Məhkəmə qərarları › İş №2-1(112)-11811/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11811/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11811/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının vəzifə və rütbəyə görə maaş və xidməti illərə görə əlavələr nəzərə alınmaqla hesablanıb indeksləşdirmə aparılmaqla ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Strateji X4 Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Strateji X4 Agentliyində zabit heyətində həqiqi hərbi xidmətdə olduğu 1991-2021-ci təqvim illəri üzrə istifadə etmədiyi növbəti məzuniyyətlərə görə ona çatacaq pul kompensasiyasının məbləğinin vəzifə maaşı, rütbəyə görə maaşı və xidmət illərinə görə əlavələr nəzərə alınmaqla hesablanıb, indeksləşdirilmə aparılmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-2021-ci illərdə Azərbaycan Respublikasının xüsusi dövlət mühafizə orqanlarında zabit heyətində həqiqi hərbi xidmət etmiş və polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətə 1991-ci ildə başladığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında Ali dövlət hakimiyyət və idarəetmə orqanlarının mühafizəsi şöbəsinin adı, fəaliyyət sahəsi və tabelik qaydaları yaradılandan indiyədək dəfələrlə dəyişdirilmişdir. Sonuncu fərmalar ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş, onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi yaradılmışdır. İddiaçı müvafiq əmrlə Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b" bəndinə müvafiq olaraq (yaşa görə) Şəxsi Mühafizə İdarəsinin Xarici İşlər nazirinin şəxsi mühafizə şöbəsinin böyük mühafizə zabiti VMİE polkovnik-leytenant kimi xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi qeydiyyata alınmaqla, Bakı Şəhəri Sabunçu Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə göndərilmişdir. Həmin dövlət orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılanda 1991- 2021-ci təqvim illəri üzrə ona istifadə etmədiyi hər ilin növbəti məzuniyyətinə görə pul kompensasiyası hesablanıb ödənilməmişdir. O, hazırkı tələblə müraciət etmiş, bununla bağlı vəsaitin ayrılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edildiyi bildirilmişdir. İddiaçı bundan sonra Nazirliyə müraciət etmiş, sonucu isə Xidmət tərəfindən müvafiq sənədlər təqdim edilməli olduğu bildirilmişdir. O, yenidən işlədiyi quruma xx.xx.2023-cü il tarixdə müraciət etsə də, nəticə əldə edə bilməmişdir. İddiaçı birinci dəfə Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırmış, məhkəmənin müvafiq qərardadı ilə iddia düzgün olmayan cavabdehə qarşı qaldırıldığı əsası ilə iddiası mümkünsüz sayılmış və yuxarı instansiya məhkəməsi tərəfindən də həmin qərardad qüvvədə qalmışdır. İddiaçı ikinci dəfə Azərbaycan Respublikasının Strateji X1rşı iddia qaldırmış və məhkəmənin müvafiq qərardadı ilə inzibati orqana müraciətinin olmaması əsası ilə iddiası ilə iddiası mümkünsüz sayılmış və yuxarı instansiya məhkəməsi tərəfindən də həmin qərardad qüvvədə qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, iddianın mümkünsüz hesab edilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Strateji X4 Agentliyində zabit heyətində həqiqi hərbi xidmətdə olduğu 1991-2021-ci təqvim illəri üzrə istifadə etmədiyi növbəti məzuniyyətlərə görə ona çatacaq pul kompensasiyasının məbləğinin vəzifə maaşı, rütbəyə görə maaşı və xidmət illərinə görə əlavələr nəzərə alınmaqla hesablanıb, indeksləşdirilmə aparılmaqla ödənilməsini tələb edir. Yəni, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2023-cü il tarixli Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, keçmiş xüsusi dövlət mühafizə orqanlarında xidmət etmiş hərbi qulluqçuların, habelə həmin orqanlarda işləmiş mülki işçilərin bu orqanlarda xidməti (əmək fəaliyyəti) dövründə yaranan sosial təminat və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər üzrə hüquqi varis qismində onların şəxsi işlərinin saxlanıldığı aşağıdakı dövlət orqanları çıxış edir: Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti; Azərbaycan Respublikasının Strateji X4 Agentliyi. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının şəxsi işi hazırda Azərbaycan Respublikasının Strateji X4 Agentliyində saxlanılır. Belə olan halda hazırkı iş üzrə cavabdeh düzgün seçilmişdir. Eyni zamanda verilmiş məhkəmə sorğusuna əsasən cavabdehinxx.xx.2025-ci il tarixli məkubu ilə iddiaçının xidmət etdiyi dövr üzrə növbəti əmək məzuniyyətlərinə buraxılaraq istifadə etmədiyi məzuniyyət günləri barədə məlumat cədvəl şəklində məhkəməyə göndərilmişdir. Həmin cədvəllə müəyyən edilir ki, iddiaçı 1993-cü ildən 2007-ci ilə qədər hər il 15 olmaqla, ümumilikdə 225 gün növbəti əmək məzuniyyətindən istifadə etməmişdir. İPM-in 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qeyd edilməlidir ki, İPM xx.xx.2011-ci ildən qüvvəyə mindikdən sonra həmin Məcəlləyə əsasən inzibati orqanların qərar, hərəkət və hərəkəsizliklərindən verilən iddiaların baxılması üçün xüsusi məhkəmə icraatı qaydası (inzibati münasibətlərdən irəli gələn mübahisələrə dair məhkəmə icraatı) müəyyən edilmiş, inzibati mübahisələrə inzibati məhkəmələr tərəfindən ayrıca icraat qaydasıda baxılmağa başlanmışdır. Həmin vaxta qədər isə inzibati orqanların qərar, hərəkət və hərəkətsizliklərindən irəli gələn iddialara Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəalarına əsasən mülki məhkəmə icraatı qaydasında baxılırdı. İPM-də inzibati orqanların qərar, hərəkət və hərəkəsizliklərindən verilən iddialarla bağlı spesifik qaydalar müəyyən edilmişdir. Öhdəliyin icrası qaydasında iddialarda bu müddət iddiaçının inzibati orqana müraciəti və alınmış imtina ilə əlaqələndirilmişdir. İPM-in qəbuluna qədər qüvvədə olmuş MPM-in müddəalarına əsasən isə həmin müddət şəxsin öz hüquqlarının pozulma anı (şəxsin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu an) ilə bağlı idi. Belə ki, MPM-in həmin vaxta qədər qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı 1993-cü ildən 2007-ci ilə qədər, yəni İPM-in qüvvəyə mindiyi vaxta qədər hər il 15 gün növbəti əmək məzuniyyətlərindən istifadə etməmişdir. İddiaçı iddia ərizəsində ümumi şəkildə 1991-2021-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya tələb etsə də, məhkəmə araşdırması zamanı onun məhz həmin dövrlər üzrə əmək məzuniyyələrindən tam istifadə etmədiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçının hazırkı tələbinə MPM-in həmin dövrdə qüvvədə olmuş 298-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (bax 2-1(102)-1216/2024 saylı qərar). Göründüyü kimi iddiaçının hüquqlarının pozulmasının son anı 2007-ci ildə bitmişdir. Bu səbəbdən o hüquqlarının pozulmasını bildiyi (iddiaçı növbəti əmək məzuniyyətindən istifadə etdmədiyi vaxt ona kompensasiya ödənilməli olduğunu bilirdi) andan 1 ay müddətində məhkəməyə müraciət edə bilərdi. Odur ki, məhkəmə hesab edir ki, hazırkı inzibati iş üzrə iddiaçı iddia müddətini ötürdüyündən, onun iddiası mümkün sayıla bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının vəzifə və rütbəyə görə maaş və xidməti illərə görə əlavələr nəzərə alınmaqla hesablanıb indeksləşdirmə aparılmaqla ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar