Məhkəmə qərarları › İş №2-1(112)-11786/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11786/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11786/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.2025-ci il tarixdə cəza çəkməkdən azad edildiyi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş birdəfəlik müavinətin ödənilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.2025-ci il tarixdə cəza çəkməkdən azad edildiyi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş birdəfəlik müavinətin ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024 tarixli 1(002)-145/2024 saylı hökmünə əsasən 5 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza çəkib qurtadığı üçün qanunvericilikdə nəzərdə tutulmuş birdəfəlik müavinət almışdır. Sonradan isə Abşeron rayon məhkəməsinin 26.11,2024-cü il tarixli 1 (012)-73/2024 saylı hökmü ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddətini çəkib qurtarmışdır. Hazırda cəza çəkməkdən azad edilmiş şəxslərə verilən müavinət üçün Bakı şəhər 1 saylı DOST mərkəzinə müraciət etsə də iddiaçının Qaradağ Rayon Məhkəməsi tərəfindən azadlıqdam məhrum etmə cəzasına görə çəkdiyi cəza müddətindən sonra birdəfəlik müavinətin verilməsini bildirərək hazırkı cəza çəkdiyi müddət üçün müavinətin ödənilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ödənilmiş birdəfəlik müavinət Qaradağ rayon hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına görə almışdır. Hazırda Abşeron rayon məhkəməsi üzrə cəza çəkdiyi müddətdən sonra birdəfəlik müavinəti ala bilmir. İddiaçı hazırki tələb ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina cavabı verilsə də iddiaçı həmin müavinəti eyni hökm üzrə almamışdır. İddiaçı özü Qarabağ müharibəsi veteranıdır, anası birinci qrup onkoloji xəstədir. Maddi imkanı olduqca ağırdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı (FİN xxxxxxx) xx.xx.2025-ci il tarixində Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzindən müraciət edərək, ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmiş və həmin müraciətə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-112376/2025 nömrəli cavab məktubuna əsasən, birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. Təqdim edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci tarixli 1(002)-145/2025 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə olma müddəti nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab edilmişdir. Cəza çəkməkdən azad edilməyi ilə əlaqədar İddiaçı xx.xx.2024-ci il tarixindən birdəfəlik müavinət təyin edilərək ödənilmişdir. İşin hallarından da göründüyü kimi İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 ay 25 gün müddətindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixində şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-ci tarixli 1(012)-73/2024 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-in 68.1.1- 1-ci maddəsinə əsasən İddiaçı təyin edilən 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin cəza 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və AR CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(002)-145/2024 nömrəli hökmünə əsasən hökmü ilə ona təyin edilmiş 05 (beş) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmişdir. İddiaçı xx.xx.2024-ci il tarixində sözügedən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2025-ci il tarixində azad edilməsi ilə əlaqədar həmin müavinətin eyni hökm əsasında təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. İşin hallarından müəyyən olunur ki, iş üzrə iddaçıya 2024-ci ilin avqust ayında birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, sosial adaptasiyada olduğu 1 il müddətində onun tərəfindən qəsdən cinayət törədilərək yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırkı halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olmuşdur. Belə ki, 1 illlik sosial adaptasiya müddəti ərzində törədilmiş cinayət ehtiyatsızlıqdan deyil, qəsdən törədilmiş cinayət olmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)- 430/2025 nömrəli Qərarında qeyd edilmişdir ki, cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə (iddiaçıya) öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur. Bu mənada, iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddətində yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməmiş, Konstitusiyanın və Qanunun tələblərini pozmuşdur. Beləliklə, cavabdeh inzibati orqanın imtinası qanunauyğun olmuş, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyrimütənasib müdaxilə vəziyyəti yaratmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məəcəllənin 35.1 -ci maddəsinə əsasənBu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Faktiki hallar və sübutlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-73/2024 nömrəli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə müəssisəsinin 198 nömrəli xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il Abşeron r/n məhk. ARCM-nin 177.2.3, 68.1.1-1,66.5,69.3-cü maddələri 4 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib və o 5 saylı CM-də xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək cəza müddətini çəkib və cəza müddətinin sona çatması ilə əlaqədar azad olunub. Cavabdeh tərəfindən məhkəməyə vətəndaş İddiaçı müavinət ödənişinə dair sənədlərinin skan olunmuş surətləri təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-145/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay 04 gün müddətə zadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinarı üzrə Mərkəzi Filialın Sosial ödənişin təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/1-M-184943/2024 nömrəli Qərarı ilə İddiaçı 1380 manat müavinət ödənilmişdir. Sosial ödənişin növü – cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi ... İİİ. Hüquqlar və azadlıqlar hər kəsincəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 72.Vətəndaşların vəzifələrinin əsası İ.Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial psixoloji tədbirlər sistemi. 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. 6.2. Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. 6.3. Bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1. Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. 9.2. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. 9.3. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 05 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı əsasında iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs olduğundan 1380 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir. İşin hallarından müəyyən olunur ki, iddaçı 2024-cü ilin avqust ayında sosial adaptasiya tədbiri kimi birdəfəlik müavinət alsa da, eyni zamanda (2024-cü ildə) törətdiyi cinayətlərə görə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə çəkdiyi azadlıqdan məhrum etmə cəzası (05 ay 04 gün) çıxılmaqla, müəyyən edilmiş 9 ay azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra, cəza çəkməkdən azad edildiyindən xx.xx.2025-ci il tarixdə müavinət ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin avqust ayı üzrə birdəfəlik müavinətin təyin edilərək ödənilməsi əsası ilə imtina etmişdir. İddiaçı, tələbinin hüquqi əsası kimi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun “Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər” adlanan 6-cı maddəsində sadalanan, sosial adaptasiya məqsədilə həyata keçirilən tədbirlərdən biri kimi qeyd olunmuş birdəfəlik pul müavinətinin verilməsinə istinad etmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun 1.0.3-cü maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi kimi anlayış verilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində sosial adaptasiya müddətinin 1 il olduğu və 9.3-cü maddəsində isə cəza çəkməkdən azad edilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməli olduğu göstərilmişdir. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşiliqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Qeyd edilməlidir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aklartında cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasını istisna edən hüquqi norma yoxdur. Lakin hazırkı işin xüsusi halları nəzərə almaqla məhkəmə hesab edir ki,iddiaçıya sosial adaptasiya üçün müavinətin ödənilməsindən cavabdehin imtinası qanunauyğun olmuş, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, “müdaxilə o zaman qanuni məqsədə çatmaq baxımından “demokratik cəmiyyətdə zəruri sayıla bilər ” “təcili sosial ehtiyaca” cavab versin və xüsusən də, müdaxilə çatmaq istənilən qanuni məqsədə mütənasib olsun və dövlət orqanları tərəfindən irəli sürülən səbəblər “ağılabata və kifayət qədər əsaslandırılmış” olsun” (FernandezMartinezİspaniyaya qarşı(Böyük Palata) № 56030/07,paraqraf 124,AİHM 2014) İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.2025-ci il tarixdə cəza çəkməkdən azad edilməsi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar