Məhkəmə qərarları › İş №2-1(112)-119/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-119/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-119/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı – İddiaçı MMC-nin cavabdeh – Cavabdehnə üçüncü şəxs – "xxxx" MMC qarşı “qərarların ləğv edilməsi” iddiasına dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1iaçı İddiaçı MMC Cavabdehnə qarşı “qərarların ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Məlikov iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etirazı olmamışdır. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində şifahi məhkəmə baxışı iclasından iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia baxılmamış saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Mülki Prosessual Məcəllənin 259.0.11ci maddəsinə əsasən baxılmadan saxlanılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsinin baxılmamış saxlanılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İş üzrə iddia baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar