Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11898/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, fərdi sahibkar) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı “iddiaçının cavabdeh Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixində ünvanladığı ərizəsinə cavab verilməməsi ilə əlaqədar icra şöbəsi tərəfindən edilmiş hərəkətsizliyin qanunsuz hesab edilməsi, həmin ərizəyə cavab verilməsi vəzifəsi Nərimanov rayon İcra şöbəsinə öhdəlik qoyulması” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı iddiaçının cavabdeh Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixində ünvanladığı ərizəsinə cavab verilməməsi ilə əlaqədar icra şöbəsi tərəfindən edilmiş hərəkətsizliyin qanunsuz hesab edilməsi, həmin ərizəyə cavab verilməsi vəzifəsi Nərimanov rayon İcra şöbəsinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-558/2017 saylı, xx.xx.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 651/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri icra olunmasından ötrü Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun icraatına daxil olmuşdur. İcra məmuru Vüsal Şirinovun qərarı ilə hər iki icra vərəqi bir icra işində birləşdirilmişdir. İddiaçı tərəfindən 22 iyul 2022-ci il tarixində cavabdeh Nərimanov rayon İcra Şöbəsinə rəsmi olaraq ərizə müraciət edərək icra məmuru Vüsal Şirinova etiraz edilmişdir. İddiaçı hesab edir ki, Nərimanov rayon İcra Şöbəsinin tərəfindən bugünə kimi rəsmi müraciətlərinə cavab verilməməsi ilə edilmiş hərəkətsizliy qanunsuz hesab edilməlidir. Cavabdeh tərəfindən ərizəyə cavab verilməli olduğu halda bu günə kimi cavab verilməmişdir. Bununla bağlı iddiaçı hesab edir ki, cavabdehin iddiaçıya qarşı qərəzli mövqe tutaraq öz marağlarından çıxış edərək İcra haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsini, «Vətəndaşların müraciəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsindən irəli gələn tələbləri kobud pozmaqla Azərbaycan Respublikasının Konstitusiyasında 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququna da ziddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin cavabı almamış, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: İddiaçının Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 22 iyul 2022-ci il tarixli etiraza əsasən iddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(00)-558/2017 saylı, xx.xx.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 651/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri icra olunmasından ötrü digər icra məmuruna verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçı ünvanladığı ərizəsinə cavab verilməməsi ilə əlaqədar icra şöbəsi tərəfindən edilmiş hərəkətsizliyin qanunsuz hesab edilməsi, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən, bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Həmin Qanunun 12.3.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməli, məsələrin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməli (maddə 12.3.2), müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər (maddə 12.3.3). İddiaçının dəlillərinə görə cavabdeh tərəfindən iddiaçının müraciətinə yazılı cavab verilməmişdir. Cavabdeh bunu təkzib edən sübutları məhkəməyə təqdim etməmiş, iddiaya dair etiraz bildirməmişdir. Belə olan halda cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətsizliyə yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı cavabdeh Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixində ünvanladığı ərizəsinə cavab verilməməsi ilə əlaqədar icra şöbəsi tərəfindən edilmiş hərəkətsizliyi qanunsuz hesab edilməli,iddiaçının həmin ərizəsinə cavab verilməsi vəzifəsi cavabdeh Nərimanov rayon İcra şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 15, 52, 68 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixində ünvanladığı ərizəsinə cavab verilməməsi ilə əlaqədar icra şöbəsi tərəfindən edilmiş hərəkətsizliyi qanunsuz hesab edilsin, həmin ərizəyə cavab verilməsi vəzifəsi cavabdeh Nərimanov rayon İcra şöbəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-11898/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11898/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver