Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-119/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin sərəncamında olmağının qanunsuz hesab edilməsi və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sərəncamda olduğu müddət üçün (1 il 23 gün) aylıq pul təminatının tam həcmlə hesablaraq, ona ödənilməsi, 2017-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyətə görə pul kompensasiyasının, 2017-ci ilin növbəti məzuniyyətinə çıxmalı olduğu halda ona verilməli olan, lakin verilməmiş vəzifə maaşı məbləğində pul təminatının, 2017-ci ilin hesabına maddi yardımın, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan xidmət müddətinin yekunlarına görə birdəfəlik pul mükafatının, 2018-ci ildə ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq (90 günlük) növbəti məzuniyyətinin istifadə etmədiyi 45 günü üçün pul kompensasiyasının hesablanaraq, ona ödənilməsi və hərbi xidmət dövr istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək məhkəmədən, onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin sərəncamında olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün (1 il 23 gün) aylıq pul təminatının tam həcmdə hesablanaraq, ona ödənilməsi, 2017-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyəti görə pul kompensasiyasının, 2017-ci ilin növbəti məzuniyyətə çıxmalı olduğu halda ona verilməli olan, lakin verilməmiş vəzifə maaşı məbləğində pul təminatının, 2017ci ilin hesabına maddi yardımın, 2017-ci ilin yardımına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tairxdən xx.xx.2018-ci il tarixdək olan xidmət müddətinin yekunlarına görə birdəfəlik pul mükafatının, 2018-ci ildə ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq növbəti məzuniyyətinin istifadə etmədiyi 45 günü üçün pul kompensasiyasının hesablanaraq ona ödənilməsi və hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə Alayında (563 nömrəli hərbi hissədə) zabit kimi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikası Cavabdeh yarandığı xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müxtəlif vəzifələrdə zabit vəzifələrində, o cümlədən 2013-cü ilidən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Cavabdeh X3 və Mühafizə Alayında (9971 saylı hərbi hissə) “Qərargah rəisi-alay komandirinin müavini” vəzifəsində xidmət edib. Fövqəladə Hallar Nazirinin 0334/Ş №-li xx.xx.2017-ci il tarixli əmri ilə xx.xx.2017-ci il tarixdə Nazirin sərəncamına çıxarılıb və xx.xx.2018-ci il tarixədək sərəncamında olub. xx.xx.2018-ci il tarixdə Cavabdeh X3 Xidmətinin Kimya və Mühafizə şöbəsinin rəsisi vəzifəsinə təyin edilmiş və xx.xx.2018-ci il tarixdə həmin vəzifədən ehtiyata buraxılmışdır. Cavabdehndə xidmət edərkən 2013-cü ildən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində bir çox maddi təminat və istirahət hüquqları pozulmuşdur. Belə ki, onun sərəncama çıxarılmağı əsassız və qanunsuz olmuşdur. Qanunvericiliklə icazə verilən sərəncamda olma müddəti 3 (üç) ay olduğu halda, o 1 il 4 ay 23 gün qanunsuz olaraq sərəncamda saxlanmışdır. Uzun müddət sərəncamda olmağı ona və ailə üzvlərinə mənəvi və maddi cəhətdən pis təsir etmişdir. Belə ki, ailəsinin yeganə işləyən üzvü o olmuşdur. “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununda və “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamədə nəzərdə tutulan 2017-ci ilin 45 günlük növbəti məzuniyyətindən istifadə etməmişdir. İstifadə etmədiyi 45 günlük növbəti məzuniyyətə görə ona qanunvericiliklə nəzərədə tutulan kompensasiya verilməmişdir. Həmçinin növbəti məzuniyyətə çıxarkən verilməli olan “Hərbi Qulluqçuların Statusu Haqqında” Qanununun 10-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulan vəzifə maaşı məbləğində pul təminatı verilməmişdir. 2017-ci ilin hesabına vəzifə maaşı həcmində verilən maddi yardım ona verilməmişdir. Eyni zamanda 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatı ona verilməmişdir. 2018-ci ildə ehtiyata buraxılarkən ona 20 təqvim ilindən çox xidmət etdiyinə görə 3 ay müddətində (90 günlük) verilməli olan növbəti məzuniyyət cəmi 45 gün müddətində verilmişdir. Qalan 45 gün növbəti məzuniyyət üçün ona heç bir kompensasiya ödənilməmişdir. Həmçinin 2018-ci ildə ehtiyata buraxılarkən hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün müvafiq arayış ona verilməmişdir. O, xx.xx.2017-ci il tarixdə sərəncama çıxarıldıqdan sonra 2017-ci ildə ona 2 (iki) ay (aprel və may) tam maaş ödənilmiş, növbəti 2 (iki) ay ərzində isə hərbi rütbə maaşı və ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmiş, 2017-ci ilin avqust ayından başlayaraq xx.xx.2018-ci il tarixədək heç bir aylıq pul təminatı ödənilməmiş və heç bir növ pul təminatı ödənilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tyərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi-X2 məhkəmə iclasında izahat verərək, İddiaçı Cavabdeh tabeliyində olan hərbi hissənin anbarında baş vermiş oğurluq hadisəsi ilə bağlı cinayət işi üzrə sahid qismində cəlb olunduğunu və həmin hadisə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Fövəqladə Hallar Nazirliyinə təqdimat göndərildiyini, təqdimatda iddiaçının adının xidmətdə səhlənkarlıqla bağlı adları qeyd olmuş əməkdaşlar arasında olduğunu, sərəncamda qalmağına səbəbin də cinayət işi ilə bağlı olduğunun nəzərə alınaraq iddiaçının sərəncamda olduğu müddətə ona ödənilməli olan lakin ödənilməmiş pul təminatının və istifadə etmədiyi məzuniyyət üçün pul kompensasiyasının ödənilməsi üçün müvafiq arayışın verilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildə Salyan şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx xxxxx 2017-ci il tarixli 0334/ş №-li əmrindən çıxarışından görünür ki, Nazirliyin hərbi qulluqçularının Azərbaycan Respublikasının Cavabdeh sərəncamına verilməsi haqqında “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı bəndinə əsasən X3 və mühafizə alayının (9971 saylı hərbi hissə) qərargah rəisi-alay komandirinin müavini mayor İddiaçı tutduğu vəzifədən azad edilərək sərəncama verilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cavabdehnə ünvanlanmış xx.xx.2018-ci il tarixli təqdimatdan görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, anbarda saxlanılan pirotexniki məmulatlarda çatışmazlığının yaranma səbəbi adları qeyd edilən digər şəxslərlə yanaşı İddiaçı xidməti vəzifələrinə səhlənkar yanaşmaları olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2018-ci il tarixli 1243/ş №-li əmri ilə mayor İddiaçı, Cavabdeh sərəncamından-X3 Xidmətinin (9970 saylı hərbi hissə) Radiasiya və kimyadan mühafizə şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin baş leytenantı Əhməd Əmiraslanlının ehtiyata buraxılması və hərbi qulluqçularına intizam cəzalarının verilməsi haqqında Nazirliyin xx.xx.2018-ci il tarixli 1257/ş №-li əmrdən çıxarışdan görünür ki, cinayət işi üzrə aparılmış istintaq zamanı hərbi hissənin anbarında saxlanılan pirotexniki məmulatların çatışmazlığının yaranma səbəbinin digər əməkdaşlarla yanaşı kimyadan mühafizə şöbəsinin rəsisi mayor İddiaçı xidməti vəzifələrinə səhlənkar yanaşmaları nəzərər alınaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinə, Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 6-ci və 67-ci maddələrinə uyğun olaraq “Azərbaycan Respublikasının Cavabdeh haqqında” Əsasnaməsinin 10.10.6-cı və 10.10.22-ci yarımbəndləri rəhbər tutularaq XRXX-nin Radiasiya və kimyadan mühafizə şöbəsinin rəisi mayor İddiaçı töhmət verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx xxxxxx 2018-ci il tarixli 1729 №-li əmri ilə Nazirliyin X3 Xidmətinin (9970 saylı hərbi hissə) Radiasiya və kimyadan mühafizə şöbəsinin rəisi mayor İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırkı tələblə xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti sonuncu tərəfindən cavablandırılmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Cavabdeh Maliyyə şöbəsinin rəisi polkovnik-leytenant Azad Süleymanov tərəfindən Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin (9970 saylı hərbi hissə ) Radiasiya və kimyadan mühafisə şöbəsinin sabiq rəisi mayor İddiaçı şikayəti ilə bağlı tərtib edilmiş arayışda İddiaçı Nazirliyin xx xxxxx 2017-ci il tarixli 0334/ş saylı əmri ilə X3 Xidmətinin X3 və mühafizə alayının (9971 saylı hərbi hissə) qərargah rəisi-alay komandirinin müavini vəzifəsindən Nazirliyin sərəncamına götürüldüyü, Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli 1243/ş saylı əmri ilə X3 Xidmətinin (9970 saylı hərbi hissə) Radiasiya və kimyadan mühafizə şöbəsinin rəisi vəzifəsinə təyin edildiyi, Xidmət rəisinin xx xxxxxx 2018-ci il tarixli 0517/ş saylı əmri ilə (öz arzusu ilə) xx xxxxxx 2018-ci il tarixdən ehtiyata buraxıldığı, xidmət müddətində əmək haqqı, məzuniyyət pulu, təxris əmrinə uyğun olaraq 2018-ci il oktyabr dekabr aylardakı xidmətə görə 90 faiz həcmində pul mükafatı, ehtiyata buraxılması ilə əlaqədar 2 aylıq maaş miqdarında bir dəfəlik pul müavinatı və 2018-ci il üçün nəzərdə tutulmuş maddi yardım ona tam ödənildiyi, ehtiyata buraxılarkən əlavə olaraq 45 gün məzuniyyət verilməsi əmrdə qeyd edilmədiyindən heç bir ödəniş edilmədiyi (məzuniyyət kompensasiyası 1221 manat 96 qəpik), əşya əmlakı əvəzinə pul kompesasiyası alınması üçün arayışın verilməsi ilə bağlı xidmətə müraciət etmədiyi, xx xxxxx 2017-ci il tarixdən 10 sentyabr tarixinədək Nazirliyin sərəncamında olduğu üçün ödənişlərlə bağlı məlumat olmadığı, İddiaçı sərəncam dövründə pul təminatının aşağıdakı kimi olmalı olduğu qeyd olunmuşdur: əmək haqqı xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək tutqularsız 10.584,86 manat (xx xxxxx 2018-ci il mart- vəzifə maaşı 375.00, rütbə maaşı 130.00, xidmət ili 101.00, dərəcəsi 131.25) və (aprel 2018-sentyabr 2018-ci il tarixə vəzifə maaşı 410.00, rütbə maaşı 130.00, xidmət ili 108.00, dərəcəsi 14.50 ); maddi yardım 2017-ci il üçün 505.00 manat; mükafat 2017-ci ilin müvafiq dövrü üçün 1010.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 720.00 manat; məzuniyyət əvəzinə pul kompensasiyası 2017-ci ilin müvafiq dövrü üçün 897.04 manat Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin hallarından görünür ki, iddiaçı ehtiyatda olan mayor rütbəli zabitdir. xx.xx.2002ci il tarixdən müxtəlif vəzifələrdə hərbi xidmət keçmiş, xidmətdə sonuncu vəzifəsi Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin (9970 saylı hərbi hissə) Radiasiya və kimyadan mühafizə şöbəsinin rəisi olmuşdur. Cavabdehin xx.xx.2018-ci il tarixli 1729/ş əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna) əsasən ehtiyata buraxılmışdır. “Fövqəladə Hallar Orqanlarında Xidmətkeçmə Haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşı təşkilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə üç ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə olduğu dövr bu müddətə daxil edilmir. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda həmin andan vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Həmin Qanunun 15.3-cü maddəsinə görə fövqəladə hallar orqanlarının vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır. Həmin Qanunun 15.5-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 31.1-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız fövqəladə hallar orqanlarının əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasının davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti araşdırmanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində əməkdaş barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına dair və ya intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir. “Fövqəladə Hallar Orqanlarında Xidmətkeçmə Haqqında” Azərbaycan Respublikası Qanununun 25.9-cu maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşlarına ildə bir dəfə bir aylıq vəzifə və xüsusi rütbəyə görə maaşı həcmində maddi yardım göstərilir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya xidmət müddətində əmək haqqı, məzuniyyət pulu, təxris əmrinə uyğun olaraq 2018-ci il oktyabrdekabr aylardakı xidmətə görə 90 faiz həcmində pul mükafatı, ehtiyata buraxılması ilə əlaqədar 2 aylıq maaş miqdarında bir dəfəlik pul müavinatı və 2018-ci il üçün nəzərdə tutulmuş maddi yardım tam ödənilmişdir. İddiaçı sonuncu dəfə tutduğu vəzifədən azad edilərək, sərəncama verilməsi barədə xx xxxxx 2017-ci il tarixli əmrdə ona sərəncamda olduğu müddətdə aylıq əmək haqqının ödənilməsi qeyd olunmamışdır. İddiaçı ilkin tələbində sərəncamda olmağının qanunsuz hesab edilməsini xahiş etsə də, sonradan iddia tələbini həmin hissədə azaltmış və qeyd olunan əmri isə ümumiyyətlə mübahisələndirməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ehtiyata buraxılarkən, ona əlavə olaraq 45 gün məzuniyyət verilməsi əmrdə qeyd edilmədiyindən. bununla bağlı heç bir ödəniş aparılmamış, əşya əmlakı əvəzinə pul kompesasiyasının alınması üçün arayışın verilməsi ilə bağlı isə iddiaçı tərəifndən xidmətə müraciət olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-119/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-119/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver