Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1190/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X2rşı “cavabdeh tərəfindən İddiaçı 22 iyun 2015-ci il tarixindən 13 sentyabr 2022-ci il tarixinədək ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “cavabdeh tərəfindən İddiaçı 22 iyun 2015-ci il tarixindən 13 sentyabr 2022-ci il tarixinədək ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 ilə əvəz edilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 07 noyabr 2023-cü il tarixli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 ilə əvəz edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 05 yanvar 2005-ci ildə hərbi xidmətə başlamış, 2005-ci ildə hərbi xidmətdə olan zaman kontuziya aldığından Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmət dövründə aldığı xəstəlikdən dolayı (mülayim dərəcədə ifadə olunmuş, asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz) xəstəliklə əlaqədar 07 fevral 2006-cı ildə hərbi xidmətdən təxris olunmuşdur. Bununla əlaqədar, əlilliyin müəyyən üçün iddiaçı xx.xx.2015-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyasında müayinə edilmiş və xəstəyə “Üzvi mənşəli şəxsiyyət dəyişikliyi” diaqnozu qoyulmuşdur. Lakin əlillik vəziyyəti qiymətləndirilməmişdir. Bundan sonra o, 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, onun əlillik vəziyyəti 13 sentyabr 2022-ci il tarixində qiymətləndirilmiş və ona hərbi xidmət dövrü səbəbindən orqanizmin funksiyalarının 70 faiz pozulması ilə əlaqədar 2 (iki) il müddətinə əlillik müəyyən edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətində, təminat xərcliyininin tərkibində və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxıla biləcəyi bildirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 70 faiz pozulması ilə əlaqədar İİ dərəcə əlillik müəyyən edildiyi bildirilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2015ci il tarixdən xəstəliyinin olduğunu, lakin əlillik vəziyyətinin qiymətləndirilmədiyini bildirmişdir. Bildiririk ki, həmin məsələylə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1,2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. X1 Sisteminin Sosial Müavinətlər Altsisteminə əsasən iddiaçıya xx.xx.2022 -ci il tarixdən 2 il müddətinə il dərəcə əlillik müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində əlilliyə görə pensiya təyin edilmişdir. Həmin məbləğ xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində müəyyən edilmişdir. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.
6. Göründüyü kimi, iddiaçının tələbi - cavabdeh tərəfindən İddiaçı 22 iyun 2015-ci il tarixindən 13 sentyabr 2022-ci il tarixinədək ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi”ndən ibarətdir. Məhkəmə tərəfindən iddiaçıya 27 mart 2024-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq aşağıdakılar bildirilmişdir - ”iddia tələbinizdə tələb və cavabdeh düzgün göstərilməmişdir. Belə ki, çatmaq istədiyiniz məqsədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı qaldırdığınız iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Sizin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, 13 sentyabr 2022-ci il tarixli qərarında iddiaçının əlilliyinin 2015-ci ildən təyin edilməsi kimi dəyişiklik edilməsini xahiş etmək, Agentlik imtina verdikdə isə həmin tələb üzrə iddia ərizəsi ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırmaq hüququnuz vardır. Odur ki, 07 may 2024-cü il tarixinə, saat 14-20-ə təyin edilmiş məhkəmə iclasında iddianızın mümkünlük məsələsinə baxılacaqdır”. Təyin edilmiş 07 may 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmə tərəfindən göndərilmiş hüquqi yardım məktubu əsasında iddiaçı öz üzərinə düşən vəzifələri icra etməmişdir.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı 2015-2022-ci illər arası olan dövr üzrə pensiyanın ödənilməsini tələb etsə də, həmin dövr üzrə əlilliyi ilə bağlı məlumatları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində göstərilən dövr üzrə əlilliyi ilə bağlı qəbul etdiyi qərarın olması aşkar edilməmişdir. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sİddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X2rşı “cavabdeh tərəfindən İddiaçı 22 iyun 2015-ci il tarixindən 13 sentyabr 2022-ci il tarixinədək ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova