Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1178/2021 12.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilə “kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh 10 mart 2020-ci il tarixli S-32-068 saykı məktubu ilə onun miiracitəindən imtina edilmiş, əsas kimi isə müvafiq sənədlərin təqdim edilməməsi göstərilmişdir. Bildirir ki, o Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilində qeydiyyatda olmaqla yaşayırlar. Mənzilin yaşayış sahəsi 20.0 kv.m olmaqla bir otaqdan ibarətdir. Qeyd edilən mənzilin icarədarı əvvəllər onun nənəsi X6muş, nənəsi 1974-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra mənzilə olan şəxsi hesab vərəqəsi, dayısı oğlu X7 adına dəyişdirilmişdir. X2 məxsus məzildə yaşamamasına baxmayaraq onun həmin mənzildə qeydiyyatı qaldığna görə o iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X8 Bakı şəhəri Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(008)-3993/2019 saylı qətnaməsinə əsasən X8 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə olan istifadə hüququna xitam verilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq, icra edilmiş, X8 Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilində olan qeydiyyatı ləğv edilmişdir. Belə olduqda isə həmin mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması cavabdehin vəzifəsi olmuşdur. Belə ki, uzun illərdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə dair bütün kommunal ödənişlər bu vaxta qədər onun tərəfindən ödənilməsinə baxmayaraq, onunla mənzilin kirayə müqaviləsi bağlanmamış, həmin evə dair şəxsi hesab vərəqəsi (kirayə müqaviləsi) hələ də X8 adına qamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Göründüyü kimi cavabdeh bir dövlət orqanı kimi onu mənzillə təmin etməyə borclu olduğu halda onunla yaşadığı mənzilə dair kirayə müqaviləsi bağlamaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə dair mənimlə kirayə müqaviləsinin bağlamaq vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması üçün məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, - Cavabdeh başçısının İ müavini tərəfindən iddiaçıya ünvanlanladığı Ş-32-068 saylı, 10 mart 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı tərəfindən mənzil kirayə müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin (order, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı) təqdim edilməməsi əsası ilə onunla daimi kirayə müqaviləsinin bağlanmasının mümkün hesab edilmədiyi bidirilmişdir. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş 133 nömrəli, xx.xx.1962-ci il taixli Əsasnaməyə uyğun olaraq Proletariat küçəsi, ev 26, mənzil 42 ünvanda yerləşən 1 otaqlı 20 k.metrdən ibarət mənzilə dair X14 ilə kirayə müqaviləsi bağlanmışdır. - Bakı şəhəri Lenin rayon VVAQ tərəfindən verilmiş İ-ЖГ 297306 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29 aprel 1974-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Lenin rayon X18 İcraiyyə Komitəsinin 2/10 saylı, 09 iyul 1982-ci il tarixli qərarından görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil üzrə X4 adına açılmış şəxsi hesab vərəqi X7 adına dəyişdirilməsi qərara alınmış, və şəxsi hesab vərəqi X7 adına dəyişdirilmişdır. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 314659 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 08 may 2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyi 69 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 220 saylı, 25 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı, 1980-ci il təvəllüdlü oğlu X9, 2006-cı il təvəllüdlü nəvəsi X21, 1983-cü il təvəllüdlü qızı X10, 1988-ci il təvəllüdlü oğlu X16 ünvan 4 ünvanda yerləşən 42 nömrəli mənzilində qeydiyyatdadırlar. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(008)- 3993/2019 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin edilərək, X8 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi qərara alınmışdır. -X5 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən 42 saylı mənzilin kirayədarı olan X11 vəfatı ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsinin anası İddiaçı ilə bağlanmasına və şəxsi hesabın onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. -X3 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən 42 saylı mənzilin kirayədarı olan X11 vəfatı ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsinin anası İddiaçı ilə bağlansına və şəxsi hesabın onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. -X19 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən 42 saylı mənzilin kirayədarı olan X11 vəfatı ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsinin anası İddiaçı ilə bağlansına və şəxsi hesabın onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması dövründə xx.xx.1958-ci il təvəllüdlü İddiaçı adına hər hansı daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məlumatın, qeydə alındığı təqdirdə buna dair sənədlərin təsdiqlənmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45 saylı, 08 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin yaşayış yer üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında 1958-ci il təvəllüdlü İddiaçı, 1980-ci il təvəllüdlü oğlu X9, 2006-cı il təvəllüdlü nəvəsi X13, 1983-cü il təvəllüdlü qızı X10, 1988-ci il təvəllüdlü oğlu X17 yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının ailə üzvləri ilə birlikdə uzun müddət faktiki yaşadığı mübahisəli yaşayış sahəsi dövlət fonduna aid olmaqla yaşayış üçün yararlıdır. İddiaçı Cavabdehnə müraciət edərək həmin yaşayış sahəsinə dair onun adına icarə müqaviləsi bağlanmasını xahiş etmiş, lakin İcra Hakimiyyəti iddiaçı tərəfindən mənzil kirayə müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin (order, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı) təqdim edilməməsi əsası ilə onunla daimi kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş 133 nömrəli, xx.xx.1962-ci il taixli Əsasnaməyə uyğun olaraq iddiaçının nənəsi X14 ilə kirayə müqaviləsi bağlanmışdır. X4 ölmündən sonra Lenin rayon X18 İcraiyyə Komitəsinin 2/10 saylı, 09 iyul 1982-ci il tarixli qərarına əsasən X4 adına açılmış şəxsi hesab vərəqi iddiaçının dayısı oğlu X7 adına dəyişdirilmiş, X12 08 may 2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sonradan iddiaçının tələbi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(008)-3993/2019 saylı qiyabi qətnaməsinə əsasən X1 mənzilə olan istifadə hüququna xitam verilmişdir. İddiaçı 2008-ci il tarixdən sözügedən mənzildə yaşamaqdadır. Bununla da mənzil bütünlüklə iddiaçının ailəsinin istifadəsində olmuşdur. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyat olmaqla yaşayırlar. Mənzilin 2008-ci il tarixindən fasiləsiz iddiaçının və ailə üzvlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmirlər və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişlər. Göründüyü kimi iddiaçının həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01 oktyabr 2009-cu il tarixdən əvvəl icarə münasibətləri yarandığından, həmçinin hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğunda, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 6 ünvanında yerləşən 42 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 6 ünvanda yerləşən 42 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1178/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1178/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver