Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1190/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 (Hüquq idarəsinin Normativ-hüquqi aktların ekspertizası şöbəsinin müdiri, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdehndən onun xeyrinə gecikdirilmiş əmək haqqına görə 64.000 manat, faizi 18.230 manat, mənəvi ziyana görə 600.000 manat tutulması, qulluq vəzifəsinin yerinə yetirilməsinə Cavabdeh rəhbərliyinin yaratdığı maneənin aradan qaldırılması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Cavabdehndən 2015-ci ilin may ayından başlayaraq hazırki iş üzrə məhkəmə qərarı qəbul edilən günədək ona ödənilməmiş əmək haqqının onun hesabına ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmənin 23 avqust 2021-ci il tarixli qərarı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı Muradov X3 Hallar Nazirliyində 2007-ci ildən X4 üzrə Dövlət Müfəttişliyində şöbə rəisi, sonradan müfəttişliyin rəis müavini vəzifələrində işləmişdir. 28 fevral 2008-ci il tarixdə sərəncam ilə FHN-nin nəzdində “Maddi texniki təchizat idarəsi” yaradılmış və nazirin 28 fevral 2008-ci tarixli 214/ş saylı əmri ilə həmin idarəyə rəis vəzifəsinə təyin edilmişdir. 2011-ci ilin fevral ayında FHN-nin nəzdində “Su ehtiyatları dövlət agentliyi” yaradılmış və nazirin 01 mart 2011-ci il tarixli 246/ş əmri ilə həmin agentliyə rəis vəzifəsinə təyin edilmişdir. 10 iyul 2014-cii il nazirliyin əmri ilə agentliyin rəisi vəzifəsindən azad edilmiş və nazirin 10 iyul 2014-cii il tarixli 1123/ş saylı əmri ilə nazirliyin aparatında “İnfrastrukturun inkişafı Baş idarəsinin təşkilati-analitik və regionlarla İş idarəsi”nin rəisi vəzifəsinə təyin edilmişdir. Bu müddət ərzində hər il əmək fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Dövlət qulluğunda baş dövlət müşaviri adına layiq görülmüş və sərəncamı ilə “Dövlət qulluğunda xidmətə görə” medalı ilə təltif edilmişdir. O, Su Ehtiyatları dövlət agentliyində rəis vəzifəsində işlədiyi müddətdə agentliyin əsasnaməsinə uyğun olaraq agentliyin maddi texniki təchizatını və agentliyin tabeçiliyində olan su anbarlarının istismarının təkmilləşdirilməsi məqsədilə “Hidrotex” və "xxxx" MMC kimi təsərrüfat hesablı müəssisələr yaratmışdır. Daha sonra onun ərizəsini alaraq nazirlikdə idarə rəisi təyin etmişlər. Lakin nazir müavini ona işə çıxmamasını, onun başqa təyinatı olacağını bildirmişdir. Bundan sonra "xxxx" MMC - nin maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması haqqında əmr verilmişdir. Onun iştirakı olmadan Baba Azakovun rəhbərlik etdiyi "xxxx" MMC-də yoxlama aparılmış və şifahi olaraq bildirilmişdir ki, həmin müəssisədə nöqsanlar aşkar edilib və ona heç bir akt təqdim edilməmişdir. Növbəti ilin 2015-ci ilin may ayına qədər onun işə buraxılmamasına baxmayaraq əmək haqqı ödənilmişdir. O, daha sonra əmək haqqının verilmədiyinə görə 2016-cı il mart ayında R.Mirzəyevə müraciət etmişdir. Həmin ay ona əmək haqqı olaraq bir aylıq mükafat ödənilmiş və nazirin bu məsələ ilə bağlı yaxın günlərdə qərarının olacağını və başqa bir işlə təmin ediləciyi bildirilmişdir. Həmin vaxtdan etibarən hər iki-üç aydan bir nazirliyə ayrı-ayrı baş idarə rəisləri tərəfindən qəbula dəvət edilsə də nəticə olmamışdır Son dəfə 2019-cu ilin yanvar ayında kadrlar baş idarəsi və daxili təhlükəsizlik idarəsinin rəisləri onu qəbul etmişlər və bildirmişlər ki, uzun illər bir yerdə işləmişlər, ona qarşı ədalətsizlik olub və cənab nazir onun haqqında fikri çox yaxşıdır. Onların zəngini gözləsin hər şey öz həllini tapacaqdır. O, heç bir nəticəsi olmadığını görüb 19 aprel 2019-cu ildə “Azpolitika” saytında cənab Prezidentə müraciət etmişdir. Nəticə olaraq Cavabdeh maliyyə baş idarəsi rəisi general mayor Nağı Nağıyev onu görüşə dəvət etmiş və bildirmişdir ki, onun əmək haqqı nağd şəkildə əlavələrlə ödəniləcəkdir, lakin ona göstəriş verilmişdir ki, 2015-ci il tarixdən işdən çıxma haqqında ərizə versin. Lakin o, bununla razılaşmamışdır. 21.05.2019-cu il və 23.07.2019-cu il tarixlərində nazirliyə rəsmi müraciət etmiş və əmək haqqının ödənilməməsinin səbəbləri haqqında məlumat istəmişdir. Bu müraciətlərinə heç bir cavab gəlməmişdir. 17 mart 2020-Cİ İl tarixdə əmək haqqının ödənilməsi və nazirlik tərəfindən vəzifə borcunun yerinə yetirilməsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması barəsində təkrarən Fövqəladə Hallar naziri K.Heydərova ərizə ilə müraciət etmişdir. Pandemiya dövrü olduğu üçün bu günə qədər gözləmiş, lakin bu günə qədər müraciətinə cavab almamışdır. Nə onun hər hansı səbəbdən işdən azad olunması haqqında əmr var, nə də ki, ona əmək kitabçası verilməmişdir. Cavabdehin ona verməli olduğu aylıq əmək haqqının gecikdirilməsi 2015-ci il may ayı tarixindən başlanır və bu günə qədər davam edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı 10 yanvar 2007-ci il tarixdən Cavabdehndə çalışır. Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 10 iyul 2014-cü il tarixli 1123/Ş nömrəli Əmri ilə Nazirliyin infrastrukturun inkişafı Baş idarəsinin Təşkilati-analitik və regionlarla iş idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar nazirinin 10 iyul 2014-cü il tarixli 1123/Ş nömrəli Əmrinə əsasən ştat dəyişiklikləri ilə əlaqədar olaraq Baş idarənin Təşkilati-analitik və regionlarla iş idarəsinin rəisi vəzifəsindən Baş idarənin Regional mərkəzlərlə işin təşkili idarəsinin Təşkilati məsələlər üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçı son vəzifəsinə təyin edildikdən sonra mütəmadi olaraq əmək intizamını pozmuş, müxtəlif bəhanələrlə işə çıxmamış, gətirdiyi əsasları təsdiq edən heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Ona işə çıxdığı bütün müddət üçün əmək haqqı ödənilmişdir. İddiaçı işə çıxmadığı müddətdə müxtəlif məhkəmələrdə Nazirliyə qarşı müxtəlif məzmunlu iddialar qaldırmış, Nazirlik isə müvafiq məhkəmələr tərəfindən iddia ilə bağlı qərarların qəbul edilməsinədək onun işdən azad olunması barədə qərar qəbul edilməsini təxirə salmışdır. Onun qulluq vəzifəsinin yerinə yetirilməsinə maneənin aradan qaldırılması barədə iddiası əsassızdır, belə ki, maneə mövcud deyildir. İddiaçının işə gəlməkdən boyun qaçırdığı və işə çıxmadığı halda maneə ilə üzləşməsi mümkün deyil. Öncəki məhkəmə prosesləri zamanı ondan bu maneənin nədən ibarət olması soruşulduqda, o, bu sualdan müxtəlif bəhanələrlə yayınmışdır. Bütün yuxarıda qeyd olunanlardan belə bir nəticə gəlinir ki, Cavabdehnə qarşı belə bir iddianın irəli sürülməsi qanunsuz və əsassızdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Cavabdeh 023/Ş saylı, 10 yanvar 2007-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı Nazirliyin strukturuna daxil olan qurumlar üzrə işə qəbul edilmiş və X4 üzrə X1 şöbəsinin rəisi vəzifəsinə (ştat cədvəli ilə müəyyən edilmiş hərbi rütbəli vəzifə hesabına) təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh 437/Ş saylı, 08 iyun 2007-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Nazirliyin X4 üzrə X1 şöbəsinin rəisi İddiaçı tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Müfəttişliyin rəisi vəzifəsinə (xüsusi rütbəli vəzifəsi hesabına) keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh 214/Ş saylı, 28 fevral 2008-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Nazirliyin X4 üzrə Dövlət Müfəttişliyinin rəis müavini İddiaçı tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh 246/Ş saylı, 01 mart 2011-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı Nazirliyin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh 1114/Ş saylı, 09 iyul 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı öz xahişi ilə Nazirliyin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh 1123/Ş saylı, 10 iyul 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı Nazirliyin İnfrastrukturun inkişafı Baş İdarəsinin Təşkilati-analitik və regionlar iş idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh 1535/Ş saylı, 02 oktyabr 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı Nazirliyin İnfrastrukturun inkişafı Baş İdarəsinin Təşkilati-analitik və regionlar iş idarəsinin müdiri vəzifəsindən – Baş idarənin Regional mərkəzlərlə işin təşkili idarəsinin Təşkilati məsələlər üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh 0797/Ş saylı, 24 iyun 2021-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin Regional mərkəzlərlə işin təşkili idarəsinin Təşkilati məsələlər üzrə şöbəsinin baş məsləhətçisi İddiaçı dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməməsinə görə dövlət qulluğundan azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş İddiaçı əmək haqqı barədə məlumat cədvəlindən görünür ki, İddiaçı 2014-cü il üzrə noyabr, dekabr, 2015-ci il üzrə yanvar, fevral, mart, aprel ayı üzrə əmək haqqı, 2016-cı il üzrə mart ayı üzrə yalnız mükafat ödənilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 17 mart 2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdehə müraciət edərək ona bu günə qədər gecikdirilmiş əmək haqqının ödənilməsi və nazirlik tərəfindən onun vəzifə borcunun yerinə yetirilməsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması barədə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətə cavab verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə müraciətə cavab verilməsini faktiki olaraq imtina kimi qəbul etmişdir. Məhkəmə imtinanı əsassız hesab edərək, iddia tələbinin qismən əsaslı olması ilə bağlı aşağıdakıları qeyd edir: “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci bəndinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 1.2-ci bəndinə əsasən fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.3-cü bəndinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 9.0, 9.0.3-cü bəndlərinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşları qanunvericiliyə uyğun olaraq pul təminatı almaq hüquqlarına malikdirlər. Həmin Qanunun 25.1-ci bəndinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarının pul təminatı vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, fasiləsiz xidmət illərinə, məharət dərəcəsinə, elmi dərəcəyə və elmi ada görə əlavələrdən, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 25.2-ci bəndinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşlarının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cu bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İşin hallarından görünür ki, iddiaçı 10 yanvar 2007-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək Azərbaycan Respublikası Cavabdehndə müxtəlif vəzifələrdə qulluq keçmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı 2015-ci ilin may ayından başlayaraq iş üzrə məhkəmə qərarı qəbul edilən günədək ona ödənilməmiş əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə araşdırması nəticəsində iş materiallarında olan sənədlər əsasında iddiaçıya işlədiyi illər üzrə 2015-ci ilin may ayından - xidmətdən azad edildiyi 24 iyun 2021ci il tarixədək aylıq əmək haqqı ödənilmədiyi müəyyən edilmişdir. Həmin dövr üzrə aylıq əmək haqlarının ödənilməməsi iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş İddiaçı əmək haqqı barədə məlumat cədvəli əsasında öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərilən dövr üzrə iddiaçıya əmək haqqının ödənilmədiyini təkzib etməmiş, həmin dövr üzrə əmək haqqının ödənilməməsini onun mütəmadi olaraq əmək intizamını pozması, müxtəlif bəhanələrlə işə çıxmaması ilə əsaslandırmış və iddiaçıya işə çıxdığı bütün müddət üçün əmək haqqı ödənildiyini göstərmişdir. Cavabdehin etirazının əsası olaraq gətirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əmək intizamının kobud surətdə pozulduğu bildirilsə də, bununla bağlı cavabdeh tərəfindən iddiaçı barəsində hər hansı intizam tədbiri görülməsi və işə çıxmadığı təqdirdə hansı əsasla xidmətdə saxlanması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən verilmiş əmrlər əsasında iddiaçının həmin dövrlər üzrə xidmətdə olması müəyyən edilmişdir. Buna görə də məhkəmə cavabdehin göstərdiyi dəlilləri əsaslı hesab etmir və hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının xidmət etdiyi dövr üzrə ona ödənilməmiş əmək haqqının ödənilməsi tələbi əsaslıdır və qismən təmin edilməlidir. Lakin məhkəmə iddiaçının Azərbaycan Respublikası Cavabdeh 0797/Ş saylı, 24 iyun 2021-ci il tarixli əmrinə əsasən Cavabdehndə qulluqdan azad edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının 24 iyun 2021-ci il tarixdən sonrakı dövr üzrə, yəni xidmətdən azad edildikdən sonrakı dövr üzrə məhkəmə qərarı qəbul edilən günədək aylıq əmək haqqının ödənilməsi hissəsində təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, 2015-ci ilin may ayından başlayaraq 24 iyun 2021-ci il tarixədək olan dövr üzrə iddiaçıya ödənilməmiş əmək haqqının onun hesabına ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. 2015-ci ilin may ayından başlayaraq 24 iyun 2021-ci il tarixədək olan dövr üzrə İddiaçı ödənilməmiş əmək haqqının onun hesabına ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1190/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1190/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver