Məhkəmə qərarları › İş №2-1(112)-11879/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11879/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11879/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “3-cü şəxs X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni fəaliyyətin qarşısının alınması və (sexin fəaliyyətinin) dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:

1. İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “3-cü şəxs X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni fəaliyyətin qarşısının alınması və (sexin fəaliyyətinin) dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə yaşadığı ünvan 2 ünvanda qonşu olan 3-cü şəxs X4 öz həyətində, ünvan 3 ünvanda dəzgahlar quraşdıraraq parçalar və s. kəsməklə məşğuldur. Həmçinin öz həyətində müxtəlif işlər görür və ətrafa güclü səs-küy yayılır. Qeyd olunmalıdır ki, iddiaçının yaşadığı ərazi yaşayış massivi ərazisidir və bu ərazidə hər hansı təsürrüfat və digər fəaliyyətlə məşğul olunması arzu edilən deyildir. Ətrafa yayılan güclü səs-küy və titrəyiş onun və ailə üzvlərinin fərdi yaşayış evində təhlükəsiz və rahat yaşamaqlarına maneə olur və çox ciddi narahatçılıq yaradır. Evin həyətinə düşə bilmir, təmiz hava almır, mütamadi olaraq qapı pəncərəni bağlı saxlayırlar. Ərtafdan yayılan səsin mənzilə girməsinin qarşısını almaq məqsədi ilə hər vaxt bağlı şəraitdə yaşayırlar. Mübahisəli sahənin fəaliyyətinin qanunla müəyyən edilmiş normativlərə uyğun olmamasının iddiaçının və ailə üzvlərinin səhhəti və həyatı üçün təhlükə yarada biləcəyi istisna edilmir. Həmin şəxs tərəfindən mübahisəli sahədə qanunvericilikdə nəzərdə tutulan normaların tələblərinə cavab verməyən fəaliyyət həyata keçirilir. İddiaçı dəfələrlə müraciət edərək fəaliyyətinin dayandırılmasını tələb etsədə heç bir nəticəsi olmamışdır. Artıq xeyli müddətdir ki, belə hal davam edir. İddiaçı ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək ünvan 3 ünvanda yaşayan X1 fərdi yaşayış evinin həyətindəki qeyri-qanuni fəaliyyətinin dayandırılmasını xahiş etmiş, lakin heç bir tədbir görülməmiş və ərizəyə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni fəaliyyətin qarşısının alınması və (sexin fəaliyyətinin) dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından idarətdir. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 20 iyun 2023-cü il tarixli, 5-10/2-Ə- 94-131/2023 saylı məktubundan görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi şifahi sorğuda qeyd olunan şikayətin öz təsdiqini tapmadığı, sözügedən ünvanda 10 il bundan öncə fəaliyyət göstərən tikiş emalatxasının hazırda çalışmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə vahid informasiya sistemindən çıxarışa əsasən, iddia ərizəsində üçüncü şəxs kimi göstərilmiş X1 Bakı şəhəri, ünvan 4 ünvanında “geyimə aid olan ləvazimatların, yəni əlcək, qalstuk və çəkmə üçün bağların pərakəndə satışı” fəaliyyəti Vergilər Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır.

4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununə əsasən:

- 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 4.1. inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9-cu (şəhər və mənzilkommunal təsərrüfatı və abadlaşdırma sahələrində ümumi vəzifələrinə aid) bəndinə əsasən: 3.9.1. müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir;3.9.3. dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların yanacaq-enerji ehtiyatlarından və sudan istifadə hədlərinin hesablanması və müəyyən edilməsi üçün istinad olunan məlumatları formalaşdırır və bu hədləri müəyyənləşdirir;3.9.4. küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirir;3.9.5. əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirir;3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;3.9.6-1. yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir3.9.7. qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür;3.9.8. müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir;3.9.9. mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür;3.9.10. yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir;3.9.11. istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasını təmin edir. 4.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 4.11.1. dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarəti həyata keçirmək, həmçinin dövlət idarə və müəssisələrinin binalarının təmiri üzrə proqramların hazırlanmasını təşkil etmək və müvafiq təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək; 4.11.2. müvafiq ərazidə dövlət mülkiyyətində olan bina və tikililərin təmiri barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlar qarşısında məsələ qaldırmaq; 4.11.3. dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək; 4.11.4. ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilər aparılan meydançaların saxlanılmasına nəzarəti həyata keçirmək; 4.11.5. tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək; 4.11.6. balansında olan qeyri-yaşayış fondunun əsaslı təmirini təşkil etmək; 4.11.8. müvafiq ərazidə istehsal və qeyri-istehsal təyinatlı tikililərin, yenidən qurulan obyektlərin, həmçinin mühəndis və nəqliyyat infrastruktur obyektlərinin tikintisinə dair investisiya proqramları layihələri ilə bağlı təkliflər vermək; 4.11.9 dövlət büdcəsindən ayrılan vəsait hesabına sosial və infrastruktur obyektlərinin tikintisi barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına təkliflər vermək; 4.11.10. tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq; Göründüyü kimi qanunvericilikdə cavabdehin – hazırkı iddianın predmeti üzrə ( fərdi yaşayış evində qeyri-qanuni fəaliyyətin qarşısının alınması və (sexin fəaliyyətinin) dayandırılması kimi) tədbirlərin görülməsi vəzifəsi nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh iddiaçının qaldırdığı iddiaya cavab verən inzibati orqan deyildir.

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən:

-iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır; bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; -iddiaçının hüquqi maragı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; -iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım emək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır - iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar

Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.

Məhkəmə yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “3-cü şəxs X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni fəaliyyətin qarşısının alınması və (sexin fəaliyyətinin) dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar