Məhkəmə qərarları › İş №2-1(112)-11870/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11870/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11870/2025 27.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının "263” saylı, xx.xx.1999-cu il tanxlı sərəncamı ilə Bakı Avtomobil Zavodunun işçiləri üçün fərdi yaşayış evinin tikintisi üçün 1,5 ha torpaq sahəsinin ayrılmışdır. Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 283 nömrəli Sərəncamı ilə İddiaçı (bundan sonra – iddiaçı) Xətai rayonu ərazisində Bakı Avtomobil Zavodunun şimali-şərqində zavod işçiləri üçün ayrılmış ərazidən 0,02 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “...elektron kadastr məlumatına əsasən təqdim edilmiş erləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilmədiyindən, həmçinin perımetnk olçü və konfiqurasiya fərqi olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən itmək mümkün olmamışdır Bundan başqa, faktiki göstərilən torpaq sahəsi Bakı şəhər Xətai teyon İcra Hakmıyyəti başçısının "283” saylı, 19 09 2000-ci il tanxlı sərəncamı ilə Bakı Avtomobil Zavodunun işləri üçün ayrılması nəzərdə tutulmuş 1,5 ha olan torpaq sahəsindən kənarda yerləşır” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 19 sentyabr 2000-ci il tarixli 283 nömrəli Sərəncamına və həmin orqanın verdiyi yerləşmə cizgisinə əsasən ona Bakı şəhəri, Xətai rayonu, Avtomobil Zavodunun şimal-şərq hissəsi ünvanında ayrılmış 0,02 ha (200 kv.m.) ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət kadastrı və reyestrində adıma qeydiyyatının aparılması və ona çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2000-ci il tarixli 283 nömrəli Sərəncamına əsasən ona Bakı şəhəri, Xətai rayonu, Avtomobil Zavodunun şimal-şərq hissəsi ünvanında sahəsi 0,0 2ha (2 sot) olan torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı ona Xətai RİH-nin Təsərrüfat hesablı Layihə- Smeta Bürosunun və Xətai RİH-nin ümumi şöbəsinin möhürləri və memarın imzası ilə təsdiq olunmuş yerləşmə çizgisi də təqdim edilmişdir. Həmin sərəncam əsasında torpaq sahəsi üzərində - cizgidə göstərilən hüdudlar/sərhədlər daxilində iki mərtəbəli və zirzəmili fərdi yaşayış evini inşa etdirməyə başlamış və evin tikintisini yekunlaşdırmışdır. Evin ümumi sahəsi 174,9 kv. metrdir. Evinin sənədləşdirilməsi və rəsmiləşdirilməsi üçün 2024-ci ilin iyun tarixində fərdi yaşayış evinin yerləşdiyi 2 (sot) sot torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq qərarına gəlmişdir və Asan xidmət vasitəsilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan 26 avqust 2024-cü il tarixli imtina bildirişi ilə hüquqlarının qeydiyyatından imtina etmişdir. Daha sonra 2 dəfə təkrar müraciəti olsa da, cavabdeh orqan eyni məzmunlu imtinanı əsas gətirərək hüquqlarını qeydiyyata almamışdır. Sonuncu imtina bildirişini - xx.xx.2025-ci il tarixli imtina məktubunu 18 may 2025-ci il tarixində qəbul etmişdir. Cavabdehin imtina dəlili hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Bildirir ki, Xətai RİH orqanı tərəfindən ona qanuni şəkildə yerləşmə cizgisi təqdim edilmişdir. Həmin cizgidə torpaq sahəsinin ölçüsünün 0,02 ha olması əks edilmişdir. Cizgidə,həmçinin, döngə nöqtələri və aralarındakı məsafələr də dəqiqliklə göstərilmişdir. Yerləşmə cizgisində guya istinad və məsafələrin qeyd edilməməsinə dair cavabdeh orqanın ifadələri inzibati icraatın materialları ilə və işin halları ilə uyğunsuzdur. Bundan əlavə, torpaq sahəsi 25 ildir ki, mübahisəsiz qaydada sahiblik və istifadəsində olmuşdur və hal-hazırda da faktiki sahibliyindədir və torpaqla bağlı hər hansı mübahisə (üçüncü səxslərin müraciəti) yoxdur. Yəni, uyğunsuzluqla bağlı hər hansı 3-cü şəxs tərəfindən hansısa bir müraciət olmadığı halda, cavabdehin nəyə əsasən bu nəticəyə gəlməsi məlum deyildir. İmtinaya digər əsas hal kimi göstərilən "perimetrik ölçü və konfiqurasiya fərqinin nədən ibarət olması isə cavabdeh tərəfindən dəqiq göstərilməmişdir və bu "ziddiyyətlər sübut edilməmizdir. Evlə bağlı lisenziyalı memara tərtib etdirdiyi memarlıq planlaşdırılması layihəsindən görünür ki, torpaq sahəsinin yerləşmə mövqeyi, konfiqurasiya və ölçülər cizgidəki ölçü və konfiqurasiya ilə, yerləşmə mövqeyi ilə tam uyğundur. Bu bənddə qeyd etdiyi imtina dəlilləri tamamilə əsasızdır. Cavabdehin imtinası qanunvericiliyə də ziddir. Torpaq sahəsinin cizgidəki göstəriciləri ilə faktiki məkan göstəriciləri arasındakı uyğunsuzluq, hətta mövcud olsa belə, bu,hal-hazırda hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Qüvvədə olan qanunvericiliyə görə,hüquqların qeydiyyatı zamanı bu uyğunsuzluqlar “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanuna və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016cı il tarixli Fərmanına əsaslanılaraq cavabdeh orqanın özü tərəfindən aradan qaldırmalıdır. 2) Digər imtina dəlili odur ki, "...faktiki göstərilən torpaq sahəsi Bakı şəhər Xətai RİH başçısının "283" saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılması nəzərdə tutulmuş 1,5 ha olan torpaq sahəsindən kənarda yerləşir.". Bu,imtina dəlilini də əsassız hesab edir. Bildirir ki, o mötəbər dövlət orqanının qanunvericiliyə müvafiq qaydada təqdim edilmiş sənədinə əsasən artıq 25 ildir ki, torpaq sahəsinin sahibi və istifadəçisidir. 25 il ərzində hər hansı fiziki və hüquqi şəxs tərəfindən, hər hansı dövlət orqanı tərəfindən hüquqlarının mübahisələndirilməmişdir. Torpaq sahəsinin və üzərindəki tikilinin mübahisəsiz sahibidir. 3-cü şəxslərlə hər hansı mübahisəli məsələsi yoxdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, məhkəmənin hazırkı iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, İdarənin kadastr və arxiv şöbəsində Bakı Avtomobil Zavodunun işləri üçün 1,5 ha olan torpaq sahəsinin ayrıc aktı mövcud deyil. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 283 nömrəli Sərəncamı ilə, iddiaçıya Xətai rayonu ərazisində Bakı Avtomobil Zavodunun şimali-şərqində zavod işçiləri üçün ayrılmış ərazidən 0,02 ha torpaq sahəsi ayrılması və fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Həmçinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək verilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaıçının müraciətini təmin etməkdən imtina etmiş, eyni zamanda aşağıdakı dəlillərə istinad edərəık iddia tələbinə etiraz edir:

1. Elektron kadastr məlumatına əsasən faktiki göstərilən torpaq sahəsi Bakı şəhər Xətai Rayon İcra Hakmiyyəti başçısının “283” saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı Avtomobil Zavodunun işləri üçün ayrılması nəzərdə tutulmuş 1,5 ha olan torpaq sahəsindən 185 metr kənarda yerləşir.

2. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməmişdir, eləcə də perimetrik ölçü və konfiqurasiyasında fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar isə əsassızdır. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.1-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.1-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.1-ci maddələrinə əsasən anunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Mülki Məcəllənin 139-1.1. və 139-1.1.1-ci maddlərinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamını təqdim edir. Cavabdeh həmin Sərəncamın olmasını mübahisələndirmir. Məhkəmə cavabdehin imtinasının 1-ci dəlili ilə bağlı qeyd edir ki, cavabdeh imtina məktubunda və etiraz ərizəsində torpaq sahəsinin Bakı Avtomobil Zavodunun işləri üçün ayrılması nəzərdə tutulmuş 1,5 ha olan torpaq sahəsindən 185 metr kənarda yerləşdiyini qeyd etsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin ayrıc aktının mövcud olmadığını bildirmiş, məhkəməyə qeyd dilən ayrıc aktı təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda ayrıc aktının olmamasını bildirmişdir. Elektron kadastrda qalan məlumatlar əsasında etirazın dəlili tərtib olunduğunu bildirmişdir. Göründüyü kimi, cavabdehdə ayrıc aktı mövcud deyil. Digər tərəfdən məhkəmə qeyd edir ki, torpaq sahəsinin heç bir ayrıc aktı daxilində yerləşməməsi hüququn qeydə alınmasından imtina üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, əgər iddia edilən torpaq sahəsi konkret olaraq hər hansı bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahələrindən (konkret olaraq hər hansısa BTK), o zaman cavabdehin imtinasını əsaslı hesab edilə bilərdi. Belə ki, hər hansı bir bağçılıq yoldaşlığa müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə müəyyən ölçüdə torpaq sahəlari ayrılır və həmin bağçılıq-yoldaşlıq isə ona ayrılmış torpaq sahələrinin hüdudlarından bağçılığın üzvlərinə torpaq sahələri ayırır. Bu zaman bağçılığa ayrılmış ayrıc aktı olur və həmin bağçılıq yalnız həmin ayrıc aktı daxilində olan torpaq sahələri barədə Sərəncam vermək səlahiyyətinə malikdir. Baxılan işdə isə iddia edilən torpaq sahəsi hər hansı bağçılıq yoldaşlığın (BTK) nəzdində deyildir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi həqiqətən də, Xətai rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə Bakı Avtomobil Zavodunun işləri üçün ayrılması nəzərdə tutulmuş 1,5 ha olan torpaq sahəsindən 185 metr kənarda yerləşsəı belə, torpaq ayəran qurum Xətai rayon İcra Hakimiyyəti istənilən yerdən dövlət mülkiyyətində olan torpaq sahəini ayırmağa səlahiyyətli qurum olnmuşdur. Qeyd edilənlərə əsasən torpaq sahəsinin sahəsinin Bakı Avtomobil Zavodunun işləri üçün ayrılması nəzərdə tutulmuş 1,5 ha olan torpaq sahəsindən 185 metr kənarda yerləşməsi barədə cavabdehin imtinası əsassızdır. Məhkəmə cavabdehin ikinci dəlili ilə bağlı qeyd edir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməməsi və perimetrik ölçü və konfiqurasiyasında fərqlər olması iddiaçının təqsiri deyil. Belə ki, torpaq sahəsinə dair yerləşmə cizgisini iddiaçı tərtib etməmişdir. Yerləşmə cizgisi torpaq ayıran qurum olan Xətai rayon İcra Hakimiyyətinin mühəndisləri tərəfindən tərtib edilmişdir. İddiaçının məsuliyyət sferasına aid olmayan məsələyə görə iddiaçının mülkiyyət hüququndan qeydə alınmasından imtina edilməsinə dair cavabdehin hərəkəti əsassızdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin uyğunsuzluqların aradan qaldırılması, cavabdehin vəzifəsidir. İddiaçı tələbində torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü tələb edir. Cavabdeh məhkəmə qərarını icra edərkən (qanuni qüvvəsini aldığı təqdirdə) həmin uyğunsuzluqları aradan qaldıraraq iddiaçıya yeni sənədlər verməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 19 sentyabr 2000-ci il tarixli 283 nömrəli Sərəncamına əsasən ayrılmış 0,02 ha (200 kv.m.) torpaq sahəsinə X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar