Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11905/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində qeydiyyat şöbəsinə qarşı "doğum akt qeydinin aparılması və dogum haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində qeydiyyat şöbəsinə qarşı "doğum akt qeydinin aparılması və dogum haqqında şəhadətnamənin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş övladlarının soyad qrafasında “Əliyev”, ad qrafasında “Muhamməd”, ata adı qrafasında “Əşrəf oglu”, doğum tarixi “xx.xx.2023-cü il”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, ata qrafasında “İddiaçı1”, ana qrafasında “İddiaçı2”, milliyəti “azərbaycanlı” kimi qeyd edilməklə doğum akt qeydinin aparılması və buna müvafiq doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçılar xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahları Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 290 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2015-ci il tarixində AZ-İİ № 020048 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan anadan olan 3-cü övladlarına "Muhamməd" adının qoyulması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin doğum haqqında tibbi şəhadətnaməsi və digər sənədlərlə 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzində qeydiyyat şöbəsinə xx.xx.2023-cü il tarixində müraciət etmişlər. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1526/2023 saylı cavab məktubu ilə ərizəni təmin etməkdən imtina edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və verilən məlumata əsasən həmin adın anomastik lügətdə ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması "Məhəmməd" və "Məmməd" adı kimi olmalıdır. İddiaçılar hesab edirlər ki, sözü gedən "Muhamməd" adı dil normalarının tələbinə uyğun olmaqla, qanunvericiliyin tələbinə cavab verir. Həmçinin seçdikləri "Muhamməd" adının son beş ildə 39 Azərbaycan vətəndaşına verilməsi faktı mövcuddur. Belə olan halda cavabdeh orqanın imtina verməsi qanunsuzdur. Cavabdeh imtina ilə iddiaçıların hüquqlarını kobud şəkildə pozduğundan ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh 6 saylı Bakı “ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli etirazında bildirilmişdir ki, "Muhamməd" adının yazılış qaydasının onomastik adlar sistemində düzgün yazılış formasının ənənəvi fonetik prinsipə uyğun olaraq "Məhəmməd" və "Məmməd" kimi qəbul olunduğundan "Muhamməd", "Mühəmməd", "Mohamməd" formasının Azərbaycan dilinin ədəbi dil normalarına uyğun gəlmədiyi əsas gətirilərək vətəndaşa imtina verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq iş üzrə keçiriləcək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1526/2023 saylı imtina məktubu ilə bildirilmişdir ki, xx.xx.2023-cü il təvəllüdlü oğlan uşağının doğumunun qeydə alınması ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə baxılmışdır. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Bu adın yazılış qaydasına aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və verilən məlumata əsasən həmin adın anomastik lüğətdə ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması "Məhəmməd" və "Məmməd" adı kimidir. "Muhamməd" adının isə Azərbaycan dilinin ədəbi normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Seçdiyi ad Qanunun tələblərinə uyğun olmadığından həmin adın verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 "Bakı Baş Səhiyyə Mərkəzi" X10n 43 nömrəli şəhər poliklinikasının 178 saylı, 06 dekabr 2023-cü il tarixli arayışına əsasən, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "S/C"y/s 11 mən 35 ünvanında yaşayan İddiaçı2 övladı xx.xx.2023-cü il təvəllüdlü X1, 13-№lı ŞP qeydiyyatdadır. - AZ-İİ № 020048 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında nikah 22 aprel 2015-ci il tarixdə, 290 nömrə ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin **********50 nömrəli doğum haqqında tibbi şəhadətnaməsində (TQS №103) ana qrafasında İddiaçı2, ata qrafasında İddiaçı1, uşaq haqqında məlumat qrafasında, doğum tarixi xx.xx.2023-cü il saat 11:03, cinsi kişi, soyadı Əliyev, atasının adı Əşrəf, ad hissədə qeyd edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçıların izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçılar xx.xx.2023-cü il tarixdə doğulmuş oğlunun vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Muhamməd” kimi qeyd edilməsini cavabdehdən tələb etsələr də, cavabdeh tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadlarının dövlət dilində yazıldığını, “Muhamməd” adının Qanunun tələblərinə uyğun olmadığından həmin adın verilməsinin mümkün olmaması bildirilmişdir. Halbuki, “Muhəmməd” adının verilməsi ilə bağlı iddianın təmin edilməməsi barədə məhkəmə qərarları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 1 iyun 2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilmişdir. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 iyun 2022-ci il tarixli qərarındakı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X5rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd edir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X3rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). İddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr ərizəçinin bu dəlilinə heç bir hüquqi qiymət verməmişlər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərar). Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, məhkəmələr müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışlar.” Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahlarından olan övladlarının soyad qrafasında “Əliyev”, ad qrafasında “Muhamməd”, ata adı qrafasında “Əşrəf oğlu”, doğum tarixi “xx.xx.2023-cü il”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, ata qrafasında “İddiaçı1”, ana qrafasında “İddiaçı2”, milliyəti “azərbaycanlı” kimi qeyd edilməklə doğum akt qeydinin aparılması və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahlarından olan övladlarının soyad qrafasında “Əliyev”, ad qrafasında “Muhamməd”, ata adı qrafasında “Əşrəf oğlu”, doğum tarixi “xx.xx.2023-cü il”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, ata qrafasında “İddiaçı1”, ana qrafasında “İddiaçı2”, milliyəti “azərbaycanlı” kimi qeyd edilməklə doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər.
Hakim Mehriban Qarayeva