Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11823/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********021200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********021200 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cari ilin aprel və may aylarında cəmiyyətin vergi ödəyicilərinin elektron kabinetinə **********880500 nömrəli, xx.xx.2023-cü il tarixli, **********131900 nömrəli, xx.xx.2023-cü il tarixli və **********317500 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıqlar daxil olmuşdur. Həmin xəbərdarlıqlara əsasən cəmiyyətin əməkdaşlıq etdiyi vergi ödəyiciləri X7, "xxxx" MMC və X6 müvafiq olaraq riskli vergi ödəyicisi olduqları barədə qərarlar qəbul edildiyi və həmin şəxslərlə cəmiyyət arasında əvvəlki tarixlərdə mövcud olmuş elektron qaimə-fakturaların əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğu və buna görə də onlarla olan əməliyyatların verginin əvəzləşdirilməsinə əsas olmadığı qeyd edilmişdir. Cəmiyyət tərəfindən həmin xəbərdarlıqlara cavab verilərək, həmin şəxslərlə olan müqavilələrə xitam verildiyi və keçmiş əməliyyatlara görə Cəmiyyət üzərinə əlavə maliyyət yükünün qoyulmasının qanunvercilikdə nəzərdə tutmadığı qeyd edilsə də, cavabdeh cəmiyyət barəsində əsassız olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri həmin Məcəllənin 14-cü, 14-1 -ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Sözügedən normanın məzmunundan görünür ki, vergi orqanı əgər əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsini əsas gətirərək vergi ödəyicisinin hər hansı gəlirdən çıxılan xərc sənədlərini qəbul etmirsə, belə olan təqdirdə həmin əməliyyat çərçivəsində əldə edilmiş malların dəyərini bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxmalıdır. Halbuki, cavabdeh vergi orqanı hətta qeyd edilən normanı düzgün tətbiq etməmiş, ümumilikdə əmtəəsiz (riskli) hesab etdiyi əməliyyatların bütün dəyərini iddiaçının gəlirdən çıxılan xərclər hissəsində nəzərə almamış və nəticə etibarı ilə həmin nəzərə almadığı əməliyyat həcminə 20% mənfəət vergisi tətbiq etməklə əlavə vergilər hesablamışdır. Eyni zamanda, vahid məhkəmə təcrübəsinin formalaşması ilə bağlı mahiyyəti eyni olan məhkəmə işi üzrə yekunlaşmış Ali Məhkəmənin 2-1(102)-1058/2022 nömrəli 12 may 2023- cü il tarixli (hakim - Zakir Quliyev) və 2-l(102)-1234/2023 nömrəli 2 avqust 2023-cü il tarixli Qərarları (hakim - Rahib Nəbizadə) mövcuddur. Həmin Qərarlarda da Ali Məhkəmə bir daha öz hüquqi mövqeyini bəyan edərək əməliyyat baş verdikdən sonra riskli vergi ödəyicisi hesab edilən müəssisəyə görə iddiaçının apardığı əməliyyatlar nəticəsində ƏDV əvəzləşməsinin ləğv edilməsinin qanunsuz olmasını göstərmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı 2022-ci il ərzində "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 795,00 manat, X1 (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 4 210,00 manat və X3 (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 4 135,00 manat mallar alınması müəyyən edilmişdir. Qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı səbəbindən kənarlaşma yaranmışdır. Qeyd edilənlər ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli **********228200 nömrəli “2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisinin xx.xx.2023-cü il tarixli 828/23 nömrəli cavab məktubunda "xxxx" MMC, X7 və X8 arasında bağlanılmış müqavilələrin və kommersiya münasibətlərinin real olduğu, məhsul alışının, iş və xidmətlər qarşısında ödənişlərin həyata keçirildiyi qeyd edilmiş, eyni zamanda, o da bildirilmişdir ki, yuxarıda qeyd edilən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsinə dair vergi orqanının xəbərdarlıq məktubundan sonra tərəflər arasında bağlanılmış müqavilələrə xitam verildiyi bildirilmişdir. Aparılmış araşdırma zamanı "xxxx" MMC-nin (VÖEN **********), X4 və X6 Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********892300 nömrəli, xx.xx.2023-cü il tarixli **********394400 nömrəli və xx.xx.2023-cü il tarixli **********087900 nömrəli qərarlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satılmış mallar da daxil olmaqla, aparılmış əməliyyatlara görə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 1 828,00 manat əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********021200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. İddiaçı iddia tələbinin əsası kimi alqı-satqı və xidmət göstərilməsi qanunvericiliyə uyğun olaraq (malların (işlərin, xidmətlərin) alışını təsdiq edilmiş alqı-satqı müqavilələri, elektron qaimələr əsasında alındığı) rəsmləşdirdiyini, eyni zamanda, yuxarıda qeyd edilən əməliyyat aparan zaman Dövlət Vergi Xidmətinin e-taxes.gov.az rəsmi internet saytında satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığı, yəni, əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əsaslandırmışdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayılır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən (01 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyaya əsasən) riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə aparılan əməliyyatlar riskli əməliyyat hesab olunur. İddia ərizəsinin “əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi haqqında” qeyd edilənlərlə əlaqədar olaraq bildirilir ki, həmin vergi ödəyicilərin əmtəəsiz əməliyyat apararaq, riskli vergi ödəyicisi hesab edilməsinə dair müvafiq qərar qəbul edənədək belə fəaliyyətlə məşğul olmuşdur. Belə ki, hər üç vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqda qərarlar mübahisələnirilməmiş və bu günə qədər hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
İş materiallarına əlavə edilmiş: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2023-cü il tarixli **********021200 nömrəli qərarına əsasən, "xxxx"Sığorta Şirkəti” ASC-yə 2022-ci ilin mənfəət vergisi üzrə 1828,00 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, **********880500 nömrəli xəbərdarlığa görə, X7(**********) xx.xx.2023-cü il tarixli **********394400 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, şirkətin həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2022-ci il tarixli,EBCM seriyalı 044634 nömrəli, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 040836 nömrəli, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 621609 nömrəli, xx.xx.2022-ci il tarixli EBBX seriyalı 428740 nömrəli, xx.xx.2022-ci il tarixli EBBVV seriyalı 365653 nömrəli, xx.xx.2022-ci il tarixli EBBV seriyalı 208645 nömrəli) elektron qaimə-faktura əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11. maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsi üçün əsas vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, **********131900 nömrəli xəbərdarlığa görə, "xxxx" MMC(**********) xx.xx.2023-cü il tarixli **********892300 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, şirkətin həmin vergi ödəyicisindən əldə etdiyi ( xx.xx.2022-ci il tarixli EBCE seriyalı 424117 nömrəli) elektron qaimə-faktura əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11. maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsi üçün əsas vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, **********317500 nömrəli xəbərdarlığa görə, X8 (**********) xx.xx.2023-cü il tarixli **********087900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, şirkətin həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023-cü il tarixli EBDB seriyalı 879193 nömrəli, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 468087 nömrəli, xx.xx.2022 tarixli EBCJ seriyalı 661975 nömrəli)elektron qaimə-faktura əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11. maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsi üçün əsas vermədiyi bildirilmişdir.
“Xidmətlərin göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə xitam verilməsi barədə 02 may 2023-cü il tarixli razılaşmaya əsasən, İcraçı X7 ilə Sifarişçi "xxxx" ASC arasında bağlanılmış müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. “xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqaviləyə xitam verilməsi barədə “xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, "xxxx"xxxx"xxxx" ASC arasında bağlanılmış 04 .03.2022-ci il tarixli müqavilə bu razılaşma hər iki tərəfdən imzalandığı tarixdən xitam verilir. “Z-0015-09/21 saylı, 15 sentyabr 2021-ci il tarixli Xidməti Müqviləyə xitam verilməsi barədə 18 may 2023-cü il tarixli razılaşmaya əsasən, İcraçı X8 ilə Sifarişçi "xxxx" ASC arasında bağlanılmış müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına iddiaçı tərəfindən- yuxarıda qeyd edilmiş elektron qaimələr, “Xidmət göstərilməsi haqqında” xx.xx.2021-ci il tarixli, Z-0015-09/21 saylı, 15 sentyabr 2021-ci il tarixli müqavilələr; cavabdeh tərəfindən- X7, "xxxx" MMC, X8 barədə “ Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə “ qərarlar, iddiaçı "xxxx" MMC-nin cavabdeh DVX-nin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə Ali Məhkəmənin 2-1(102)- 1212/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı əlavə edilmişdir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının 2022-ci ili üçün mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar "xxxx" MMC-dən ümumi dəyəri 795 manat, X2 ümumi dəyəri 4210 manat və X3 ümumi dəyəri 4135 manat məbləğində mal alınmış, qeyd edilən vergi ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çişidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır. İddiaçı cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********021200 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarını mübahisələndirir. İddiaçıya 2022-ci il üzrə mənfəət vergisi üzrə əlavə hesablanmanın əsası - iddiaçının bəyannamə üzrə digər vergi ödəyiciləri ilə iddiaçı arasında aparılan əməliyyatların cavabdeh orqan tərəfindən riskli hesab edilməsi nəticəsində, həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin nəzərə alınmamasıdır. İddiaçı sözügedən xərclərin nəzərə alınmamasını,və bunun nəticəsi olaraq əlavə mənfəət vergisinin hesablanmasını əsassız və qanunsuz hesab edir. İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
7. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
8. Azərbaycan Respublikası Vergi Məcəlləsinin - 15.1.8-cimaddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. -103.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1. –ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 108.1. –ci maddəsinə əsasən,bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -109.9. –ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır - 13-cü (Bu Məcəllədə istifadə edilən əsas anlayışlar) maddəsinin 13.2.82. bəndinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın -1.1. –ci bəndinə əsasən, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3.-ci bəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4.-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
10. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 10 . Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Hazırkı iş üzrə cavabdehin riskli saydığı əməliyyatlar iddiaçının "xxxx" MMC (VÖEN **********) və X7 (VÖEN **********)X8 (**********) ilə 2022-ci il ərzində apardığı əməliyyatlar olması cavabdeh tərəfindən təkzib edilməmiş, bu əməliyyatlardan başqa mübahisələndirilən dövrdə riskli əməliyyatların mövcud olması cavabdeh tərəfindən iddia edilməmişdir. İş materillarından müəyyən olunur ki, iddiaçının həmin vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatları onların riskli vergi ödəyiciləri hesab olunması barədə qərarlar qəbul edilənədək, bu haqda xəbərdarlıq xarakterli bildirişlər İnternet Vergi İdarəsinin portalında əks olunanadək aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 109.9-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları – xərc sənədləri qismində nəzərə almaqda haqlı olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
- 53.3.-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 24.1. –ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2.-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3.-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.-ci maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5.-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz - 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
Məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarların mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
14. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********021200 nömrəli qərar ləğv edilməlidir.
15. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. "xxxx" ASC barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********021200 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova