Məhkəmə qərarları › İş №2-1(112)-11803/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11803/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11803/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı və qeyriləri cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə icraat ayrılmışdır ki, hazırda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə işə baxılır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasportun verilməsi cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbinin İddiaçı aid olan hissəsi onunla əlaqədardır ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cizgisinə əsasən inşa edilmiş qeyri-yaşayış sahələrinin mülkiyyətçisi "xxxx" MMC olmuşdur. İddiaçı əmlakın özəlləşdirilməsi barədə müraciət etmiş, müraciətə cavab verilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi istismara icazə sənədində nəzərdə tutulmamışdır, sahə binaya bitişik 2 mərtəbə və zirzəmidən ibarətdir. Hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, sahənin bir hissəsi X3 adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamından görünür ki, ünvan 2 ünvanda yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin bir hissəsi eyni məqsədlə əlaqədar "xxxx" MMC icarə əsasında istifadəyə ayrılmışdır. İcarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin tikinti ilə əlaqədar "xxxx" MMC-yə ayrılmasına dair tərəflər arasında müqavilə bağlanılmışdır. Cavabdehin 22 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, qeyri-yaşayış sahəsinin sökülməsi nəzərə alınaraq X3 ərizəsi əsasında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dövlət reyestrində xitam verilmişdir. Cavabdehin 17 iyul 2025-ci il tarixli məktubundan görünür ki, adıçəkilən binada birneçə əmlaklara dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən X2 əmlak söküntü işlərinin aparılması ilə əlaqədar alınmışdır. Cavabdehin 18 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, 30 dekabr 2019cuil tarixli tikinti obyektinin sahibi istismara icazə sənədində tikinti obyektinin sahibi "xxxx" MMC kimi qeyd edilmişdir. Müqavilə və maliyyə arayışlarından görünür ki, Bakı ş, Nərimanov r, Y.V.Çəmənzəminli 16 küçəsi, 933-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə verilmişdir, həmin şəxs tərəfindən buna dair ödəniş edilmişdir. Tikinti obyektinin 19 mart 2025-ci il imzalanma tarixli sənədindən görünür ki, yaşayış binası istismara qəbul edilmişdir. Sifarişçi "xxxx" MMC-dir. 01 aprel 2022-ci il tarixli obyektin tikintisinə icazə sənədindən görünür ki, istismara icazə verilən sahənin tikintisinə icazə verilmişdir. Tikinti ərazisi barədə məlumat hissə 0,40 ha göstərilmiş, icarəçi "xxxx" MMC qeyd edilmişdir. Sifarişçi də həmin MMC-dir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələblərindən də göründüyü kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş sənədlər sadalanmaqdadır ki, məhkəmə hesab edir ki, iddiaçı da buna dair müqavilə və maliyyə arayışları təqdim etmiş, lakin cavabdeh tərəfindən həmin hal əsassız olaraq nəzərə alınmamışdır. Qeyd olunur ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübut edilməlidir ki, cavabdehin imtina dəlilləri üzrə qeyd edir edilir ki, qeyri-yaşayış sahəsi istismara icazə sənədində nəzərdə tutulmamışdır, sahə binaya bitişik 2 mərtəbə və zirzəmidən ibarətdir. Hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, sahənin bir hissəsi X3 adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Lakin, cavabdeh tərəfindən buna dair hər hansı sübut təqdim edilməmiş, istinad edilən hallar, eyni zamanda işin faktiki halları ilə zidiyyətli olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qeyri-yaşayış sahəsinin 30 dekabr 2019-cuil tarixli tikinti obyektinin sahibi istismara icazə sənədində olmamasına istinad etsə də, nəzərə alınmamışdır ki, "xxxx" MMC-nin sifarişi əsasında tikintiyə icazə verilmiş, sonradan 2015-ci il tarixdə tikintiyə istismara icazə sənədi alınmışdır. İş materiallarından da göründüyü kimi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icarəyə verilərkən 2019-cu il tarixdə istismara qəbul aktında adıçəkilən Azinteroil” MMC-yə tikinti ilə ayrılmış sahədən bir hissə "xxxx" MMC-yə verilmiş, həmin MMC tərəfindən tikintiyə dair sənədləşmə materialı da məhkəməyə təqdim edilmişdir ki, iddiaçı da məhz həmin MMC-dən əldə etdiyi müqavilə və maliyyə arayışları əsasında cavabdehə müraciət edərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmişdir. Lakin, məhkəmə hesab edir ki, həmin ziddiyyətli hal mövcud olmasa belə, iddiaçı mövcud hüquqmüəyyənedici sənədə əsasən hər bir halda mülkiyyət hüququnun realizəsi hüququna malik olmuşdur. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Ali Məhkəmənin 2-1(102)-1842/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi ddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında və 2-1(102)-472/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1842/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında çoxmənzilli və istismarı mövcud olmayan yaşayış binasında digər yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsaslanmaqla qeyd edilmişdir ki, “Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.” Məhkəmə hesab edir ki, istismara qəbul olunmayan binalarda yaşayış və qeyriyaşayış sahələrinə müqavilə, maliyyə arayışı və protokoldan çıxarış kimi sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair konstitision hüququn realizəsinə dair formalaşmış məhkəmə təcrübəsi mövcud olduğu bir halda, iddiaçıya münasibətdə yuxarıda göstərilən işin faktiki halları, müraciətin təmini daha da ciddi əsas yaradır. Belə ki, istismara qəbul aktı olmasa belə, həmin hüquq bərabər rəftar baxımından təmin edilməlidir ki, iddiaçının müraciət etdiyi əmlakın yerləşdiyi bina hər bir halda istimara qəbul aktı olan bina olduğundan, həmin şəxslərin hüququnun "xxxx" MMC və ya "xxxx" MMC tərəfindən verilməsindən asılı olmayaraq oxşar müqavilə və maliyyə arayışları əsasında qeydə alındığı bir halda iddiaçının hüququnun qeydiyyatından təkcə, istismara qəbul aktında əmlakın olmamasına istinadla imtina məhkəmə hesab edir ki, qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, hər hansı tikilinin binanın istismara icazə sənədində yerləşibyerləşmədiyinin müəyyən edilməsi iddiaçının təqsir sferasından uzaqdır. Nəzərə alınmalıdır ki, iddiaçı qeyri-yaşayış sahəsi əldə edərkən, mövcud sərəncam əsasında tikinti işləri aparılmasına icazəsi olan və tikmiş olduğu tikintisi istismara qəbul edilən tikilinin bir hissəsindən qeyri-yaşayış sahəsini əldə etmişdir ki, həmin sahənin istismara qəbul aktında olmaması cavabdeh tərəfindən yuxarıda göstərildiyi kimi hazırda sübut edilməsə belə, hər bir halda hüququn qeydiyyatından imtinaya əsas ola bilməz. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın təmini üçün faktiki şərtlər istismara qəbulu olmayan binada mülkiyyət hüquqları bir-neçə şəxsin adına qeydiyyata alınmış şəxslərə münasibətdə mülkiyyət hüququnun realizəsini tələb edən şəxslərin iddianın təmini iddia edərkən istinad edilən faktiki şərtlərdən iddianın təmininə yönəlmə baxımından daha ciddi əsaslar yaradır. Belə ki, bina istismara qəbul edilib, iddia olunan tikilidə onun tərkib hissəsidir ki, istismara qəbul edilmə barədə layihə sənədlərində onun mövcud olmaması hər bir halda iddianın rəddinə əsas vermir. Digər tərəfdən isə, istismara icazə sənədləri ilə ziddiyyətli iddiaçının xeyrinə halların araşdırılmadığı da müəyyən edilməkdədir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, 2019-cu il tarixli istismara icazə sənədinə istinad hər bir halda iddianın təmininə maneə olmamalıdır. Digər tərəfdən, cavabdeh sahənin bir hissəsi X3 adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsinə istinad edərək, müraciətin təminindən imtina etmiş, lakin təqdim edilən 22 sentyabr 2025-ci il tarixli məktubda qeyd edilənlər, eləcə də həmin şəxslə MMC arasında bağlanılmış müqavilənin olması, həmin dəlilin hüquqi əhəmiyyətini aradan qadırmaqla bərabər, iddiaçının müraciətinin təmini üçün yeni əsas da yaratmışdır. Belə ki, göstərilən üst-üstə düşmə X1 və sonradan iddiaçının da əmlakının olduğu "xxxx" MMC və "xxxx" MMC-nin həmin ərazidə bina və aidiyyəti digər tikililərin yerləşdiyi ərazi ilə əlaqədardır ki, işin faktiki hallarından da görünür ki, iddiaçıya verilmiş əmlak "xxxx" MMC tərəfindən X2 alınmış, tikililərin inşası üçün nəzərdə tutulmuş ərazidir ki, cavabdeh həmin qeydə xitam verilməni məhz əmlakın sökülməsinə əsasən vermişdir. İndiki halda, vəziyyət belədir ki, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlak sökülür və onun yerində yeni tikili inşa edilir və həmin tikilinin "xxxx" MMC-nin inşa etdiyi sahədən kənar olmasına istinad edilir ki, məhkəmə hesab edir ki, əvvəlki tikili ilə hazırda iddia edilən sahənin üst-üstə düşməsi cavabdehin imtina dəlillərini təkzib etməkdədir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Qeyd olunmalıdır ki, 8-ci maddədə nəzərdə tutulan sənədlər bir-birindən müstəqil şəkildə ayrı-ayrı bəndlər üzrədir. İstismara icazə sənədinin tələb edildiyi bənd üzrə təqdim edilməli sənədlərlə, çoxmənzilii binaların sahəsi daxilində yerləşən mənzil və qeyri-yaşayış sahələrinə dair təqdim edilməli sənədlər siyahısı hər bir halda fərqlidir ki, müqavilə və maliyyə arayışı müraciətin təmini üçün kifayət edir. İstismara qəbul aktı olmasa belə, binalarda çıxarışların verilməsi, qonşuluqda yerləşən sahəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı halda iddiaçıya imtina işin faktiki halları ilə uyğunluq təşkl etmir. Digər tərəfdən isə sahənin istismara qəbul aktında olmamasına münasibətdə iddiaçıının xeyrinə hallar da mövcuddur ki, məhkəmə hər bir halda istismaa qəbul aktı olmasa belə, müraciətin təmininə həmin halın maneə olmamasına istinad etdiyindən, digər hissədə əlavə araşdırmanın aparılmasına zərurət müəyyən etmir və qeyd edir ki, iddiaçının xeyrinə araşdırılmalı cavabdeh tərəfindən araşdırılmalı olan hal nə qədər ki, inzibati icraat zamanı araşdırılmamışdır, məhkəmə hesab edir ki, həmin hal iddiaçının xeyrinə müəyyən edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq (faktiki ölçülərdə) mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar