Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11787/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsi 48.92 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı evin 39 saylı 3 otaqlı mənzilinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, S.Qurban Abbasov küçəsi, 2 saylı evin 39 saylı mənzili Azərbaycan Neft Sənayesi Nazirliyinin “X9 İdarəsi” tərəfindən 01 aprel 1959-cu il tarixli 0474 nömrəli orderə əsasən iddiaçının atası X8 verilmişdir. Həmin orderdə iddiaçının atasının ailə üzvü kimi 5 nəfər göstərilmiş, o cümlədən orderdə onun da ad, familiyası atasının ailə üzvü kimi qeyd olunmuşdur. İddiaçı qeyd olunan mənzildə 1960-ci ildən qediyyatda olmuş, atası və digər ailə üzvüləri ilə birlikdə həmişə həmin mənzildə yaşamışdır, o, ailə həyatı qurduqdan sonra birgə nigahdan doğulmuş 3 övladı ilə birlikdə halhazırda da, həmin mənzildə yaşayır. Mənzilin kirayəçisi olan atası 1971-ci ildə vəfat etdikdən sonra mənzildən qeydiyyatdan çıxarılmışdır və həmin mənzil Azərbaycan neft sənayesi Nazirliyinin ləğvindən sonra Bakı şəhər icra hakimiyyətinin balansına verilmişdir. Ona görə də, atasının ailə üzvü kimi onun müraciətinə əsasən həmin mənzilin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət etdikdən sonra Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 10 sentyabr 2021-ci il tarixli 54 nömrəli sərəncamı ilə mənzilin kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Hal-hazırda mənzilin kirayəçisi iddiaçı hesab olunur. Qeyd olunduğu kimi, sözügedən mənzil order əsasında atasına verildiyi və o, da onun ailə üzvü kimi 1960-cı ildən həmin mənzildə qeydiyyatda olmaqla hal-hazıradək, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığına və mənzilin kirayə müqaviləsi onun adına dəyişdirildiyi üçün atasının adına olan mənzilin sənədlərini toplayıb sözügedən evə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı 10 sentyabr və 15 oktyabr 2021-ci il tarixlərdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh bu günə kimi hərəkətsizlik göstərərək onun müraciətinə cavab verməmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciəti ilə bağlı hərəkətsizliyi qanuna ziddir, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanuna əsasən mənzil onun adına özəlləşdirilməldir. Belə ki, qeyd edilən mənzil uzun müddətdir ki, onun istifadəsində və sahibliyindədir. Hal-hazırda, həmin mənzilə dair xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq oluna bilməz, yəni həmin mənzilə istifadə hüququ deyil, mülkiyyət hüququ qeydə alınmalıdır, ona görə ki, onun həmin mənzilə mülkiyyət hüququ yeni Mənzil Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır, belə ki, o, 1960-cı ildən həmin mənzildə qeydiyyatda olmaqla atası X8 verilmiş orderdə onun ailə üzvü kimi qeyd olunmaqla həmin vaxtdan həmin mənzildə yaşamağa başlamışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunun 8-ci maddəsinə əsasən vətəndaşların yaşadıqları mənzili özəlləşdirməsi üçün tələb olunan qanuni və hüquqi əsaslardan biri də mənzil kirayə müqaviləsi hesab olunur. Hal-hazırda da, həmin mənzilin kirayə müqaviləsi müvafiq sərəncama əsasən onun adına dəyişdirilmişdir. Ona görə də, hesab edir ki, hal-hazırda mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün köhnə Mənzil Məcəlləsinin müvafiq normaları və mənzil fondunun özəlləşdirilməsi haqqında 1993-cü il tarixli Qanunun müvafiq müddəaları tətbiq olunmalıdır.Həmçinin məlumat üçün bildirir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunun 8-ci maddəsinə 24 fevral 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən mənzilin özəlləşdirilməsinin əsaslarından biri də mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam hesab edilmişdir. Ona görə də, adı çəkilən Qanuna əsasən onun həmin mənzili atasının ailə üzvü kimi əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ vardır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələlə 20.10.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 2 saylı evin, 39 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 54 saylı sərəncamı, 10.09.2021-ci il tarixdə verilmişdir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********7 saylı, 10.11.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakmiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi dşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi il birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsini sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edidlməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli Fərmanına əsasən Məcəllənin 62.2-ci maddəsində nəzərdə tutulan orqan funksiyasını Nazirlər Kabineti həyata keçirməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Neft Sənayesi Nazirliyinin “Stalinneft” Neft Mədənləri İdarəsi tərəfindən verilmiş 1 aprel 1959-cu il tarixli, 0474 nömrəli orderdən görünür ki, Krasina küçəsi, ev 2, mənzil 39 ünvanında yerləşən mənzil X8 5 nəfər ailə tərkibi ilə (arvadı – 1919-cu il təvəllüdlü Ş.Uzdenova, qızı – 1950-ci il təvəllüdlü S.Uzdenova, oğlu – 1952-ci il təvəllüdlü İddiaçı, oğlu – 1954-cü il təvəllüdlü Ş.Uzdenov, bacısı – 1936-cı il təvəllüdlü Z.Qomzarova) verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş 54 nömrəli, 10.09.2021-ci il tarixli “Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 2 saylı evin 39 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 2 saylı evin, yaşayış sahəsi 48.92 kv.m olan 3 otaqlı, 39 saylı mənzilinin kirayəçisi X5 ölümü ilə əlaqədar 23.02.1971-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (əsas: ölüm haqqında şəhadətnamə İİ-ИЕ № 392303, 23.02.1971-ci il). Hal-hazırda göstərilən mənzildə 1960-cı ildən qeydiyyatda olan kirayəçinin oğlu İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu) yaşayır. İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, mənzilin əsas kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq, yaşayış sahəsinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mənzil qanunvericiliyinə əsaslanaraq, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 2 saylı evin, yaşayış sahəsi 48.92 kv.m olan 3 otaqlı 39 saylı mənzilin kirayə müqailəsi 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı adına yeni şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTBnin 149 saylı Mənzil-Kommunal İstismar sahəsinə tapşırılmışdır. İşdə olan sxemdən görünür ki, ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilin sxemi 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ödənilmişdir. İşdə olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 4425 nömrəl, 15.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Q.Abbasov küçəsindəki 2 nömrəli evin, 5 mərtəbəli evin 1-ci mərtəbəsində, 48.92 kv.m yaşayış sahəsi olan 3 otaqlı, 39 nömrəli mənzilində yaşayır. Mənzilin ümumi təsviri şəraitlidir. Bina Mənzil Kommunal Təsərrüfat Departamentinə məxsusdur. Sahibi (kirayəşini) İddiaçıdir. Onun ailəsi 5 nəfərdən ibarətdir. Onlardan daimi qeydiyyatda olanlar: xx.xx.1952-ci il təvəllüdlü İddiaçı özü (qeydiyyata alındığı tarix 16.06.1960-cı il), 06.01.1973-cü il təvəllüdlü həyat yoldaşı X1 (qeydiyyata alındığı tarix 13.05.1994-cü il), 29.05.1983-cü il təvəllüdlü oğlu X15 Mirzəyeviç (qeydiyyata alındığı tarix 17.06.1985-ci il), 14.03.1989-cu il təvəllüdlü qızı X11-Mirzəyevna (qeydiyyata alındığı tarix 14.03.1989-cu il), 14.01.2001-ci il təvəllüdlü X16 Mirzəyeviç (qeydiyyata alındığı tarix 14.01.2001). İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. Onun doğum yeri Bakı şəhəridir. İşdə olan ИЕ seriyalı, 748934 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuş, ata qrafasında X10, ana qrafasında X3 qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********683 nömrəli, 25 may 2021-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, Uzdenov Rauf Bala-Mirzəyeviç qeydiyyatı olduğu ünvan 2 ünvanındakı 2 saylı evin 39 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razıdır, heç bir etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********684 nömrəli, 25.05.2021-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, X1 qeydiyyatı olduğu ünvan 2 ünvanındakı 2 saylı evin 39 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razıdır, heç bir etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********1173 nömrəli, 26.05.2021-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, X11 Mirzəyevna qeydiyyatı olduğu ünvan 2 ünvanındakı 2 saylı evin 39 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razıdır, heç bir etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********716 nömrəli, 04.06.2021-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, X4 qeydiyyatı olduğu ünvan 2 ünvanındakı 2 saylı evin 39 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razıdır, heç bir etirazı yoxdur. İşdə olan ərizə və qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqana müraciətini təsdiq edən poçt qəbzini iş materiallarına əlavə etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəldikdə isə, iddia mahiyyəti etibarı ilə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, S.Qurban Abbasov küçəsi, 2 saylı evin 39 saylı mənzili Azərbaycan Neft Sənayesi Nazirliyinin “X9 İdarəsi” tərəfindən 01 aprel 1959-cu il tarixli 0474 nömrəli orderə əsasən iddiaçının atası X8 verilmişdir. Həmin orderdə iddiaçının atasının ailə üzvü kimi 5 nəfər göstərilmiş, o cümlədən orderdə iddiaçının da, adı və soyadı göstərilmişdir. İddiaçı qeyd olunan mənzildə 16.06.1960-cı il tarixdən qediyyatda olmuş, atası və digər ailə üzvüləri ilə birlikdə həmin mənzildə yaşamışdır. Hazırda iddiaçının ailə üzvləri xx.xx.1952-ci il təvəllüdlü İddiaçı özü (qeydiyyata alındığı tarix 16.06.1960-cı il), 06.01.1973-cü il təvəllüdlü həyat yoldaşı X1 (qeydiyyata alındığı tarix 13.05.1994-cü il), 29.05.1983-cü il təvəllüdlü oğlu X15 Mirzəyeviç (qeydiyyata alındığı tarix 17.06.1985-ci il), 14.03.1989-cu il təvəllüdlü qızı X11-Mirzəyevna (qeydiyyata alındığı tarix 14.03.1989-cu il), 14.01.2001-ci il təvəllüdlü X16 Mirzəyeviç (qeydiyyata alındığı tarix 14.01.2001) onunla birlikdə qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Mübahisəli mənzilin balansında olduğu Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 54 nömrəli, 10.09.2021-ci il tarixli sərəncamı ilə mənzilin kirayə müqaviləsi əvvəlki kirayəçi X5 ölümü ilə əlaqədar, həmin mənzildə 1960-ci il tarixdən qeydiyyatda olan oğlu İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu) adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Məhkəmə ilk öncə iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd olan order 01 aprel 1959-cu il tarixdə, 0474 nömrə ilə iddiaçının atasına 5 nəfər ailə tərkibi ilə verilmiş, iddiaçı həmin mənzilə 1960-cı il tarixdən qeydiyyata alınmış, hal-hazırda da, ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla, yaşayır. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 54 nömrəli, 10.09.2021-ci il tarixli sərəncamına əsasən mənzilin hazırda kirayəçisidir. Göründüyü kimi, iş materiallarına əsasən həmin mənzilin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq Azərbaycan Neft Sənayesi Nazirliyinin “Stalinneft” Neft Mədənləri İdarəsinin 1959-cu il tarixli orderi əsasında verilmiş yaşayış sahəsi olduğu müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi iddiaçının mübahisəli mənzilə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənədi, 01 oktyabr 2009-cu il tarixədək verilmiş orderi mövcuddur. Bu səbəbdən də, onun mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı evin 39 saylı 3 otaqlı, yaşayış sahəsi 48.92 kv.m olan mənzilinin İddiaçı adına (mülkiyyət hüquqü üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11787/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11787/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver