinin qənaətbəxş olmadığı haqqında. 37.5. Tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun protokolunun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 37.7. X3 internet portalı vasitəsilə həyata keçirilmiş satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq X3 internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası 1 bank günü ərzində bu Qanuna uyğun olaraq tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün X3 internet portalında yerləşdirir. 38.2. Tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermis komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). İddiaçı xx.xx.2022-ci il tarixli Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun və nəticələrinin ləgvini tələb etsə də, başqa sözlə tenderin keçirilməsi nəticəsində qəbul edilmiş qərarı və onun nəticələrini mübahisələndirmişdır. İddiaçının hazırda mübahisələndirdiyi qərardan həmin qərarın ona məlum olduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. Belə ki, yuxarıda qeyd olundugu "Dövlət satınalmaları haqında” Qanunun 37.5.-ci maddəsinə müvafiq olaraq tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun protokolunun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 37.7. X3 internet portalı vasitəsilə həyata keçirilmiş satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq X3 internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası 1 bank günü ərzində bu Qanuna uyğun olaraq tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün X3 internet portalında yerləşdirir. İddiaçı onun kotirovka qalibi nəticəsindən kənarlaşdırılmasından və satınalmaların nəticələri üzrə qərardan X3 internet portalında yerləşdirildiyi vaxtdan məlumatlı olmuş, lakin şikayət etmək hüququndan istifadə etməmiş, qərar onun mübahisələndirilməsi üçün inzibati-prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə mübahisələndirilmişdir. Belə ki, mübahisələndirilən qərar Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolu xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Lakin, iddiaçı qərarı 7 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar