Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11849/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə müavinətin əvvəlki dövr üçün ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ötən dövrlər üzrə xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əlillik pensiyasının ödənilməsi vəzifəsinin cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur. «anadangəlmə mürəkkəb astiqmatizm, torlu qişanın nistaqmı» diaqnozu ilə İİ qrup gözdən əlildir. 1991-ci ildən xx.xx.2000-ci ilədək İİ qrup gözdən əlil kimi (hər ay 200000 AZN) pensiya almışdır. Qeyrimüəyyən səbəblərdən pensiya verilməsi dayandırılmışdır. xx.xx.2002-ci ildə əlilliyi müəyyən edilsə də ailədə baş vermiş problemlərlə əlaqədar iddiaçı pensiya kartını almamışdır. xx.xx.2023-cü ildə İddiaçı ötən dövrlər üzrə əlillik pensiyasının ödənilməsinə dair cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-N- 156230/2024 №li cavab məktubu ilə İddiaçı əsassız olaraq xx.xx.2020-ci il tarixdən İİİ qrup gözdən əlil kimi təyin etməklə ötən dövrlər üzrə sosial müavinətin verilməsindən imtina etmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Bu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əvvəlki dövr üçün alınmamış İİİ dərəcə əlilliyə görə sosial müavinətin ödənilməsi qanunvericiliklə mümkün deyil. Belə ki, işin hallarına əsasən iddiaçıya xx.xx.2002-ci il tarixdən gözdən əlilliyi olan şəxs kimi İİİ dərəcə əlillik müəyyən edilmişdir. İddiaçı ona İİİ dərəcə əlilliyə görə müavinət təyin edilməsi üçün ona əlilliyin müəyyən edilməsindən 21 il sonra, xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müaciət etmişdir. “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinin məzmunundan aydın olur ki, sosial müavinətlər onun təyin edilməsi üçün müraciət edilməzdən ən çoxu əvvəlki üç ilə görə ödənilir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən qeyd olunan normanın tələbinə tam riayət edilməklə iddiaçının müraciətindən - xx.xx.2023-cü il tarixdən əvvəlki üç ilə üzrə, yəni xx.xx.2020-xx.xx.2023-cü illər üzrə alınmamış müvafiq müavinətin iddiaçıya ödənilməsi həyata keçirilir. Həmçinin, İddiaçı iddia ərizəsindən də məlum olur ki, o, əlillik təyin edildiyi xx.xx.2002-ci il tarixdən sonra xx.xx.2023-cü il tarixədək Mərkəzi Filiala müraciət edərək müvafiq müavinətin ödənilməsini tələb etməmişdir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, İddiaçı iddia ərizəsində xx.xx.2002- ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün alınmamış İİİ dərəcə əlilliyə görə sosial müaviəntin ödənilməsi “Sosial müavinətlər haqqında" Qanunun 9.1 -ci maddəsinin tələblərinə ziddir, cavabdehin imtinası qanuni olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “xx.xx.2002-xx.xx.2020-ci illər üzrə ödənilməmiş əlilliyə görə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıda dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının ilkin müayinə aktının xx.xx.2002-ci il tarixli, 496391 nömrəli çıxarışından görünür ki, İddiaçı uşaqlıqdan görməyə görə ömürlük üçüncü qrup ömürlük əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin Sabunçu rayon şöbəsinin xx.xx.2002-ci il tarixli 1147 nömrəli qərarı ilə İddiaçı xx.xx.2002-ci il tarixdən müavinət təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi- Sosial Ekspert Komissiyasının təkrar müayinə aktının xx.xx.2006-cı il tarixli, 123782 nömrəli çıxarışından görünür ki, İddiaçı ikinci qrup əlildir, əlilliyin səbəbi uşaqlıqdan görmə, müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə qədər. -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2006-cı il tarixli 205 nömrəli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi müavinət təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı əlilliyə görə aylıq müavinətin təyin edilməsi ilə bağlı müraciət etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının sosial müavinətlər üzrə xx.xx.2023-cü il tarixli 3-17-1/1-N-316284/2023 nömrəli qərarı ilə "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinət təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində 2002-ci ildən 2021-ci ilə qədər əlillik müavinətinin verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının sosial müavinətlər üzrə xx.xx.2024-cü il tarixli 3-17-1/1-N-134697 nömrəli qərarı ilə "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçı qeyd edilən müavinət növü üzrə müraciət etdiyi tarixdən (xx.xx.2023) üç il geri (xx.xx.2020) təyinat aparılıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-22808/2024 nömrəli məktubla göndərilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surətindən görünür ki, əlillik vəziyyəti 12 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2002-ci il tarixli, xxxxxxx0001 saylı göndərişi əsasında qiymətləndirilmiş və “Gözdən əlil; X1:Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46-H48 – Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H47 – Görmə sinirinin və görmə yollarının digər xəstəlikləri Diaqnozun mətni: OD-Göz sinirinin hissəvi atrofiyası. VİSOD=0.2 k/etmir. OS-göz sinirinin atrofiyası. 2.3 Üçüncü dərəcə əlillik => 2.3.18. Bir gözün olmaması və ya tam korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-N-156230/2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunanlara əsasən sizə xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən 3 il əvvələ) xx.xx.2021-ci il tarixinədək 110 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 120 manat, xx.xx.2023-cü il tarixindən 150 manat məbləğində olmaqla İİİ dərəcə (orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə) əlilliyə görə sosial müavinət təyin edilmişdir. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış müavinətin məbləği sizə ödənilməkdədir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2002-ci i! tarixindən əlilliyinizin müəyyən edilməsinə baxmayaraq Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan müavinətin ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır, İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri də ödənilir. İddia mahiyyəti üzrə əsassız iddiadır. Belə ki, iddiaçı ona əlillik təyin edildiyi xx.xx.2002-ci il tarxidən ödənilməmiş müavinətin ödənilməsi ilə bağlı hazırkı müavinət təyin edən və hesablayan cavabdeh orqana müraciət etmiş, hazırkı cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/1-N-316284/2023 nömrəli qərarı ilə "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il -xx.xx.2020-ci il tarixindən ödənilməklə aylıq müavinət təyin edilmişdir. Hazırkı iddiasında iddiaçı ötən dövrün, yəni əlil hesab edildiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci iltarixədək olan dövr üzrə əlillik müavinətinin hesablanaraq ödənilməsini mübahisələndirir. Məhkəmə iddiaçının tələbini aşağıdakı normalar əsasında qiymətləndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -7.0.3.əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edillir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlildir. İddiaçıya aid müavinət işindən görünür ki, ilkin olaraq xx.xx.2002-ci il tarixli qərarla 18 yaşına çatmayan sağlamlıq imkanları məhdud şəxs kimi müavinət, daha sonra xx.xx.2006-cı il tarixli qərarla xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi müavinət təyin edilmişdir. Sosial müavinət işində olan arayışlar, ərizələr, eləcə də müavinətin ödənişinə dair sərəncamlar qeyd edilən tarixlərdə iddiaçıya müvafiq müavinətin ödənildiyini təsdiq edir. Lakin, eyni zamanda təqdim edilmiş müavinət işində sonrakı dövrlər üzrə əlilliyə görə iddiaçıya hər hansı müavinət ödəənildiyi və ya iddiaçının bu barədə inzibati orqana müraciətinin daxil olduğu da müəyyən olunmur. İnzibati icraat materiallarından iddiaçının yalnız xx.xx.2023-cü il tarixdə hazırkı cavabdehə müraciət edərək ona əlilliyə görə müavinətin təyin edilməsi üçün, xx.xx.2024cü il tarixi müraciətində isə 2002-ci ildən 2021-ci ilə qədər əlillik müavinətinin verilməsi ilə bağlı müraciət etdiyi müəyyən olunur. Göründüyü kimi iddiaçının əlilliyə görə müavinəti almaq hüququnun yarandığı dövr xx.xx.2002-ci ildir. Onun 2006-cı il tarixdən sonra inzibati orqana ödənilməmiş müavinətin ödənilməsi ilə bağlı etdiyi müraciətin tarixi xx.xx.2023-cü ildir. İşdə müraciətin daha əvvəl olması və yaxud müraciətin xx.xx.2023-cü il tarixədək edilməsinin şəxsin iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur. Yuxarııda adçəkilən Qanunun 9.1-ci maddəsinin birbaşa tələbindən görünür ki, müavinət müavinət almaq hüququn yarandığı vaxtdan, lakin müraciət edilən vaxtdan ən çoxu 3 il geriyə hesablanmaqla ödənilə bilər. Cavabdeh orqan iddiaçının müraciət etdiyi xx.xx.2023-cü ildən 3 il geriyəxx.xx.2020-ci il tarixdən əlilliyə görə müavinəti təyin etməkdə haqlı hesab olunur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə müavinətin keçmiş dövr üçün ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-11849/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11849/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver