Məhkəmə qərarları › İş №2-1(112)-11756/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11756/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11756/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı Mı̇ rzəyev Mı̇ rzə Məhəmmədəlı̇ oğlunun iştirakı ilə, İddiaçı Mı̇ rzəyev Mı̇ rzə Məhəmmədəlı̇ oğlunun "pul tələbi"nə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı Mı̇ rzəyev Mı̇ rzə Məhəmmədəlı̇ oğlu (bundan sonra – İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cərimə cəzası olaraq 500 (beş yüz) manat məbləğində dövlət nəfinə köçürdüyü pulun özünə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, qərardan Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il qərarı ilə azadlıqdan məhrumetmə pul cəzasına çevirilərək, məhkəmə zalından azad olunmuş, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə qismən təqsirli bilinərək, üzərində 500 (beş yüz) manat pul cəriməsi saxlanılmışdır. 15 avqust 2018-ci ildə həbsdən çıxdıqdan sonra 11 sentyabr 2018-ci il tarixində TT**********632500 nömrəli qəbz ilə Kapital Bank vasitəsilə Dövlət nəfinə cərimə cəzasını ödəmişdir. Lakin prokurorun Ali Məhkəməyə kassasiya protesti əsasında 19 fevral 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş və 29 yanvar 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin ləğv olunmuş qərarı yenidən qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsi 13 sentyabr 2019-cu il tarixli qərarı ilə yenidən həbs olunmuşdur. 5 avqust 2020-ci il tarixdə Ali Məhkəmə yenidən işinə baxaraq, cəzasını 3 ilə endirmiş, Bakı istintaq təcridxanasında qaldığı 6 ay 17 günü çıxılaraq, ümumilikdə 2 il 5 ay 11 gün cəza saxlanılmışdır. Cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi əsasında 5 ay 8 gün qalmış, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 16 sentyabr 2021-ci ildə cəzadan azad olunmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

6. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

7. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2018ci il tarixli 1(103)-503/2018 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 1(101)-157/2018 saylı hökmü İddiaçı barəsində dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 1(101)- 157/2018 saylı hökmü ilə İddiaçı təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4.500 manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən, onun 30 iyun 2017-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində 2 gün və 29 yanvar 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay 17 gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində 500 manat miqdarında cərimə cəzası saxlanılmış, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuşdur.

8. İddiaçı xx.xx.2018-ci il tarixdə ona təyin edilmiş 500 manat cərimə cəzasını bank vasitəsilə ödəmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 1(103)- 116/19 saylı qərarı ilə həmin qərardan verilmiş kassasiya protesti və zərər çəkmiş şəxsin kassasiya şikayəti təmin edilərək İddiaçı məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunmuşdur.

10. Bundan sonra işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli 1(103)-608/2019 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018ci il tarixli hökmü yalnız cəzaçəkmə müddətinin əvvəlinə dair hissədə dəyişdirilmiş, verilmiş apellyasiya şikayətinə münasibətdə isə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 30 iyun 2017-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 gün və 29 yanvar 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay 17 gün müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq İddiaçı üzərində qəti olaraq 4 il, 5 ay, 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və İddiaçı məhkəmə zalından həbs edilmişdir. 11.Bu qərardan verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 ildən 3 ilə endirilmiş, İddiaçı üzərində qəti olaraq 2 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və qərar qalan hissədə dəyişdirilməmişdir.

12. İddiaçı hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2018-ci il tarixli 1(103)-503/2018 saylı qərarına əsasən cərimə cəzası kimi ödədiyi vəsaitin geri qaytarılmasını xahiş edir.

13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Qanunun normasına əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.1-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur.

15. Həmçinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci bəndində göstərilmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.

16. Məhkəmə yuxarıda istinad olunanlara əsasən qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyindən iddiaçı hazırda həmin hökmü icra edərək ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir və bununla bağlı inzibati mühakimə icraatı çərçivəsində iddia qaldırmışdır. Lakin göründüyü kimi, ona ziyan vurulması ilə bağlı bu münasibət hansısa inzibati orqanla onun arasında yaranmış inzibati hüquq münasibətindən irəli gəlməmişdir. Belə olan halda bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

17. Məhkəmə iddiçıya izah edir ki, o, hazırkı hüquqi marağı üzrə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla istədiyi məqsədə nail ola bilər. Çünki Azərbaycan Resublikası Cinayət Prosessual Məcəlləsinin 58.3.5-ci madəsinə əsasən hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə həmin Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə kompensasiya verilir.

18. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh qurumu göstərməmişdir. Hazırkı mübahisənin xarakteri, cavabdehin hansı qurum olmasından asılı olmayaraq inzibati hüquq münasibətinə xas əlamətlərə malik olmadığından və belə bir tələbə inzibati mühakimə icraatı çərçivəsində baxılması qeyri-mümkün olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbinin dəqiqləşdirilməsinə də zərurət yoxdur.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar