Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11776/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X6 X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və 3 saylı X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə iddiaçının 1985--2022-ci illərdə işlədiyi 37 illik müddəti ümumi iş stajına daxil edilməklə, sığorta stajını nəzərə almaqla və 21 il + 16 il dövrlər üçün pensiya kapitalının (sığorta hissəsi + yığım hissəsi) qanunvericiliyin bütün tələblərini nəzərə alaraq ödənilməyən məbləğinin bütün dövrlər üçün indeksləşdirməklə bərpa edilməsi və iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3 saylı X3 İdarəsinin cavabdehlər sırasından çıxarılması və İddiaçı 1985-2022-ci illərdə işlədiyi 37 illik müddəti ümumi iş stajına daxil edilməklə, sığorta stajını nəzərə almaqla və 21 il + 16 il dövrlər üçün pensiya kapitalının (sığorta hissəsi + yığım hissəsi) qanunvericiliyin bütün tələblərini nəzərə alaraq ödənilməyən məbləğinin bütün dövrlər üçün indeksləşdirməklə bərpa edilməsi və iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1985-ci ildən xx.xx.2022-ci ilədək 38 il iş stajı olduğu halda, ona minimum əmək pensiyası (ilkin olaraq 240 Azn, indeksasiyadan sonra 248 Azn) təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə ASAN Xidmətdən aldığı sosial arayışlardan iddiaçıya məlum olmuşdur ki, işlədiyi 3 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsi (işəgötürən) 2006-cı ildən 2022-ci ilin 29 mart tarixinədək illər üzrə gəlirlərindən (əmək haqqı məbləğindən) qanunvericiliyə əsasən hesabladığı məcburi sosial sığorta ödənişlərini (22%+3%) 17 il müddətində hər ayda və hər ildə kəsirlə ona ödəmişdir (bəzi illər istisna olmaqla). Aldığı məlumatlar əsasında məsələnin həlli üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinə müraciət etmiş, lakin ona mahiyyəti üzrə (məcburi dövlət sosial sığorta ödənişinin 17 il müddətində kəsirlə ödənilməsinə) qənaətbəxş cavab verilməmişdir. Mərkəz yalnız pensiya təyinatında özünün yol verdiyi yanlışlığı aradan qaldıraraq 254,61 Azn pensiya təyin edərək 9 ay müddətinə hər ayda ödəmədiyi məbləği (254,61-248=6,61 Azn) 2022-ci ilin dekabr ayında birdəfəyə 59,49 Azn pensiya kartına köçürdüyü barədə 09 dekabr 2022-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırmışdır. Qanunla təsbit edilmiş hüquqlarının bərpası məqsədi ilə iddiaçı aidiyyəti orqanlara müraciətlər etmişdir. Müraciəti DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 01 aprel 2023-cü il tarixli, 3-17-1/2-Q-67942/2023 nömrəli məktubla cavablandırılaraq bəzi məsələlərə aydınlıq gətirməklə yanaşı təsdiq edilmişdir ki, həqiqətən də 3 saylı X3 İdarəsi (sığorta edən-SUN **********1) tərəfindən 2006-cı ildən 2022-ci ilin İ rübü də daxil olmaqla olan müddət ərzində aylar və illər üzrə ödənilən məcburi dövlət sosial sığorta haqları iddiaçının **********486 nömrəli şəxsi hesabına kəsirlə ödənilmişdir. Buna görə iddiaçıya “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə müvafiq olaraq 1985- 2022-ci illərdə işlədiyi 37 illik müddəti ümumi iş stajına daxil edilməklə, sığorta stajını nəzərə almaqla və 21 il + 16 il dövrlər üçün pensiya kapitalının (sığorta hissəsi + yığım hissəsi) qanunvericiliyin bütün tələblərini nəzərə alaraq ödənilməyən məbləğinin bütün dövrlər üçün indeksləşdirməklə bərpa edilməli və iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanaraq ödənilməlidir. Hesab edir ki, ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə təqdim edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakını təmin etdiyi mütəxəssis məhkəməyə təqdim edilmiş yazılı rəyinə uyğun izahat vermişdir. Cavabdehin etirazında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı ümumi xəstəlikdən İİ dərəcə əlilliyinə əsasən qeyd olunan maddənin tələblərinə uyqun olaraq xx.xx.2016-cı il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasən ona müvafiq yasa çatdığına görə xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada 200 manat məbləğində yasa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci yarımbəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. İddiaçı xx.xx.2021-ci il tarixində yasa görə əmək pensiyası təyin olunmasına baxmayaraq onun əlilliyə görə əmək pensiyasının ödənişi (259,78 manat) xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Nəticədə iddiaçıya 59.78 manat məbləğində artıq ödəmə yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən maddəyə əsasən, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 59.78 manat məbləğin bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi məqsədilə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı yaşa görə pensiyasının yenidən hesablanması barədə ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda baxılaraq, xx.xx.2023 tarixli 3-17-1/2-Q- 67942/2023 nömrəli məktubla cavab verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmçinin, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 311,15 manata çatdırılıb. Belə ki, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının fərdi hesabısının sığorta hissəsində qeydə alınan 4731,84 manat, eyni zamanda Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 844,95 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və iddiaçının pensiyasının məbləğində (311,15 manat) dəyişiklik olmamışdır. İnzibati orqan inzibati icraatı düzgün aparmış və imtina məktubunu qanuni və əsaslı olaraq tərtib etmişdir. Həmçinin qeyd edir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumatlara əsasən sığortaedən 3 Saylı X3 İdarəsi (SUN: **********1) tərəfindən 2006-2012, 2014-2016-cı illər, 2019-cu ilin lll-İV rübləri, 2020-ci ilin l-lll rübləri, 2021-ci ilin l-ll rübləri və 2022-ci ilin İ rübü üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə illik və rüblük hesabatlara əsasən iddiaçının məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqları sığortaedən tərəfindən tam məbləğdə ödənilmədiyi üçün nəticədə **********486 nömrəli fərdi şəxsi hesabda məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Qeyd olunan dövrlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları sığortaedən tərəfindən tam həcmdə ödənildikdən sonra fərdi şəxsi hesabında əks olunması təmin ediləcəkdir. Eyni zamanda bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyası sığortaedən tərəfindən 2013-cü il, 2017-2018-ci illərin l-İV rübləri, 2019-cu ilin l-ll rübləri, 2020-ci ilin İV rübü və 2021-ci ilin lll-İV rübləri üzrə məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları tam məbləğdə fərdi şəxsi hesabında əks olunmuşdur. Qalan dövrlər isə əks olunmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçının sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- İddiaçıya aid pensiya işinin surətindən görünür ki, İddiaçı ümumi xəstəlikdən İİ dərəcə əlilliyinə əsasən xx.xx.2016-cı il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasən ona müvafiq yasa çatdığına görə xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada 200 manat məbləğində yasa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarından görünür ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 59.78 manat məbləğin bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulması qərara alınmışdır. - Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-9939/2023 nömrəli, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 saylı, xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-67942/2023 məktubları ilə etirazda göstərilənlər bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 10.2. yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). 21.1. Şəxsin müvafiq iş,hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İşdən görünür ki, iddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində 3 saylı X3 İdarəsi (sığorta edən-SUN **********1) tərəfindən 2006-cı ildən 2022-ci ilin İ rübü də daxil olmaqla işlədiyi müddət ərzində toplanan kapitalın nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının fərdi hesabısının sığorta hissəsində qeydə alınan 4731,84 manat, eyni zamanda Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 844,95 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Lakin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumatlara əsasən sığortaedən 3 Saylı X3 İdarəsi (SUN: **********1) tərəfindən 2006-2012, 2014-2016-cı illər, 2019-cu ilin lll-İV rübləri, 2020-ci ilin l-lll rübləri, 2021-ci ilin l-ll rübləri və 2022-ci ilin İ rübü üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə illik və rüblük hesabatlara əsasən iddiaçının məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqları sığortaedən tərəfindən tam məbləğdə ödənilmədiyi üçün nəticədə iddiaçının **********486 nömrəli fərdi şəxsi hesabda məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Bununla baglı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək izah edilmişdir ki, qeyd olunan dövrlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları sığortaedən tərəfindən tam həcmdə ödənildikdən sonra fərdi şəxsi hesabında əks oluna bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası sığortaedən tərəfindən 2013-cü il, 2017-2018-ci illərin l-İV rübləri, 2019-cu ilin l-ll rübləri, 2020-ci ilin İV rübü və 2021-ci ilin lll-İV rübləri üzrə məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları tam məbləğdə fərdi şəxsi hesabında əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-240683/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 34-cü, 7-ci və 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyası müraciəti əsasında xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası növünə keçirilib. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən hesablanan pensiya kapitalının məbləği 7650 manat təşkil edir: 25x306=7650 manat Həmin kapitalın İddiaçı yaşa görə pensiya hüququ yaranan xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 19051,60 manat təşkil edir:
2006 - 7650 2007 8,3 8284,95 2008 16,7 9668,54 2009 20,8 11679,59 2010 1,5 11854,79 2011 5,7 12530,51 2012 7,9 13520,42 2013 1.1 13669,14 2014 2,4 13997,20 2015 1,4 14193,16 2016 4,0 14760,89 2017 12,4 16591,24 2018 5,7 17536,94 2019 3 18063,05 2020 2,6 18532,69 2021 2,8 19051,60
Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində 4731,84 manat (yaşa görə pensiya hüququ yaranan xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ), eyni zamanda xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 844,95 manat (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva