Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1182/2023 17.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçıların qanuni nümayəndəsi İddiaçı (Füzuli rayonunda qeydiyyatdadır) iştirakı ilə, iddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2004-cü il təvəllüdlü Qanuni nümayəndə1 və xx.xx.2005-cı il təvəllüdlü Qanuni nümayəndə2 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddiaçılara “məcburi köçkün” statusunu təsdiq edən vəsiqələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü Qanuni nümayəndə1, xx.xx.2005-ci il təvəllüdlü Qanuni nümayəndə2 məcburi köçkün statusuna malikdirlər və onların atası Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, Dəmiryol Uşaq xəstəxanasında məskunlaşsa da, uşaqların təhsili ilə əlaqədar ünvan 1 ünvanında yaşayırlar. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügedən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Qaçqınların və X4 üzrə Dövlət Komitəsi 01/2424 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə onlara imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)" “məcburi köçkün statusu" və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydadalar"ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası “məcburi köçkün" statusuna malik olan və hər iki yalideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıların atası İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli 082484 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə onun Füzuli rayonundan məcburi köçkün düşmə faktını təsdiqləyir, həmçinin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Xəzər Rayon üzrə sektoru tərəfindən verilmiş 85/9 saylı, xx.xx.2022-ci il tarixli ayarışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusuna malikdir və Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, Dəmiryol Uşaq xəstəxanasında məskunlaşsa da, uşaqıarın təhsili ilə əlaqədar ünvan 2 ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan tez-tələsik qərar vermiş və haqsız olaraq imtina vermişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı və onun həyat yoldaşı X2 “övladları xx.xx.2004-cü il təvəllüdlü Qanuni nümayəndə1 və xx.xx.2005-ci il təvəllüdlü Qanuni nümayəndə2 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş eyni məzmunlu müraciətləri Komitənin 01/1650 nömrəli xx.xx.2022-ci il tarixli və 01/2424 nömrəli xx.xx.2022-ci il tarixli məktubları ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. X2 qeydiyyatı ünvan 3 ünvanında olduğundan müraciətin müsbət həlli Komitənin imkanı xaricindədir. xx.xx.2004-cü il təvəllüdlü Qanuni nümayəndə1 və xx.xx.2005-ci il təvəllüdlü Qanuni nümayəndə2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 4i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 anası X3 ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. X3 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Sabunçu rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar tərəfindən cavabdehə müraciət edilmiş və imtina cavabı alınmışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiаçıların nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçılar tərəfindən iddia tələbinin əsaslarını təsdiq edən sübut qismində məhkəməyə iddiaçıların malik olduğu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri, AZ-İ 649759 nömrəli və AZ-İ 478752 nömrəli doğum haqqında şəhadətnamələri, cavabdehin xx.xx.2022-ci il tarixli 01/2424 saylı imtina məktubu, Füzuli rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 01/441 saylı məktubu, İddiaçı uçot kartoçkası, AA 08248 saylı məcburi köçkün vəsiqəsi, şəxsiyyət vəsiqəsi, hərbi bileti, doğum haqqında şəhadətnaməsi, X2 şəxsiyyət vəsiqəsi, AZ-İ 059922 nömrəli nikah haqqında şəhadətnaməsi, cavabdeh orqanın Bakı şəhəri Xəzər rayon üzrə sektorunun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli arayışlarının surətləri təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları: iddiaçıların müraciəti və müraciətə cavab məktubunun surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2022-ci il tarixdə 01/485 saylı məktubu ilə bildirmişdir ki, Vəliyev X1 məcburi köçkündür. İddiaçı və övladları xx.xx.2004-cü il təvəllüdlü qızı Qanuni nümayəndə1, xx.xx.2005-ci il təvəllüdlü oğlu Qanuni nümayəndə2 məcburi köçkün kimi vahid aylıq müavinət alırlar. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçıların atası Horadiz kəndindən məcburi köçkün düşmüşdür, iddiaçı Qanuni nümayəndə1 xx.xx.2004cü il tarixində, iddiaçı Qanuni nümayəndə2 isə xx.xx.2005-ci il tarixində anadan olmuş, onların doğum haqqında qeydiyyatını Füzuli rayon qeydiyyat şöbəsi aparmışdır. İddiaçıların atası İddiaçı məcburi köçkün statusuna malikdir, o, qızına və oğluna məcburi köçkün statusunun verilməsi barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan onun müraciətinin icrasından imtina etmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçıları aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən, müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs qaçqın və ya məcburi köçkün statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verir. Üzürlü səbəb olduqda (bədbəxt hadisə baş verməsi, xəstələnmə, nəqliyyat vasitəsinin olmaması və başqa hallar) bu müddət həmin orqanın qərarı ilə artırıla bilər. Qaçqın statusu beş il müddətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə görə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, qaçqınlar və məcburi köçkünlər öz hüquqlarının müdafiəsi üçün əlaqədar təşkilatlara, habelə məhkəməyə müraciət edə bilərlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşin faktiki hallarına əsasən, iddiaçıların atası yaşayış yeri üzrə ünvan 4ində qeydiyyatdadır, xx.xx.2004-cü ildə “Məcburi köçkün” vəsiqəsini almışdır. Lakin 2004-cü il təvəllüdlü Qanuni nümayəndə1 və 2005-cı il təvəllüdlü Qanuni nümayəndə2 (cavabdehə və məhkəməyə müraciət etdikləri vaxtı on səkkiz yaşına çatmamışlar) atasının qeydiyyatda olan ünvan üzrə qeydiyyata alınmaqla “Məcburi köçkün” statusunun verilməsindən imtina edilmişdir. Halbuki, yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq iddiaçıların da “Məcburi köçkün” statusunu almaq hüququ vardır. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Həmin Qaydaların 4.2-ci bəndində göstərilmişdir: “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.” İşin həqiqi hallarından göründüyü kimi, iddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 münasibətdə sözügedən Qaydaların 4.2-ci maddəsində sadalanan “Məcburi köçkün” statusunun verilməsini istisna edən halların heç biri mövcud deyil. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin hazırda qüvvədə olan redaksiyasında uşaqlara “məcburi köşkün” statusunun verilməsi üçün iki şərt nəzərdə tutulur: atanın məcburi köçkün olması və hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər)olması. İşin hallarından göründüyü kimi, iddiaçının atası Füzuli rayonundan məcburi köçkün düşmüş və ona 2004-cü ildə məcburi köçkün statusu verilmişdir; anasının isə məcburi köçkün statusu və işğal olunmuş rayonlarda qeydiyyatı yoxdur. Qaydalara “hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işgal olunmuş rayon (şəhər) olması ilə bağlı edilmiş dəyişiklik xx.xx.2013-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Bu dəyişikliyə qədər Qaydalarda belə bir tələb nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən Qaydaların 4.1.6-ci bəndinin müddəaları hüquqi vəziyyəti ağırlaşdıran norma kimi dəyişikliyə qədər məcburi köçkün statusu əldə etmiş valideynlərin uşaqlarına münasibətdə tətbiq edilməməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1887/2021, 2-1(102)-942/2022 saylı qərarlarından görünür ki, valideynlərindən yalnız birinin məcburi köçkün statusu olduğu və işgal olunmuş rayonda qeydiyyatı olduğu halda uşaqlara məcburi köçkün statusunun verilməsi barədə iddialar əsaslı hesab edilmişdir. Analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alıraq məhkəmə hesab edir ki, övladların yaşayış və qeydiyyat ünvanının valideynlərlə eyni olmalı olduğu və işğaldan azad edilmiş torpaqlara məcburi köçkün olan valideynləri ilə birgə köçürülmə ehtimalı olduğundan valideynlərindən ən azı biri “məcburi köçkün” statusuna malik olan uşaqlara bu statusun verilməsindən imtina oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 2.0.3.-ci maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəliyi icra etməmiş, məsələ ilə bağlı bütün halları tam araşdırmadan, iddiaçıların xeyrinə olan halları nəzərə almadan məsələnin müsbət həllindən əsassız imtina vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqələrin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1182/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1182/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver