Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-119/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ödənilməyən pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin aidiyyəti vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində təqaüdünün az hesablanması nəticəsində ona ödənilməyən 8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 iyun 2006-cı il tarixində təqaüdə çıxmışdır. Həmin vaxtı hərbi təqaüdünün xidmət illərinə görə hesablanması üçün kifayət qədər xidmət illərinin olmasına baxmayaraq, onun hərbi təqaüdü Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin təqsiri ucbatından xəstəliyinə görə az məbləğlə hesablanmışdır. Nəticədə də hər ay xeyli miqdarda az təqaüd alırdı. Bütün bunları nəzərə alaraq DTX-ya ərizə ilə müraciət edərək yol verilən qanunsuzluqların aradan qaldırılmasını xahiş etmişdir. DTX-nın Maliyyə İdarəsi tərəfindən ərizəsinə əsasən hərbi təqaüdünün xidmət illərinə əsasən hesablanması barəsində ƏƏSM Nazirliyinin yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 004420 saylı, 27.04.2016-cı il tarixli, 21/365 qeydiyyat nömrəli yeni məlumat vərəqəsi göndərmişdir. 2016-cı ilin may ayında barəsində yazılan yeni məlumat vərəqəsinə əsasən xəstəliyə görə onun üçün hesablanan 640 manat təqaüdü, təqaüdə çıxdığı vaxtdan 928 manata qaldırıldı. Fərq də göründüyü kimi 288 (iki yüz səksən səkkiz) manat təşkil etmişdir. 21 iyun 2006-ci il tarixindən 30 aprel 2016-cı il tarixinə qədər keçən 118 (yüz on səkkiz) ay müddətinə, hər ay 288 manat (118 x 288 = 33.984) olmaqla ona cəmi ödənilməli olan 33.984 (otuz üç min doqquz yüz səksən dörd) manat pul məbləğindən 27.154 (iyirmi yeddi min yüz əlli dörd) manat ödənilmişdir. Bu da onu göstərir ki, ona 6.830 (altı min səkkiz yüz otuz) manat pul az ödənilmişdir. Bundan əlavə xidmət illərinin səhv göstərilməsi ucbatından da ona təqaüdünün az hesablanması nəticəsində 19.599 manat maddi ziyan vurulmuşdur. 15 dekabr 2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xidmət illərinin düzgün hesablanması barəsində verilən məhkəmə qərarına əsasən ödənilməyən məbləğ bölünərək aylar üzrə təqaüdünə əlavə olunmağa başlanmışdır. Həmin məbləğin hesablanması zamanı da qanunusuzluğa yol verilərək, təqaüdünə 1.564 manat az pul əlavə olunmuşdur. Belə ki, DTX-nın 02.02.2018-ci il tarixli, 21/138 saylı yeni məlumat vərəqəsinə əsasən onun pensiyası pul təminatının 79 faizdən 91 faizə qaldırılmışdır. Belə olan halda pensiyanın məbləği 141 manat artaraq 928 manatdan 1069 manata yüksəlmişdir. Belə ki, 139 ayı 141-ə vuranda 19.599 (on doqquz min beş yüz doxsan doqquz) manat edir. 19.599 manatdan da 18.035 manatı çıxanda 1.564 manat fərq qalır. Həmin məbləğ də ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2020 saylı 04 fevral 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 27.04.2016-cı il tarixli, 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqinin nəzərə alınaraq İddiaçı 21.06.2006-cı il tarixdən 01.01.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1096/2020 №-li, 19.08.2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2-1(112)- 268/2020 saylı qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində təqaüdünün az hesablanması nəticəsində ona ödənilməyən 8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz, etiraza əlavə təqdim etmiş və etirazları onunla əsaslandırmşıdır ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (hazırki Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən 21.06.2006-cı il tarixində İddiaçı əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçuları və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı əmək pensiyasının təminat xərcliyinin artım hissəsinə uyğun olaraq yenidən hesablanaraq keçmiş dövr üzrə fərq məbləği aşağıdakı qaydada hesablanaraq ona ödənilmişdir. Belə ki, 21 iyun 2006-cı il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 24,75 manat olmaqla cəmi təminat xərcliyi 766,35 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsə 32 il 3 ay xidmət müddətinə görə təminat xərcliyinin 91 faizi - 697,38 manat məbləğində əmək pensiyası ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 697,38 manat məbləğində pul ödənilməli olduğu halda 435,14 manat pul ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 1660,85 manat pul məbləği hesablanmışdır. 1 yanvar 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 773,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 703,98 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 703,98 manat məbləğində pul ödənilməli olduğu halda, 427,49 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 3528,6 manat pul məbləği hesablanmışdır. 1 sentyabr 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 372,80 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 953,20 manat müəyyən edilmişldir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 867,41 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 867,41 manat məbləğində pul ödənilməli olduğu halda 530,26 manat ödənilmişdir. Beləliklə, növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4045,80 manat pul məbləği hesablanmışdır. 1 sentyabr 2010-cu il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 370,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 400,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 55,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1019,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 927,75 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 867,41 manat məbləğində pul ödənilməli olduğu halda 530,26 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4141,28 manat pul məbləği hesablanmışdır. 1 dekabr 2011-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 407,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 429,60 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 61,05 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1091,65 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 993,40 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 927,75 manat məbləğində pul ödənilməli olduğu 566,73 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4397,89 manat pul məbləği hesablanmışdır. 1 sentyabr 2013-cü il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 448,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşınm 80 faizi miqdarında əlavəsi - 462,40 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,20 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1171,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1066,16 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 993,4 manat məbləğində pul ödənilməli olduğu halda 600,41 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4831,04 manat pul məbləği hesablanmışdır. 13 yanvar 2016-cı il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 450,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 464,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1069,71 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 1068,34 manat məbləğində pul ödənilməli olduğu halda 644,38 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 2687,37 manat pul məbləği hesablanmışdır. 01 mart 2018-ci il tarixindən etibarən Mübatiz Şamilovun sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 495,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi – 500,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi – 74,25 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1263,25 manat müəyyən edilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 1139,47 manat məbləğində pul ödənilməli olduğu halda 1573,48 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4141,28 manat pul məbləği hesablanmışdır. Göstərilənlərə əsasən iddiaçıya ümumilkdə keçmiş dövr üzrə ödənilməli olan 45234,92 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği 01.10.2016-31.12.2019-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İdarəyə göndərilmiş ən sonuncu 7 fevral 2018-ci il tarixli, 004420 nömrəli yeni məlumat vərəqəsindəki məlumatlara əsasən, 21.06.2006-31.01.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin sonuncu məlumat vərəqəsində vəzifə maaşı 450, rütbə maaşı 130, xidmət illərinə görə 80 faiz əlavə 464, məharət dərəcəsinə görə 15 faiz əlavə 67,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. Göstərilən məlumatlara əsasən iddiaçıya 32 il cəmi xidmət illərinə görə əmək pensiyasının təyin olunması müəyyən olunmuşdur. 7 fevral 2018-ci il tarixli, 004420 nömrəli yeni və ən sonuncu məlumat vərəqəsinə əsasən 21.06.2006-31.01.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yuxarıda göstərilən rəqəmlərə əsasən yenidən hesablanmış və nəticədə yaranmış 18 080,77 manat məbləğində fərq (21/356 nömrəli, 27 aprel 2016-cı il tarixli əvvəlki məlumat vərəqəsinə əsasən iddiaçının ümumi xidmət illəri 28 il müəyyən olunmuşdur, buna görə də sonuncu məlumat vərəqəsinə əsasən iddiaçıya 32 il ümumi staja görə əmək pensiyası təyin olunarkən əvvəlki təyinat və yeni təyinat məbləği arasında fərq yaranmışdı) 2018-ci ilin fevral ayından etibarən hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, faktiki olaraq indi aldığı təqaüd ona əvvəlcə 30 aprel 2016-cı il tarixində və daha sonra 05.02.2018-ci il tarixində təyin olunmuşdur. Həmin vaxtı da onun təminat xərclərinə (1175 manat 50 qəpik) əsasən təyin olunan pensiyasının məbləğləri 928 manat (2016-cı il) və sonda 1069 manat (2018-ci il) olmuşdur. Onun ömürlük pensiya hüququ hələ hərbi xidmətdə olarkən 01.09.2004-cü il tarixdən yaranmasına baxmayaraq, pensiya almaq hüququnu 21 iyun 2006-cı il tarixindən həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra qazandığı üçün hərbi təqaüdü də qanuna müvafıq olaraq həmin vaxtdan sonra keçən 118 ayın (27.04.2016-cı il üçün) və müvafıq olaraq 139 ayın (02.02.2018-ci il üçün) hamısı üçün hesablanmalı idi. 2-ci qrup hərbi əlilliyə görə 21.06.2006-cı ildən aldığı təminat xərcliyinin 55 faizi məbləğindəki pensiyası 640 manat olmaqla əlillik növündən 2016-cı ilin aprelində (28 il xidmət illəri nəzərə almmaqla və döyüş bölgəsindəki xidmət illərimin güzəştli sayılan hissəsi nəzərə alınmadan) təminat xərcliyinin 79 faizi məbləğində 928 manat hesablanmaqla 288 manat artım fərqiylə hərbi xidmət illərinə görə yaşa görə pensiya növünə keçirildikdə keçmiş dövr 118 ay üçün ödənilməmiş pensiya pulunun məbləği 118x288=33984 manat təşkil edir ki, bu məbləğdən də ona birdəfəlik ödənilmiş 27154 manat çıxıldıqda 33984-27154=6830 manat ödənilməmiş məbləğ qalır. Xidmət illərinin məhkəmə qərarına görə döyüş bölgəsindəki güzəştli sayılan xidmət hissəsi nəzərə alınmaqla yenidən hesablanması nəticəsində xidmət illəri 28 ildən 32 ilə qalxmaqla, hərbi təqaüdünün təminat xərcliyinin 12 faizi məbləğində 141 manat fərqlə artması səbəbindən, pensiyası pul təminatının 79 faizindən 928 manatdan 91 faizinə 1069 manata çatdırılmışdır. Bu hal da təqaüdə çıxdığı 21.06.2006-cı ildən nəzərə alınmadığına görə keçmiş dövr 139 ay üçün 139x141=19599 manat təşkil etdiyindən ona ödənilmiş 18035 manatı çıxdıqda 19599-18035=1564 manat ödənilməmiş məbləğ qalır. Xidmət illərinə görə yaşa görə pensiya növü üzrə yenidən pensiyanın hesablanması zamanı ona ümumilikdə ödənilməmiş 6830+1564=8394 (səkkiz min üç yüz doxsan dörd) manat pulun ödənilməməsi üçün cavabdeh əsassız bəhanələr gətirir. Ömürlük pensiya hüququnun 01.09.2004-cü il tarixdən Azərbaycan Respublikası MTN-də hərbi xidmətdə olduğu dövrdən yaranması barədə qeyd Azərbaycan Respublikası DTX tərəfindən cavabdehə 27.04.2016-cı il və 02.02.2018-ci il tarixlərdə göndərilmiş dəqiqləşdirilmiş məlumat vərəqələrində öz əksini tapmışdır və 20.06.2006-cı ildə pensiyaya çıxdığı vaxtdan ömürlük pensiya almaq hüququ vardır. Bütün yuxarıda göstərilənlər sübut edir ki, hərbi qulluqçuya hərbi təqaüd təyin olunarkən, hərbi qulluqçunun təqaüd təyin olunan vaxtı bütün təminat xərcləri əsas götürülməlidir. Əvvəlki illər üçün təminat xərclərinin əsas götürülməsi qanunda nəzərdə tutulmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Filial tərəfindən iddiaçıya ünvanlanmış 20.08.2019-cu il tarixli, **********8 nömrəli məktubdan görünür ki, keçmiş dövr üzrə hesablanmış fərq məbləği haqqında 24.07.2019cu il tarixində daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, ona 21 iyun 2006-cı il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxsləə əmək pensiyasının təyin edilməsi cə ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İdarəyə təqdim olunmuş 7 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən 21.06.2006-31.01.2018-ci il tarixləri arasındakı dövr üçün əmək pensiyası yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 18080,77 manat məbləğində fərq 2018-ci ilin fevral ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. - İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı hərbi xidmət dövründə yaranmış xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlilliyə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilmiş 003539 nömrəli məlumat vərəqəsinə əsasən 20.06.2006-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı 2 may 2016-cı il tarixində əlilliyə görə ona ödənilən əmək pensiyasından imtina etməklə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş 27.04.2016-cı il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçıya 01 yanvar 2007-ci il tarixdən 30 aprel 2016-cı il tarixədək pensiya yenidən hesablanmış və yaranmış 27154,15 manat pensiya fərqi 2016ci il oktyabr ayında ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş 07.02.2018-ci il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçıya 21 iyun 2006-ci il tarixdən 31 yanvar 2018-ci il tarixədək pensiyası yenidən hesablanmış və yaranmış 18080,77 manat pensiya fərqi iddiaçıya ödənilmişdir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış **********3 №-li, 21.09.2021-ci il tarixli məktubdan görünür ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (hazırki Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən 21.06.2006-cı il tarixində İddiaçı əmək pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Adıçəkilən şəxsin sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala ünvanlanmış 2 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən İddiaçı əmək pensiyası aşağıdakı qaydada hesablanaraq ona ödənilmişdir: 21 iyun 2006-cı il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 24,75 manat olmaqla cəmi təminat xərcliyi 766,35 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsə 32 il 3 ay xidmət müddətinə görə təminat xərcliyinin 91 faizi - 697,38 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 yanvar 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası manat olmaqla cəmi təminat xərcliyi 773,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 703,98 manat məbləğində ödənilmişdir. 1 sentyabr 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 372,80 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 953,20 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 867,41 manat məbləğində ödənilmişdir. 1 sentyabr 2010-cu il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 370,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 400,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 55,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1019,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 927,75 manat məbləğində ödənilmişdir. 1 dekabr 2011-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 407,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 429,60 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 61,05 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1091,65 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 993,40 manat məbləğində ödənilmişdir. 1 sentyabr 2013-cü il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 448,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 462,40 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,20 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1171,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1066,16 manat məbləğində ödənilmişdir. 13 yanvar 2016-cı il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 450,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 464,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1069,71 manat məbləğində ödənilmişdir. 1 mart 2018-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 495,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 500,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 74,25 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,0 manat olmaqla cəmi təminat xərcliyi 1263,25 manat müəyyən edimişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 32 il 3 ay xidmət müddəti üçün aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; - natamam ildəki iş stajı aylarının sayına (3 ay) mütənasib olaraq təminat xərcliyinin 0,50 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 79,50 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1175,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (1263,25 manat) arasındakı fərq məbləğinin (87,75 manat) 79,50 faizi - 69,76 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1069,71 manat) üzərinə əlavə olunmaqla 1139,47 manat məbləğində əmək pensiyası müəyyən edilməklə ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 598,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 598,40 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 89,70 manat və ərzaq payı əvəzinə"’ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1500,10 manat müəyyən edimişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (1263,25 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1500,10 manat) arasındakı fərq məbləğinin (236,85 manat) 79,50 faizi - 188,30 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1139,47 manat) üzərinə əlavə olunmaqla 1327,77 manat məbləğində əmək pensiyası müəyyən edilməklə adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülür. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2021 №-li, 29.09.2021-ci il tarixli qərardadına əsasən İddiaçı 21.06.2006-cı il tarixdə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının 27.04.2016-cı il tarixli, 004420 nömrəli və 07.02.2018-ci il tarixli, 004420 nömrəli məlumat vərəqələri üzrə yenidən hesablanması ilə bağlı müraciətinə 30 (otuz) gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 19.01.2022-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, ona 21 iyun 2006-cı il tarixində sonuncu xidmət keçdiyi orqan tərəfındən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasmm təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən X4 tərəfindən ödənilir. İddiaçı 2 may 2016-cı il tarixində Mərkəzi Filiala əlilliyə görə ona ödənilən əmək pensiyasından imtina etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş 27 aprel 2016cı il tarixli 004420 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən 1 may 2016-cı il tarixindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, eyni zamanda 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanmışdır. Bununla əlaqədar olaraq əmək pensiyası üzrə 01.01.2007-30.04.2016-cı il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 27154,15 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən 27154,15 manat pul vəsaiti 2016-cı ilin oktyabr ayında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına koçürülür. Bundan başqa sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 7 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən 21.06.2006- 31.01.2018-ci il tarixləri arasındaki dövr üçün əmək pensiyanın yenidən hesablanaraq ona ödənilməli olan 18080,77 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd edilən 18080,77 manat pul vəsaiti 01.02.2018-31.12.2019-cu il tarixləri arasındaki dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla iddiaçıya ödənilir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış məhkəmə qərardadının icrası haqqında 05.04.2022-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, İddiaçı 21 iyun 2006-cı il tarixində sonuncu xidmət keçdiyi orqan tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən X4 tərəfindən ödənilir. İddiaçı 2 may 2016-cı il tarixində Mərkəzi Filiala əlilliyə görə ona ödənilən əmək pensiyasından imtina etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş 27 aprel 2016-cı il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 1 may 2016-cı il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, eyni zamanda 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanmışdır. Bununla əlaqədar olaraq İddiaçı əmək pensiyası üzrə 01.01.2007-30.04.2016-cı il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 27154,15 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən 27154,15 manat pul vəsaiti 2016-cı ilin oktyabr ayında onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 7 fevral 2018-ci il tarixli, 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən 21.06.2006- 31.01.2018-ci il tarixləri arasındakı dövr üçün onun əmək pensiyası yenidən hesablanaraq ona ödənilməli olan 18080,77 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 18080,77 manat pul vəsaiti 01.02.2018-31.12.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə İddiaçı pensiyasının üzərinə əlavə olunmaqla ona ödənilib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilmiş 003539 nömrəli məlumat vərəqəsinə əsasən 2-ci qrup əlilliyə görə 20.06.2006-cı il tarixdən təminat xərcliyinin 55%-i nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir. İddiaçının 2 may 2016-cı il tarixli müraciətinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş 27.04.2016-cı il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə iddiaçının 28 il xidmət illəri nəzərə alınmaqla 1175,00 manat təminat xərcliyinin 79 %-i məbləğində pensiya təyin edilməklə 01 yanvar 2007-ci il tarixdən 30 aprel 2016-cı il tarixədək hesablanmış və ona ödənilməli olan 27154,15 manat pensiya məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş 07.02.2018-ci il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçının 32 il 3 ay xidmət illəri nəzərə alınmaqla 1175,00 manat təminat xərcliyinin 91%-i məbləğində pensiya təyin edilməklə 21 iyun 2006-ci il tarixdən 31 yanvar 2018-cı il tarixədək hesablanmış və ona ödənilməli olan 18080,77 manat pensiya məbləği müəyyən edilmişdir. Cavabdeh inzibati orqan ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 45234,92 manat fərq məbləği müəyyən edilərək iddiaçıya ödənilmişdir. İddiaçı 27.04.2016-cı il tarixli, 004420 nömrəli məlumat vərəqəsində və 07.02.2018-ci il tarixli, 004420 nömrəli məlumat vərəqəsində müəyyən edilmiş 1175,00 manat təminat xərcinin əvvəlki illər üzrə də nəzərə alınaraq ona 21.06.2006-cı ildən 20 aprel 2016-cı il tarixədək ödənilməmiş 6830 manatın və 30.04.2016-cı ildən 02.02.2018-ci il tarixədək ödənilməmiş 1564 manatın, cəmi 8394 manatın ödənilmədiyini iddia edərək həmin məbləğin cavabdeh inzibati orqan tərəfindən ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Hazırki mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1096/2020 №-li, 19.08.2020-ci il tarixli qərardadında nəzərdə tutulmuş hallar araşdırılmış, qanunvericiliyin tələb etdiyi əhəmiyyətli sayda həcmdə sübutlar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; - 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. - 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 22.12.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 2017-ci il iyulun 1-dək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın: - 1.1-ci bəndinə əsasən bu qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun oiaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. - 1.2-cı bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin quliucı staiına görə əmək pensiyasına əiavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. - 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olar qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsəsən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək, hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - 2-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; - 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; - 4-cü bəndinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanun və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın təhlilindən göründüyü kimi, bu qanunvericilik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə olan pul təminatından həmin günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçular sırasından olan şəxsələrə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarlar ilə bağlı pensiyanın yenidən hesablanması üçün şəxsin xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq DSMF orqanına göndərilməsi tələb olunur. Şəxsin xidmət etdiyi orqan tərəfindən məlumat vərəqəsində təminat xərcliyi ilə yanaşı şəxsin xidmət etdiyi illər barədə məlumatın dəqiq göstərilməsi mühüm rol oynayır. Belə ki, hərbi qulluqçunun xidmət etdiyi illər əsasında əmək pensiyaçının təminat xərcliyinə tətbiq olunacaq faiz dərəcəsi müəyyən olunur və bu faiz dərəcəsi əsasında pensiya məbləğinin hesablanması aparılır. Məhkəmə icraatı zamanı cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş izahatdan və iş materiallarında olan məlumat vərəqələrinin surətindən müəyyən edilmişdir ki, iddiaçıya 21 iyun 2006-cı il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 766,35 manat olduğundan təminat xərcliyinin 91 faizi - 697,38 manat məbləğində əmək pensiyasının ödənilməli olması, 1 yanvar 2008-ci il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 773,60 manat olduğundan, təminat xərcliyinin 91 faizi - 703,98 manat məbləğində əmək pensiyasının ödənilməli olması, 1 sentyabr 2008-ci il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 953,20 manat olduğundan təminat xərcliyinin 91 faizi - 867,41 manat məbləğində əmək pensiyasının ödənilməli olması, 1 sentyabr 2010-cu il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 1019,50 manat olduğundan təminat xərcliyinin 91 faizi - 927,75 manat məbləğində əmək pensiyasının ödənilməli olması, 1 dekabr 2011-ci il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 1091,65 manat olduğundan təminat xərcliyinin 91 faizi - 993,40 manat məbləğində əmək pensiyasının ödənilməli olması, 1 sentyabr 2013-cü il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 1171,60 manat olduğundan 91 faizi - 1066,16 manat məbləğində əmək pensiyasının ödənilməli olması, 13 yanvar 2016-cı il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 1175,50 manat olduğundan təminat xərcliyinin 91 faizi - 1069,71 manat məbləğində əmək pensiyasının ödənilməli olması cavabdeh inzibati orqan tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı təminat xərcinin məbləği 20.06.2006-cı il tarixindən 766,35 manat, 1 yanvar 2008-ci il tarixindən 773,60 manat, 1 sentyabr 2008-ci il tarixindən 953,20 manat, 1 sentyabr 2010-cu il tarixindən 1019,50 manat, 1 dekabr 2011-ci ildə 1091,65 manat, 1 sentyabr 2013-cü il tarixindən 1171,60 manat, 13 yanvar 2016-cı il tarixindən 1175,50 manat olmuşdur. İddiaçıya ilkin olaraq əlilliyə görə əmək pensiyası təyin edilərkən, həmçinin sonradan həmin pensiya növü yaşa görə əmək pensiyası ilə əvəz edildikdən sonra belə pensiya məbləği iddiaçının xidmət etdiyi qurum tərəfindən verilmiş hər artıma qədər verilmiş təminat xərcliyinə uyğun hesablanmış, xidmət illəri ilə bağlı yol verilmiş yalnışlıq aradan qaldırıldıqdan sonra 21.06.2006-cı il tarixdən ödənilməyən fərq məbləğinin 45.234,92 manat olması müəyyən edilmiş, həmin fərq məbləğinin iddiaçıya ödənilməsi təmin edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı 2016-cı və 2018-ci illər üzrə verilmiş məlumat vərəqələrində əks olunan təminat xərcliyinin əvvəlki illərə (20.06.2006-cı ildən) şamil olunaraq, həmin təminat xərcliyi əsasında hesablamaların və yaranmış fərq məbləğlərinin ödənilməsini xahiş etsə də iddiaçının irəli sürdüyü bu dəili qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunvericilikdə təminat xərcliyinin həm hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldığı, həmçinin də sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr əsasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçının xidmət etdiyi orqan tərəfindən 2016-cı ilə görə və 2018-ci ilə görə verilən təminat xərcliyinin əvvəlki illər üzrə nəzərə alınması mümkün deyildir. Çünki 2016-cı il və 2018-ci illərə aid məlumat vərəqələrində nəzərdə tutulmuş təminat xərcliyində olan artım əvvəlki illərdə olmamış, hər dövr üzrə (artım olanadək) məlumat vərəqəsinin tərtibi həmin il üzrə hərbi qulluqçunun təminat xərcliyi əsasında müəyyən edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edildiyindən və ödənildiyindən, yaşa görə əmək pensiyasının məbləği müəyyən edilən zaman qanunvericiliyin qüvvədə olan normaları nəzərə alınmaqla düzgün tətbiq olunduğundan, iddia tələbində göstərilənlərin hüquqi əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hüquqi və qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-119/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-119/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver