Məhkəmə qərarları › İş №2-1(112)-119/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-119/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-119/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X7” Şirkətinin Azərbaycandakı filialı üçüncü şəxslər qismində cəlb edilməklə “Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində “Torpaqların alqı-satqısına dair” akt və Binəqədi qəsəbə Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli, 1390 saylı sərəncamına əsasən aldığı 1500 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisəni predmeti:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində “Torpaqların alqı-satqısına dair” akt və Binəqədi qəsəbə Bələdiyyəsinin 15 sentyabr 2006cı il tarixli, 1390 saylı sərəncamına əsasən aldığı 1500 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli, 1390 saylı sərəncamına əsasən ona Binəqədi qəsəbə bələdiyyəsinin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə mülkiyyətnə verilmişdir. Həmin torpaq sahəsi uzun müddət onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsində öz hesabına abadlıq işləri aparmış, torpağı yararlı hala salmaq üçün xeyli pul vəsaiti sərf etmişdir. Hazırda da aldığı torpaq sahəsindən istifadə edir. Aldığı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahişi ilə müvafiq sənədləri əlavə etməklə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, sənədlərə torpağın alqısatqısına dair aktı əlavə etmədiyinə görə qeyd etdiyi qurum tərəfindən xx.xx.2022-ci il tarixli, **********96 №li cavab məktubu ilə onun torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina edilmişdir. Bundan sonra o, cavabdehin tələb etdiyi aktın verilməsi xahişi ilə Bakı şəhəri Binəqədi rayonu X2 müraciət etmişdir. Bələdiyyə tərəfindən qeyd etdiyi aktın arxivdə saxlanılan nüsxəsinin surəti təsdiqlənməklə iddiaçıya verilmişdir. O, həmin aktı aldıqdan sonra müvafiq sənədlərlə birlikdə yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Həmin qurum tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********78 №li cavab məktubu ilə yenidən xahişi əsassız və qeyriqanuni olaraq təmin edilməmişdir. Qeyd etdiyi **********78 saylı məktubu poçt vasitəsi ilə 03 noyabr 2022-ci il tarixdə rəsmən almışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisində yerləşən və uzun müddət istifadəsində olan, ölçüsü 1500 kv.m təşkil edən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi xahişi ilə X2 ərizə ilə müraciət etmiş, ərizə araşdırılmış və qeyd etdiyi torpaq sahəsinin ona satılmasına Bələdiyyə tərəfindən razılıq verilmişdir. Bundan sonra ona Binəqədi qəsəbə bələdiyyəsinin hesabına aldığı torpağın tam dəyərini bank vasitəsilə ödəmiş, aldığı torpaq sahəsinin dəyərini tam ödəməyi barədə Bank tərəfindən ona verilmiş qəbzin əslini X2 təqdim etmişdir. Eyni zamanda bundan sonra, yəni xx.xx.2006-cı il tarixdə tərtib edilmiş, 3 nüsxədən ibarət, “Torpaqların alqı-satqısına dair” aktın hər üç nüsxəsini imzalamışdır. Sonra Bələdiyyənin mütəxəssisi tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ona təklif olunan torpaq sahəsinin planı hazırlanıb Binəqədi rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi ilə razılaşdırıldı və təsdiqləndi, eyni zamanda digər qurumlar tərəfindən də rəy verildi ki, torpağın yerləşdiyi ərazidən elektrik, qaz və su xətləri keçmir. Qeyd etdiyi proseslər başa çatdıqdan sonra torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında 15 sentyabr 2006-cı il tarixli, 1390 saylı Bələdiyənin sərəncamı və digər lazımi sənədlər təqdim etdi. Ancaq onun aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış verilməsi barədə xahişi cavabdeh tərəfindən əsassız olaraq rədd edildi. Baxmayaraq ki, ərizəyə bütün lazımi sənədləri və torpağın alqı-satqısına dair aktı da əlavə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən ərazi bələdiyyə ərazisi deyil, sənaye, nəqliyyat, digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpaqlarıdır və sözügedən 1500 kv.m torpaq sahəsinin 299 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (6-10 kvt-luq) mühafizə zonasında yerləşir. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi daxilində faktiki olaraq işlək olan bir ədəd və ümumi ərazi daxilində 60-70-90 metr məsafədə yerləşən çoxlu sayda neft quyuları mövcuddur. Həmçinin təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən torpaq sahəsinin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənməmişdir. Əlavə olaraq, Bələdiyyə tərəfindən qərar deyil, sərəncam qəbul edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********96 nömrəli, xx.xx.2022-ci il tarixli və **********78 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubları ünvanlanmışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin 06 aprel 2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, xx.xx.2024-cü il tarixli Qərardadı ilə “X7” Şirkətinin Azərbaycandakı filialı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

6. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iddia tələbinə dair yazılı münasibətindən görünür ki, iddia olunan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsinə ayrılmış ərazilərdən Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/346 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları və bəzək bitkilərinin becərilməsi və satışı məqsədilə 5 il müddətinə “Xatirə” kooperativinə ayrılmış ərazilərin, həmçinin Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X7” Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları, eləcə də 212869 nömrəli işlək neft quyusunun (torpaq sahəsinin daxilində yerləşir), 211863 və 211864 nömrəli ləğv olunmuş neft quyularının müvafiq olaraq 22 və 26 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci bəndinə əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərinin yerləşdirilməsinə icazə verilir. Həmin Məcəllənin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022- ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neftqaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə 150 metr, ləğv olunmuş quyularla minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Göstərilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin olunmaması xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki inzibati işin icraatı, iddiaçı “X5” Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1rşı “İddiaçı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2006-cı il tarixli, 1390 saylı sərəncamının qanunsuzluğunun tanınması” barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12818/2024 nömrəli işi üzrə yekun məhkəmə aktı qəbul edilənə və həmin məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində “Torpaqların alqı-satqısına dair” akt və Binəqədi qəsəbə Bələdiyyəsinin 15 sentyabr 2006cı il tarixli, 1390 saylı sərəncamına əsasən aldığı 1500 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dayandırılmış inzibati iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.

Tərəflərin iştirakı və izahatları:

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə dair etirazı müdafiə edərək və ona uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 1390 nömrəli, xx.xx.2006-cı il tarixli “vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” sərəncamın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 1500 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması sərəncamı verilmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təsdiq edilmiş “torpaqların alqı-satqısına dair akt”dan görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin ərazisində yerləşən 1500 kv.m torpaq sahəsinin satılması barədə 2006-cı il 15 sentyabr tarixli 1390 saylı qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən Binəqədi qəsəbə bələdiyyəsinin hesabına əvvəlcədən 1769,00 manat haqq ödənilmişdir. Göstərilən akt bələdiyyənin nümayəndəsi E.A.Salmanov və İddiaçı tərəfindən imzalanmışdır. Bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş: - 51 №-li xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1390 saylı, 15 sentyabr 2006-cı il tarixli, İddiaçı istifadəsinə ayrılmış 1500 kv.m torpaq sahəsinin Sərəncamı Binəqədi qəsəbə bələdiyyəsinin arxivində qorunub saxlanılır - 679 №-li xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən 1390 saylı, xx.xx.2006-cı il tarixli sərəncamla İddiaçı istifadəsinə verilmiş 1500 kv.m torpaq sahəsinin 2022-ci ilin sonuna qədər torpaq vergi borcu yoxdur. İddiaçının müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: - xx.xx.2022-ci il tarixli, **********96 №-li məktubda göstərilmişdir ki, torpaqların alqısatqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. - xx.xx.2022-ci il tarixli, **********78 №-li məktubda göstərilmişdir ki, tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12818/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, “X7” Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh X1rşı “cavabdehin İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1390 saylı, 15 sentyabr 2006-ci il tarixli sərəncamının qanunsuzluğunun tanınması” tələbinə dair iddia mümkün sayılmamışdır. Sözügedən qərardadın əsaslandırılma hissəsində göstərilmişdir: - İş materiallarında olan sənədlərdən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin 1390 saylı, 15 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı 1500 kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Saziş 01 sentyabr 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. - Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. - Beləliklə, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən Binəqədi qəsəbə bələdiyyəsinin 1390 saylı, 15 sentyabr 2006-cı il tarixli sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmənin müvafiq sorğusuna əsasən: - Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 01/MP-531 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə, 1390 saylı, xx.xx.2006-cı il tarixli sərəncamın, torpaq sahəsinin situasiya planının və mədaxil qəbzini təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Azərbyacan Respublikası Dövlət Arxivinin Bakı Filialının 07 dekabr 2022-ci il tarixli, BA-07937-2022 №-li məktubundan görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 2006-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2006-cı il tarixli, 1390 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 01/MP-52 №-li, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin İddiaçı adına olan iclas protokolundan çıxarış bələdiyyədə mövcud deyildir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, torpaq sahəsi faktini olaraq 1500 kv.metrdir. Faktiki göstərilən torpaq sahəsi üç tərəfdən mişar daş hasarla, bir tərəfdən mişar daş hasar və şərtidir. Tikili yoxdur. Torpaq sahəsinin bir tərəfindən sərhədlərinin üzərində 6-10KV-lıq TGE hava xətti mövcuddur. Torpaq sahəsi üzərində bir ədəd neft quyusu mövcuddur ki, faktiki olaraq işləkdir. Ərizəçilərin namayəndəsinin verdiyi məlumata əsasən mişar daş hasarların üzərindən çəkilmiş tikanlı metal məftillər neft şirkətinə məxsusdur, neft şirkəti tərəfindən çəkilmişdir. Sözügedən torpaq sahəsinə ərizəçinin nümayəndələrinin iştirakı ilə mişar daşı hasarın uçurulmuş olan hissəsindən daxil olaraq ölçmə işləri aparılmışdır. Torpaq sahəsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və sahə qeyd olunmamışdır. Faktiki göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə olunmuşdur.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir.

15. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

18. İşin faktiki hallarına əsasən iddiaçının iddiası - Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində “Torpaqların alqı-satqısına dair” akt və Binəqədi qəsəbə Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli, 1390 saylı sərəncamına əsasən aldığı 1500 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

19. Məhkəmə qeyd edir ki, Dövlət kadastr məlumatlarına əsasən mübahisəli torpaq sahəsi bələdiyyə torpağı deyil, sənaye, nəqliyyat, digər təyinatlı olmaqla dövlət torpağıdır. Sözügedən 1500 kv.m torpaq sahəsinin 299 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (6-10 kvt-luq) mühafizə zonasında yerləşir; mübahisəli torpaq sahəsi daxilində faktiki olaraq işlək vəziyyətdə olan bir ədəd, ümumi ərazi daxilində isə 60-70-90 metr məsafədə yerləşən çoxlu sayda neft quyuları mövcuddur.

20. İddiaçı hesab edir ki, torpaq sahəsinin ona ayrılmasına dair Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2006-cı il tarixli, 1390 saylı sərəncam torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəddir.

21. Lakin sözügedən bələdiyyə sərancamının etibarsızlığına dair Bakı İnzibati Məhkəməsinin qərardadından da göründüyü kimi (təsviri hissədə gəstərilmiş) həmin sərəncam artıq qüvvədən düşmüşdür. Belə olan halda, hüquqi qüvvəsini itirmiş inzibati aktdır və hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.

22. Əlavə olaraq həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış ərazilərdən Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/346 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları və bəzək bitkilərinin becərilməsi və satışı məqsədilə 5 il müddətinə “Xatirə” kooperativinə ayrılmış ərazilərin, həmçinin Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X7” Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları, eləcə də 212869 nömrəli işlək neft quyusunun (torpaq sahəsinin daxilində yerləşir), 211863 və 211864 nömrəli ləğv olunmuş neft quyularının müvafiq olaraq 22 və 26 metrlik məsafələrində mühafizə zonası daxilində yerləşir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

24. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

26. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi ərazisində “Torpaqların alqı-satqısına dair” akt və Binəqədi qəsəbə Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli, 1390 saylı sərəncamına əsasən aldığı 1500 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

27. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ : İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar