Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11904/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X4 ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (üçüncü şəxs X6) “Sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud olmayan məhkəmə qətnamnəsi əsasında verilmiş Cavabdeh xx.xx.2006-cı il tarixli 685 saylı Sərəncamı və həmin Sərəncam əsasında X5 adına verilmiş xx.xx.2006-cə il tarixli, 037395 saylı orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanda yaşayış yeri qeydiyyatda olmaqla istifadə hüquqları vardır. Bu ünvan üzrə aşağıdakı məhkəmə mübahisəsi onlara bir neçə gün öncə məlum olandan sonra öyrənmişlər ki: Hazırki iş üzrə 3-cü şəxs X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 32.4 kv.m yaşayış sahəsi və 22.3 kv.m köməkçi sahələrdən ibarət 3 otaqlı mənzildən X1 çıxarılmasına və yaşayış sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X10 iddiasını onunla əsaslandırmışdır ki, o, hazırki mübahisəli mənzilə order verilmədiyindən 2005-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən göstərilən yaşayış sahəsinə order verilməsi vəzifəsi Cavabdehnə tapşırılmışdır. Cavabdeh xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamın əsasən ona 32.4 kv.m olan yaşayış sahəsinə order verilməsi qərara alınmış və xx.xx.2006-cı il tarixdə 037395 saylı order verilmişdir. Onlar istifadə hüququ olan ünvana dair X5 qanunsuz olaraq saxta, yəni mövcud olmayan məhkəmə qətnaməsinə əsaslanan order və sərəncam alması öyrəndikdən sonra məhkəməyə müracit etmişlər. Belə ki, sənədlərlə tanış olduqdan sonra öyrəniblər ki, X5 adına order verilməsinə əsas olmuş sənəd Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsidir. Lakin məhkəmənin arxivində Yasamal Rayon Məhkəməsinin xx.xx.2005- ci il tarixli qətnaməsi mövcud deyildir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə rəsmi məktub verilməsini öyrənmişlər. Həmin order və sərəncamı istifadə edən 3-cü şəxs A.Məmmədoa istifadə hüququ olan evi satdığını bildirir. Həmin sənədlər ləğv-etibarsız edilməlidir. Odur ki, həmin sərəncam ləğv olunmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Baki şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2005-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 16D saylı evinə dair X5 adına verilməsi qət edilmişdir. Bundan sonra Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 16D saylı evinə dair Yasamal rayon İcra Hakimiiyyətin Başçısının xx.xx.2006-cı il tarixli, 685 saylı sərəncamının və həmin sərəncamın əsasında X5 adına xx.xx.2006-cı il tarixli, 037395 saylı order verilmişdir. Hal-hazırda sərəncam və order hüquqi qüvvəsindədir. Eyni zamanda İddiaçı1 və İddiaçı2 qeyd olunan ünvanla bağlı hər hansı hüquq müəyyənedici sənədləri aşkar olunmamışdır. Belə olan halda X2 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi,16D saylı evinə dair hər hansı hüquq müəyyənedici sənədləri olmadığından Yasamal Rayon Məhkəməsinin 15 aprel 2005-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 16 D saylı evinə dair X5 adına sərəncam verilməsi qət olunduğundan, yəni məhkəmə qətnaməsi ilə X7 verilmiş sərəncam və orderin ləğv edilməsi əsassızdır. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçıların subyektiv hüququ olmadığından iddia mümkün hesab edilməməlidir. İddianın mümkün hesab edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü, (prosessual müddətin ötürülməsi və suybtyektin hüququn olub-olmaması) ilə bağlı məsələlər müzakirə edilmişdir. İddiaçı və iddiaçının nümayəndəsi həmin evin kommersiya məqsədləri ilə tikilidiyini, üçüncü şəxsə məxsus evdə yaşamadığını, iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildiri. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların üçüncü şəxs barəsində olan Sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqları müəyyən edilmir. Belə ki, iddiçılar iddia ərizəsində üçüncü şəxs məxsus evdə olan istifadə hüququna istinad edərək hazırkı iddia tələbini irəli sürdüklərini bildidirlər. Lakin iş materiallarından müəyyən edilir ki, mübahisələndirilən Sərəncam F.İbrahimbəyov küçəsi “16d” ünvanı ilə bağlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçıların və digər 59 nəfərin pasporet qeydiyyatında olduğu ünvan F.İbrahimbərov küçəsi ev 16 ünvanıdır. Digər tərəfdən iddiaçıların həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd və ya istifadə hüququna dair məhkəmə qətnaməsi də təqdim etməmişlər. Yaşayış yeri üzrə qeydiyyat isə şəxsə hər hansı əmlak hüququ vermir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçıların subyektiv hüququnun olması qəbul edilsə belə, iddiaçılar hazırda mübahisələndirdikləri Sərəncamın ləğv edilməsi ilə bağlı iddia müddətini ötürmüşlər. Belə ki, hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. İddiaçılar cavabdehin xx.xx.2006-cı il tarixli sərəncamını və həmin Sərəncam əsasında verilmiş orderi mübahisələndirirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı cavabdehin Sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşlər. Belə ki, mübahisələndirilən Sərəncam 2006-cı il tarixlidir. Mübahisələndirilən Sərəncamın qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2148/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2783/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-478/2024, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1044/2024, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1463/2024 nömrəli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X10 üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamın və orderin ləğv edilməsi tələbinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11904/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11904/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver