Məhkəmə qərarları › İş №2-1(112)-11857/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11857/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11857/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə qarşı “polis idarəsinin inzibati binasına qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə qarşı “polis idarəsinin inzibati binasına qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati iş icraata daxil olduqdan sonra xx.xx.2024-cü il tarixə saat 14:10-a hazırlıq iclası təyin edilmiş və iddiaçı həmin iclasda iştirak etmiş və məhkəə iclasının xx.xx.2024-cü il tarixə təxirə salınması barədə qəbzə imza etdirilmişdir. İddiaçının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və ya şəkili olan digər sənədi olmadığından növbəti məhkəmə iclasında valideynlərinin şahid qismində məhkəməyə gətirməsini təklif edilmişdir. Eyni zamanda məhkəmə iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu ərasizində yaşamasına dair sübut təqdim edilməsini də tələb etmişdir. Lakin iddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İş üzrə iddiaçının iştirakı olmadan işə baxılmsı və qərarın qəbul edilməsini isə məhkəmə mümkün hesab etməmişdir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə iddiaçıya şəxsiyyəti təsdiq edən sənəd və ya şahid, həmçinin Bakı şəhəri, Sabunçu rayonu ərasizində yaşamasına dair sübut təqdim edilməsinə dair tələb irəli sürmüş, lakin iddiaçı məhkəmənin tələbinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və icraatdan yayınmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar