Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11865/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Forma-1 arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan **********66-05301-093001 reyestr, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilin qeydiyyatında düzəliş edərək ümumi sahənin 127.01 kv.m olaraq qeyd edilməsi və müvafiq qeydlə əlaqədar yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzil **********66-05301-093001 reyestr, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmaqla iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzilin ümumi sahəsi 117.61 kv.m-dir. Mənzil iddiaçıdan öncə mərhum atası X4 xüsusi mülkiyyətində olmuşdur. O, mənzilin ilkin mülkiyyətçisindən alqı-satqı müqaviləsi əsasında mənzili əldə etmişdir. Mənzilin ilkin mülkiyyətçisi alqı-satqı müqaviləsi əsasında 127.01 kv.m mənzili iddiaçının mərhum atası X1. İddiaçının atasıa daşınmaz əmlakın qeydiyyat orqanı tərəfindən verilmiş qeydiyyat vəsiqəsində də mənzilin ümumi sahəsi 127.01 kv.m qeyd edilmişdir. Lakin atası vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edən zaman mənzilin ümumi sahəsi artıq 127.01 kv.m qeyd edilməmişdir. Qeyd olunan hallarla əlaqədar mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəlişlərin aparılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edillməsinə baxmayaraq İdarə müraciətin icrasından imtina etmiş, bununla bağlı xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-R- 0196-8/2025 **********26 nömrəli imtina məktubu təqdim edilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Xüsusi mülkiyyətdə olan **********66-05301-093001 reyestr, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilin qeydiyyatında düzəliş edilərək ümumi sahənin 127.01 kv.m olaraq qeyd edilməsi və müvafiq qeydlə əlaqədar yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********26 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, mənzil təqdim edilmiş ilkin hüquqmüəyyənedici sənədlərə əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, mənzilə dair tərtib olunmuş texniki pasportda mənzilin ümumi sahəsi balkon sahəsinin 0,3 azalma əmsalı ilə hesablanaraq ümumi sahəyə daxil edilmişdir və şaxta mənzilin ümumi istifadəsinə olan birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olduğundan ümumi sahəyə salınmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarxili 07 nömrəli qərarı ilə təsdiq olunmuş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, mənzil təqdim edilmiş ilkin hüquqmüəyyənedici sənədlərə əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, mənzilə dair tərtib olunmuş texniki pasportda mənzilin ümumi sahəsi balkon sahəsinin 0,3 azalma əmsalı ilə hesablanaraq ümumi sahəyə daxil edilmişdir və şaxta mənzilin ümumi istifadəsinə olan birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olduğundan ümumi sahəyə salınmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarxili 07 nömrəli qərarı ilə təsdiq olunmuş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
5. "xxxx" MTK tərəfindən verilmiş Maliyyə Arayışına əsasən Cəfər Xəndan küçəsi ev 34/15 saylı ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 4-cü mərtəbəsində, ümumi sahəsi 127,01 kv.m olan, yaşayış sahəsi 68,82 kv.m olan 3 otaqlı, 15 saylı mənzilin pay dəyəri payçı X10 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.
6. xx.xx.2004-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventralaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2004-cü il tarixli № 30/32885-li arayışa əsasən üç otaqlı yaşayış sahəsi 68,82 kv.m, ü/s 127,01 kv.m olan mənzili Bakı şəhəri, C.Xəndan 34 m 15 alıcı X4 mülkiyyətinə vermişdir.
7. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli Şəhadətnamədə qeyd olunmuşdur ki, İsmayıllı rayon dövlət kontorunun dövlət notariusu A.N.Cabbarov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2011-ci ildə vəfat etmiş X5 vərəsəsi İsmayıllı rayonu Mican kəndində yaşayan arvadı X7, oğlu X8, oğlu İddiaçı miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2012-ci il tarixində verilmiş 11/25954 saylı arayışa və xx.xx.2006-cı il tarixli MH 00154118 Çıxarışa əsasən ünvan 2 ünvanında istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2002-ci ildə tikilmiş 13 mərtəbəli binanın 4-cü mərtəbəsində 3 otaqlı, yaşayış sahəsi 68,82 kv.m, ümumi sahəsi 127,01 kv.m olan mənzildən ibarətdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2013-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır.
9. Reyestrdə 4Ə-1144 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X8 və X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, ev 34, 15 saylı mənzili hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (daşınmaz əmlakın ümumi sahəsi – 117.61 kv.m).
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
16. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır.
18. Hazırki iş üzrə mübahisənin yaranmasının səbəbi ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına qeydiyyata alınması zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli Qərarının tətbiq edilməsidir. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli Qərarını tətbiq edərək mənzilin ölçüsünü 117,61 kv.m kimi qeydiyyata almışdır.
19. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı: 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 21.Mülki Məcəllədən:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - "xxxx" MTK tərəfindən verilmiş Maliyyə Arayışına əsasən Cəfər Xəndan küçəsi ev 34/15 saylı ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 4-cü mərtəbəsində, ümumi sahəsi 127,01 kv.m olan, yaşayış sahəsi 68,82 kv.m olan 3 otaqlı, 15 saylı mənzilin pay dəyəri payçı X10 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. - xx.xx.2004-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventralaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2004-cü il tarixli № 30/32885-li arayışa əsasən üç otaqlı yaşayış sahəsi 68,82 kv.m, ü/s 127,01 kv.m olan mənzili Bakı şəhəri, C.Xəndan 34 m 15 alıcı X4 mülkiyyətinə vermişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli Şəhadətnamədə qeyd olunmuşdur ki, İsmayıllı rayon dövlət kontorunun dövlət notariusu A.N.Cabbarov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2011-ci ildə vəfat etmiş X5 vərəsəsi İsmayıllı rayonu Mican kəndində yaşayan arvadı X7, oğlu X8, oğlu İddiaçı miras əmlakdan irs almışdır. - Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2012-ci il tarixində verilmiş 11/25954 saylı arayışa və xx.xx.2006-cı il tarixli MH 00154118 Çıxarışa əsasən ünvan 2 ünvanında istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2002-ci ildə tikilmiş 13 mərtəbəli binanın 4-cü mərtəbəsində 3 otaqlı, yaşayış sahəsi 68,82 kv.m, ümumi sahəsi 127,01 kv.m olan mənzildən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2013-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-1144 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X8 və X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, ev 34, 15 saylı mənzili hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (daşınmaz əmlakın ümumi sahəsi – 117.61 kv.m).
23. Məhkəmə müəyyən edir ki, cavabdeh orqanın istinad etdiyi “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 nömrəli qərarı xx.xx.2012-ci il tarixdən qüvvəyə minmişdir. ünvan 3 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının ilkin qeydiyyatı “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarının qüvvəyə mindiyi tarixdən daha əvvəl aparılmışdır. Mənzilin ilkin qeydiyyatına dair sənədlərdə mənzilin ümumi sahəsi 127 kv.m qeyd olunmuşdur. Belə ki, iddiaçının mərhum atası X9 xx.xx.2004-cü il tarixdə mübahisələndirilən mənzili Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında əldə edərkən mənzilin ümumi sahəsi 127,00 kv.m kimi edilmişdir.
24. “Normativ hüquqi aktlar haqqında” Qanun: Maddə 86. Normativ hüquqi aktın zamana görə qüvvəsi 86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 86.2. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər. Maddə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
25. Məhkəmə hesab edir ki, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 nömrəli qərarı xx.xx.2012-ci il tarixdən qüvvəyə mindiyindən müvafiq Qərar xx.xx.2012-ci il tarixdən sonra ilkin qeydiyyatı həyata keçirilən mənzillərə münasibətdə tətbiq edilə bilər.
26. Məhkəmə qeyd edir ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair ilkin qeydiyyat xx.xx.2012-ci il tarixdən əvvəl həyata keçirilmiş və mənzil həmin tarixədək iddiaçının mərhum atasının mülkiyyətinə verilmişdir. Mənzillərin ümumi sahəsi ilə müvafiq normanın geriyə qüvvəsi barədə Qərarda hər hansı qeyd nəzərdə tutulmamışdır və normanın geriyə tətbiqi iddiaçıya münasibətdə əlverişsiz şərait yaradır.
27. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
28. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilin qeydiyyatında düzəliş edərək ümumi sahənin 127.01 kv.m olaraq qeyd edilməsi və müvafiq qeydlə əlaqədar yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilin qeydiyyatında düzəliş edərək ümumi sahənin 127.01 kv.m olaraq qeyd edilməsi və müvafiq qeydlə əlaqədar yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva