Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11894/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı – doğumun qeydə alınması və uşağa soyadın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı – 18.09.2021-ci il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması və uşağa “Salmanbəyli” soyadının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və X5 08.02.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin fevral ayının 08 günündə 101 nömrəli qeyd edilmişdir. Nikahdan 18.09.2021-ci il tarixdə bir övladları dünyaya gəlmişdir. Övladlarının soyadının “Salmanova”dan “Salmanbəyli” soyadına dəyişdirilməsi ilə bağıl 1 saylı Bakı “Asan xidmət” X1 müraciət olunmuş, lakin, onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh imtina məktubunda uşağın valideynlərinin soyadının müxtəlif olduğunu bildərərək, uşağa “Salmanbəyli” soyadının verilməsindən imtina etmişdir. Hesab edir ki, övladlarının soyadının dəyişdirilməsinə maneə olmadığından, cavabdehin imtinası qanunaziddir. Bundan başqa, hazırki mübahisəyə oxşar mübahisəyə məhkəmə praktikasında baxılmış və uşağın soyadının sonluğu “Mirzəyev”-dən “Mirzəbəyli”yə dəyişdirilməsi ilə bağlı qərar qəbul edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1425/2020, 02.09.2020-ci il tarixli qərar). Əlavə olaraq onu da, vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə övladının anası X4 iddiaçı qismində çıxış etməsə də, övladlarının soyadının sonluğunun “Salmanbəyli” soyadına dəyişdirilməsinə etiraz etmədiyi ilə bağlı notarial qaydada təsdiq təsdiq ollunmuş ərizə mövcuddur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə 29.11.2021-ci il tarixdə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 12.07.1996-cı il tarixdə anadan olmuşdur. İşdə olan 3 saylı Bakı “Asan xidmət” X7 tərəfindən verilmiş AZ-İİ seriyallı, 423553 nömrəli “Nikah haqqında şəhadədətnamə”nin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı ilə 12.07.1996-cı il təvəllüdlü X6 08.02.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilmiş TQS-103 Formalı Doğum haqqında Tibbi Şəhadətnamədən görünür ki, 18.09.2021-ci il tarixdə Bakı şəhərində X4 ilə X2 qızı anadan olmuşdur. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının müraciətindən imtina edilməsi barədə 21.10.2021-ci il tarixli, 05/Q-2274/11 nömrəli məktubdan görünür ki, iddiaçının 18.09.2021-ci il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması və uşağa “Salmanbəyli” soyadının verilməsi barədə 1 saylı Bakı “Asan xidmət” X3 daxil olmuş, 20.11.2019-cu il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadı müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 18.09.2021-ci il tarixdə doğulmuş qızına “Salmanbəyli” soyadının verilməsi mümkün deyil. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İşdə olan notarial qaydada təsdiq edilmiş X4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X4 18.09.2021-ci il tarixdə anadan olmuş qızının soyadının sonluğunun dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideyinlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından göründüyü kimi, fiziki şəxsin adının və soyadının, atasının adının verilməsi, dəyişdirilməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulmuş həmin Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-dır ki, həmin Qaydaların 5.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlılq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.11-ci bəndinə əsasən uşağın soyadı valideynlərinin soyadı ilə müəyyən edilir. Valideynlərin arzusu ilə “ov”, “yev” sonluqlu soyadları sözün kökündən asılı olaraq “lı”, “li”, “lü”, “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Hazırki işdə iddiaçının tələbinin yetkinlik yaşına çatmayan övladının soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi “Salmanbəyli” soyadı ilə “Salmanova” soyadı arasında böyük fərq yoxdur və qanunvericiliklə “ov”, “yev” sonluqlu soyadlarının sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü”, “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilməsinin nəzərdə tutulması heç də soyad sonluğunun “bəyli” sonluqlu ifadə forması ilə əvəz olumasına hər hansı qadağa qoyulması kimi qəbul edilə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik normaları valideynlər arasında mübahisə olmadıqda uşağın soyadının verilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Belə olan halda, məhkəmə cavabdehin imtinasını əsaslı saymayaraq hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanuni sayıla bilməz. Belə ki, nəzərə alınmalıdır ki, uşağın valideynləri arasında onun soyadı ilə bağlı fikir ayrılığı olması barədə inzibati icraat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir sübut, dəlil təqdim edilməmişdir. Bu hal isə, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktlar və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiysinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə görə isə, uşağa ad valideynlərin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəicələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərirnə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 18.09.2021-ci il tarixdə doğulmuş uşağının “Salmanbəyli” soyadı ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11894/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11894/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver