Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11829/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X27, X32, X28 və X29) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı X27, X32, X28 və X29 üçüncü şəxslər qismində göstərilməklə “X27, X32, X28, X10 onun qanuni xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, 111 saylı yaşayış evindən qeydiyyatdan çıxarılmaları” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, 111 saylı yaşayış evinin qanuni mülkiyyətçisidir. Bununla əlaqədar ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı. ******* nömrəli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Hazırkı üçünçü şəxslər isə onun xüsusi mülkiyyəti olan yaşayış evində yaşamırlar. Onun evində sadəcə formal olaraq qeydiyyatda qalmışlar. Üçüncü şəxslər məhkəməyə müraciət edərək evə köçürülmə tələbini irəli sürmüşlər. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin yekun qanuni qüvvəyə minmiş 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə. iddia tələbləri təmin edilməyərək rədd edilmişdir. Üçüncü şəxslərin istifadə hüquqları mövcud olmadığından qeydiyyatdan çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X26, X32, X28 və X29 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Üçüncü şəxs X27 iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinin tələbinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını, bununla əlaqədar sənədləri məhkəməyə məhkəmə baxışı başlayana kimi təqdim edə bilər. Mübahisə predmeti olan ünvan 1 ünvanındakı ev onun valideynlərinə məxsus olmuşdur. Sonradan həmin ünvanda olan mülk iddiaçının mülkiyyətinə keçmişdir. Mübahisəli ev onun valideynlərinə məxsus olduğundan həmin evdə doğulmuşdur və həmin evdən hərbi xidmətə çağırılmışdır. Sonradan ailə quraraq daimi mübahisəli evdə yaşamışdır. 2005-ci ildə iddiaçı mübahisə yaradaraq onu ailəliklə həmin evdən qovmuşdur. Bundan sonra müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Uzun illər məhkəmə mübahisələri olmuşdur. İddiaçı 2012-ci ildə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə onların (X9, X16, X11, X10) mübahisəli evə istifadə hüquqlarının itirilməsi, mülkiyyətində olan otaqların boşaldılaraq oradan ev əşyaları ilə və əmlaklarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3434/2012 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2013-cü il tarixli 2(103)-1834/2013 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3434/2012 saylı qətnaməsi ləğv olunmuş, iddianın rədd olunması qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2013-cü il tarixli 2(102)-3410/13 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2013-cü il tarixli 2(103)-1834/2013 saylı qətnaməsi ləğv olunmuş, iş baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2014-cü il tarixli 2(103)-839/2013 saylı qətnaməsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3434/2012 saylı qətnaməsi ləğv olunmuş, iddianın rədd olunması qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli 2(102)-3410/13 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2014-cü il tarixli 2(103)-839/2013 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli 2(103)-4905/2014 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3434/2012 saylı qətnaməsi ləğv olunmuş, iddianın rədd olunması qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2015-cü il tarixli 2(102)-573/15 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2014-cü il tarixli 2(103)-839/2013 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, İddiaçı Balağa oğlunun kassasiya şikayəti təmin olunmamışdır. Göründüyü kimi, onların mübahisəli evə istifadə hüquqlarının itirilməsi və əmlakları ilə birlikdə mübahisəli evdən çıxmaları barədə iddiaya dəfələrlə baxılmış və onların mübahisəli evə istifadə hüquqları saxlanılmışdır. Hazırda onların mübahisəli evə istifadə hüquqlarının tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı var. İddiaçının hazırkı iddia tələbi onun və digər ailə üzvlərinin hüquqlarına ziddir. Onların həmin mübahisəli evdən daimi qeydiyyatdan çıxarılmaqları barədə məhkəmə aktı onların hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bu səbəblərdən hazırkı iddia tələbinə etiraz edir. Qeyd edilənlərini, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci, 35-ci maddələrini, qanunvericiliyin tələblərini rəhbər tutaraq iddianın mümkün sayılmamasını, iddia tələbinin rədd olunmasını barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən X26, X32, X28 və X29 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6278/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2021 saylı 02 iyun 2021-cı il tarixli qətnaməsi qismən, yəni X29, X26, X28, X16 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47.7 kv.m olan evin bir otağına köçürülmələri hissəsində ləğv edilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu M.M.Əbilov küçəsində yerləşən 111 saylı evdə 3 otaq (47,7 kv.m) İddiaçı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (14,0 kv.m) X5 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (18,2 kv.m) X17 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (8,7 kv.m) X12 (qeydiyyat tarixi xx.xx.2009-cu il) və 1 otaq (18,2 kv.m) X2 (qeydiyyat tarixi xx.xx.2009-cu il) mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-24532/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X26 xx.xx.2005-ci il tarixdən, X32 xx.xx.2005-ci il tarixdən, X28 xx.xx.2009-cu il tarixdən və X29 xx.xx.2011-ci il tarixdən azyaşlı kimi valideynlərinin ünvanı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-30365/2023 **********65 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X8, X16, X11 və X10 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş FM seriyalı 037291 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsində yerləşən 7 (yeddi otaq) 106,8 kv.m yaşayış sahəsi 187,6 kv.m ümumi sahəsi olan 111 saylı fərdi yaşayış evi İddiaçı adına 1 otaq 10,2 kv.m payda, digər paylar üzrə X30 1 otaq 8,7 kv.m, X22 1 otaq 14,0 kv.m, X33 1 otaq 18,2 kv.m, X3 1 otaq 18,2 kv.m olaraq xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 181 saylı reyestr kitabında 8682-cı səhifədə (qeydəalma nömrəsi 30/14935) xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. X7 və İddiaçı arasında bağlanılmış xx.xx.2009-cu il tarixli mənzil bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 118 nömrəli reyestr kitabının 10687 nömrəli vərəqində qeydiyyatı ********** №-si ilə aparılmış, reyestr nömrəsi **********07-10301 olan MH ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Bakı şəhəri M.M.Əbilov küçəsindəki 111 saylı fərdi yaşayış evində X4 məxsus, y/s 37.5 kv.m-dən ibarət 2 otaq oğlu İddiaçı bağışlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1834/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı, X1, X23, X24, X13, X14, X6 və X12, X15, X25, X19 və X20 qarşı evdən istifadə hüququnun it irilməsi və mülkiyyətdə olan otaqların boşaldılaraq oradan cavabdehlərə məxsus ev avadanlıqlarının və əmlaklarının çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3410/13 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2013-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-839/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər X15, X25, X19 və X20 qarşı evdən istifadə hüququnun itirilməsi və mülkiyyətdə olan otaqların boşaldılaraq oradan cavabdehlərə məxsus ev avadanlıqlarının və əmlaklarının çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2254/14 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4905/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh X26 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 30 oktyabr 2012-ci il tarixli 2(006)-3434/2012 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı və qeyrilərinin cavabdeh X26 və qeyrilərinə qarşı Bakı şəhəri, Nəsimi rayonu M.M.Əbilov küçəsində yerləşən 111 saylı evin iddiaçıya məxsus yaşayış sahəsi 47,7 kv.m olan üç otaqlı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus əmlakın oradan çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-573 saylı xx.xx.2015-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4905 saylı 09 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3822/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2022-cu il tarixli 2(103)-1984/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 15(112)-26/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi və üçüncü şəxs X27 məhkəmə iclasında iştirak etmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddiaçı qismində digər paylı mülkiyyətçilərin birgə iddiaçı kimi qeyd edilməli olduğu izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, sözügedən ev paylı mülkiyyət olmaqla iddiaçıdan başqa əlavə 4 mülkiyyətçisi də mövcuddur. Bu səbəbdən də özünün və ailə üzvlərinin həmin evdən qeydiyyatdan çıxarılmaları məsələsi təkcə iddiaçının iddia ərizəsinə əsasən həll olunmamalıdır. Belə ki, digər mülkiyyətçilər onları qeydiyyatdan çıxarmaq istəmirlər. Məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, sözügedən ev ümumi paylı mülkiyyətdədədir. İddiaçı həmin mülkiyyətçilərdən biri olmaqla üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının evin öz mülkiyyətində olan hissəsinə dair hazırki iddianı irəli sürməyə hüquqi marağı mövcuddur. Lakin işin materialları ilə müəyyən edilir ki, üçüncü şəxslər Nəsimi rayonu, Əbilov küçəsi ev 111 ünvanında (yalnız iddiaçının mülkiyyətində olan hissədə deyil, ümumi mülkiyyətdə olan ev ünvanında) qeydiyyatdadırlar. Belə olan halda, iddia lazımi qaydada qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia evin digər mülkiyyətçiləri ilə birgə iddiaçılar qismində göstərilməklə qaldırıla bilər. Bu barədə iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım məktubu göndərilmiş (xx.xx.2023-cü il tarixdə çatdırılmışdır), həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilmişdir, buna baxmayaraq iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırlmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi sözügedən evə dair sərəncam vermək hüququ ilə əhatə olunur və evin bütün paylı mülkiyyətçilərin birgə iddiası formasında qaldırıla bilər. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11829/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11829/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver