Məhkəmə qərarları › İş №2-1(112)-11768/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11768/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11768/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı il tarixdə Şəki şəhərində doğulmuşdur. 23 dekabr 1977-ci ildən 31 avqust 2012-ci il tarixədək əvvəllər Bakı Zərgərlik Zavodunda, sonralar Bakı “Zərgərsənaye” İstehsalat Birliyində müxtəlif işlərdə işləmişdir. Yalnız 6 may 1980-ci ildən 27 iyul 1982-ci il tarixədək hərbi xidmətə getdiyi üçün işdən ayrılmışdır. 19 iyul 2012-ci ildə Bakı Zərgərlik zavodunun 19 iyul 2012-ci il tarixli 67/k saylı əmrinə əsasən işdən azad edilmişdir. Onun işlədiyi şəbəkəçi zərgər, quraşdırıcı zərgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nda, həmin siyahı təsdiq olunanadək isə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısf’nda və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısf’nda (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) göstərilmişdir. Bununla əlaqədar bir neçə dəfə pensiya təyinatı orqanına müraciət etsə də, hər dəfə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilib. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunsuz hesab edilməli və mənə pensiya hüququmun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının 23 dekabr 1977-ci ildən (6 may 1980ci il tarixindən 27 iyul 1982-ci il il tarixədək hərbi xidmətdə olduğu müddət istisna olmaqla) 19 iyul 2012-ci il tarixədək, əmək stajı var. İşlədiyi işlərin güzəştli şərtlərə görə, yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olması barədə ətraflı arayış var. İddiaçının 62 yaşı xx xxxx 1960-cı il tarixdə tamam olub. Qanuna əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyənlərin yaş həddi 5 il azaldılmaqla yəni 57 yaşından etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olsa da, cavabdeh təşkilat hər dəfə müxtəlif bəhanələrlə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edib. İddiaçl hesab edir ki, cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunsuz və əsassızdır.

3. Daha sonra iddiaçı iddia tələbini 60 yaşının tamam olduğu 13 iyul 2020-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması kimi dəyişdirmişdir.

4. Güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən xx.xx.2022-ci il tarixdə imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq era hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayanlar nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin sizə dair 14 iyun 2022-ci il tarixli 34/C89 nömrəli arayışında xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə şəbəkəçi-zərgər və xx.xx.1988-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində isə quraşdırıcı zərgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan Siyahı üzrə metal emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki,İddiaçı iddia ərizəsində xx xxxx 1960-cı ildə anadan olduğunu, xx.xx.1977-ci il tarixdən 31 avqust 2012-ci il tarixədək Bakı Zərgərlik Zavodunda, sonra Bakı “Zərgərsənaye” İstehsalat Birliyində işlədiyini, 6 may 1980-ci ildən 27 iyul 1982-ci il tarixədək hərbi xidmətdə olduğunu, 19 iyul 2012-ci ildə Bakı Zərgərlik Zavodunun 19 iyul 67/k saylı əmrinə əsasən işdən azad edildiyini qeyd etmişdir. İddiaçı həmin dövrlərin sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi vətəndaşın təqdim etdiyi güzəştli arayışında qeyd olunan peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da qeyd olunan peşə ilə uyğun olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, onun imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaölunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş,hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, is verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan islərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq isə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2022-ci il tarixli, №34/089 nömrəli arayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayanlar nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin sizə dair 14 iyun 2022-ci il tarixli 34/089 nömrəli arayışında 03,07.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə şəbəkəçi-zərqər və xx.xx.1988- xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində isə quraşdırıcı zərgər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Siyahı üzrə metal emalı sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı mövcud deyildir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yasa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışında çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”da məlumat qeyd edilmədiyindən güzəştli şərtlərlə yasa görə əmək pensiyası hügugu yaranmır. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq cavabdeh İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir.

6. İddiaçının güzəştli şərtlərlə pensiya təyinayına dair müraciəti xx.xx.2022-ci il tarixlidir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illər ərzində hərbi xidmət keçmişdir.

8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir (Azərbaycan Suvenirləri)” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyun 2022-ci tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində xx.xx.1986-cı ildən- xx.xx.1987-ci ilədək şəbəkəçi-zərgər, xx.xx.1988-ci ildən-xx.xx.2012-ci ilədək 2-ci sənət kimi quraşdırıcı-zərgər peşələrində işləmişdir. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. İş əsnasında o, zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparıb. Məmulatı qaynaq edən zaman, azbest, bor turşusu, xlor turşusu istifadə edib. Qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o xüsusi eskizlərə baxaraq zərgərlik məlumatlarının üzərinə mina üçün pəncərə düzəldib, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salıb. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayıb. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi”-“Zərgər və bədii məmulatları qaralayanlar”- zərərli sahəyə uyğundur.

11. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivinin 22 iyun 2022-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı Zərgərlik zavodunun (sonrakı Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin) 23 dekabr 1977-cu il tarixli 253/k saylı əmrinə əsasən 3 №-li futlyar istehsalı sexinə plastik məmulatların yığıcısı şagirdi qəbul edilmişdir, 20 aprel 1978-ci il tarixli 86/k saylı əmrinə əsasən həmin sexdə 1-ci dərəcəli yığıcı vəzifəsinə keçirilmişdir, 6 iyun 1978-ci il tarixli 118/k saylı əmrinə əsasən 4 №-li futlyar istehsalı sexinə keçirilmişdir, 16 mart 1979-cu il tarixli 58/k saylı əmrinə əsasən ona 2-ci dərəcə, 15 oktyabr 1979-cu il tarixli 221 /k saylı əmrinə əsasən 3-cü dərəcə verilmişdir və 6 may 1980-ci il tarixli 104/k saylı əmrinə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir; 27 iyul 1982-ci il tarixli 169/k sayiı əmrinə əsasən 4 №-li futlyar istehsalı sexinə 3-cü dərəcəli plastik məmulatların yığıcısı qəbul edilmişdir, 28 fevral 1984-cü il tarixli 45/k saylı əmrinə əsasən həmin sexdə 2-ci dərəcəli xovlayıcı keçirilmişdir, 28 iyun 1985-ci il tarixli 147/k saylı əmrinə əsasən 6 №-li sexə zərgər-filiqrançı keçirilmişdir, 9 noyabr 1987-cı il tarixli 220/k saylı əmrinə əsasən 1 №-li sexə 2-ci dərəcəli zərgər- quraşdırıcı keçirilmişdir, 29 mart 1988-ci il tarixli 60/k saylı əmrinə əsasən ona 3-cü dərəcə verilmişdir və 19 iyul 2012-ci il tarixli 67/k saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

12. İddiaçı tərəfindən işlədiyi sahənin zərərli hesab edilməsinə dair analoji məhkəmə qərarları təqdim edilmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1977-ci ildən 2012-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə etiraz etmədi, güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

16. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

19. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022ci ildə müraciət etmişdir.

21. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2020-cı il tarixə stajı iddiaçının ümumi stajı 35 ilə yaxındır.

22. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC tərəfindən verilmiş arayışa əsasən, iddiaçı həqiqətən keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində xx.xx.1986-cı ildən- xx.xx.1987-ci ilədək şəbəkəçi-zərgər, xx.xx.1988-ci ildən-xx.xx.2012-ci ilədək 2-ci sənət kimi quraşdırıcı-zərgər peşələrində işləmişdir. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. İş əsnasında o, zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparıb. Məmulatı qaynaq edən zaman, azbest, bor turşusu, xlor turşusu istifadə edib. Qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o xüsusi eskizlərə baxaraq zərgərlik məlumatlarının üzərinə mina üçün pəncərə düzəldib, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salıb. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayıb. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi”-“Zərgər və bədii məmulatları qaralayanlar”- zərərli sahəyə uyğundur. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivinin 22 iyun 2022-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı 28 iyun 1985-ci il tarixli 147/k saylı əmrinə əsasən 6 №-li sexə zərgər-filiqrançı keçirilmişdir, 9 noyabr 1987-cı il tarixli 220/k saylı əmrinə əsasən 1 №-li sexə 2-ci dərəcəli zərgər- quraşdırıcı keçirilmişdir, 29 mart 1988-ci il tarixli 60/k saylı əmrinə əsasən ona 3-cü dərəcə verilmişdir və 19 iyul 2012-ci il tarixli 67/k saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir, əmək haqqı haqqında arayışa əsasən 188 ay əmək haqqı almışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçının zərgər-filiqrançı və zərgər-quraşdırıcı vəzifəsində işlədiyi dövrdə 188 ay əmək haqqı aldığı dövr (cəmi 15 il 6 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XİV. Metal emalı bəndində 2150700a—19553 şifri (kodu) üzrə zərgər və bədii məmulatları qaralayanlar vəzifəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 11.9. Qaynar üsulla metalın üzlənməsi bölməsinin “zərgər və bədii məmulatları qaralayanlar” peşəsinə uyğundur. Məhkəmə qeyd edilən qənaətə gələrkən hesab edir ki, cavabdeh qurum zərgər və zərgər-quraşdırıcı vəzifələri arasında fərqin nədən ibarət olduğunu əsaslandırmadan həmin zərgər-quraşdırıcı vəzifəsinin əmək şəraiti zərərli və ağır olan işlərə aid olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMC tərəfindən verilmiş izahlı arayışda həmin vəzifənin əmək şəraiti zərərli və ağır olan işlərə aid edilməsi əsaslandırılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verdiyi qeyd edilmişdir.

24. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verir. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.

25. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

27. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar