Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1186/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7, Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu X5 1715/1 saylı 11 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərara və Bakı şəhəri Binəqədi rayonu X5 1508/1 saylı 13 sentyabr 2007-ci il tarixli torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi haqqında qərarına əsasən ayrılmış torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 1715/1 saylı 11 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərara əsasən Binəqədi qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmış və eyni zamanda Bakı şəhəri Binəqədi rayonu X5 1508/1 saylı 13 sentyabr 2007-ci il tarixli torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi haqqında qərarına əsasən X8ma 28 iyun 2007-ci il tarixli 988 saylı qərarla ayrılmış Binəqədi qəsəbəsi ərazisində yerləşən 100 kv.m torpaq sahəsi iddiaçının adına keçirilmişdir. Hər iki torpaq sahəsinin eskizi qərarlara əlavə olunmuşdur. Həmin torpaq sahələri bir biri ilə qonşuluqda yerləşir. Cavabdehə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu X5 1715/1 saylı 11 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərara əsasən Binəqədi qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmış və Bakı şəhəri Binəqədi rayonu X5 1508/1 saylı 13 sentyabr 2007-ci il tarixli torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi haqqında qərarına əsasən X3 iddiaçının adına keçən 100 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyqun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, X5 xx.xx.2007-ci il tarixli, 1715/1 saylı qərarına əsasən Binəqədi qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi və X5 1508/1 saylı, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi haqqında qərarına əsasən X1 100 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********45 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş “torpaqların alqısatqısına dair akt” təqdim edilməmiş, həmçinin yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. O cümlədən təqdim olunan Binəqədi rayon, X5 1508/1 saylı, xx.xx.2007-ci il tarixli qərarı torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi ilə bağlıdır. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Həmçinin sahə bütövlükdə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Binəqədi Oyl) yerləşir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Binəqədi rayonu X5 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 988 nömrəli Sərəncamına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 100 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
6. Binəqədi rayonu X5 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 1508/1 nömrəli Qərarına əsasən X5 ərazi hüdudlarında vətəndaşlar X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 100 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı adına keçirilmişdir.
7. Binəqədi rayonu X5 “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2007-ci il tarixli 1715/1 nömrəli Qərarına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
8. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən 1715\1 saylı, 11 oktyabr 2007-ci il tarixli vətəndaş İddiaçı istifadəsinə ayrılmış 200 kv.m torpaq sahəsinin Qərarı X5 arxivində qorunub saxlanılır.
9. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən 1508\1 saylı, 13 sentyabr 2007-ci il tarixli vətəndaş İddiaçı istifadəsinə ayrılmış 100 kv.m torpaq sahəsinin Qərarı X5 arxivində qorunub saxlanılır.
10. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daş hasarla sərhədlənmişdir. Faktiki sahəsi 309.0 kv.m təşkil edir. Bundan əlavə torpaq sahəsinin üzərindən 6-10 kV-luq elektrik hava xətləri keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşir. Həmçinin sözügedən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir.
12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgilərdə dəqiq istinad və məsafələr və perimetrik ölçülər qeyd olunmayıb. Torpaq sahəsinin bir tərəfdən sərhəddinin üzərindən və həmçinin sahənin üzərindən 6-10 kv-lıq elektrik hava xətləri keçir. Torpaq sahəsinin giriş qapısı içəridən bağlı olduğundan nümayəndə tərəfindən mişar daş hasardan keçərək daxilində qapı açıldı və nümayəndənin iştirakı ilə əraziyə daxil olaraq texniki baxış keçirildi. Faktiki olaraq göstərilən torpaq sahəsi mişar daş hasarla sərhədlənib. Tikili yoxdur.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirdi ki, torpaq sahənin ayrılması barədə sərəncamların hər birinə ayrılıqda cizgi əlavə edilmişdir.
II. İddianın növü və mümkünlüyü
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
19. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
22. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
24. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
28. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Musayev X10 rayonu X5 xx.xx.2007-ci il tarixli 1508/1 nömrəli Qərarına əsasən ayrılmış 100 kv.m torpaq sahəsi və Binəqədi rayonu X5 xx.xx.2007-ci il tarixli 1715/1 nömrəli Qərarına əsasən ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mlükiyyət hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb edilmişdir.
29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Binəqədi rayonu X5 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 988 nömrəli Sərəncamına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 100 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Binəqədi rayonu X5 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 1508/1 nömrəli Qərarına əsasən X5 ərazi hüdudlarında vətəndaşlar X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 100 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı adına keçirilmişdir. - Binəqədi rayonu X5 “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2007-ci il tarixli 1715/1 nömrəli Qərarına əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən 1715\1 saylı, 11 oktyabr 2007-ci il tarixli vətəndaş İddiaçı istifadəsinə ayrılmış 200 kv.m torpaq sahəsinin Qərarı X5 arxivində qorunub saxlanılır. - Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən 1508\1 saylı, 13 sentyabr 2007-ci il tarixli vətəndaş İddiaçı istifadəsinə ayrılmış 100 kv.m torpaq sahəsinin Qərarı X5 arxivində qorunub saxlanılır.
30. Məhkəmə qeyd edir ki, İddiaçı ayrılmış ümumi sahəsi 300 kv.m olan torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd torpaq ayıran qurum tərəfindən tərtib olunmuş torpağın yerin cizgisi ola bilər. Lakin iş materiallarında bu cür sənəd mövcud deyil. Belə ki, Binəqədi rayonu X5 xx.xx.2007-ci il tarixli 1508/1 nömrəli Qərarı və xx.xx.2007-ci il tarixli 1715/1 nömrəli Qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş eskizlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz.
31. İddiaçının təqdim etdiyi əsaslandırma (faktiki istifadəsində olan torpaq sahəsinin Binəqədi rayonu X5 qərarları ilə onun mülkiyyətinə ayrılması) etibarlı cizgi olmadan yetərsizdir, odur ki, məhkəmə hesab edir ki, torpaqayırma prosesi tamamlanmamışdır. Belə ki, iddiaçı X9 ayrılmış torpaq sahəsinin, ümumiyyətlə, yerləşmə mövqeyini göstərən cizgisi (miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməklə) mövcud olmadığından əsaslı şübhə yeri olmadan göstərilən torpaq sahəsinin müvafiq qərarla ona ayrıldığı qənaətinə gəlmək olmaz. Məhkəmə qeyd edir ki, təqdim edilən cizgidə mütləq olaraq miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməsi zərurəti olmaya bilər. Əsas olan təqdim edilən cizgidə torpaq sahəsinin yerini və ölçülərini müəyyənləşdirməyə imkan verən zəruri və yetərli məlumatların olmasıdır.
32. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsinə bələdiyyə qərarları əsasında iddiaçıya ayrılmış torpaq sahələrinin yerləşmə mövqeyini əks etdirən mötəbər cizginin təqdim edilməsi tələb olunsa da (məhkəmə iclası müvafiq əsasla təxirə salınmışdır), üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, torpaq sahələrinə dair tərtib olunmuş cizgilər yalnız iş materiallarında mövcud olan eskizlərdir.
33. Odur ki, torpaq sahələrinə dair Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təsdiq edilmiş mötəbər yerləşmə cizgiləri aşkar edilmədiyindən məhkəmə hesab edir ki, torpaq sahələrinin ayrılması prosesi tamamlanmamışdır.
34. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva