Məhkəmə qərarları › İş №2-1(112)-11825/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11825/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11825/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Abdul oğlunun cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “verginin geri qaytarılması üçün müvafiq sorğunun göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Abdul oğlu cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Abşeron rayonu, Digah qəsəbəsi, Babək küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi satılarkən ondan qanunsuz olaraq tutulan 3097.80 manat verginin geri qaytarılması barədə müvafiq sorğunun göndərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşı olmaqla birinci qrup əlildir. 16 sentyabr 2016-cı il tarixdən mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda mülkiyyətində olan ümumi sahasi 0.034 ha ölçülü torpaq sahəsini, 07 iyul 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində aparılmış alqı-satqı əmaliyyatı nəticəsində satmışdır. Alqı-satqı əməliyyatı aparılarkən notariat ofisi onun satdığı evin təqdim edilməsinə görə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 220.8ci maddəsi ilə müəyyən edilmiş dərəcə və əmsalları tətbiq edərək 3097,80 manat məbləğində sadələşdirilmiş vergi tutmuşdur. Eyni qaydada, cavabdeh torpağın təqdim edilməsinə görə 500 (beş yüz) manat sadələşdirilmiş vergi tətbiq etmişdir. Qanunsuz olaraq tətbiq edilmiş vergilərin geri qaytarılması üçün 11 saylı Dövlət Notariat ofisinə və Dövlət Vergi Xidmətinə mürciət etsə də, heç bir nəticəsi olmamışdır. Son olaraq xx.xx.2023-cü il tarixdə 11 saylı Notariat ofisinə rəsmi qaydada müraciət edərək qanunsuz tutulmuş verginin qaytarılmasının təmin edilməsi üçün müvafiq sorğunun göndərilməsini xahiş etmişdir. Lakin notariat orqanı hara və necə müraciət edəcəyini ondan soruşur. Bu mübahisə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək vergilərin qaytarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi özünün 2(001)-1021/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə iddiasını təmin etsə də Bakı Apellyasiya Məhkəməsi özünün 2(103)- 3228/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmiş və işin İnzibati Məhkəmədə baxılmalı olmasını bildirmişdir. Qeyd edilən vergi məbləğləri tətbiq edilərkən cavabdeh Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218-1.1.5.1 və 218-1.1.5.1-1-ci maddələri ilə müəyyən edilmiş azadolmaların evin alqı-satqı mahiyyətinə şamil edilmədiyinə dair yanlış qənaətə gəlmişdir. Baxmayaraq ki, alqı-satqı əməliyyatından əvvəl tərəflərin ümumi qənaəti evə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218.1.1.5.1 və 218-1.1.5.1-1-ci maddələri ilə müəyyən edilmiş azadolmaların şamil edildiyi istiqamətində olmuşdur, onun vəziyyəti verginin tətbiq edilməsinə alqı-satqı əməliyyatı zamanı etiraz etməyə yaxud məsələnin aydınlaşdırılmasına imkan vennəmişdir. Alqı-satqının baş tutması üçün əməliyyatın yerinə yetirilməsinə də etiraz edilməmişdir. Bununla belə alqı-satqıdan sonra vergi tutulması ila bağlı aparılmış araşdırma ilə aydın olmuşdur ki, evin alqı-satqısına 3097,80 manat məbləğində sadələşdirilmiş verginin tutulması, vergi qanunvericiliyi ilə müəyyən edilmiş azadolmaların yanlış tətbiqinin nəticəsidir. Satdığı evdə Vergilər Məcəlləsinin 218-1.1.5.1ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyatda olmasa da, alqı-satqı əməliyyatının aparıldığı günə qədər evdə 3 təqvim ilindən artıq müddətdə yaşamış və ev onun mülkiyyətində olan yeganə əmlak olmuşdur. Bu baxımdan evlə bağlı alqı-satqı əməliyyatı Vergilər Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyat tələbinə əsas olaraq alqı-satqı həyata keçirmiş notariat ofisinə müraciət etməyi tövsiyə etmişdir. Cavabdehə bundan daha əvvəl, xx.xx.2022-ci il tarixdə edilmiş müraciətə cavab olaraq isə cavabdeh onun satılan evdə qeydiyyatda olmadığını müəyyən etdiyindən alqısatqı əməliyyatına münasibətdə sadələşdirilmiş vergi tətbiq edildiyini qeyd etmişdir. Cavabdehin verdiyi cavabdan aydın olur ki, o, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyat tələbini əsas olaraq alqı-satqısı əməliyyatına münasibətdə sadələşdirilmiş vergiyə cəlb etmişdir. Halbuki cavabdeh Məcəllənin 218-1.1.5.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydanı tətbiq etmiş olsaydı evin alqı-satqısı əməliyyatı vergidən azad edilməli idi. Cavabdeh şifahi qaydada Məcəllənin 218-1.1.5.1-1-ci maddəsi ilə müəyyən edilmiş “... o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində, yalnız bir yaşayış sahəsi olduğu halda” müddəasını da sadələşdirilmiş verginin tətbiqi üçün səbəb olaraq göstərmişdir. Amma müvafiq qaydada real vaxt rejimində əldə etdikləri malumatlar belə onun həyat yoldaşının adına (başqa) digər yaşayış sahəsinin olmadığını göstərir. Belə ki, alqı-satqı əməliyyatı aparılarkən onun həyat yoldaşının mülkiyyətində Abşeron rayonu Fatmayı kəndi, Qara Qarayev küçəsində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı ərazi olmuşdur. Qeyd edilən torpaq sahəsində yaşayış sahəsi (ev) yoxdur. Eyni zamanda qeyd edilən torpaq sahəsinin hazırda dövlət məqsədləri üçün alışı nəzərdə tutulduğundan, onunla bağlı hər hansı əməliyyatın aparılmasına qadağa mövcuddur. Bu baxımdan onun həyat yoldaşının mülkiyyətində boş torpaq sahəsinin olmasını, onun və arvadımın ümumi mülkiyyətində olan yaşayış sahəsi kimi qəbul edilməsi və bu əsasda evin alqı-satqısına sadələşdirilmiş verginin tətbiq edilməsi də yanlışdır. Bunlardan əlavə, alqı-satqı əməliyyatının aparıldığı tarixdən keçən müddətdə məsələnin aydınlaşdırılması, araşdırılması və müvafiq qaydada sənədlərin hazırlanması üşün 200 (iki yüz) manatdan artıq vəsait sərf etmişdir. İddiaçı Abdul oğlu və X4 arasında bağlanmış AN-İ seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Abşeron rayonu Digah qəsəbəsi Babək küçəsi ev 17 X1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1021/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı- satqısına görə ödədiyi 3097,80 manat məbləğində sadələşdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisindən iddiaçıya qaytarılması, cavabdehdən ödənilmiş 54 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3228/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətləri qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(001)-1021/2023 saylı qətnaməsi 3097,80 manat məbləğində sadələşdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən İddiaçı qaytarılması hissəsində ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3228/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayətləri qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədı Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(001)- 1021'2023 saylı qətnaməsi qismən - cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid hissədə ləğv edilmiş və işin icraatına həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər) “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə icra qeydinin aparılması dövlət notariusu tərəfindən aparılan hərəkətlərin sırasına daxildir. Məhkəmə qeyd edir ki, notariat ofisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil. Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarı; 8-ci bənd) Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbinə mülki qaydada baxılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1021/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı- satqısına görə ödədiyi 3097,80 manat məbləğində sadələşdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisindən iddiaçıya qaytarılması barədə iddiaçının tələbi təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3228/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən 3097,80 manat məbləğində sadələşdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən İddiaçı qaytarılması hissəsində ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı iddiası rədd edilmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar