Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11769/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, elektrik xəttinin sökülərək torpaq sahəsinin ona təhvil verilməsi, əldən çıxmış fayda və qazancların əvəzi olaraq kompensasiya ödənilməsinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun razılığı olmadan, özbaşına 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlərin üzərinə müştərək onlar tərəfindən ona mülkiyyət hüququ əsasında məxsus qeyd olunan torpaq sahəsində inşa edilmiş 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin öz hesablarına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, habelə həmin 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan 2-1(112)-11769/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı, mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində quraşdırılmış yüksək gərginlikli elektrik xəttinin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsindən ibarətdir. Göründüyü kimi, hazırki mübahisənin predmeditini müəyyən ərazi ilə bağlı hüquq münasibəti təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və hazırki iş üzrə mübahisə predmetini təşkil edən dəmir yolu xətti Xaçmaz rayonunda yerləşdiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi rəhbər tutularaq, hazırki inzibati iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli, 4 nömrəli, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 16.15-ci bəndinə əsasən Şəmkir rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəmkir rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından, hazırkı iş aidiyyətı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili inzibati işin aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri inzibati işin aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun razılığı olmadan, özbaşına 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlərin üzərinə müştərək onlar tərəfindən ona mülkiyyət hüququ əsasında məxsus qeyd olunan torpaq sahəsində inşa edilmiş 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin öz hesablarına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, habelə həmin 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair 2-1(112)-11769/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11769/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11769/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver