Məhkəmə qərarları › İş №2-1(112)-11863/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11863/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11863/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin altında (fərdi yaşayış evinin, tikilinin altında) olan, Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş xx.xx.1992-ci i ltarixli 90/623 qeydiyyat nömrəli texniki pasport sənədində göstərilmiş və mövcud olan “A” literli yaşayış evinin tikilinin altında olan 0,01683 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun mərhum Azərbaycan Respublikası vətəndaşı X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi; Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin altında olan 587.8 kv.m torpaq sahəsinə (Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 90/623 qeydiyyat nömrəli texniki pasport sənədində göstərilmiş ölçüdə və həmin texniki pasportda göstərilmiş “Б”, “B”, “Г”, “Д”, “E” literli köməkçi tikililərin yerləşdiyi həyətyanı sahəsinin altında olan torpaq daxil olmaqla) dair xüsusi mülkiyyət hüququnun mərhum Azərbaycan Respublikasının vətəndaşı X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X4 Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1992-ci ildə 30/15457 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən yaşayış ev üzərində xüsusi mülkiyyət hüququ X6 qeydiyyata alınmışdır. Müvafiq səlahiyyətli orqanın (Xətai rayon X4 İcraiyyə Komitəsinin tərəfindən 3/52 saylı, xx.xx.1991-ci il tarixli qərarı) icazəyə əsasən, həmin ünvanda X2 tərəfindən yenidənqurma və əsaslı təmir işləri aparılmış, həmin işlərin nəticəsində mövcud olan tikiliyə dair Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X6 məxsus Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kv. m ümumi sahəsi olan fərdi yaşayış evinə dair xx.xx.1992-ci il tarixli 90/623 qeydiyyat nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasport sənədinə əsasən, tikinti 1949/1991-ci illərə aiddir, həyətyanı torpaq sahəsi 587,8 kv.m-dən ibarətdir. Texniki pasportda fərdi yaşayış ev (“A” literli tikili) və digər köməkçi tikililər göstərilmişdir. Başqa inzibati iş üzrə keçirilmiş və Baki İnzibati Məhkəməsinin 2-1 (112)-3708/2022 saylı iş üzrə məhkəmə icraatında tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 115 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin ölçüləri xx.xx.1992-ci il tarixli 90/623 saylı texniki pasportdakı ölçülərə uyğundur. Torpaq sahəsinin kofiqurasiyasının və tikillərin yerləşmə vəziyyətinin də, texniki pasport sahəsinə uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmənin həmin qərarında qərarında müəyyən edilmişdir ki, texniki inventarlaşdırma orqan tərəfindən 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasport tərtib edildiyindən mərhum Vaqif Əliyev, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış ev üzərində mülkiyyət hüquqları əldə etmiş, lakin həmin hüquqlarını qeydə alınmadan vəfat etmişdir (2-1(112)-3708/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı, səh. 9.1-ci abzas). Yuxarıda qeyd edilmiş faktlar Baki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2-1(112)- 3708/2022 Qərarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş və tədqiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (103)- 526/2023 nömrəli Qərarı ilə, Baki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3708/2022 Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, X2 Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kv.m fərdi yaşayış ev üzərində mülkiyyət hüquqları 1992-ci ildən əldə etmişdir. X8 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 612892 №-li, xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnaməsi tərtib edilmişdir. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş 2V-278 reyestr nömrəli xx.xx.2013-cü il tarixli və 2V-85 reyestr nömrəli xx.xx.2023-cü il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən, İddiaçı1 və İddiaçı2 (iddiaçılar) vəfat etmiş X5 vərəsələri kimi tanınmışdırlar. Baki İnzibati Məhkəməsinin 2-1(112)-3708/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 4 ünvanında yerləşən 280,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasporta uyğun mülkiyyət hüquqlarının X2na məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli arayış tərtib edilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində X5 adına Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış ev üzərində hüquqların qeydiyyatının qeyri-dəqiq olması nəticəsində (daşınmaz əmlakın növü “fərdi yaşayış ev” yerinə “mənzil” kimi, ümumi sahəsi 280,5 kv.m yerinə 65,4 kv.m göstərilmişdir) 2013-cü ildə onun vəfatından sonra vərəsilk qaydasında mülkiyyət hüquqları vərəsələrə keçərkən, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş 2V-278 reyestr nömrəli xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnasində, sözügedən daşınmaz əmlakın ümumi sahəsi 65,4 kv.m qeyd olunmuşdur. Baki İnzibati Məhkəməsinin 2-1(112)-3708/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı əsasında dövlət reyestrində həmin qeyri-dəqiqlik aradan qaldırılandan sonra, vərəsələrin müraciəti əsasında Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş 2V-85 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində miras əmlak kimi Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin qalmış (280,5-65,4=215,1) 215,1 kv.m hissəsi qeyd edilmişdir. Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış ev üzərində xüsusi mülkiyyət hüququ və evinin altında olan 0,1683 ha torpaq sahəsindən istifadə hüququ vərəsələrə keçmişdir. Bu barədə Hüquqların dövlət qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********13-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarış tərtib edilmişdir. X2 tərəfindən, 2001-ci ildən başlayaraq 2013-cü ilə qədər, 2013-cü ildən sonra isə müvafiq olaraq, onun vərəsələri tərəfindən bu günə qədər Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə torpaq sahəsinə görə torpaq vergisi hər il ödənilir. Bundan əlavə, X2 həm Azərbaycan Respublikası SSRİ-nin tərkibində olduğu vaxtında, həm də müstəqilliyi bərpa ediləndən sonra, ölüm gününədək Azərbaycan Respublikasında yaşamışdır və Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 6-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərindən biridir. Mərhumun xx.xx.2001-ci il tarixində Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin sürəti əlavə olunur (qoşmanın 18-ci vərəqi). X1 vərəsələri kimi tanınmış İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən ümumi sahəsi 280,5 kv.m olan fərdi yaşayış evinin altında (fərdi yaşayış evinin tikilinin altında) yerləşdiyi 0,01683 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun X2na məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli ərizəsi və ona əlavə edilmiş hüquqmüəyyənedici sənədlərlə birlikdə, bundan sonra xx.xx.2023-cü il tarixli ********** daxil olma nömrəli ərizə və onlara əlavə edilmiş hüquqmüəyyənedici sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən ümumi sahəsi 280,5 kv.m fərdi yaşayış evinin həyətyanı sahəsinin altında olan 587,8 kv.m torpaq sahəsinə (Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 90/623 qeydiyyat nömrəli texniki pasport sənədində göstərilmiş ölçüdə) dair xüsusi mülkiyyət hüququnun mərhum Azərbaycan Respublikasının vətəndaşı X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra müvafiq olaraq - cavabdeh) müraciət etmişlər. Cavadbeh inzibati orqanın onların xx.xx.2023-cü il tarixli, ********** daxil olma nömrəli müraciətinə dair xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- KOL-034/8/**********719939 nömrəli, xx.xx.2023-cü il tarixli ********** daxilolma nömrəli müraciətinə dair isə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-KOL-034/02-8/**********722419 nömrəli məktubları ilə müvafiq olaraq müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Onların cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli müraciəti Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin altında (fərdi yaşayış evinin tikilinin altında) olan 0,01683 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun X2na məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinə dair olsa da, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-KOL-034/8/**********719939 nömrəli məktubunda Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,01683 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun X2na məxsus olması barədə məlumat verilməsi ilə bağlı müraciətə baxılması barədə bildirmişdir, halbuki müraciətinin məqsədi fərdi yaşayış evinin altında olan 0,01683 ha torpaq sahəsinə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı idi. Cavabdeh inzibati orqan məktubda qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,01683 ha torpaq sahəsi ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,01683 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsinin üzərində hüququn növü isə istifadə kimi qeyd olunmuşdur. Onların cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2023-cü il tarixli ********** daxilolma nömrəli müraciəti Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin altında olan 587,8 kv.m torpaq sahəsinə (Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 90/623 qeydiyyat nömrəli texniki pasport sənədində göstərilmiş ölçüdə) dair xüsusi mülkiyyət hüququnun X2na məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinə dair olsa da, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Kol-034/02-8/**********722419 nömrəli məktubunda Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 587,8 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun X2na məxsus olması barədə məlumat verilməsi ilə bağlı müraciətə baxılması barədə bildirmişdir, halbuki müraciətinin məqsədi fərdi yaşayış evinin 587,8 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi ilə baqlı idi. Cavabdeh inzibati orqan məktubda qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 587,8 kv.m torpaq sahəsinin X1 adına qeydiyyatdan keçməsinə dair məlumat aşkar olunmamışdır, halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2ci maddəsinin normasının mənasına görə, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan, yəni, daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatının onun adına aparılmasından öncə öldüyü halda, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların sözügedən yazılı müraciətlərinin araşdırılması üçün ünvanda heç bir çöl-ölçmə və texniki inventarlaşdırma işləri aparılmamışdır. Hesab edirlər ki, cavabdeh inzibati orqan əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmayıb və müraciətə əlavə edilmiş müvafiq hüquqmüəyyənedici sənədləri nəzərə alınmayıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyi əsassız olduğu üçün, onların qanuni hüquqlarını məhdudlaşdırır. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-KOL-034/8/**********719939 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-KOL-034/02-8/**********722419 nömrəli imtina məktubları iddiaçıalara poçt rabitəsi vasitəsi ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq təqdim edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məhz həmin dövrdən iddia qaldırmaq hüququ yaranmışdır. xx.xx.1991 -ci il tarixli 254-Xİİ nömrəli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2001 -ci il tarixli 96-İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş hesab edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 74-cü maddəsinə əsasən, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarında tikili və ya onun bir hissəsi üzərində mülkiyyət və ya istifadə hüququ başqasına keçərkən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət və ya ondan istifadə hüququ da, keçir.

3. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsinə və həmin fərdi yaşayış evinin həyətyanı sahəsi olan 587.8 kv.m ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçılar iddia tələbində qeyd olunanlarla bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********39 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********19 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia edilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş texniki pasport yaşayış evinə deyil, mənzilə dair tərtib edilmişdir. Həmçinin, texniki pasportda torpaq sahəsinin planı göstərilsə də, ölçüsü qeyd edilməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. iddiaçılar iddia tələbində qeyd olunanlarla bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********39 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********19 xaricolma nömrəli məktublarla cavab verilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-KOL-034-2023 **********39 nömrəli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, 5ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.01683 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışlarda Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.01683 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü isə istifadə kimi qeyd olunmuşdur.

10. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-KOL-034-02/-8/2023 **********19 nömrəli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 587.8 kv.m torpaq sahəsinin X5 adına qeydiyyatdan keçməsinə dair məlumat aşkar olunmamışdır.

11. Azərbaycan Respublikası Bakı şəhəri X4 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 30/154557 qeydiyyat nömrəli, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır.

12. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, iki mərtəbəli ev 37-yə dair 25 dekabr 1992-ci ildə tərtib edilmiş 90/623 qeydiyyat nömrəli texniki pasporta əsasən ev iki mərtəbədən ibarətdir. Tikinti 1949/1991-ci illərə aiddir. Torpaq sahəsi 587,8 kvm.dən ibarətdir. Otaqların sahəsi barədə qeydlər vardır. Texniki pasport qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 115 nömrəli 15 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən aparılmış ölçü işləri nəticəsində əldə olunmuş məlumatlar xx.xx.1992-ci il tarixli, 90/623 nömrəli Texniki pasport sənədində olan ölçülərlə müqayisə olunarkən həmin ölçülərin tam olaraq texniki pasport sənədindəki ölçülərə uyğun olduğu müəyyən olunmuşdur. Bundan başqa torpaq sahəsinin konfiquriyasiyasının və tikilərin yerləşmə vəziyyətinin də, texniki pasport sənədinə uyğun olduğu müəyyən olunmuşdur.

14. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 612892 №-li, xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə ölmüşdür.

15. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş reyestr nömrəsi 2V- 278 olan xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 56, mənzil 87 yaşayan İddiaçı2 və azyaşlı oğlu İddiaçı1dur. Şəhadətnamə verilən miras: ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m olan iki otaqlı fərdi yaşayış evindən ibarətdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3708/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbi təmin edilərək Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kvm. ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasporta uyğun X1 adına dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışlara əsasən ümumi sahəsi 280.5 kv.m olan Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli ********* qeydiyyat nömrəsi və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Çıxarışlarda torpaq sahəsinin ölçüsü 0.016830 ha, mülkiyyət növü dövlət, hüquq növü istifadə göstərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 30/154557 qeydiyyat nömrəli, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, 37 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. Mübahisəli ünvana dair tərtib edilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasport sənədinə əsasən 587.8 kv.m torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi və köməkçi tikililər X5 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 115 nömrəli 15 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ünvanda aparılmış ölçü işləri nəticəsində əldə olunmuş məlumatlar xx.xx.1992-ci il tarixli 90/623 nömrəli Texniki pasport sənədində olan ölçülərlə müqayisə olunarkən həmin ölçülərin tam olaraq texniki pasport sənədindəki ölçülərə uyğun olduğu müəyyən olunmuşdur. Bundan başqa torpaq sahəsinin konfiqurasiyasının və tikililərin yerləşmə vəziyyətinin də, texniki pasport sənədinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıların müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.01683 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışlarda Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, 37 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.01683 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü isə istifadə kimi qeyd olunmuşdur. Mübahisəli ünvana dair iddiaçıların adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsü 0.0168 ha göstərilmişdir.

25. Beləliklə göründüyü kimi, hazırda iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinə dair onların vərəsələri olduqları Vaqif Əliyevin adına texniki inventarlaşdırma orqanı tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 30/15457 sayı qeydiyyat vəsiqəsi və xx.xx.1992-ci il tarixli 90/623 nömrəli texniki pasport sənədinə əsasən 587.8 kv.m torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi və köməkçi tikililər X5 adına qeydiyyata alınmışdır. Texniki pasport sənədində olan ölçülərlə müqayisə olunarkən həmin ölçülərin tam olaraq texniki pasport sənədindəki ölçülərə uyğun olduğu, torpaq sahəsinin konfiqurasiyası və tikilərin yerləşmə vəziyyəti texniki pasporta uyğun olmuşdur. Yəni, iddiaçılar tərəfindən sonradan hər hansı bir torpaq sahəsi zəbt olunmamış, torpaq sahəsinin ölçülərində dəyişiklik olmamış, fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01683 ha, texniki pasporta əsasən həyətyanı torpaq sahəsinin ölçüsü isə 587.8 kv.m təşkil etmişdir.

26. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qanuni olaraq iddiaçıların istifadəsində olmuşdur.

27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bənində əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair –üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir.

30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçıların sözügedən torpaq sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin altında yerləşən 0.01683 ha ölçüdə torpaq sahəsinə və həmin fərdi yaşayış evinin həyətyanı sahəsi olan 587.8 kv.m ölçüdə torpaq sahəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar