Məhkəmə qərarları › İş №2-1(112)-11890/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11890/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11890/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə "torpaq sahəsinin cizgi planının verilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 noyabr 1991-ci il tarixli, 22 saylı sərəncama əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə ünvanında yerləşən ərazidə fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 750 kv.m. torpaq sahəsinin yerləşmə sxemini əks etdirən cizgi planının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon xalq deputatları sovetinin icraiyyə komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə ünvanında yerləşən ərazidə fərdi yaşayış evi tikmək üçün 750 kv.m. torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahənin sənədləşdirilməsi məqsədilə aidiyyatı dövlət qurumlarına müraciət etsə də, ondan torpaq sahəsinin yerləşmə sxemini əks etdirən cizgi planı istənilmişdir. Torpaq sahəsinin yerləşmə sxemini əks etdirən cizgi planının əldə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə yazılı şəkildə cavabdeh quruma müraciət etsə də, cavabdehdən bu günədək müsbət cavab ala bilməmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazında bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək Əzizbəyov Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli, 22 saylı Qərarına əsasən ona ayrılmış Mərdəkan qəsəbəsində yerləşən m/368 nömrəli torpaq sahəsinə cizgi verilməsini xahiş etmişdir. İddiaçının müraciəti Xəzər RİHB-nın Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırılmış və Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə İddiaçı qeyd olunan mübahisəli torpaq sahəsinin vətəndaş X1 mülkiyyətində olması və bununla bağlı Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 230/2021 nömrəli qətnaməsinin olduğu bildirilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Cavabdeh tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə X3 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. 3-cü şəxsin yazılı etirazında bildirilmişdir ki, iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Qeyd edir ki, İddiaçı ona qarşı Xəzər Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni Sahə massivində yerləşən 750 kv.m. torpaq sahəsindən çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən Xəzər rayon Məhkəməsinin 2(003)-230/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3170/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, Xəzər Rayon Məhkəməsində işə baxılan zaman iddiaçının iddiasının təmin olunmasına əsas ola biləcək və sözügedən torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin qanunazidd olmasını ehtiva edən əsaslar və sübutlar aşkar edilməmiş, eyni zamanda iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1825 nömrəli ekspert rəyinə əsasən faktiki sahəsi 2170 kv.m. olan torpaq sahəsi ilə DƏDRX-in xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla onun adına qeydə alınmış 0.10 ha hissənin üst-üstə düşməsi müəyyən edilmişdir. Eyni zamanda bu müddəa ƏMDK yanında DƏDRX-in xx.xx.2021-ci il tarixli, ********* nömrəli mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa xüsusilə qeyd edir ki, iddia edilən 750 kv.m. sahənin məhz onun mülkiyyətində olan torpaq sahəsinin tərkibində olması da sübuta yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırlıq icraatı üzrə iclasda iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə baglı iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxs təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, 3-cü şəxs işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli 22 nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarının surətinə əsasən İddiaçı Mərdəkən qəsəbəsində m/368 №-li sahədə fərdi ev tikmək üçün 750 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1991-ci il tarixli 22 nömrəli sərəncamı 18.11.91-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli olmaqla İddiaçı barəsində verilməmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı X1 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və X1 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə" massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3170/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən məhkəməyə göndərilmiş 2(003)- 230/2021 nömrəli, 05 sentyabr 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma tələbi rədd olunmuşdur. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3170/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. İddiaçının hüquqi maragına görə o, Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 18 noyabr 1991-ci il tarixli 22 nömrəli sərəncamının surətinə istinadən iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahədə fərdi ev tikmək üçün guya ona ayrılmış 750 kv.m. torpaq sahəsinin yerləşmə sxemini əks etdirən cizgi planının verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, iddiaçının belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1991-ci il tarixli 22 nömrəli sərəncamı 18.11.91-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli olmaqla İddiaçı barəsində verilməmişdir. Bundan əlavə işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi İddiaçı cavabdeh X2 qarşı X1 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 20 L ünvanda 0,1 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və X1 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Yeni Sahə" massivində yerləşən 750 kv.metr torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə iddiası rədd edilmişdir. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin məhkəmələr tərəfindən müəyyən edimiş hallarından görünür ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı bir sərəncam vermək hüququ yoxdur. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə olduğu halda isə hazırki iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ olmadığı üçün o, cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. Odur ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar